NKPI

Maraqlı Məlumatlar

ƏSAS VƏ XÜSUSİ PƏHRİZLƏR

1a №-li PƏHRİZ

Göstərişlər: 1) müalicənin ilk 6-8 günündə mədənin və onikibarmaq bağırsağın xora xəstəliyinin ciddi kəskinləşməsi; 2) müalicənin ilk günlərində xroniki qastritin ciddi kəskinləşməsi; 3) müalicənin 2-4-cü günündə kəskin qastrit, yemək borusunun yanıqları.

Məqsəd: həzm yolunun mexaniki, kimyəvi və termiki qıcıqlardan maksimal dərəcədə qorunması, onun sekretor və hərəki funksiyasının azaldılması, xoraların sağalmasının yaxşılaşdırılması.

Ümumi xarakteristika: enerji dəyərinin başlıca olaraq karbohidratlar hesabına aşağı olması, xörək duzu miqdarının məhdudlaşdırılması, şirəqovucu və mədənin selikli qişasını qıcıqlandırıcı təsirə malik olan ərzaq məhsullarnın və xörəklərin istisna edilməsi; yeməyin sürtgəcdən keçirilmiş şəkildə hazırlanması, suda və ya buğda bişirilməsi, duru və ya sıyığabənzər halda verilməsi; isti və soyuq xörəklərin istisna edilməsi.

Kulinariya işlənməsi: xörək suda bişirilmiş və sürtgəcdən keçirilmiş, duru və ya sıyığabənzər konsistensiyada süfrəyə verilir.

Kimyəvi tərkibi və enerji dəyəri: zülallar – 80 q (60-70%-i – heyvan mənşəli), yağlar – 80-90 q (20%-i – bitki mənşəli), karbohidratlar 200 q, enerji dəyəri – 1900-2000 kkal, xörək duzu – 6 q, sərbəst maye – 1,5 l.

Qidalanma rejimi: yeməklər kiçik porsiyalarla gündə 6 dəfə hər iki saatdan bir 40-50°C temperaturda qızdırılmış şəkildə verilir; yatmazdan əvvəl süd içmək məsləhətdir. Qida qəbulunda eyni vaxtda 2 xörəkdən artıq icazə verilmir.

 

Məsləhət görülən və qadağan edilən xörəklər:

Çörək və un məmulatı qadağan edilir.

Yumurta-süd qarışığı və kərə yağı əlavə etməklə yarmalardan həlimli şorbalar.

Gündə bir dəfə püre və ya buğda bişirilmiş sufle şəklində ət və ya balıq.

Süd məhsulları: süd, qaymaq, sürtgəcdən keçirilmiş təzə hazırlanmış kəsmikdən sufle. Digər süd məhsulları istisna edilir.

Yumurta: ilıq bişirilmiş və ya buğda bişirilmiş omlet şəklində – 3 əded.

Yarmalar: manna və ya sürtgəcdən keçirilmiş qarabaşaq sıyığı, süd və ya qaymaq əlavə etməklə duru yulaf, düyü sıyıqları gündə 1 dəfə.

Tərəvəz, qəlyanaltılar, çiy meyvələr və qənnadı məmulatı istisna edilir. Şirin meyvələrdən və giləmeyvələrdən kiselə və jeleyə, südlü kiselə, şəkərə, bala icazə verilir.

Souslar və ədviyyat istisna edilir.

İçkilər: süd və ya qaymaqla tünd olmayan çay, su ilə duruldulmuş, şəkər qatılmış meyvə və giləmeyvə şirələri, itburnu dəmləməsi; kofe, kаkао, qazlı içkilər istisna edilir.

Yağlar: isti xörəklərə kərə yağı və ya təmizlənmiş rafinə, vinterizə və dezodorasiya olunmuş və adlı bitki yağları əlavə edilir.

Azərbaycan xörəklərindən ancaq fırni və quymaq məsləhət görülür.

1a №-li pəhrizin təxmini menyusu:

1-ci səhər yeməyi – 2 yumurtadan zülal tərkibli omlet, təzə kefır.

2-ci      sehər yeməyi – meyvələrdən hazırlanmış kisel.

Nahar – yulaf yarmasından hazırlanmış selikli sıyıq (sup); balıq suflesi buğda bitki yağı ilə bişirilir. Meyvədən jele.

Günorta yeməyi – itburnu dəmləməsi (həlimi)

Şam yeməyi – bitki yağı ilə balıqdan hazırlanmış sufle, yulaf yarmasından suda bişirilib hazırlanmış və sıyıq sürtgəcdən keçirilir, meyvə kiseli.

Gecə vaxtı yeməyi – təzə qatıq (kefir).

Bütün günü – 25 q-a qədər şəkər.

10 gün müddətində xəstədə fəsad baş verirsə onu 1,5-2 ay müddətinə 1 №-li dietaya keçirirlər. Nazik bağırsaqlarda cərrahi əməliyyatdan 2-2,5 ay sonra, bağırsaqların xarici fıstulasını bərpa etmək üçün 4B №-li dieta təyin edilir.

Beləliklə, cərahi yolla nazik bağırsaqların fistulasnı aradan qaldırdıqdan sonra, eləcə də kolostoma qoyduqdan sonra, fəsadlar olmadıqda və pasientin halı yaxşı olduqda 4 №-li dieta təyin edilir.

Cərrahi əməliyyatın 3-cü həftəsindən başlayaraq bağırsaqların pozulmuş funksiyalarını bərpa etmək üçün 2-3 ay müddətində 4b №-li, əməliyyatın dördüncü ayından sonra isə 4 в №-li pəhriz məsləhət görülür.

1b №-li PƏHRİZ

Göstərişlər: mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi, 1a №-li pəhrizdən sonra xroniki qastritin ciddi kəskinləşmə vaxtından 10-14 gün keçdikdən və sakitləşdikdən sonra istifadə edilir. Kəskin qastritdə 1a №-li pəhrizdən sonra göstəriş vardır.

Məqsəd: həzm yolunun selikli qişasının mexaniki, kimyəvi və termiki qıcıqlardan xeyli qorunması, iltihabın azaldılması, xoraların sağalmasının yaxşılaşdırılması, tezləşdirilməsi.

Kulinariya işlənməsi: xörək suda bişirilmiş və ya sürtgəcdən keçirilmiş, duru və ya sıyıq konsistensiyasında süfrəyə verilir.

Ümumi xarakteristika: karbohidratların hesabna enerji dəyərinin orta dərəcədə azaldılması; mədənin sekresiyasını artıran və selikli qişasını qıcıqlandıran ərzaq məhsullarının və xörəklərin kəskin surətdə məhdudlaşdırılması; suda və ya buğda bişirilmiş yemək püreyə bənzər və ya yarımduru şəkildə verilir; xörək duzunun miqdarı azaldılır; isti və soyuq xörəklər istisna edilir.

Kimyəvi tərkibi və enerji dəyəri: zülallar – 90 q (60-70%-i heyvan mənşəli), yağlar – 90-95 q (25%-i bitki mənşəli), karbohidratlar – 300-350 q, enerji dəyəri – 2500-2600 kkal, xörək duzu – 8-10 q, sərbəst mayel,5 litr 2-3 saatdan bir, az-az 40-50°C temperaturda isti şəkildə verilir.

Qidalanma rejimi: gündə 5 dəfə, yatmazdan əvvəl – süd.

 

Məsləhət görülən və istisna edilən qida məhsulları və xörəklər

Çörək və un məmulatı: yalnız əla növ undan 75-100 q nazik doğranmış, qızardılmamış suxarı (ağ lavaşdan olar).

Şorbalar: qatı həlimdə və ya südlü, sürtgəcdən keçirilmiş yarmalarla, yumurta-süd qarışığı, kərə yağı əlavə etmək olar.

Buğda bişirilmiş sufle, knel, püre, kotlet, buğda bişirilmiş ət və quş, balıq; püreni şorbaya əlavə etmək olar.

Süd məhsulları: süd, qaymaq, südlə birlikdə sürtgəcdən keçirilmiş və ya sufle şəklində yağsız kəsmik. Turş süd məhsulları və pendir istisna edilmir.

Yumurta: gündə 3 ədədədək, ilıq və ya buğda bişirilmiş omlet şəklində və ya çalınmış yumurta ağı.

Yarmalar, südlü sıyıqlar: manna yarmasından, digər yarmalardan – kərə yağı ilə birlikdə, sürtgəcdən keçirilmiş.

Tərəvəz: süd və yağla birlikdə kartof, çuğundur, yerkökü püresi, buğda bişirilmiş knel. Qəlyanaltılar istisna edilir.

Meyvələr, şirin xörəklər, şirniyyat: şirin meyvələrdən və ya şirələrdən kisel, jele, mus, südlü kisel, şəkər, bal. Çiy meyvələr və qənnadı məmulatı istisna edilir.

Souslar: yalnız südlü və ya turş olmayan xamadan. Ədviyyat istisna edilir.

İçkilər: süd və ya qaymaqla birlikdə zəif çay, itburnu dəmləməsi, azca şəkər qatılmış su ilə durulaşdırılmış şirin meyvə şirələri; kofe, kаkао, qazlı su istisna edilir.

Yağlar: hazır yeməyə əlavə edilən təmizlənmiş bitki və kərə yağları. Azərbaycan xörəklərindən yalnız fıniyə və qaymağa icazə verilir.

1b №-li pəhrizin təxmini menyusu: 1-ci səhər yeməyi – 2 yumurtadan buğda bişirilmiş omlet, südlü manna sıyığı, itburnu dəmləməsi; 2-ci səhər yeməyi – süd; nahar yeməyi – südlü yerkökü püresi, quymaq, lavaşdan suxarı; günorta yeməyi – süd, suxarı, şam yeməyi – südlü düyü sıyığı, meyvə kiseli; yatmazdan əvvəl – süd.

1 №-li PƏHRİZ

Göstərişlər: 1) ciddi kəskinləşmədən sonra sağalma dövründə və ciddi olmayan kəskinləşmə zamanı xora xəstəliyi; 2) sekresiya saxlanmaqla və ya artmaqla xroniki qastritin ciddi olmayan kəskinləşməsi; 3) sağalma dövründə kəskin qastrit.

Məqsəd: tam dəyərli qidalanma zamanı həzm yolunun mexaniki, kimyəvi və termik qıcıqlardan orta dərecədə qorunması, iltihabın azaldılması, xoraların sağalmasının yaxşılaşdırılması, mədənin sekretor və hərəki funksiyasının normallaşdırılması.

Ümumi xarakteristika: pəhriz zülalların, yağların və karbohidratların miqdarına, enerji dəyərinə görə tam dəyərlidir, mədə sekresiyasını gücləndirən və selikli qişasını qıcıqlandıran məhsullar, eləcə də mədədə çox ləngiyən məhsul və xörəklər məhdudlaşdırılır;

Yeməklər əsasən sürtgəcdən keçirilir, suda və ya buğda bişirilir; tikə-tikə doğranmış balığa və kobud olmayan ətə icazə verilir. Xörəkləri qabıq əmələ gəlmədən qızartmaq olar. Çox soyuq və isti xörəklər istisna edilir. Xörək duzu orta dərəcədə məhdudlaşdırlır.

