NKPI

Maraqlı Məlumatlar

Azərbaycan aşıq şerindən seçmələr - 4-cü hissə

Aşıq Valeh
(1729-1822)
Deyilmi?
 
De, necə şad olum bu aləmdə mən,
Dünya fani, insan mehman deyilmi?
On səkkiz min böyük sirli dəryalar,
Başdan-başa dolu al qan deyilmi?
 
Tarixin cəryanı bizə yan verir,
Zalıma, cəllada qüvvət, qan verir,
Fağır-füqəralar vaxtsız can verir,
Zamana yoxsula düşman deyilmi?
 
Zalımı şah edir bimürvət fələk,
Zülmünü görəndə deyir: mübarək!
Qoymayır aləmdə biz də gün görək,
İnsana zülm edən insan deyilmi?
 
Valeh necə dözsün belə möhnətə,
Təriq əhli düçar olub möhnətə.
Neçə piranələr gəlib minnətə,
Qamçı altda cismi üryan deyilmi?
 
Mənbə: Azərbaycan aşıq şerindən seçilmələr. Baki, "Sərq-Qərb", 2005, 424 səh.

2017-04-14   35604