NKPI

Maraqlı Məlumatlar

ATTİLA

Attila türklərin ulu babası,

Fatehlikdə yenilməzlik ölçüsü.

Doğuldu Altayda bir Günəş kimi,

Nuruna qərq etdi qıpçaq elini.

Oldu zamanında dahi sərkərdə,

Atdı imzasını yenilməzliyə.

Altaydan başladı zəfərlər yolu,

Romanı fəth etdi böyük türk oğlu.

Attila ağıllı hökmdar idi,

Zamanın qədrini yaxşı bilirdi.

Qərarı verəndə tələsməzdi o,

Heç zaman qərarda gecikməzdi o.

Oldu zamanında aqil hökmdar,

Hər zaman verərdi doğru qərarlar.

Vardı Attilanın öz fəlsəfəsi,

Verdi zamanına alilik dərsi.

İndi o dərslərdən yüz illər keçir,

Amma o dərslərin təsiri keçmir.

Siz də o dərslərdən fayda götürün,

Uğur qazanmağın yolların bilin.

Dedi, bu yolların ilkidir bilik,

Biliksiz heç zaman olmur alilik.

Əgər qorxaqdırsa həyatda insan,

Yaxşı rəhbər olmaz belə qorxaqdan.

Rəhbərin olmalı sağlam bədəni,

Onda əldə edər, sağlam ruhunu.

Rəhbərə yasaqdır izafi yemək,

Yasaqdır spirtli içkini içmək.

Tütündür rəhbərin böyük düşməni,

Çıxardır başından onun ağlını.

Rəhbər inanmasa özü gücünə,

Ondan rəhbər olmaz öz ordusuna.

Gərək yaratsın o, inam özünə,

Onda qulaq asarlar onun sözünə.

Yoxdur bu dünyada qüsursuz insan,

Çox çalış ki, az qüsurlu olasan.

Fayda ver xalqına əməyinlə sən,

Yoxsa xalqını yada qul edərsən.

Təmiz olmalıdır mahnılarımız,

Belə etmişdilər babalarımız.

Ləkəsiz olmalıdır rəqslərimiz,

Yoxsa tamam itər bizim irsimiz.

Əxlaq olmayanda birlik də olmaz,

İntizamsız birliyin faydası olmaz.

Heç vaxt bayramları çoxaltmayın siz,

Bayram çoxluğundan ziyan görərsiz.

Narazı qalırlar bekar olanlar,

Sonra da olurlar asi olanlar.

Bütün rəhbərlərə siz hörmət edin,

Tabe olanları belə öyrədin.

Rəqibə sayğınız olmasa əgər,

Uğur əvəzinə uduzmaq gələr.

Vaxtında  bilin siz rəqib gücünü,

Odur qələbənin əsas zəmini.

Rəhbər dəbdəbəli geyinsə əgər,

Ona asi düşər tabe olanlar.

Çalış ki, düşmənin dost bilsin səni,

Belə aldadarsan yağı düşməni.

Əgər güclüdürsə düşmənin səndən,

Utanma geriyə çəkilməyindən.

Geriyə çəkilib gücünü topla,

Xalqını bu yolla apar uğura.

Sözünlə əməlin bir olsun gərək,

Belə olmadıqda gözləmə kömək.

Bilik sahibinə ehtiram et sən,

Çünki sən onlardan fayda görərsən.

Ölkədə çoxdursa ixtraçılar,

Ölkənin uğurlu sabahları var.

Rəhbər verməlidir riskli qərarlar,

Lakin risklərin də öz ölçüsü var.

Əgər yol verərsən izafi riskə,

Bil ki, yol açmısan özünü məhvə.

Hər kəsi ucaldar gözəl danışmaq,

Ondan başlanacaq, bil ki, ucalmaq.

Əbədi olanlar yoxdu dünyada,

Bunu unutmayın rəhbər olanda.

Şərəfli getməyin vaxtını bilin,

Daima qəlblərdə sevilən qalın.

Varis hazırlığın unutmayın siz,

Yoxsa ölkənizi başsız qoyarsız.

Ağıllı rəhbərlər belə edirlər,

Onların davamı olur varislər.

2017-03-06   35633