NKPI

Maraqlı Məlumatlar

Kimyanın dili. Kimyəvi adların etimologiyası - Kolloid

Kolloid, kollodi, kley, gel, aqar-aqar, jelatin, zərrəciklər, aerozol, aerosil, suspenziya, emulsiya, koaqulyasiya, sinerezis, dializ, membran.

Bu terminlərin hamısına kolloid kimyada rast gəlinir. Əgər bəzi maddələrin suda məhlulları buxarlandırılsa, kristallar əvəzinə studenə bənzər amorf kütlə əmələ gəlir. Çox vaxt üzvi mənşəli maddələr bu xassəni göstərir, bir çox hallarda onların məhlulları yapışdırıcı xassəyə malik olur. İngilis kimyaçısı Tomas Qrem (Qrexm 1805-1869) belə məhlulları öyrənərək onlara kolloid adı vermişdir. Yunan dilində kolla –“kley” (yapışqan) (kollodes – “yapışqanlı”) və  eidos – “görünüş” mənasını bildirir. Ev xanımı studni almaq üçün donuz ayaqlarını (həmçinin digər iri heyvanların ayaqlarını) qaynatdıqda o, jelatinin kolloid məhlulunu hazırlayır. Təsadüfü deyil ki, vətərlərin, qığırdaqların, sümüklərin əsas zülal komponenti kollagen (hərfi mənada “yapışqan yaradan”) adlanır. Xarrat yapışqanı kolloid məhlullara daha bir misaldır. Həmçinin süd, marqarin  və digər süd məhsulları, tuş, müxtəlif boyaqlar və çoxlu sayda başqaları kolloid məhlullara aiddir.

“Kolloid” – nitrosellülozanın quruyanda incə plyonka əmələ gətirən spirt-efir məhlulunun adı da eyni mənşəlidir. Maraqlıdır ki, holland dilində klei – heç də “yapışqan” yox, “gil” deməkdir, axı o da yapışandır. İngilis dilində clay – “gil” sözü də buradandır. Nəzərə alsaq ki, ukrayna dilində qley – “kley” deməkdir, qəbul etmək lazımdır ki, “kley” və “gil” demək olar ki, təxminən eyni köklü sözdür; hər halda onların mənşəyi eynidir.

Bir çox metallar olduqca xırdalanmış halda (kolloid) rəngsiz maddələrə rəng verə bilir. Məsələn, xırda dispersləşmiş natrium natrium xlorid kristallarında olduqda onları göy rəngə boyayır. Qızılın preparatı kassiev purpuru alman həkimi Andreas Kassius - kiçik (1645-təxminən 1700-cü il) adı ilə adlandırılıb. Baxmayaraq ki, kolloid qızılı dörddə bir əsr öncə İohann Rudolf Qlauber (1604-1670) almışdır. Kassiev purpuru hissəciklərin ölçüsündən asılı olaraq şüşəni qırmızı rəngin müxtəlif çalarlarına boyayır. Bu, rubin şüşə adlanır.

Bəzi maddələr artıq kiçik qatılıqlarda adi sudan qatı gel əmələ gətirə bilir. Meyvə jelesi, marmelad, kisel – bütün bunlar gellər idi. Yeri gəlmişkən “jele” və “gel” eyni kökdəndir (daha doğrusu eyni mənşəlidir). Suda məhlul hansısa qatılaşdırıcı (onu geləmələgətirici adlandırırlar) olduqda gel alınır. Ad latın dilində gelare –“donmaq, laxtalanma”, italiya dilində gelo – “şaxta ”, gelato – “dondurulmuş” sözlərindən yaranıb.

Qida geləmələgətiricilərindən aqar-aqar (malay mənşəli sozdür) və jelatin daha çox məlumdur. Aqar-aqar dəniz yosunlarından alınır. Jelatin müxtəlif heyvan qalıqlarında olur; o, balıq sümüklərində, qığırdaqlarda, dırnaqlarda çoxdur. Suya cəmi 4-5% jelatin əlavə olunduqda kolloid sistem yaranır ki, o, tamamilə axıcılığını itirir. Jelatinin miqdarı artdıqca məhlul daha qatı, sonra isə bərk olur.

Bərk və maye hissəcikləri əlavə kimi olan qazlar da kolloid sistemlərə aiddirlər; onlar aerozollar (yunanca aer – “hava” və latınca solutio – “məhlul”) adlanırlar. Daha çox tanış olan misal – smoq, tüstüduman qarışığı (ingiliscə smoke – “tüstü” və fog – “duman”). Daha çox yayılmış maye zollardır, onları həll olmayan maddələrin hissəcikləri əmələ gətirir. Hissəciklər daha böyük olduqda asılqanlar və ya suspenziyalar (latınca suspensio – “asılmaq”) əmələ gəlir. Yüksək disperslikli amorf gilli torpaq aerosil adlanır (latın dilində silex – “çaxmaq daş” deməkdir). “Maye-maye” kolloid sistemi emulsiya adlanır. Bu söz latın sözü emulgere – “sağmaq” sözündəndir: ən ilk öyrənilən emulsiyalardan biri süddür. Emulsiya dağıldıqda, dispers fazanın hissəcikləri yapışırlar, onların koaqulyasiyası  baş verir (latınca coagulatio – “pıxtalaşma, qatılaşma”). Mayelərin studnilərdən və gellərdən özü-özünə təbəqələşməsi sinerezis adlanır. Yunanca syn – “birlikdə”, birgə, airein – “götürmək tutmaq” deməkdir.

Kolloid məhlulları təmizləmək üçün Qrem yarımkeçirici membran istifadə etmişdir, bu membran kiçik molekulları buraxır, böyük (kolloid) hissəcikləri isə buraxmır. Qrem bu prossesi dializ adlandırmışdır (yunan sözü dialysis – “ayırma”). Yeri gəlmişkən, membrana latın dilində “nazik dəri” deməkdir.

 

Mənbə: Илья Леенсон. Язык химии. Этимология химических называний. Москва: Издательство АСТ: CORPUS, 2016,464 c.

2017-04-28   36945