NKPI

Maraqlı Məlumatlar

1931-ci ildə kimya üzrə Nobel mükafatçısı (F. Berqius ilə birlikdə) - KARL BOŞ

 

Alman kimyaçı texnoloqu Karl Boş 1874-cü ilin avqustun 27-də Kölndə anadan olmuşdur. 1894-1896-cı illərdə Berlində Ali texniki məktəbdə, 1898-ci ildə Leypsiq Universitetində  oxumuşdur. 1899-cu ildən BASF firmasının Lüdviqsxafendəki zavodlarında işləmiş, ammoniak zavodunun direktoru olmuş, 1935-ci ildən “İ.Q. Farben İndustry” konserninin zavodlarının baş direktoru olmuşdur.

Əsas tədqiqatlar istiqaməti  yüksək təzyiq altlnda sintez texnologiyalarının işlənib hazırlanması olmuşdur. Onun rəhbərliyi altında dəmir katalizator iştirakı ilə ammoniak istehsalı təşkil olunmuşdur. Yüksək təzyiq altında ammoniak kalonlarının partlaması səbəblərini müəyyən etmiş və aparatların təkmilləşdirilməsi üçün çoxlu sayda təkliflər vermişdir. 1913-cü ildə karbon dioksid və ammoniakdan karbamid istehsalını təşkil etmişdir. Birinci Dünya Müharibəsi zamanı sintetik qazolin istehsalı üsulunun işlənib hazırlanması sahəsində işləmişdir. 1918-ci ildən sonra Almaniyada boyaq maddələri sənayesinin yaradıcılarından biri olmuşdur.

1930-cu ildə alman alimi Fridrix Berqius ilə birlikdə “yüksək təzyiqdə kimya üsullarının ixtirası və tədqiqinə görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.

Karl Boş 1940-cı ilin aprelin 26-da Heydelberqdə vəfat etmişdir.

2015-11-01   35907