Kulinariya işlənməsi: bütün xörəklər buğda və ya suda bişirilir. Sürtgəcdən keçirildikdən sonra stola verilir.

Kimyəvi tərkibi və enerji dəуəri: zülallar – 90-100 q (60%-i heyvan mənşəli), yağlar – 100 q (30%-i bitki mənşəli), karbohidratlar – 400-500 q, enerji dəyəri 2800-3000 kkal, xörək duzu – 10-12 q, sərbəst maye –1,5 litr.

Qidalanma rejimi: az-az, isti şəkildə gündə 5 dəfə, yatmazdan əvvəl - süd və ya qaymaq verilir.

Məsləhət görülən və qadağan edilən qida məhsulları və xörəklər

Əla və ya 1 növ undan boyat və ya azca qurudulmuş çörək və ya lavaş, quru biskvit ve peçenye, həftədə 1-2 dəfə yağlı xəmirdən olmayan yaxşı qızardılmış bulkalar, alma, suda bişirilmiş ət, yumurta, balıq, cem ilə duxovkada bişirilmiş pirojni, kəsmiklə vatruşka. Çovdar çörəyi, hər hansı təzə çörək, yağlı xəmir istisna edilir.

Şorbalar: sürtgəcdən keçirilmiş, yerkökü, kartof və ya yarma həlimində tərəvəz şorbaları, südlü şorbalar – tərəvəzdən püre, əvvəlcədən suda bişirilmiş toyuqdan və ya ətdən, sürtgəcdən keçirilmiş şirin giləmeyvədən manna yarması ilə şorbalar. Şorbaya kərə yağı, qaymaq, yumurta–süd qarışığı qatılır. Ət, balıq və qatı tərəvəz bulyonları, şi, borş, doğramac istisna edilir.

Ət, quş və balıq: bunlardan buğda və suda bişirilmiş xörəklər, kotlet, küftə, knel, püre, zraza; kobud olmayan əti tikə şəklində vermək olar (befstroqan); Suda bişirildikdən sonra duxovkada qızardılmış ət, suda bişirilmiş dil və qaraciyər, tikə-tikə və ya kotlet şəklində suda və ya buğda bişirilmiş balıq.

Süd məhsulları: süd, qaymaq, turş olmayan kefır, qatıq, kəsmik (sürtgəcdən keçirilmiş), xama, duxovkada bişirilmiş kəsmik qutabı, varenik, sufle, kəsmikdən pudinq. Turşuluğu çox olan süd məhsulları, kəskin, duzlu pendirlər istisna edilir.

Yumurta: gündə 2-6 ədəd ilıq bişirilmiş və ya buğda bişirilmiş omlet şəklində;

Sıyıqlar – süddə və ya suda bişirilmiş, yarımduru, qarabaşaq sıyığı – sürtgəcdən keçirilmiş buğda bişirilmiş sufle, pudinqlər. südlü yarmalardan kotlet. Vermişel, makaron xırda doğranıb suda bişirilmiş darı, buğda, arpa yarması, bütün darı və vermişel istisna edilir.

Yarmalar: manna, düyü, qarabaşaq, yulaf. Süddə və ya suda yarımduru və ya qatı, sürtgəcdən keçirilmiş sıyıqlar. Darı, buğda, arpa, qarğıdalı yarmaları istisna edilir.

Tərəvəz: kartof, yerkökü, çuğundur, məhdud şəkildə –göy noxud – mayedə və ya buğda bişirilmiş, sürtgəcdən keçirilmiş şəkildə (püre, sufle, buğda bişirilmiş pudinq). Sürtgəcdən keçirilməmiş – boranı və yunan qabağı. Xırda doğranmış şüyüd şorbalara əlavə edilir. Turş olmayan təzə pomidor – gündə 100 qramadək. Qalan tərəvəz istisna edilir.

Qəlyanaltılar: suda bişirilmiş tərəvəzdən, ətdən və balıqdan salat. Qaraciyərdən paştet, doktor, südlü pəhriz kolbasası, tərəvəz həlimində üstünə şirə tökülmüş balıq, kəskin olmayan pendir, duzsuz və yağsız vetçina. Kəskin və duzlu qəlyanaltılar, konservlər, hisə verilmiş məhsullar istisna edilir.

Meyvələr, şirin xörəklər, şirniyyat: təzə, şirin meyvələr sürtgəcdən keçirilmiş, suda və duxovkada bişirilmiş şəkildə; kisel. muss, jele, sürtgəcdən keçirilmiş kompot, südlü kisel, şəkər, bal, turş olmayan mürəbbə, zefır, pastila; sellüloza ilə zəngin olan meyvələr, sürtgəcdən keçirilməmiş quru meyvələr, şokolad, dondurma istisna edilir.

Souslar: südlü (unu qovurmadan, kərə yağı, xama əlavə etməklə), meyvəli, südlü-meyvəli.

Ədvivyat: şüyüd, cəfəri, keşniş məhdudlaşdırılır. Xüsusilə kəskin ədviyyat istisna edilir.

İçkilər: açıq çay, kofe, süd və ya qaymaqla kаkао, şirin meyvə və giləmeyvə şirələri, itburnu dəmləməsi.

Yağlar: kərə yağı və əridilmiş yağ, təmizlənmiş və bitki yağı.

Qeуd: xora xəstəliyinin kəskinləşməsinin müalicəsinin son mərhələsində, onun az simptomlu, süst gedişi zamanı mədənin mexaniki qıcıqlardan qorunmasına ehtiyac olmadıqda sürtgəcdən keçirilməmiş 1 №-li pəhriz də tətbiq olunur. Bu təsvir edilən sürtgəcdən keçirilmiş variantın eynidir, amma xörəklər sürtgəcdən keçirilməmiş hazırlanır.

Məsləhət görülən Azərbaycan xörəkləri:

Kartof şorbası, düşbərə, kəlləpaça və ya xaş, küftəbozbaş, noxudlu şorba, sulu dindili küftə, sulu xingal, toyuq şorbası, umac, Azərbaycan küftəsi, quymaq, kürzə, buğda bişirilmiş lüləkabab, rizə küftə, suda bişirilmiş balıq, südlü plov, südlü sıyıq, xəşil, çığırtma.

Qənnadı məmulatından – Ordubad ruleti, Baki qurabiyəsi, sadə qurabiyə.

1 №-li pəhrizin təxmini menyusu: Sürtgəcdən keçirilmiş variant: 1-ci səhər yeməyi – ilıq bişirilmiş yumurta, sürtgəçdən keçirilmiş südlü qarabaşaq sıyığı, südlü çay; 2-ci səhər yeməyi – şəkərlə birlikdə bişmiş alma; nahar yeməyi – Azərbaycan küftəsi, yerkökü püresi, günorta yeməyi – itburnu dəmləməsi, Ordubad ruleti – 30 q; şam yeməyi suda bişirilmiş balıq, alma kiseli; yatmazdan əvvəl – süd; və ya 1-ci səhər yeməyi – ilıq bişirilmiş yumurta, kartof püresi ilə birlikdə suda bişirilmiş ət, südlü çay; 2-ci səhər yeməyi – yağsız kefır, sadə qurabiyə – 50 q, nahar yeməyi sulu xingal, quymaq – yarım porsiya; günorta yeməyi – alma şirəsi, suxarı; şam yeməyi – yer kökü püresi ilə birlikdə toyuq ətindən buğda bişirilmiş kotlet, xama ilə birlikdə kəsmik, südlü çay.

2 №-li PƏHRİZ

Göstərişlər: 1) sekretor çatışmazlıqla gedən xroniki qastrit ciddi olmayan kəskinləşmə və ya kəskinləşmədən sonra sağalma zamanı, 2) kəskin qastritin, enteritin, kolitin sağalma dövründə normal qidalanmaya keçid kimi, həzm orqanlarının yanaşı gedən xəstəlikləri olmadıqda xroniki enterit və уa kolit kəskinləşmədən sonra və ya kəskinləşmədən kənar dövrdə, çeynəmə aparatının funksiyasının pozulması, kəskin infeksiyalardan və cərrahi əməliyyatdan sonra sağalma dövründə.

Məqsəd: həzm orqanlarının sekretor funksiyasını orta dərəcədə stimulə etmək qıcqırma prosesini azaltmaq, xəstəliyin inkişafının qarşısını almaq, həzm yolunun hərəki funksiyasını normallaşdırmaqdan ibarətdir.

Kulinariya işlənməsi: termiki işləmə müxtəlif olur (suda bişirmə, pörtədmə, qızartmaq). Qızartmağı məhdudlaşdırmaq. Xörək doğranmış, xırdalanmış şəkildə verilməlidir.

Ümumi xarakteristika: mexaniki qıcıqlardan orta dərəcədə qoruyan və həzm şirələrinin sekresiyasını orta dərəcədə stimulə edən tam dəyərli pəhriz. Müxtəlif dərəcədə xırdalanmış və termik üsullarla işlənmiş (kobud qabıq əmələ gəlmədən qızartma və duxovkada bişirmə) xörəklərdən ibarətdir. Birləşdirici toxuma və sellüloza ilə zəngin ərzaq məhsullarından xörəklər sürtgəcdən keçirildikdən sonra hazırlanır. Çətin həzm olunan, mədədə çox ləngiyib, həzm yolunun selikli qişasını qıcıqlandıran, çox isti və soyuq xörəklər istisna edilir.

Kimyəvi tərkibi və enerji dəуəri: zülallar – 90-100 q (60%-i heyvan mənşəli), yağlar – 90-100 q (15%-i bitki mənşəli), karbohidratlar – 400-450 q, enerji dəyəri – 2800-3000 kkal, xörək duzu – 15 qramadək, sərbəst maye – 1,5 litr.

Qidalanma rejimi: az-az gündə 5 dəfə, isti şəkildə vermək olar.

Məsləhət görülən və istisna edilən ərzaq məhsulları və xörəklər:

Müxtəlif çeşidli undan boyat və ya azca qurudulmuş çörək və ya lavaş, yağlı xəmirdən olmayan bulka, həftədə 1-2 dəfə suda bişirilmiş ət və ya balıq, yumurta, alma, cemlə piroq, kəsmiklə vatruşka. Təzə və yağlı xəmirdən bişirilmiş çörək istisna edilir.

Şorbalar: müxtəlif bulyonlarda, sürtgəcdən keçirilmiş və ya xırda doğranmış tərəvəz, həll bişirilmiş və ya sürtgəcdən keçirilmiş yarmalar, vermişel, əriştə, frikadellə. Xəstə yaxşı dözdükdə borş, şi, şor xiyardan şorba (şor xiyarı onun suyu ilə əvəz etməli), çuğundur şorbası. Südlü, noxud, lobya, darı şorbaları, doğramac istisna edilir.

Ət və quş: suda, duxovkada bişirilmiş, qızardılmış (qabıqsız). Ət qiyməsindən hazırlanmış məmulat. İncə (dana, dovşan, toyuq), fassiyasız və vətərsiz əti tikə-tikə hazırlamaq olar. Konservlər (pəhriz konservlərindən başqa) istisna edilir.

