NKPI

Maraqlı Məlumatlar

Bizim planet haqqında 50 maraqlı məlumat

 

1. Səmanın belə müxtəlif rəngləri.

Qütb şəfəq saçması o vaxt baş verir ki, Günəşdən çıxan yüklü hissəciklər bizim planetin maqnit sahəsinə çatır və qütblərin ətrafında atmosferin yuxarı qatlarında parçalanır. Günəşin maksimum aktivliyi dövründə hissəciklər daha aktiv olur. Bu da dövrü olaraq hər 11 ildə baş verir. Cənub qütbü yaxınlığında qütb şəfəq saçmasını insanlar az müşahidə edə bilir və bu Antarktida sahillərində olur.

2. Bizim planetə oxşar digər planetlər də var.

Alimlər ehtimal edirlər ki, Kainatda bizim planetə oxşar çoxlu planetlər var. Sübutlarla aşkar olunmuşdur ki, Yerə bənzər planetlər uzaq ulduzlar ətrafında fırlanır. Məsələn, Kepler-22-b planeti ulduz ətrafında bizim planetin Günəş ətrafında fırlandığı məsafədə fırlanır və bu da göstərir ki, həmin planetdə həyat üçün əlverişli şərait ola bilər. Baxmayaraq ki, həmin planetlərdə həyatın olması elm aləmində mübahisəli olaraq qalır.

3. Cənub qütbünə kim ilk olaraq çatıb?

Antarktika səhrasını uğurla keçərək Cənub qütbünə ilk çatan adam norveçli Raul Amundsen olub. O və daha 4 adam itlərin çəkdiyi xizəklərin köməyi ilə 1911-ci ildə qütbə çatmışlar. Amundsen deyirdi ki, ciddi planlaşdırma sayəsində onu uğur müşayət edib.

4. Ən quru yer.

Planetdə ən quru yer insanların nadir hallarda getdiyi Çili və Perudakı Atakama sərhasıdır. Bu səhranın mərkəzində elə yer var ki, heç vaxt yağış qeydə alınmayıb. Baxmayaraq ki, Antarktidanın Quru Vadilərində artıq milyon illərdir ki, yağış müşahidə olunmur.

5. Açıq fəzalar.

Bəzən təklikdə olmağı sevən insanlara məsləhət görürlər ki, Qrenlandiyaya getsinlər. Bu adada yerdə insanların ən az sıxlığı var. Belə ki, 2010-cu ildə 2166086 kvadrat kilometr ərazidə cəmi 56534 nəfər yaşayırdı. Qrenlandiyanın əksər sakinlərini sahillərdə görmək olar.

6. Ən sıx məskunlaşmış şəhər.

Əhalisi sıx olan şəhəri sevmirsiniz? Onda sizə Manilaya getməyi məsləhət görmürük. Filippinin paytaxtı olan bu şəhər planetin əhalisi ən sıx olan şəhəridir. Ölkənin əhalisinin 2007-ci ildə siyahıya alınmasının məlumatlarına görə 38,55 kvadrat kilometr ərazidə 1660714 nəfər insan yaşayır.

7. Ən kiçik məməli.

Yerdə çoxlu sayda olduqca kiçik canlılar var ki, onlardan bəziləri yalnız bir hüceyrədən ibarətdir. Amma, ən kiçik heyvan - məməli donuzburun uçan siçandır. Onlar cənubi-şərqi  asiyada yaşayır. Bu siçanın uzunluğu 3-3,3 sm-ə çatır, çəkisi isə 2 qrama.

8. Ən böyük orqanizmlər.

Planetdə ən böyük orqanizm bu qəribə olsa da göbələkdir. Göbələk orqanizminin böyük hissəsi yerin altında gizlənib. 1992-ci ildə alimlər Nature jurnalında məlumat veriblər ki, openok Oreqonda 0,89 ha yeri tutub.

9. Nəfəs alan nəhənglər.

Biz planetdə ən nəhəng canlılar haqqında düşündükdə ilk olaraq ağla balina və fil gəlir. Şimalı Amerikada bitən ən böyük ağac Sekvoyya planetin ən böyük ağacıdır, “Sekvoyya” Milli parkında bitir (Kaliforniyada). Ağacın gövdəsi 1486,6 kubmetr materiala malikdir.

10. Ən böyük hövzə.

Ən böyük okean hövzəsi Sakit okean hövzəsi hesab olunur. Sakit okean 155 milyon kvadrat kilometr sahəni tutur və bu okean bütün dünyada olan suyun yarıdan çoxuna malikdir. O, oqədər böyükdür ki, bütün qitələr həmin sahədə yerləşə bilər.

