NKPI

Maraqlı Məlumatlar

BELƏ YAŞA

Qamçılama zəmanəni,

Zəmanələr günahsızdır.

İnsan necə yaşayırsa,

Yaşam onun yaşamıdır.

İnsan olmaq yolu çətin,

Rolu böyük ünsiyyətin.

Ünsiyyətsiz yaşam ağır,

Bu yaşamda məna yoxdur.

Bu, bir canlı yaşamıdır,

Mənəvisiz bir yaşamdır.

Cismanidir belə yaşam,

Ölən anda olur tamam.

Bu yaşamın izi qalmaz,

Bu yaşamda davam olmaz.

Ali yaşam yolu başqa,

O, aparır insanlığa.

Bu yol başlar ünsiyyətdən,

Yorulmaz bu yolu gedən.

O, yaradır münasibət,

Qarşılıqlı səmimiyyət.

Adəm oğlu insanlaşır,

İnsan kimi aliləşir.

Uzaq dur sən yalanlardan,

Yoxdur yalan deyib udan.

Yalan dilə bir zəhərdir,

Duymaq hissini öldürür.

Aldanırsan yalanlara,

Olursan sən bəxti qara.

Üz döndərir səndən hər kəs,

Yalanlarla yaşam əbəs.

Seç doğruluq yolunu sən,

Mən öyrəndim aqillərdən.

Haram qatma mayana sən,

Qaç mayası haramlardan.

Çox pis olur zatı qırıq,

Mayasında var haramlıq.

Görməz olur yaxşıları,

Xəyanətdir ömür yolu.

Paxıllıqdan sən qaç uzaq,

Yaman pisdir paxıl olmaq.

O, sevgini öldürəndi,

O, nifrəti yaradandı.

Paxıl yanır həsəd ilə,

Tez dönür faydasız külə.

Yaşamır o, özü üçün,

Vuruşur o, pislik üçün.

O, şam olur pərvanəsiz,

Yanır beləcə mənasız.

O çürüyür içəridən,

O tez ölür pisliyindən.

İnsanlıqda pillələr var,

Bunu bilir ucalanlar.

İlk sevilən Ana olur,

İkinci Ata sevilir.

Sonra sevilir öyrədən,

Biz oluruq kitab sevən.

Bu sevgidən güc alırıq,

Aliliyə yol gedirik.

Biz sevəndə təbiəti,

O da sevir aliliyi.

Bağışlamaz aldatmağı,

Çox sərt olur cəzaları.

Baş qaldırır sunamilər,

Üsyan edir sakit sular.

Aysberqlər parçalanır,

Buz çayları iti axır.

Tez-tez gəlir fəlakətlər,

Tayfunlar da çoxalırlar.

Təbiəti sevin hər an,

Güc alın siz bu sevgidən.

Açın onun sirlərini,

Tapın zəngin xəzinəni.

Faydalanın qənaətlə,

Qarşılanın səxavətlə.

İsrafçılıq pis adətdir,

Bu adətlə son tez gəlir.

Sevin sizi öyrədəni,

Hər an uca tutun onu.

Müəllimlər müqəddəsdir,

İnsanlıqda ən alidir.

Biz onlardan dərs alırıq,

Biz də dərk edən oluruq.

Dərk etdikcə güclənirik,

Qorxmazlığa yüksəlirik.

Ədəb-ərkan öyrənirik,

Ağsaqqal sevən oluruq.

Bir dərs də var – həyat dərsi,

O, dərslərin ən alisi.

Bu dərs yaman çətin olur,

O, çox böyük miqyaslıdır.

Mən də aldım həyat dərsi,

Bu dərs mənə çox şey verdi.

Bu dərs dedi səbrli ol,

Səbrlilər uğurlu bil.

İnam yaşam məşəlidir,

İnamdan arzular gəlir.

İnam yoxsa ümid yoxdur,

Ümidsizdə istək olmur.

Ümidsizi fikir yorur,

Onun ruhu xəstələnir.

Yaşayın siz inamlarla,

İnam dolu sabahlarla.

Ümidiniz heç itməsin,

O, sizləri tərk etməsin.

Daim olun səxavətli,

Zeynəlabdin belə etdi.

Kömək edin insanlara,

Yol açın siz yaşamlara.

Yaxşılığı borc bilin siz,

Yaxşılıqla ucalın siz.

Gülər olsun qoy üzünüz,

Çox olsun gülmək payınız.

Sevinc verin insanlara,

Yol açın siz sevgilərə.

Faş etməyin sirləri siz,

Yoxsa günaha batarsız.

Sirri bilən bir Allahdır,

Açmaq çox ağır günahdır.

Batmayın siz günahlara,

Yaşamayın günahlarla.

Olun sözün ağası siz,

Doğru olsun dediyiniz.

Bilin sözün qiymətini,

Sözü deməyin yerini.

Deməmisən söz sənindir,

Deyilibsə, qulusan, bil.

Deməmişdən yaxşı düşün,

Mənalansın dediklərin.

Dünya döyüş səhnəsidir,

Yaşam döyüşlərdən keçir.

Bu döyüşdə arxa gərək,

Çox çətindir tək döyüşmək.

Qalib olur dost tapanlar,

Dostla səngərdə olanlar.

Güc alırlar bu dostluqdan,

Çəkinmirlər savaşlardan.

Dostluq ülvi, saf bir duyğu,

Dostluqdur ünsiyyətdə ölçü.

Qurun dostluq körpüsünü,

Bilin dostluğun qədrini.

Olun dostluq nümunəsi,

Yaxşı dostluq əbədidi.

Dəyər verin sədaqətə,

İlahi güc sədaqətdə.

Sadiq olun sevginizə,

Qoy pak olsun sevginiz də.

Yorulmadan çalışın siz,

İş uğrunda alışın siz.

İş insanın cövhəridir,

İş insanı ucaldandır.

Savaş edin zaman ilə,

Zaman qədrin bilə-bilə.

Bir an belə dayanmayın,

Çalışmaqdan usanmayın.

Pillə-pillə ucalın siz,

Ucalmaqdan güc alın siz.

Olun Vətənin övladı,

Layiqli bir Vətəndaşı.

Yaşayın siz Vətən üçün,

Sizə həyat verən üçün.

Qoy ucalsın bayrağımız,

Əskilməsin növrağımız.

Qoy var olsun dövlətimiz,

Qoy sevinsin millətimiz.

Biz xar edək düşmənləri,

Silək ağır ləkələri.

Dövlətimiz ucalmaqda,

O, xalqından güc almaqda.

Yeni tarix yazırıq biz,

Çiçəklənir Vətənimiz.

Enməz oldu bayrağımız,

Qüdrətlidir dövlətimiz.

Bu dövlətə sadiq olun,

Onu siz ürəkdən sevin.

Siz belə bir insan olun,

Dövlətlə birgə ucalın.

İmza atın bu tarixə,

Yaddaş olun min illərə.

 

2017-02-10   35675