NKPI

Maraqlı Məlumatlar

YAŞIL RƏNG

 
Nədən yaşıl rəngi sevdim dünyada?
Təbiət gözəldir yaşıl donunda.
Yaşıldır islamın zəfər bayrağı,
Onun əzəməti yaşıllığında.
 
Qırmızı güllərin gövdəsi yaşıl,
Dünyanın cücərən zəmisi yaşıl.
Nəhəng meşələrin talası yaşıl,
Onun əzəməti yaşıllığında.
 
Qara rəng insana hərarət verər,
Ağ rəngli libasda bir sərinlik var.
Al qırmızı rəngdən insan zövq alar,
Rahatlıq dünyanın yaşıllığında.
 
Ağac yaşıldırsa, yaşayır, demək,
Təbiət libası yaşıl bir köynək.
Dağlar da göllərdən eynək geyərək,
Qərq olur meşənin yaşıllığında.
 
Allah yaratdığı neçə min rəng var,
Dünyada rənglərin bir ahəngi var.
Vaqif istəyir ki, bütün arzular,
Boy atsın dünyanın yaşıllığında.

2017-03-17   35416