11.Əhalinin məskunlaşdığı sahil xəttləri.

Sahil xətləri ABŞ-ın cəmi 20% ərazisini əhatə edir (Alyaska daxil deyil) və amerikalıların 50%-dən çoxu üçün evdir, başqa sözlə, əksəriyyət sahildə yaşamaq istəyir.

12. Ən güclü vulkan püskürməsi.

İnsanın şahid olduğu ən güclü vulkan püskürməsi 1815-ci ilin aprelində İndoneziyada Tambora dağında baş vermişdir. VEI şkalası üzrə bu püskürmə 7 bala çatmışdır. Şkalanın ən yüksək nöqtəsi 8-dir. Şahidlərin söylədiklərinə görə püskürmə o qədər güclü olub ki, partlayan vulkanın səsi 1930 km aralıda yerləşən Sumatra adasında eşidilib. Püskürmə təxminən 71 min insanın həyatına son qoyub, qara tüstünü vulkandan kifayət qədər uzaqda olan adalardan müşahidə etmək olurdu.

13. Ən aktiv vulkan.

Ən aktiv vulkan İtaliyanın cənubi-qərbində, Aralıq dənizindəki vulkanik adada yerləşən Stromboli vulkanı hesab olunur. Son 20 min ildə vulkan praktiki olaraq daima püskürür. Qaranlıqda, lavanın işıqlanması hesabına vulkanı dənizdən görmək olur, odur ki, bəzən “Aralıq dənizinin mayakı” adlandırılır.

14. Dağların əmələ gəlməsi.

Tektonik plitələrin gözə görünməyən hərəkəti görünən olmasa da onların hərəkətinin nəticələrini planetin səthində görə bilirik. Hindistan və Tibet arasında Himalay dağları yerləşir ki, onlar 2900 km məsafədə yerləşir. Bu uzun dağ zənciri təxminən 40-50 milyon  illər əvvəllər əmələ gəlmişdi və o vaxt plitələrin hərəkəti sayəsində Hindistan və Avrasiya birləşmişdi.

15. Superqitə.

Hesab olunur ki, bizim planetin 4,5 milyard il mövcudluğu müddətində Yerin qitələri nə vaxtsa birləşiblər, sonra isə ayrılıblar. Ən sonuncu yeganə qitə Panqeya olub və təxminən 200 milyon il əvvəl tərkib hissələrinə ayrılmağa başlayıb. Alimlər hesab edirlər ki, gələcəkdə qitələr yenə bir yerə toplanacaq.

16. Ayın əmələ gəlməsi.

Əksər tədqiqatçılar hesab edir ki, bəzi iri obyektlər çox-çox əvvəllər Yer ilə toqquşub və nəticədə planetdən parça ayrılıb ki, ondan sonralar Ay əmələ gəlib. Hələlik dəqiq aydın deyil ki, həmin obyekt başqa planet, asteroid və ya kometa olub, amma, bəzi alimlər ehtimal edirlər ki, günahkar ölçülərinə görə Marsa uyğun gələn Teyya planetidir.

17. Ulduzlara qədər məsafə.

Yer Günəşdən təxminən 150 milyon kilometr məsafədədir. Bizim planetimizin səthinə çatmaq üçün günəş işığına 8 dəqiqə 19 saniyə vaxt lazımdır.

18. Kosmik toz.

Hər gün bizim planetin səthinə kosmik toz tökülür: təxminən 100 ton planetlər arası material (əsasən toz şəklində). Ən xırda hissəcikləri Günəşə yaxınlaşdıqda buzları buxarlanmağa başlayan kometalardan ayrılır.

19. Bizim planetin sərvətləri.

Planetin ən böyük dənizlərində 20 milyon tondan çox qızıl var, amma onu əldə etmək heç də asan deyil. Qızıl dəniz suyunda o qədər həll olub ki, hər litr dəniz suyunda qramın 13 milyardda biri  qədər qızıl var. Qızıl həll olmamış halda suxurların dərinliyində, okeanın dibində gizlənib, odur ki, hələlik onu əldə etmək mümkün deyil. Amma, əgər bu mümkün olsaydı planetin hər bir sakini 4,5 kq qiymətli metalın potensial sahibi olardı.

20. Su aləmi.

Okeanlar yer səthinin təxminən 70%-ni tutur. Amma, insanlar hələlik yalnız 5%-ini öyrənə biliblər. Okeanın qalan 95%-ni insan heç vaxt görməyib.