Balıq: ət kimi

Süd məhsulları: turş süd məhsullarının bütün növləri, təbii şəkildə və xörəklər şəklində kəsmik, xama – 15 qramadək xörəkdə, süd və qaymaq – xörək və içkilərin tərkibində.

Yumurta: hər hansı şəkildə (bərk bişirilmişdən başqa), qızardılıbsa qabıqsız.

Yarmalar: suda və ya süd elavə etməklə müxtəlif sıyıqlar, ət bulyonunda olar; yarmalardan buğda və ya duxovkada bişirilmiş pudinq, vermişel, ət və ya kəsmiklə əriştə, meyvə ilə plov. Paxlalılar istisna edilir, darı, buğda, аrpа yarması məhdudlaşdırılır.

Tərəvəz: suda bişirilmiş, pörtülmüş, duxovkada qabıqsız bişirilmiş, püre, zapekanka, pudinq, qabıqsız duxovkada bişirilmiş və qızardılmış kotlet.

Xırda doğranmış göyərti xörəyə əlavə edilir. Çiy və sürtgəcdən keçirilməmiş marinada qoyulmuş və duzlu tərəvəz, qırmızı və ağ turp, şirin bibər, xiyar, sarımsaq istisna edilir.

Soğan: yalnız xırda doğranmış, qovrulmuş şəkildə.

Qəlyanaltılar: təzə pomidordan, suda bişirilmiş tərəvəzdən ət, balıq, yumurta (soğansız, xiyarsız, turş kələmsiz) salat. Tərəvəz ikrası, kəskin olmayan pendir. İsladılmış siyənək, üstünə şirə tökülmüş ət və balıq, yağsız mal ətindən həlməşik, yağsız vetçina, doktor, südlü kolbasa. Çox kəskin və yağlı qəlyanaltılar, hisə verilmiş məmulat, konservlər istisna edilir.

Meyvələr, şirin xörəklər, şirniyyat: yetişmiş meyvələr və sürtgəcdən keçirilmiş giləmeyvələr, kompot, kisel, muss. Dözülməzlik olduqda gündə 200 qramadək portağal, qarpız, üzüm. Tərkibində az yağ olan pirojna və konfet. Meyvə və giləmeyvələrin kobud növləri və ya kobud qabığı olanları, dondurma istisna edilir.

Souslar və ədviyyat: hər hansı yağsız və kəskin olmayan souslar, şüyüd, cəfəri, kərəviz, kəskin ədviyyat (xardal, bibər, qıtığotu) istisna edilir.

İçkilər: limonlu çay, kofe, suda və südlü kаkао, su ilə durulaşdırılmış tərəvəz, meyvə, giləmeyvə şirələri, itburnu dəmləməsi və kəpək həlimi. Üzüm şirəsi, kvas istisna edilir.

 

Məsləhət görülən Azərbaycan xörəkləri:

Azərbaycan şorbası, əriştəli kartof şorbası, bozbaş, ətli və ətsiz dovğa, toyuq şorbası, düşbərə, kəlləpaça və ya xaş, kartoflu toyuq şorbası, küftə-bozbaş, noxudlu şorba, doğramac, parçabozbaş, piti, sulu dindili küftə, sulu xingal, qovurma ilə şorba, toyuq şorbası, umac, xəmiraşı, mal, qoyun, toyuq ətindən çığırtma, şorba, Azərbaycan küftəsi, bibər dolması, boranı qutabı, kükü, balıq küküsü, gürzə, lüləkabab, kişmiş və ya qaysı qurusu ilə plov, pomidor dolması, rizə küftə, pörtülmüş balıq, südlü plov, qızardılmış və buğda bişirilmiş tava kababı, turşu qovurma, fırni, çığırtma, zəfəranlı plov, şilə plov, şirin plov, şüyüd plov, qənnadı məmulatı, şəkərbura, paxlava, şəkər çörək, bəyim çörək, sadə qurabiyə, Azərbaycan nanı, Ordubad ruleti, Baki qurabiyəsi, darq nantari, riştə halva, badam borud tutu.

2 №-li pəhrizin təxmini menyusu: 1-ci səhər yeməyi – 2 yumurtanın qayğanağı, südlü manna sıyığı, çay; nahar yeməyi – piti, şirin plov, (1/2 porsiya); günorta yeməyi – itburnu dəmləməsi, paxlava - 50 q; şam yeməyi – balıq küküsü, giləmeyvə kiseli; yatmazdan əvvəl – kefir.

3 №-li PƏHRİZ

Göstərişlər: vərdiş olunmuş qəbizliklə gedən alimentar bağırsaq xəstəlikləri nəzərə çarpmayan kəskinləşmə zamanı, iltihabı prosesin olmadığı və kəskinləşmədən kənar dövrdə, düz bağırsaqda olan çatlar və babasil olduqda.

Məqsəd: bağırsaqların pozulmuş funksiyalarının və bunlarla əlaqədar mübadilə proseslərinin normallaşdırılması. Rasiona mexaniki, kimyəvi ve termiki qıcıqlandırıcı faktorları daxil etməklə onların hərəki funksiyalarının stimullaşdırılması.

Kulinariya işlənməsi: adi qaydada, məhdudiyyət olmadan aparılır.

Ümumi xarakteristika: bağırsaqların hərəki funksiyasını və boşalmasını yaxşılaşdıran ərzaq məhsullarının və xörəklərin daxil olduğu tamdəyərli pəhriz (təzə və quru meyvələr, sellüloza ilə zəngin çörək məhsulları, yarmalar, turş südlü içkilər və s.). Bağırsaqda qıcqırmanı və çürüməni artıran və digər həzm orqanlarına mənfı təsir göstərən məhsul və xörəklər istisna edilir (efir yağları ilə zəngin olan, qızardılmış məmulat və s.). Qidanı çox xırdalamır, suda və ya buğda bişirirlər. Çiy və suda bişirilmiş tərəvəz, şirin və soyuq birinci xörəklər və içkilər daxil edilir.

Kimyəvi tərkibi və enerji dəуəri: zülallar – 90-100 (65%-i heyvan menşəli), yağlar – 90-100 q (25%-i bitki mənşəli), karbohidratlar – 400-450 q, enerji dəyəri – 2800-3000 kkal. Xörək duzu – 15 q, sərbəst maye – 1,5 litr.

Qidalanma rejimi: gündə 4-6 dəfə, az-az.

Məsləhət görülən və istisna edilən yeyinti məhsulları və xörəklər:

II növ undan buğda çörəyi, dözüldükdə – boyat çovdar çörəyi, quru biskvit. Yağlı xəmirdən olmayan peçenye, məhdud olaraq meyvə və giləmeyvələrlə bişirilmiş yağlı xəmirdən olmayan məmulat. Narın üyüdülmüş undan bişirilmiş təzə çörək və yağlı xəmirdən bişirilmiş məmulat istisna edilir.

Şorbalar: əsasən buğda yarması ilə qatı olmayan və ya yağsız ət bulyonunda, tərəvəz həlimində, meyvəli.

Ət və quş: əsasən tikə-tikə, bəzən doğranmış, suda və ya duxovkada bişirilmiş şəkildə.

Balıq: tikə-tikə, suda və ya duxovkada bişirilmiş.

Süd və xama: xörəklərdə, hər hansı turş süd məhsulları; kəsmik – təzə, təbii süddən kəsmik və kəsmikdən xörəklər, bu xörəklər yarma ilə də olar; qaymaq, kəskin olmayan pendir.

Yumurta: gündə 1-2 ədəd – ilıq bişirilmiş və ya buğda bişirilmiş və yumurta ağından omlet şəklində. Bərk bişirilmiş və qızardılmış yumurta istisna edilir.

Müxtəlif tərəvəzlər: çiy, qarnir üçün suda bişirilmiş, duxovkada qızardılmış, ağ və qırmızı turp; sarımsaq, soğan istisna edilir. Kartof məhdudlaşdırlır.

Yarmalar: suda və ya süd əlavə etməklə tez ovulan sıyıq şəklində işlədilir. Düyü, manna yarması, paxlalılar, vermişel istisna edilir və ya məhdudlaşdırlır.

Qəlyanaltılar: təzə tərəvəzdən salatlar və bitki yağı ilə vineqretlər, tərəvəz ikrası, meyvə salatları, kəskin olmayan pendir, isladılmış siyənək, üstünə şirə tökülmüş balıq və ət. Kəskin ədviyyat, hisə verilmiş məmulat istisna edilir.

Meyvələr, şirin xörəklər, şirniyyat: təzə, yetişmiş, şirin meyvə və giləmeyvələr – çiy və xörəklərdə. Bal, mürəbbə, marmelad, pastila. Kisel, heyva, zoğal, şokolad, kremli məmulat istisna edilir.

Sous və ədviyyat: qatı olmayan bulyonda (ət və balıq bulyonu), pomidorla, südlü. Xama ilə (bəzən), meyvəli, cəfəri, şüyüd, kərəviz, dəfnə yarpağı. Kəskin və yağlı souslar, kəskin ədviyyat istisna edilir.

İçkilər: çay, əvəz edicilərdən kofe, itburnu dəmləməsi və buğda yarması həlimi, meyvə və tərəvəz şirəsi. Təbii kofe və tünd çay istisna edilir.

Yağlar: kərə yağı, bitki yağı – xörəklərdə. Səhər – meyvə və ya tərəvəz şirəsi. Yatmazdan əvvəl – kefir və ya təzə yaxud quru meyvələrdən kompot, ya da yaxşı olar təzə meyvədən istifadə edilsin.

Məsləhət görülən Azərbaycan xörəkləri:

Düyülü toyuq şorbası, düşbərə; kartoflu toyuq şorbası, küftəbozbaş, parçabozbaş, piti, sulu xingal, bibər dolması, kələm dolması, pomidor dolması, qənnadı məmulatlarından darq nantari.

3 №-li pəhrizin təxmini menyusu: 1-ci səhər yeməyi – buğda bişirilmiş omlet, bitki yağı ilə birlikdə tərəvəz salatı, tərəvəz şirəsi. 2-ci səhər yeməyi – kefir. Nahar yeməyi – xama ilə bibər dolması, quru meyvələrdən kompot. Şam yeməyi – tərəvəz püresi, ərgin pendir, mürəbbə ilə çay.

4 № -li PƏHRİZ

Göstərişlər: bağırsaqların kəskin xəstəlikləri və xroniki xəstəliklərin şiddətli ishalla gedən ciddi kəskinləşməsi. Xroniki kolit və enterekolitlərin proffuz ishalın kəskinləşməsi fazasında, dizenteriya, qarın yatalağı, kəskin qastroenterekolit xəstəliklərinin başlanğıc formasında. Ac qalma günlərindən sonra, bağırsaqların vərəmində (birinci 5-7 günlərdə).

Məqsəd: həzm pozulduqda qidalanmanı təmin etmək, bağırsaqlarda iltihab, qıcqırma və çürümə proseslərini azaltmaq, bağırsağın və digər həzm orqanlarının funksiyasının normallaşmasına kömək etmək.