21. Təbii elektrik.

İldırım və şimşək – təbiətin ən dəhşətli hadisələrindəndir. Təkcə bir ildırım zərbəsi havanı təxminən 30 min dərəcə Selsə qədər qızdıra bilir ki, bu da havanı güclü şəkildə genişlənməyə məcbur edir, partlayış dalğası və güclü gurultu yaradır.

22. O bənövşəyi olub.

Nə vaxtsa Yer bənövşəyi olub, baxmayaraq ki, bu gün yaşıl rəngə dəyişib. Bunu Merilend universitetinin mikrob genetiki Şil Dassarma (Hil Das Sarma) ehtimal edir. Qədim mikroblar onun fikirincə, xlorofilli yox digər molekulları istifadə edə bilib ki, günəş şüalarını qəbul etsin. Belə molekullar onlara bənövşəyi çalar verir. Dassarma hesab edir ki, xlorofil işığa həssas olan və adı retinal olan molekuldan sonra yaranıb.

23. Buzlaqların yaşının ölçülməsi.

İnsanlar planetdə öz qeydlərini müxtəlif üsullarla qoyur. Məsələn, 1950-ci illərdə nüvə silahının sınaqları radioaktiv hissəciklərin atmosferə atılmasına gətirib çıxardı ki, onlar qar və yağış ilə birlikdə yerə qayıtdı. Bu çöküntülər buzlaqlarda çökdü və təbəqələr əmələ gətirdi. Alimlər bu təbəqələr əsasında buzlaqların yaşını aydınlaşdırmağa cəhd edirlər.

24. Su itkisi.

İqlim dəyişdikcə buzlaq buzu itirir ki, bu da dünya okeanının səviyyəsinin qalxmasına səbəb olur. Məlum olub ki, yalnız bir buzlaq ərisə, o, ərimə nəticəsində əmələ gələn suyu 10 faiz artırır. Kanada buzlağı 2004 və 2009-cu illər arasında artıq xeyli buz itirib ki, o da Eri gölünün suyunun 75%-nə bərabər su əmələ gətirib.

25. Göllərin partlayışı.

Göllər də partlaya bilir. Kamerunda Rvan və Konqo Demokratik Respublikası ilə sərhəddə 3 təhlükəli göl var: Nios, Monun və Kivu. Bu göllər krater göllərdir və vulkanın zirvəsində yerləşirlər. Onların səthinin altında maqma karbon qazı buraxır ki, o da gölün lojası altında toplanır. Əgər karbon qazı azadlığa çıxsa, yaxınlıqda olan hər kəs üçün nəfəs almaq üçün heç nə olmayacaq.

26. Qurunun ən aşağı nöqtəsi.

Qurunun ən aşağı nöqtəsinə asanlıqla çatmaq olar. Bu, İordaniya və İsrail arasında yerləşən Ölü dənizidi. Bu dənizdə suyun səviyyəsi dəniz səviyyəsindən 423 metr aşağıdır. Həm də hər il bu səviyyə bir metr aşağı düşür.

27. Ən dərin nöqtə.

İnsan yerin dərinliyinə nə qədər gedə bilər? Planetdə ən dərin yer Marin çökəkliyidir, onun dərinliyi dəniz səviyyəsindən 10916 metr aşağıdır. Planetin okean ilə örtülməyən ən dərin yeri dəniz səviyyəsindən 2555 metr aşağıdır, amma ora çatmaq çətindir. Bu, Antarktidada Bentli çokəkliyidir və o, qalın buz təbəqəsi ilə doludur.

28. Ən varlı ekosistemlər.

Korall rifləri vahid sahəyə dünyanın istənilən yerində olduğundan daha çox miqdarda canlı varlıqları cəlb edir. Onlarla yalnız olsa-olsa tropik meşələr rəqabət apara bilər. Riflər olduqca kiçik korall poliplərdən ibarətdir ki, onlar əhəng strukturları qururlar. Onlar planetdə ən böyük canlı strukturlardırlar və kosmosdan da görmək olur. Təssüf ki, ekologiyanın korlanması və iqlimin dəyişməsi nəticəsində korall rifləri getdikcə daha sürətlə məhv olur.

29. Ən uzun dağ silsiləsi.

Əgər siz ən uzun dağ silsiləsini görmək istəsəniz, olduqca dərin su altına enməlisiniz. Sualtı dağ silsilələri 65 min kilometrdir – bu, sualtı vulkanlar silsiləsidir ki, Yeri kəmər kimi tutur. Lava okeanların altında püskürür və sualtı dağlar əmələ gətirir.

30. Zirvələrin fəthi.

1978-ci il mayın 8-də italiyalı alpinist Raynxold Messner Peter Xabeler ilə birlikdə Everest zirvəsini fəth etdi və o, planetin ən uca zirvəsini oksigen istifadə etmədən fəth etdi.

31. Daşlar gəzə bilir.

Daşlar planetin səthində gəzə bilir, ən azı Kaliforniyada Ölüm vadisindəki qurumuş Reystrek – Playya gölündə. Bəzən külək on və yüz kiloqramlarla çəkisi  olan daşları yerindən tərpədə bilir. Daha çox ehtimal olunur ki, platonun gilli səthi yaxındakı dağların qarı əridikdə daha sürüşkən olur. Bu küləyə imkan verir ki, daşı səthdə itələsin və hərəkət etdirsin.

32. Yerin daha bir ayı ola bilər.

Bəzi alimlər iddia edir ki, Yerin Aydan başqa daha bir sputniki var. Tədqiqatlara uyğun olaraq (onların nəticələri keçən ilin axırında İCARUS jurnalında çap olunub) Yer ətrafında istənilən vaxt ölçüsü 1 metr olan kosmik cism fırlanır. Başqa sözlə, həmişə eyni cism deyil, “müvəqqəti aylardır” (alimlər belə deyir). Onların nəzəriyyəsinə görə Yerin qravitasiya sahəsi Günəş ətrafında bizim planetdən uzaq olmayan asteroidləri tuta bilər. Belə asteroid yerə yaxınlaşdıqda, Yerin ətrafında fırlanmağa başlayır və 3 dövrə vurur, orbitdə 9 ay qaldıqdan sonra yenidən uzaqlaşır.

33. İki Ay?

Nə vaxtsa yerin iki nəhəng sputniki – iki ay olub. Diametri təxminən 1200 kilometr olan ikinci sputnik alimlərin ehtimallarına görə Ay ilə toqquşana qədər bizim planet ətrafında fırlanıb. Bu katastrof izah edə bilər ki, nə üçün müasir Ayın iki tərəfi bir-birindən kəskin fərqlənir.

34. Maqnit sahəsinin istiqamətinin dəyişməsi.

Son 20 milyon ildə bizim planetdə hər 200-300 ildə maqnit sahəsinin istiqamətinin dəyişməsi baş verir, baxmayaraq ki, bu proses xüsusi dövriliyə malik deyil. Dəyişmə göz qırpımı müddətində baş verə bilməz. Bu proses 100 min illərlə vaxt tələb edir.

35. Ən hündür dağlar.

Everest dağı (onu Comolunquma da adlandırırlar) ən hündür dağdır. Onun zirvəsi dəniz səviyyəsindən 8848 metr hündürlükdə yerləşir. Lakin əgər dağ onun lap əsasından zirvəyə qədər ölçülsə o, 17170 metr olar.

36. Maqnit sahəsi.

Yerin bərk dəmir nüvəsi ətrafında toplanmış qaynar və maye metal okeanı olması səbəbindən  onun maqnit sahəsi var. Bu maye metal axını elektirik cərayanı yaradır ki, o da öz növbəsində maqnit sahəsi yaradır. 19-cu əsrin əvvəllərində Yerin şimal maqnit qütbü şimala 1100 kilometr yerini dəyişmişdir (NACA tədqiqatlarına əsasən). Hərəkət sürəti artır, hazırda şimal qütbü ildə 64 km sürətlə hərəkət edir. 20-ci əsrdə o, 16 km/il sürətlə hərəkət edirdi.

37. Qəribə qravitasiya.

Bizim planet ideal kürə formasında olmadığından onun kütləsi bərabər paylanmır. Kütlənin fərqliliyi qravitasiyanın fərqliliyini yaradır. Anomal qravitasiyaya bir nümunə Kanadadakı Qudzonov körfəzidir. Bu sahədə qravitasiya planetin digər yerlərinə nisbətən aşağıdır. 2007-ci ildə alimlər aşkar etdilər ki, bunlara günahkar əriyən buzlaqlardır. Sonuncu buzlaşma dövründə bu sahəni örtmüş buz ərimiş,  lakin planet bu hadisədən sonra bərpa olunmağa vaxt tapmamışdır.

38. Ən böyük stalaqmit.

Dünyada Ən böyük stalaqmit Kubada tapılıb. Bu, 67,2 metr hündürlüyündədir.

39. Ekstremal qitə.

Ən cənub qitə – Antarktida Yerin ən kənarıdır. Antarktidanın buz papağı planetdə olan şirin su ehtiyatının 70%-ni, dünya buzunun 90 faizini saxlayır.

40. Ən soyuq nöqtə.