Ümumi xarakteristika: enerji dəyərinin aşağı olması (yalnız yağların və karbohidratların hesabına). Həzm yolunun mexaniki və kimyəvi qıcıqlardan maksimal surətdə qorunması. Əsasən suda və ya buğda bişirilmiş duru, yarımduru və sürtgəcdən keçirilmiş xörəklərdən istifadə edilməsi. Çox soyuq və isti xörəklərin, eləcə də şirəqovucu təsirə malik məhsul və xörəklərin istisna edilməsi.

Kulinariya işlənməsi: xörəklərin hamısı ya suda, ya da buğda bişirilir. Ya püre, ya da sürtgəcdən keçirilmiş şəkildə süfrəyə verilir.

Kimуəvi tərkibi və enerji dəyəri: zülallar – 90 q (65%-i heyvan mənşəli), yağlar – 70 q (25%-i bitki mənşəli), karbohidratlar – 200-250 q (o cümlədən, şəkər –50 q), enerji dəyəri – 2000 kkal, xörək duzu – 8-10 q, sərbəst maye k 1,5-2 l.

Qidalanma rejimi: gündə 6 dəfə.

Məsləhət görülən və istisna edilən yeyinti məhsulları və xörəklər:

Çörək və çörək məmulatı: 200 qramadək əla növ undan bişirilmiş çörəkdən və lavaşdan hazırlanmış qızardılmış, xırda doğranmış suxari. Qalan məmulat istisna edilir.

Qati düyü və manna yarması həlimi, suda bişirilmiş və sürtgəcdən keçirilmiş ət, buğda bişirilmiş knel, frikadel, yumurta lopaları əlavə etməklə zəif ət və ya balıq bulyonunda şorbalar. Qalan məmulat istisna edilir.

Ət və quş: buğda və suda bişirilmiş kotlet, knel, frikadel. Onlar üçün qiymə suda bişirilmiş düyü ilə birlikdə 3-4 dəfə ət maşmından keçirilir. Suda bişirilmiş ətdən sufle. Tikə ət istisna edilir.

Balıq: tikə ilə və ya doğranmış, buğda və ya suda bişirilmiş knel və ya frikadel.

Süd məhsulları: sufle şəklində təzə hazırlanmış duzsuz kəsmik. Qalan məmulat istisna edilir.

Yumurta: gündə  1-2 ədəd – ilıq və ya buğda bişirilmiş omlet şəklində yaxud xöreklərdə.

Yarmalar: yağsız zəif ət bulyonunda sürtgəcdən keçirilmiş düyü və ya yulaf sıyığı şəklində. Qalan yarmalar, makaron məmulatı istisna edilir.

Təravəz: yalnız şorbalara əlavə edilən həlimlər şəklində.

Qəlyanaltılar: tamamilə istisna edilir.

Meyvələr, şirin xörəklər, şirniyyat: gilasdan, nardan, zoğaldan, heyvadan və armuddan kisel və jele. Sürtgəcdən keçirilmiş çiy və bişmiş alma.

Şəkər məhdudlaşdırılır. Adları çəkilməyən meyvə və tərəvəz istisna edilir.

Sous və ədviyyat: yalnız yağsız bulyon və kərə yağı – yalnız xörəklərdə.

İçkilər: çay (yaşıl çay daha yaxşıdır), kаkао, suda kofe, itburnu, qaragilə, qara qarağat, heyva dəmləməsi. Dözüldükdə – durulaşdırılmış meyvə, giləmeyvə şirəsi (üzüm, gavalı, ərik şirəsindən başqa).

Yağlar: ancaq çox təzə kərə yağı.

Məsləhət görülən Azərbaycan xörəkləri:

Azərbaycan şorbası, sulu dindili küftə, buğda bişirilmiş lüləkabab, yumurta ağı ilə birlikdə buğda bişirilmiş lüləkabab, firni.

4 №-li pəhrizin təxmini menyusu: 1-ci səhər yeməyi – suda sürtgəcdən keçirilmiş düyü sıyığı, sürtgəcdən keçirilmiş təzə hazırlanmış kəsmik, çay. 2-ci səhər yeməyi - itburnu dəmləməsi, suxarı. Nahar yeməyi

- sulu dindili küftə (yarım porsiya), suda manna sıyığı. Günorta yeməyi – təzə meyvələrdə şirin olmayan durulaşdırılmış şirə. Şam yeməyi – buğda bişirilmiş omlet, sürtgəcdən keçirilmiş qarabaşaq sıyığı. Yatmazdan əvvəl

- mevyə kiseli.

4b №-li PƏHRİZ

Göstərişlər: 1) bağırsağın kəskin və xroniki xəstəliklərinin yaxşılaşma dövründə, 2) bağırsağın xroniki xəstəlikləri ciddi kəskinləşmədən sonra və ya nəzərə çarpmayan kəskinləşmə zamanı, yaxud digər həzm orqanlarının (mədəaltı vəzinin, qaraciyərin və öd yollarının) xəstəlikləri ilə birlikdə olan hallarda.

Məqsəd: iltihabın azaldılmasna, bağırsağın və digər hezm orqanlarının normallaşmasına kömək etmək (bağırsaqlarda qıcqırma və çürümə proseslərinin baş verməsini məhdudlaşdırmaq), bağırsaqların mexaniki, kimyəvi və termiki qorunmasını gözləməklə, dəyərli qidalanmanı təmin etməkdən ibarətdir.

Ümumi xarakteristika: karbohidratların hesabına zülalların miqdarmm bir qədər artırıldığı, həzm yolu selikli qişasının mexaniki qıcıqlarının orta dərəcədə məhdudlaşdırıldığı qıcqırma və çürüməni, mədə, mədəaltı vəzi sekresiyasını, ödün ifrazını stimulə edən məhsulların istisna edildiyi tamdəyərli pəhriz. Xörəklər xırda doğranır, sürtgəcdən keçirilir. Suda və ya buğda bişirilir. İsti və soyuq xörəklər istisna edilir.

Kimyəvi tərkibi və enerji dəyəri: zülallar – 100-110 q (60-65%-i heyvan mənşəli), yağlar – 100 q (əsasən kərə yağı), karbohidratlar – 400-420 q (60-70 q şəkər), enerji dəyəri – 2900-3000 kkal, xörək duzu – 8-10 q, sərbəst maye – 1,5 litr.

Qidalanma rejimi: az-az gündə 5-6 dəfəyə qədər.

Məsləhət görülən və istisna edilən yeyinti məhsulları və xörəklər:

Əla və уa 1 növ buğda unundan boyat və ya azca qurudulmuş çörək, quru peçenye, biskvit, həftədə 1-2 dəfə – kəsmik, suda bişirilmiş ət, alma, pavidla ilə birlikdə duxovkada bişirilmiş məmulat. Qalan çeşidlər və məmulatlar istisna edilir.

Şorbalar: yaxşı həll bişmiş və sürtgəcdən keçirilmiş yarma, vermişel, makaron, əriştə, sürtgəcdən keçirilmiş və ya xırda doğranmış tərəvəz, frikadellə. Paxlalılardan, çuğundurdan şorbalar. Borş, şi, şor xiyar şorbası, doğramac istisna edilir.

Ət: kotlet, frikadel, buğda və suda bişirilmiş knel, dana əti, cücə əti, dovşan əti tikə-tikə.

Süd məhsulları: süd, qaymaq, yağsız xama xörəklərdə, kefir və digər turş süd içkiləri, təzə kəsmik – təbii şəkildə və ya pasta, buğda və ya duxovkada bişirilmiş pudinq şəklində, kəskin olmayan pendir. Turşluğu yüksək olan bütün məhsullar istisna edilir.

Yumurta: gündə 1-2 ədəd – ilıq bişirilmiş və ya buğda bişirilmiş omlet şəklində yaxud xörəklərdə.

Yarmalar (darı, arpa, buğda yarmasından başqa): buğda bişirilmiş. Həll bişirilmiş və ya sürtgəcdən keçirilmiş (qarabaşaq və yulaf) sıyıqlar, buğda və ya duxovkada bişirilmiş məmulat şəklində. Sıyıqlar 1/3 süd əlavə etməklə suda hazırlanır.

Tərəvəz: kartof, yerkökü, gül kələm – sürtgəcdən keçirilmiş, yunan qabağı və boranı – suda bişirilmiş şəkildə. Sürtgəcdən keçirilmiş tərəvəzdən bişirilmiş sufle. Yetişmiş təzə pomidor – gündə 100 qramadək. Adları çəkilməyənlər istisna edilir.

Qəlyanaltılar: üstünə şirə tökülmüş balıq, kəskin olmayan pendir.

Meyvələr, şirin xörəklər, şirniyyat: yetişmiş şirin meyvə və giləmeyvələr (qabıqsız) – 100 qramadək: şirin meyvələrdən kisel, kompot, muss, marmelad, pastila, zefir, mürəbbə, cem. Quru meyvələr, üzüm, gavalı, ərik, şokolad, pirojna istisna edilir.

İçkilər: çay, kofe, suda və ya südlü kаkао, itburnu dəmləməsi, kəpək həlimi, su ilə yarıbayarı meyvə və giləmeyvə şirələri (üzüm, gavalı, ərikdən başqa); kvas, mors (meyvə şərbəti) istisna edilir.

Souslar və ədviyyat: zəif ət və ya tərəvəz bulyonunda, südlü, meyvə sousları, müxtəlif göyərti, dəfnə yarpağı. Kəskin, yağlı souslar, xardal, sirkə, qıtığotu istisna edilir.

Yağlar: yalnız kərə yağı – çörək və ya xörəklərdə (bir dəfəyə 15 qramadək qəbul edilir).

Məsləhət görülən Azərbaycan xörəkləri:

Azərbaycan şorbası, bozbaş, toyuq şorbası, küftəbozbaş, noxudlu şorba, sulu dindili küftə, Azərbaycan küftəsi, yumurta ağı ilə tavakababı, suda bişirilmiş balıq, buğda bişirilmiş lüləkabab.

Qənnadı məmulatı: sadə və Baki qurabiyəsi.

4b №-li pəhrizin təxmini menyusu: 1-ci səhər yeməyi - buğda bişirilmiş omlet, südlü manna sıyığı, şəkərlə çay; 2-ci səhər yeməyi - bişmiş alma; nahar yeməyi – toyuq şorbası, suda bişirilmiş balıq, meyvə şirəsi ilə birlikdə düyüdən pudinq, çay.

Yatmazdan əvvəl: meyvə şirəsi.

4B №-li PƏHRİZ

Göstərişlər: 1) bağırsağın kəskin xəstəlikləri sağalma dövründə, 2) bağırsağın xroniki xəstəlikləri kəskinləşmədən sonra sağalma dövründə və ya həzm orqanlarının digər yanaşı gedən xəstəlikləri olduqda.

Məqsəd: bağırsağın və digər həzm orqanlarının funksiyasının normallaşması.

Ümumi xarakteristika: karbohidratların hesabına zülalların miqdarının bir qədər artırıldığı, xörək duzunun, həzm yolu selikli qişasının mexaniki və kimyəvi qıcıqlarının məhdudlaşdırıldığı, qıcqırma və çürümə proseslərini gücləndirən, bağırsağın sekretor və hərəki funksiyasını, mədəaltı vəzinin sekretor funksiyasını və öd ifrazını kəskin surətdə artıran məhsul və xörəklərin istisna edildiyi tamdəyərli pəhriz. Yemək xırdalanmır, suda və ya buğda bişirilmiş, duxovkada qızardılmış şəkildə verilir.

Kulinariya işlənməsi: xörəyi suda bişirirlər, portlədirlər, buğda bişirirlər, qızardırlar, ən çox xırdalanmamış şəkildə verilir.

Kimyəvi tərkibi və enerji dəyəri: zülallar 100-120 q (60%-i heyvan mənşəli), yağlar – 100 q (15-20%-i bitki mənşəli), karbohidratlar – 400-42.0 q, enerji dəyəri – 2500-3000 kkal. Xörək duzu – 10 q, sərbəst maye – 1,5 l.

Qidalanma rejimi: az-az gündə 5 dəfə.

Məsləhət görülən və istisna edilən ərzaq məhsulları və xörəklər:

Çörək – yalnız əla növ undan bişirilmiş boyat və ya azca qurudulmuş, həftədə 2 dəfə bir qədər alma, ət və pavidla ilə yaxşı bişirilmiş piroq və ya yağlı xəmirdən olmayan bulka yaxud kəsmiklə vatruşka.

Şorbalar: zəif ət, balıq və ya tərəvəz bulyonunda, yarma (darıdan başqa), xırda doğranmış tərəvəz, knel, frikadellə. Qatı bulyonlar, şi, borş istisna edilir.

Ət və quş: doğranmış və ya tikə şəklində, buğda və ya suda bişirilmiş, suda bişirilmiş dil, südlü sosiska.

Balıq: tikə ilə və ya doğranmış, suda və ya buğda bişirilmiş bəzən unlamadan qızardılmış və ya duxovkada bişirilmiş.

Süd məhsulları: dözüldükdə təbii süd, amma əsasən xorəklərdə, təbii kəsmik pasta şəklində və xörəklərdə, kəskin olmayan pendir. Turşuluğu yüksək olan məhsullar istisna edilir.

Yumurta: 1-2 ədəd – ilıq bişirilmiş və ya təbii və buğda bişirilmiş omlet şəklində.

Yarmalar: 1/3 süd əlavə etməklə sıyıqlar (tez ovulan sıyıqlar da daxil olmaqla), buğda, arpa, darı yarmasından başqa; buğda və duxovkada bişirilmiş pudinq, küftə, manna yarmasmdan və ya düyüdən kotlet, suda bişirilmiş vermişel, xırda doğranmış makaron. Meyvə ilə plov. Paxlalılar istisna edilir.

Tərəvəz: suda və ya buğda bişirilmiş, püre və ya zapekanka şəklində. Kəsmiklə birlikdə çuğundurdan və ya yerkökündən sufle. 100 qramadək yetişmiş çiy pomidor. Qırmızı və ağ turp, soğan, sarımsaq, xiyar, ispanaq, turşəng istisna edilir.

Qəlyanaltılar: suda bişirilmiş tərəvəzdən, ətdən, balıqdan salat. Üstünə şirə tökülmüş balıq, kəskin olmayan pendir, doktor, pəhriz südlü kolbasa, yağsız vetçina.

Meyvələr, şirin xörəklər, şirniyyat: 100-150 qramadək şirin çiy giləmeyvə və meyvələr dözüldükdə – alma, armud, portağal, mandarin, qarpız, çiyələk, moruq, qabıqsız üzüm. Sürtgəcdən keçirilmiş təzə və bişirilmiş alma, kisel, muss, jele, о cümlədən, quru meyvələrdən. Marmelad, pastila, qaymaqlı pomadka, mürəbbə, cem. Dözüldükdə – şəkər əvəzinə bal. İstisna edilir: ərik, əncir, gavalı, xurma, kobud qabıqlı giləmeyvələr, dondurma, pirojna, şokolad.

Souslar və ədviyyat: souslar ət bulyonunda, tərəvəz həlimində, südlü, meyvəli, bəzən – xama ilə. Vanilin, darçın, göyərti. Yağlı və kəskin souslar, xardal, bibər, qıtığotu istisna edilir.

İçkilər: çay, kofe, südlü və südsüz kаkао, itburnu dəmləməsi, kəpək həlimi. Su ilə durulaşdırılmış meyvə, giləmeyvə, pomidor şirəsi. Üzüm, gavalı və ərik şirəsi istisna edilir.

Yağlar: tikə ilə və ya xörəkdə kərə yağı – hər dəfə 15 qramadək, dözüldükdə – xörəkdə təmizlənmiş, rafınə olunmuş bitki yağları.

Məsləhət görülən Azərbaycan xörəkləri:

4b №-li pəhrizdə olduğu kimi. Əlavə olaraq: ətli və ətsiz dovğa.

4B №-li pəhrizin təxmini menyusu: 1-ci səhər yeməyi: ilıq bişirilmiş yumurta – 2 ədəd, südlü yulaf sıyığı, çay; 2-ci səhər yeməyi çiy pomidor 100 q və ya tomat şirəsi; nahar yeməyi – ətli dovğa, suda bişirilmiş ətlə plov (yarım porsiya), kisel; günorta yeməyi – itburnu dəmləməsi; şam yeməyi: buğda bişirilmiş balıq kotleti, kartof püresi, çay. Yatmazdan əvvəl: kefir.

5a №-li PƏHRİZ

Göstərişlər: 1) kəskin qastrit, hepatit və xolesistit; 2) xroniki hepetitin, xolesistitin, öddaşı xəstəliyinin və qaraciyər sirrozunun kəskinləşmesi; 3) orta dərəcədə nəzərə çarpan çatışmazlıqla birlikdə qaraciyər sirrozu; 4) xora xəstəliyi, nəzərə çarpan qastrit, ishalla gedən enterokolitlə birlikdə xroniki hepatit və ya kolitlə birlikdə xroniki hepatit və ya xolesistit.

Məqsəd: həzm orqanlarının mexaniki, kimyəvi və termiki qıcıqlardan qorunması, qaraciyərin maksimal surətdə yükdən azad edilməsi, qaraciyərin və öd yolllarının pozulmuş funksiyasının normallaşdırılması. Xolesterin və yağ mübadiləsini, qlikogenin qaraciyərdə toplanmasını requlə etmək, öd ifrazatını stimullaşdırmaqdır.

Ümumi xarakteristika: zülallar və karbohidratlar normal miqdarda daxil edilməklə çətin əriyən yağların məhdudlaşdırılması. Ekstraktiv maddələr, purinlər, oksalat turşusu, xolesterin, kobud sellüloza ilə zəngin məhsul və xörəklərin, qızardılmış xörəklərin istisna edilməsi. Lipotrop maddelərin, vitaminlərin, mayenin bol daxil edilməsi. Xörəkləri suda, kobud qabıq əmələ gəlmədən duxovkada bişirirlər. Soyuq xörəklər istisna edilir.

Kulinariya işlənməsi: xörək suda və buğda bişirilmiş şəkildə süfrəyə verilir.

Kimyəvi tərkibi və enerji dəyəri: zülallar 80-100 q (60%-i heyvan mənşəli), yağlar – 70-75 q (20-25%-i bitki mənşəli), karbohidratlar – 350-400 q (80-90 q şəkər), enerji dəyəri – 2500-2600 kkal. Xörək duzu – 8 q, sərbəst maye – 2-2,5 l.

Qidalanma rejimi: kiçik porsiyalarla gündə 5-6 dəfə.

Məsləhət görülən və istisna edilən ərzaq məhsulları və xörəklər:

Əla növ undan azca qurudulmuş və ya boyat buğda çörəyi, yağlı xəmirdən olmayan peçenye, quru biskvit.

Şorbalar: yaxşı həll edilmiş yarma (manna, düyü, "Herkules"), xırda doğranmış kartof, yerkökü, boranı su ilə yarıbayarı süddə, kərə yağı, xama, azca qurudulmuş narın üyüdülmüş un qatılmış sürtgəcdən keçirilmiş tərəvəz püresi və kremi hazırlanır.

Ət və quş: suda və buğda bişirilmiş knel, sufle, püre və kotlet kiitləsindən digər məmulat, bəzən tikə şəklində.

Balıq: suda və ya buğda bişirilmiş tikə və ya kotlet kütləsindən məmulatlar şəklində.

Süd məhsulları: süd (yanaşı gedən kolit zamanı yalnız xörəklərdə), turş süd içkiləri, təzə kəsmik və ondan olan xörəklər sürtgəcdən keçirilmiş, buğda bişirilmiş şəkildə. Xörəklərdə məhdud miqdarda yağsız xama. Kəskin olmayan pendir.

Yumurta: xörekdə gündə 0,5-1 yumurta sarısı. Buğda və duxovkada bişirilmiş yumurta ağından omlet.

Yarmalar: su ilə yarıbayarı süddə manna, düyü, sürtgəödən keçirilmiş qarabaşaq, "Herkules"dən yulaf sıyığı, manna, düyü suflesi, suda bişirilmiş vermışel. Tez ovulan sıyıqlar, paxlalılar, darı istisna edilir.

Tərəvəz: kartof, yerkökü, çuğundur suda və ya buğda bişirilmiş şəkildə (püre, sufle və s.). Suda bişirilmiş tikələr şəklində yunan qabağı və boranı. Kələm, şor, turş, marinada qoyulmuş, elecə də sellüloza və efir yağları ilə zəngin tərəvəz istisna edilir.

Qəlyanaltılar: istisna edilir.

Meyvələr, şirin xörəklər, şirniyyat: yetişmiş yumşaq şirin meyvələr və giləmeyvələr təbii və sürtgəcdən keçirilmiş, suda və duxovkada bişirilmiş şəkildə: kisel, jele, muss; sürtgəcdən keçirilmiş quru meyvelər, südlü kisel, bal, şəkər, mürəbbə, marmelad, zefir. Turş və sellüloza ilə zəngin meyvələr, şokolad, dondurma, krem məmulatı istisna edilir.

Souslar və ədviyyat: tərəvəz və ya yarma həliminə, süd, xama əlavə etməklə, meyvəli sous (unu qızartmamalı). Ədviyyat istisna edilir.

İçkilər: südlü çay, südlə zeif kofe, itburnu dəmləməsi, şirin meyvə və giləmeyvə şirələri. Kakao və qara kofe, qazlı ve soyuq içkilər istisna edilir.

Yağlar: kərə yağı, dözüldükdə – təmizlənmiş, rafinə, vinterizə və dezodorasiya olunmuş təzə bitki yağları. Qənnadı məmulatından bəyim çörək, sadə qurabiyə, riştə halva.

 

Məsləhət görülən Azərbaycan xörəkləri:

Bozbaş, ətli və ətsiz dovğa, noxudlu şorba, sulu dindili küftə, toyuq şorbası, çığırtma, buğda bişirilmiş tavakababı.