Gözlənilməz olmayacaq ki, planetdə ən soyuq nöqtə Antarktidadadır. Lakin termometrin dərəcə göstərəni görünməmiş dərəcədə aşağı düşür. Qışda temperatur mənfi 73 dərəcə Selsə çata bilir. Amma ən aşağı ekstremal aşağı temperatur 1983-cü ilin iyulun 21-də rus Vostok stansiyasında qeyd olunub və temperatur mənfi 89,2 dərəcə Selsi olub.

41. Ən isti yer.

Planetin ən isti yeri Liviyadır, burada 1922-ci ilin sentyabrında termometr 57,8 qradus Selsi göstərmişdir. Ola bilər ki, hardasa səhrada daha isti yerlər ola bilər, lakin, onlar müşahidə stansiyalarının əhatə dairəsindən kənardadırlar.

42. Ən güclü zəlzələ.

ABŞ ərazisində 1964-cü ilin martın 28-də Alyaskada baş verən zəlzələ ən güclü olub və gücü 9,2 bal olub. Amma, müasir seysmoloqların qeydə aldıqları ən güclü zəlzələ 1960-cı ilin mayın 22-də Çilidə baş verən zəlzələnin gücü 9,5 bal olub.

43. Ay silkələnməsi.

Ay silkələnməsi və ya “Ayda zəlzələ” də bəzən baş verir, amma Yerdə olduğu qədər intensiv və güclü yox. Alimlər ehtimal edirlər ki, Ayda zəlzələ günəş və Yerin axın gücləri və digər səbəblərlə əlaqədardır. Ay zəlzələsi az dərinlikdə, Ayın səthi ilə onun mərkəzi arasında baş verə bilər.

44. Yerin yaşı.

Alimlər planetdə aşkar olunmuş ən qədim suxurları və meteoritləri tədqiq edərək Yerin yaşını müəyyən etmişlər. Meteoritlər və Yer təxminən eyni zamanda əmələ gəlib. Alimlərin məlumatlarına görə Yerin artıq 4,54 milyard il yaşı var.

45. Suxurların hərəkəti.

Üstündə gəzdiyimiz Yer ikinci xammaldan yaranıb. Müəyyən tsikllərin gedişində vulkanik suxurlar çöküntü suxurlarına çevrilir, sonra metamorfik suxurlara və hər şey yenidən. Bu tsikl mükəmməl deyil: yerin dərinliyindən maqma qalxır soyuyur və vulkanik suxura çevrilir. Tektonik proseslər suxuru yuxarı səthə qaldırır və erroziya onu dağıdır. Olduqca xırda fraqmentlər toplanır, təzyiq isə onları sıxır və çöküntü suxuruna çevirir. Əgər çöküntü suxurları daha dərində toplanırsa, onlar böyük təzyiq altında və yüksək temperaturda metamorfik suxura çevrilə bilir. Prosesin gedişində çöküntü suxurları dağıla bilər və metamorfik suxurlar yuxarı qalxa bilir. Amma, əgər metamorfik suxurlar çatlarla daha dərinə getsə, bir təbəqə digəri tərəfindən itələnir, bu suxurlar son nəhayətdə yenidən maqma olur və proses təkrar olunur.

46. Günəş ətrafında səyahət.

Yer öz oxu ətrafında fırlanır, eyni zamanda Günəş ətrafında bizim ölçülərimizlə dəhşətli sürətlə hərəkət edir: 107826 kilometr/saat.

47. Hərəkətdə.

Sizə elə gəlir ki, siz hərəkətsiz dayanmısınız, həqiqətdə isə hərəkət edirsiniz və çox sürətlə. Siz Yerin hansı hissəsində olmağınızdan asılı olaraq müxtəlif sürətlə hərəkət edəcəksiniz. Ekvatorda olan insanlar daha sürətlə hərəkət edir.

48. Planetdə bel var.

Ana Yerin beli var – onun çevrəsinin uzunluğu 40075 kilometrdir.

49. Yastılaşmış forma.

Yer düzgün olmayan formadadır. Fırlanma prosesində qravitasiya planetin mərkəzinə istiqamətlənir, mərkəzdən qaçan qüvvə kənara gedir. Fırlanma səbəbindən planetin ekvatorunda şişmə yaşanır, odur ki, ekvatorial diametr qütblər arasındakı diametrdən 43 km çoxdur.

50. Üçüncü planet.

Bizim doğma planetimiz Yer Günəşdən üçüncü planetdir və günəş sisteminin yeganə  planetidir ki, sərbəst oksigen olan atmosferi var, səthində maye su okeanları var və ən başlıca onda həyat var.

 

Mənbə: http://интересные-факты.com

2017-04-10   9347