5a №-li pəhrizin təxmini menyusu: 1-ci səhər yeməyi – kəsmik suflesi, sürtgəedən keçirilmiş südlü düyü sıyığı, çay; 2-ci səher yeməyi yetişmiş şirin ərik, bişirilmiş alma; nahar yeməyi – toyuq şorbası, meyvə kiseli; günorta yeməyi itburnu dəmləməsi, sürtgəcdən keçirilmiş arpa yarması ilə tərəvəz; veqetarian supu – yarım porsiya, buğda bişirilmiş ətdən kotlet, suda bişirilmiş vermişel, meyvə. Bütün gün ərzində 200 q-a qədər ağ çörək, 40 q-a qədər şəkər və 10 q kərə yağı işlədilir; şam yeməyi buğda bişirilmiş ətdən hazırlanan frikadel, kartof püresi ilə suda bişirilmiş balıq, şirin xörək şirəsi ilə manna sıyığı, çay. Yatmazdan əvvəl: kefir. 

5 №-li PƏHRİZ

Göstərişlər: 1) sağalma stadiyasında kəskin hepatit və xolesistit; 2) kəskinləşmədən kənar dövrdə xroniki hepatit, xolesistit və öddaşı xəstəliyi; 3) qaraciyərin sirrozu çatışmazlıq olmadan; bütün hallarda – mədənin və bağırsaqların nəzərə çarpan xəstəlikləri olmadan; 4) ağ ciyərlərin xroniki gedən irinli xəstəlikləri əsas götürülür.

Məqsəd: qaraciyərin kimyəvi qıcıqlardan qorunması, qaraciyərin funksiyasının və öd yollarının fəaliyyətinin normallaşdırılması, öd ifrazının yaxşılaşdırılması. Xolesterin və yağ mübadiləsini, qaraciyərdə qlikogenin toplanmasını requlə etmək, bağırsaqların hərəki funksiyasını və öd ifrazatını stimullaşdırmaqdan ibarətdir.

Ümumi xarakteristika: yağların orta dərəcədə azaldılması, azotlu ekstraktiv maddələr, purinlər, xolesterin, oksalat turşusu, efır yağları, xörəyi qızardarkən əmələ gələn yağların oksidləşməsi məhsulları ilə zəngin məhsulların istisna edilməsini, rasionun lipotrop (lesitin, xolin, metionin) maddələrlə zənginləşməsi, sellülozanın, pektinlərin, mayenin miqdarının çox olması. Xörəklər suda və ya duxovkada bişirilir, bəzən pörtülür yalnız vətərli ət və sellüloza ilə zəngin tərəvəz sürtgəcdən keçirilir. Unu və tərəvəzi qovurmurlar. Soyuq xörəklər istisna edilir.

Kulinar işləmə: qızartmağa icaze verilmir; qida məhsullarını xırda-xırda doğranması tələb olunmur, xörək hazır olduqdan sonra buxarlanma şəklində süfrəyə verilir.

Kimyəvi tərkibi və enerji dəyəri: zülallar 80-100 q (60%-i heyvan mənşəli), yağlar T 80-90 q (30%-i bitki mənşəli), karbohidratlar – 400-450 q (70-80 q şəkər), enerji dəyəri – 2500-2900 kkal. Xörək duzu – 10 q, sərbəst maye – 1,5-2 litr. ksilit və sorbit daxil etmək olar.

Qidalanma rejimi: gündə 5 dəfə, az-az.

Məsləhət görülən və qadağan edilən xörəklər:

I və II növ undan buğda çörəyi əlenmiş və undan hazırlanmış məmulatlar məsləhət görülür, suda bişirilmiş ət və balıq, kəsmik, alma ilə yağlı olmayan xəmirdən bişirilmiş məmulat, yağlı xəmirdən olmayan peçenye, quru biskvit. Çox təzə çörək, yağlı çörəklər, qızardılmış çörəklər, şirin xəmirdən məmulatlar, kremlə tortlar istisna edilir.

Şorbalar: tərəvəz şorbaları, tərəvəz həlimində yarmadan şorba, makaron məmulatı ilə südlü şorbalar, ətsiz borş və şi, çuğundur şorbası. Şorbaya qatmaq üçün unu və tərəvəzi qızartmır, ancaq azca qurudurlar. Qati bulyonlar. doğramac, yaşıl istisna edilir.

Ət və quş – məsləhət görülür: yağsız növləri (çeşidli ətlər) – mal, dana əti, ev dovşanı. hind toyuğu, suda bişirdikdən sonra duxovkada qızardılmış, tikə-tikə və doğranmış, dolma, yağsız vetçina, doktor və dietik kolbasalar, suda bişirilmiş ətlə plov, südlü sosiska.

İstisna olunur: yağlı çeşidli ət, qaz əti, çöl ördəyi, beyin, qaraciyər, böyrəklər, konservlər, hisə verilmiş qurudulmuş, qaxa çevrilmiş ət və ya quşlar, yağlı xörəklər.

Süd məhsullan: süd, turş süd məhsulları, xama – xörəklərə əlavə kimi, kəsmik və ondan xörəklər, pudinq. Qaymaq və yağlığı çox (6%) olan süd, yağlı kəsmik və kəskin pendirlər istisna edilir.

Balıqlar: məsləhət görülür: yağsız çeşidli balıqlar. Tikə ilə suda bişirilmiş, suda bişirildikədən sonra buğda qızartmaq, tərəvəz həlimində qarışdırmaq, ət maşınından keçirmək. Yağlı növləri, hisə qoyulmuş və qurudulmuş, duzlu, konservlər, balıq kürüsü (nərə balıqlardan) istisna olutıur.

Yumurta: yumurta ağından omlet, dözüldükdə – gündə 1 yumurtadan omlet və ya ilıq bişirilmiş şəkildə xörəklərdə. Müstəsna olunur: bərk bişirilmiş və qızardılmış yumurta.

Yarmalar: yarmalardan hər hansı xörəklər. Meyvə və yerkökü ilə plov, pudinq, yarma şorbası və s. Yulaf, qarabaşaq, çovdar yarmalarından çox geniş assortimentdə istifadə olunur. Paxlalılar istisna edilir.

Tərəvəz: müstəqil xörəklərdə, qarnirlərdə, salatlarda, vineqretlərdə çiy, suda duxovkada bişirilmiş müxtəlif tərəvəz turş olmayan, duza qoyulmuş kşləm. Soğan – suda bişirildikdən və ya qovrulduqdan sonra. İspanaq, turşəng, ağ və qırmızı turp, göy soğan, sarımsaq, göbələklər, marinada qoyulmuş tərəvəz istisna edilir.

Qəlyanaltılar: təzə tərəvəzdən bitki yağı ilə birlikdə salatlar, meyvə vineqretləri, yunan qabağı ikrası, üstünə şirə tökülmüş balıq və ya ət, doktor pəhriz kolbasası, yağsız vetçina, kəskin olmayan pendir. Kəskin və yağlı qəlyanaltılar, konservlər, hisə verilmiş məmulat istisna edilir.

Meyvələr, şirin xörəklər, şirniyyat: müxtəlif turş olmayan meyvə və giləmeyvələr – çiy, suda və duxovkada bişirilmiş şəkildə quru meyvələr, kompot, kisel, jele, muss. Marmelad, konfetlər, şokoladsız, pastila, mürəbbə. Şəkər qismən ksilit və sorbitlə əvəz edilir. Şokolad, krem məmulatı, kremli pirojnalar, dondurma, giləmeyvə və meyvələrin turş növləri istisna edilir.

Souslar və ədviyyat: xama ilə, südlü, tərəvəz, meyvə ilə xörək şirələri. Un qovrulmur. Şüyüd, cəferi, darçın, vanilin, keşniş. Kəskin və yağlı souslar, xardal, bibər, qılığotu, kəskin qatı ət, balıq bulyonları, göbələk həlimi istisna edilir.

İçkilər: limonlu çay, südlü kofe, tərəvəz, meyvə, giləmeyvə şirələri, itburnu dəmləməsi, kəpək həlimi. Qara kofe, kаkао, soyuq, qazlı içkilər istisna edilir.

Yağlar: məsləhət görülür: təbii kərə yağı və xörəklərdə 100% rafinə, vinterizə və dezodorasiya olunmuş təmizlənmiş bitki yağları (günəbaxan, zeytun, qarğıdalı, soya). Ərinmiş yağlar, piylər, donuz, mal, qoyun iç yağları, marqarin, kulinar piylər istisna olunur.

Məsləhət görülən Azərbaycan xörəkləri:

5a №-li pəhrizdəki xörəklər. Əlavə olaraq: Azərbaycan şorbası, əriştəli kartof şorbası, doğramac, düşbərə, noxudlu şorba və dolma, xəmiraşı, toyuq şorbası, quymaq, kələm dolması, süzmə qatıqlı plov, xəşil, şilə plov, yarpaq dolması, sadə və Baki qurabiyəsi.

5 №-li pəhrizin təxmini menyusu: 1-ci səhər yeməyi – şəkər və xama ilə yulaf sıyığı, çay; 2-ci səhər yeməyi – süd, peçenye; nahar yeməyi – noxudlu şorba, şilə plov (yarım porsiya), meyvə şirəsi; günorta yeməyi – itburnu dəmləməsi şam yeməyi – tərəvəz qarniri ilə birlikdə suda bişirilmiş ət, südlü düyü həlimi, meyvə kiseli, yatmazdan əvvəl – kefir.

5n №-li PƏHRİZ

Göstərişlər: kəskin pankreatit, xroniki pankreatit kəskinləşmədən sonra sağalma dövründə və ya kəskinləşmədən kənar dövrdə.

Məqsəd: mədəaltı vəzi funksiyasının normallaşdırılması, həzm yolu selikli qişasının maksimal mexaniki və kimyəvi qıcıqlardan qorunması, öd kisəsinin oyanıcılığının azaldılması, qaraciyərin və mədəaltı vəzinin piy infiltrasiyasının qarşısının alınması.

Ümumi xarakteristika: yağların və karbohidratların, xüsusən şəkərin hesabına zülalların miqdarının artırılması, ekstraktiv maddələrin, çətin əriyən yağların, kobud sellülozanın kəskin surətdə məhdudlaşdırılması, qızardılmış xörəklərin istisna edilməsi. Vitaminlərin və lipotrop maddələrin çoxlu miqdarda daxil edilməsi.

Xörəklər əsasən sürtgəcdən keçirilmiş və xırdalanmış şəkildə hazırlanır, suda, buğda, duxovkada bişirilir. Çox isti və soyuq yeməklər istisna edilir.

Kulinariya işlənməsi: bütün xörəklər suda və buğda bişirilmiş vəziyyətdə, duru və ya yarımduru halda (konsis-tensiyada) hazırlanır.

Kimyəvi tərkibi və enerji dəyəri: zülallar – 110 -120 q (60-65%-i heyvan mənşəli), yağlar – 80 q (15-20%-i bitki mənşəli), karbohidratlar – 350-400 q (35-40 q şəkər). şirin xörəklərə şəkər əvəzinə 20-30 q ksilit əlavə edilir. Xörək duzu – 10 q, sərbəst maye – 1,5 litr.

Qidalanma rejimi: az-az gündə 5-6 dəfə.

 

Məsləhət görülən və istisna edilən ərzaq məhsulları və xörəklər:

I və II növ undan boyat və ya azca qurudulmuş buğda çörəyi, şirin olmayan suxarı, quru peçenye.

Şorbalar: sürtgəcdən keçirilmiş ətsiz kartof, yunan qabağı, boranı, manna, yulaf, qarabaşaq yarması, düyü, vermişel şorbası; 5 q kərə yağı və ya 10 q xama əlavə edilir. Digər şorbalar istisna edilir.

Ət: sürtgəcdən keçirilmiş və buğda bişirilmiş, doğranmış şəkildə (kotlet, knel, püre, befstroqanov və s.); toyuq, dana, dovşan əti – suda bişirilir (tikə ilə olar).

Balıq: tikə ilə və ya doğranmış, suda bişirilmiş, suda bişirildikdən sonra üstünə şirə tökülmüş.

Süd məhsulları: əsasən yağlılığı az olanlar, təbii kəsmik, kəsmikdən buğda və duxovkada bişirilmiş məmulat. Süd – dözüldükdə, turş süd məhsulları – xörəklərdə, – kəskin olmayan pendir. Şəkər əlavə edilən süd məhsulları istisna edilir.

Yumurta: yumurta ağından omlet, yumurta sarısı – gündə 1/2  ədəd xörəkdə.

Yarmalar: yulaf. Qarabaşaq, manna yarmasından, düyüdən suda və ya südlə yarıbayarı suda bişirilmiş, sürtgəcdən keçirilmiş yarımqatı sıyıqlar. Kəsmiklə yarma sufle və pudinqlər, zapekankalar. Suda bişirilmiş makaron və vermişel.

Tərəvəz: suda bişirilmiş və duxovkada bişirilmiş şəkildə sürtgəcdən keçirilmiş kartof, yerkökü, çuğundur, göy noxud, yunan qabağı, boranı, gül kələm. Qalan tərəvəzlər istisna edilir.

Qəlyanaltılar: istisna edilir.

Meyvələr, şirin xörəklər, şirniyyat: yetişmiş yumşaq şirin meyvə və giləmeyvələr, çiy, sürtgəcdən keçirilmiş bişirilmiş alma, təzə və quru meyvələrdən sürtgəcdən keçirilmiş kompot, şəkər və ya ksilitdə (sorbitdə) kəmşirin jele, muss. Əncir, xurma, üzüm, qənnadı məmulatı, mürəbbə, dondurma, şokolad istisna edilir.

Souslar və ədviyyat: qatı olmayan tərəvəz həlimində südlü, meyvə – giləmeyvəli kəmşirin xörək şirələri. Unu qovurmurlar.

İçkilər: limonla açıq çay – kəmşirin və ya ksilitlə (sorbitlə), südlə, su ilə durulaşdırılmış şəkərsiz meyvəgiləmeyvə şirələri, itburnu dəmləməsi. Qalan içkilər istisna edilir.

Yağlar: kərə yağı, təmizlənmiş bitki yağları – xörəkdə.

 

Məsləhət görülən Azərbaycan xörəkləri:

5 №-li pəhrizdə olanlar.

5 №-li pəhrizin təxmini menyusu: 1-ci səhər yeməyi – kartof püresi ilə buğda bişirilmiş küftələr, südlü manna sıyığı; 2-ci səhər yeməyi – yumurta ağından buğda bişirilmiş omlet, itbumu həlimi; nahar yeməyi – qatıqla kələm dolması, təzə meyvə və giləmeyvələr; günorta yeməyi – təzə 

alma; şam yeməyi – kartof püresi ilə suda bişirilmiş balıq, göy soğanla birlikdə xiyar salatı, limonlu çay. Yatmazdan əvvəl – buğda kəpəyi həlimi.

6 №-li PƏHRİZ

Göstərişlər: 1) podaqra, 2) sidik daşı xəstəliyi – sidik turşusu (uraturiya) və ya şavel turşusu (oksaluriya) duzlarmdan daşların əmələ gəlməsi.

Məqsəd: purin mübadiləsinin normallaşmasına kömək etmək, orqanizmdə sidik turşusunun və onun duzlarının əmələ gəlməsini azaltmaq, orqanizmdən ifraz edilən sidiyin reaksiyasını qələviyə doğra dəyişdirmək.

Ümumi xarakteristika: purinlər və oksalat turşusu ilə zəngin məhsulların istisna edilməsi, xörək duzunun məhdudlaşdırılması, qəleviləşdirici maddələrin və sərbəst mayenin miqdarının artırılması (ürək-damar sisteminin xəstəlikləri olmadıqda).

Kulinariya işlənməsi: ətin, quşun, balığın hökmən suda bişirilməsi, bundan sonra qızartmağa icazə verilir. Sonra kulinar işlənmə adi qaydada aparılır.

Kimyəvi tərkibi və enerji deyəri: zülallar % 70-80 q (50%-i heyvan mənşəli), yağlar – 80-90 q (30%-i bitki mənşəli), karbohidratlar – 400 q (80 q şəkər), enerji dəyəri – 2700-2800 kkal, xörək duzu – 10 q, sərbəst maye – 1,5-2 litr.

Qidalanma rejimi: az-az gündə 4-5 dəfə, fasilələrdə və acqarına – adi və ya mineral su içmə.

 

 

Məsləhət görülən və istisna edilən yeyinti məhsuüar:

I və II növ buğda unundan duxovkada bişirilmiş məmulat, о cümlədən, kəpək elavə etməklə, yağlı xəmirdən bişirilən məmulat məhdudlaşdırılır.

Müxtəlif ətsiz suplar: tərəvəz, yarma ilə, südlü, meyvəli. Ət və balıq bulyonları, turşəng, ispanaq, paxlalılar istisna edilir.

Ət, quş və balıq: həftədə 3 dəfəyədək hər dəfə 150 q – suda bişirilmiş, sonra duxovkada bişirilmiş, qızardılmış şəkildə, kotlet kütləsindən hazırlanmış məmulatlarda cavan heyvan və quş əti, əlavə məhsullardan, hisə verilmiş məmulat, şor balıq, konservlər, kürü istisna edilir.

Süd məhsulları: duzlu pendirdən başqa hamısı.

Yumurta: gündə I ədəd hər hansı şəkildə bişirilirsə bişirilsin.

Yarmalar: paxlalılardan başqa hamısı orta miqdarda.

Tərəvəz: gül kələm istisna olmaqla çiy və hər hansı üsulla işlənmiş tərəvəz çoxlu miqdarda, turşəng, ispanaq, ravənd, qabıqlı tərəvəz, duza, turşuya qoyulmuş və marinə olunmuş tərəvəzlər məhdudlaşdırılır.

Qəlyanaltılar: təzə və turş meyvə və tərəvəzdən salat və vineqretlər, tərəvəz kürüsü. Şor qəlyanaltılar, hisə verilmiş məmulat, konservlər istisna edilir.

Souslar və ədviyyat: tərəvəz həlimində tomat, xama ilə südlü souslar. Limon turşusu, vanilin, dəfnə yarpağı, göyərti.

Meyvələr, şirin xörəklər, şirniyyat: çoxlu miqdarda təzə və hər hansı üsulla işlənmiş meyvə və giləmeyvələr. Quru meyvələr, krem, kisel, kompot, konfetlər (şokoladdan başqa), mürəbbə, bal, əncir, moruq, quşüzümü istisna edilir.

İçkilər: limonlu, südlü çay, tünd olmayan südlü kofe, itburnu dəmləməsi, kəpək həlimi. Tərəvəz və meyvə şirələri.

Yağlar: kərə yağı, əridilmiş yağ, bitki yağı.

 

Məsləhət görülən Azərbaycan xörəkləri:

Əriştəli kartof şorbası, ətsiz dovğa, düşbərə, umac, xəmiraşı, şorba, quymaq, buğda bişirilmiş lüləkabab, suda bişirilmiş balıq, buğda bişirilmiş tavakababı, xəşil, şilə plov.

6 №-li pəhrizin təxmini menyusu: 1-ci səhər yeməyi – bitki yağı ilə birlikdə tərəvəz salatı, alma və darı ilə birlikdə yer kökü pudinqi, çay; 2-ci səhər yeməyi – itburnu dəmləməsi; nahar yeməyi – ətsiz dovğa, şilə plov; günorta yeməyi – təzə alma; şam yeməyi – suda bişirilmiş balıq, peçenye ilə çay. Yatmazdan əvvel – itburnu dəmleməsi.

7a №-li PƏHRİZ

Göstərişlər: 1) ağır formada kəskin qlomerulo-nefrit günlərindən sonra və orta ağırlıqda – xestəliyin ilk günlərindən etibarən, 2) xroniki qlomerulo-nefrit kəskin nəzərə çarpan böyrək çatışmazlığı zamanı.

Məqsəd: böyrəklərin funksiyasının maksimal dərəcədə qorunması, maddələr mübadiləsi məhsullarının orqanizmdən çıxarılmasının yaxşılaşdırılması, hipertenziyanın və ödemlərin azaldılması. Orqanizmdən azot qalıqlarının və mübadilə nəticəsində turşulaşmamış məhsulların ifraz olunmasını yaxşılaşdırmaq, qan dövranının yaxşılaşdırılması üçün şərait yaratmaq və hipertoniya sindromunu azaltmaqdır.

Ümumi xarakteristika: zülalların və xörək duzunun kəskin surətdə məhdudlaşdırıldığı əsasən bitki mənşəli pəhriz. Yağların və karbohidratların orta dərəcədə çatışmaması. Ekstraktiv maddələr, efır yağları, oksalat turşusu ilə zəngin məhsulların istisna edilməsi. Mexaniki qıcıqlardan qorunmasını nəzərdə tutan kulinariya işlənməsi. Yemək duzsuz hazırlanır. Mayenin miqdarı əvvəlki sutkadakı sidiyin miqdarına müvafıq gəlməli və ya ondan 300-400 qramdan çox artıq olmamalıdır.

Kulinariya işlənməsi: bütün xörəklər duzsuz hazırlanır; suda bişirmədən, buğda bişirmədən və qızartmadan istifadə olunur.

Kimyəvitərkibi və enerji dəyəri: zülallar – 20 q (50- 60%-i heyvan mənşəli), yağlar – 80 q (15%-i bitki mənşəli), karbohidratlar

– 350 q (80 q şəkər), enerji dəyəri 2100-2200 kkal, xörək duzu – yeməyə əlavə edilmir, sərbəst maye yuxarıya bax.

Qidalanma rejimi: az-az gündə 5-6 dəfə.

 

Məsləhət görülən və qadağan edilən qida məhsulları:

Çörək – duzsuz, zülalsız, qarğıdalı nişastasında – 100 q və ya buğda unundan, duzsuz – 50 q. digər çörək və un məmulatı istisna edilir.

Şorbalar: icazə verilən maye miqdarını nəzərə almaqla tərəvəz, meyvə şorbaları; qovrulmuş soğan, xama, göyərti qatılır. Yarma, ət, balıq şorbaları istisna edilir.

Ət, quş və balıq: tikə ilə və ya doğranmış, suda, duxovkada bişirilmiş və ya suda bişirildikdən sonra qızardılmış şəkildə – 60 qramadək.

Süd məhsulları: 60 qramadək (və ya ətin əvəzinə daha çox) süd, qaymaq, xama, ət və balıq istisna edildikdə 60 qramadək kəsmik, yumurta – 1/2 ədəd xörəkdə.

Yarmalar: yalnız saqo, məhdud şəkildə – düyü, süddə və ya suda pudinq, zapekanka, plov şəklində zülalsız makaron məmulatı.

Tərəvəz: kartof, müxtəlif xörəklər şəklində müxtəlif tərəvəz. Həll bişib qovrulmuş soğan – xörəkdə, göyərti.

Qəlyanaltdar: tərəvəz salatları, şirniyyat – müxtəlif meyvə, giləmeyvələr – qurudulmuş, bişirilmiş, çiy şəkildə. Şəkər, bal, mürəbbə, konfet. Şokolad-südlü kisellərdən hazırlanmış dondurma istisna edilir.

Souslar və ədviyyat: turşaşirin souslar – pomidor, xama, tərəvəz və meyvəli xörək şirələri, vanilin. Darçın, limon turşusu, həll bişib qızardılmış soğan, göyərti. Ət, balıq sousları. Kəskin xörək şirələri istisna edilir.

İçkilər: limonlu açıq çay, tərəvəz. Meyvə, giləmeyvə şirələri, itburnu dəmlemesi. Kofe, kаkао, natriumla zəngin mineral sular istisna edilir.

 

Məsləhət görülən Azərbaycan xörəkləri:

Əriştəli kartof şorbası, bozbaş, ətsiz dovğa, doğramac, toyuq şorbası, umac, xəmiraşı, şorba, Azərbaycan küftəsi, kələm dolması, buğda bişirilmiş lüləkabab, kişmiş və ya quru qaysı qurusu ilə plov, pomidor dolması, suda bişirilmiş balıq, südlü plov, südlü sıyıq, fırni, xəşil, şirin plov. Qənnadı məmulatından – Ordubad ruleti, badam borucuğu.

7a №-li pəhrizin təxmini menyusu: 1-ci səhər yeməyi – bitki yağında bişirilmiş yerkökü kotleti, suda düyü sıyığı, konfetlə çay; 2-ci səhər yeməyi – təzə meyvələr; nahar yeməyi – doğramac (yarım porsiya), buğda bişirilmiş lüləkabab, meyvə kiseli; günorta yeməyi – şəkər qatılmış buğda kəpəyi həlimi; şam yeməyi – suda bişirilmiş balıq, bitki yağı ilə tərəvəz salatı. Yatmazdan əvvəl – meyvə şirəsi.

7b №-li PƏHRİZ

Göstərişlər: 1) kəskin qlomerulo-nefrit 7a №-li pəhrizdən sonra müsbət dinamika zamanı və ya yüngül forma zamanı dərhal; 2) böyrək çatışmazlığının orta dərəcədə nəzərə çarpdığı xroniki nefritin kəskinləşməsi.

Məqsədli təyinat: böyrəklərin funksiyalarını qorumaq, diurezi çoxaltmaq, azot qalıqlarını və mübadilə nəticəsində turşulaşmamış məhsulların orqanizmdən ifrazını yaxşılaşdırmaq arterial hipertenziyanı azaltmaq.

Ümumi xarakteristıka: zülalın xeyli azaldılması, xörək duzunun kəskin surətdə məhdudlaşdırılması. Yağlar, karbohidratlar, enerji dəyəri – fızioloji tələbat səviyyəsində tətbiq olunur.

 

Məsləhət görülən yeyinti məhsulları və xörəklər:

7a №-li pəhrizdə olduğu kimi, amma 125 q ət. Balıq və ya kəsmik əlavə etməklə. Həmçinin 1 yumurta və 125 q süd və ya yağsız xama əlavə edilir. Qarğıdalı nişastasından zülalsız, duzsuz çörəyin miqdarı 150 qramadək, eləcə də karbohidratların və yağlarm lazımi miqdarını təmin etmək üçün kartofun, tərəvəzin, şəkərin və bitki yağının miqdarı artırılır.

Kulinariya işlənməsi: 7a №-li pəhrizdə olduğu kimi aparılır.

Kimyəvi tərkibi və enerji dəyəri: zülallar – 40 -50 q (60%-i heyvan mənşəli), yağlar – 85-90 q (25%-i bitki mənşəli), karbohidratlar – 350 q (100 q şəkər) enerji dəyəri – 2600-2800 kkal, sərbəst maye 7a №-li pəhrizə bax orta hesabla – 1,2 litr.

Qidalanma rejimi: az-az gündə 5-6 dəfə.

 

Məsləhət görülən və istisna edilən ərzaq məhsulları və xörəklər:

7a №-li pəhrizdə olduğu kimi. Məsləhət görülən Azərbaycan xörəklərinə əlavə edilir: ətli dovğa, düşbərə, küftəbozbaş, piti, qovurmailə şorba, mal, qoyun ətindən çığırtma, buğda bişirilmiş tavakababı, turşu qovurma plov, şilə plov. Qənnadı məmulatından: Ordubad ruleti, badam borucuğu.

7b №-li pəhrizin təxmini menyusu: 1-ci səhər yeməyi – bitki yağı ilə tərəvəz salatı, südlü düyü sıyığı, çay; 2-ci səhər yeməyi – sürtgəcdən keçirilmiş, şəkər qatılmış çiy yerkökü; nahar yeməyi – düşbərə, suda bişirilmiş kartof, kompot; günorta yeməyi – itburnu həlimi; şam yeməyi – ilıq bişirilmiş yumurta, tərəvəz püresi, Ordubad ruleti – 50 q, çay. Yatmazdan əvvəl – meyvə şirəsi.

7в №-li PƏHRİZ

Göstərişlər: böyrəklərin xroniki xəstəlikləri və digər xəstəliklər zamanı vərəm, revmatizm və kollagenozlarla gedən nefretik sindrom.

Məqsəd: sidiklə ifraz olunan zülal ikisini əvəz etmək, zülal, yağ, xolesterin mübadiləsinin normallaşdırılmasna kömək etmək, hiper xolesterinemiyanı və proteinuriyanı azaltmaq, böyrəkləri maksimal qorumaq üçün metobolik pozulmaları və ödəmləri ləğv etmək.

Ümumi xarakteristika: zülalların miqdarının çox, gündə 120 q qədər, heyvan mənşəli yağların az olması, xörək duzunun, ekstraktiv maddələrin, mayenin, oksalat turşusunun, xolesterinin kəskin surotdə, şəkərin orta dərəcədə məhdudlaşdırılması. Lipotrop maddələrin mənbəyi olan məhsulların daxil edilməsi. Böyrəkləri qıcıqlandıran içki və qida mehsulları (alkoqol. kakао, kəskin və duzlu qəlyanaltılar) rasiondan çıxarılır.

Kulinariуa işlənməsi: mexaniki qıcıqlardan qorumanı nəzərdə tutmur, yəni 7 №-li pəhrizdə olduğu kimi.

Kimуəvi tərkibi və enerji dəyəri: zülallar – 120-125 q (60-65%-i heyvan mənşəli), yağlar – 80 q (30%-i bitki mənşəli), karbohidratlar 400 q (50 q şəkər), yeməyə xörək duzu və soda əlavə edilmir; sərbəst maye – 0,8 l. enerji dəyəri – 2800 kkal.

Qidalanma rejimi: az-az, gündə 5-6 dəfə.

 

 

Məslahət görülən və istisna edilən qida məhsulları:

Çörək yalnız duzsuz, digər məmulat da sodasız və duzsuz buğda kəpəyi əlavə etməklə. Adi çörək və yağlı çörəklər istisna edilir.

Şorbalar: ətsiz, tərəvəz, meyvə yarma ilə, südlü. Ət və balıq bulyonları istisna edilir.

Ət və balıq: suda bişirilmiş və ya sonradan duxovkada bişirilmiş, qızardılmış, tiko ilə və ya doğranmış. Əlavə məhsullar. kolbasa, hisə verilmiş məmülat istisna edilir.

Balıq: ət kimi.

Süd məhsulları: süd, yağlığı az olan turş süd məhsulları. Yalnız kəsmik və ondan hazırlanmış xörəklər. Xama və qaymaq – məhdud miqdarda.

Yumurta: yumurta ağından omlet. Yumurta 1 sarısı məhdudlaşdırılır (yalnız xörək hazırlamaq üçün işlədilir).

Yarmalar: müxtəlif yarmalardan müxtelif xörəklər.

Tərəvəz: müxtəlif tərəvəzdən müxtəlif xörəklər. Ağ turp, sarımsaq, ispanaq, turşəng, şor, marinada qoyulmuş tərəvəz konservlər istisna edilir.

Qəlyanaltılar: bitki yağı ilə birlikdə tərəvəzdən salat və vineqretlər, suda bişirilmiş ət və ya balıqla salatlar, suda bişirilib üstünə şirə tökülmüş balıq. Kolbasa, hisə verilmiş məmulat, pendir, kürü istisna edilir.

Meyvələr, şirin xörəklər, şirniyyat: hər hansı meyvə və giləmeyvələr çiy və müxtelif xörəklər şəklində. Şəkər və qənnadı məmulatı məhdudlaşdırılır. Şokolad, kremdən hazırlanmış məmulat istisna edilir.

Souslar və ədviyyat: südlü, xama, pomidor, tərəvəzlə souslar, sous-marinad. Şirin və turş tərevəz və meyveli xörək şirələri. Göyərti, limon turşusu, vanilin. Ət və balıqla souslar, kəskin xörək şirələri istisna edilir.

İçkilər: limonlu, südlü çay, südlü kofe, təzə tərəvəz, meyvə giləmeyvə şirələri. İtburnu dəmləməsi, kəpək həlimi. Kаkао, natriumla zəngin mineral sular istisna edilir.

Yağlar: duzsuz kərə yağı, əridilmiş yağ, bitki yağı (günəbaxan, qarğıdalı, soya yağları).

 

Məsləhət görülən Azərbaycan xörəkləri:

7a və 7b №-li pəhrizlərdə olduğu kimi.

7b №-li pəhrizin təxmini menyusu: 1-ci səhər yeməyi – bitki yağı ilə birlikdə tərəvəz, salatı, yumurta ağından omlet, yerkökü püresi ilə birlikdə suda bişirilmiş ət, çay; 2-ci səhər yeməyi - isladılmış quru meyvələr; nahar yeməyi – ətli dovğa, toyuq çığırtması, meyvə kiseli; günorta yeməyi – itburnu dəmləməsi; şam yeməyi – tərəvəz püresi ilə birlikdə suda bişirilmiş balıq, təzə alma, çay. Yatmazdan əvvəl – kefir.

7q №-li PƏHRİZ

Göstərişlər: böyrək çatışmazlığının son stadiyası hemodializ (yəni xəstənin qanının süni böyrək vasitəsilə təmizlənməsi) zamanı.

Məqsəd: ağır böyrək çatışmazlığı və hemodializin əlavə effektləri şəraitində mübadilə pozulmalarının qismən korreksiya edilməsi. Böyreklərin funksiyasını maksimal şəkildə qorumaq.

Ümumi xarakteristika: enerji dəyəri normal olduğu halda zülalların (əsasən bitki mənşəli) və kaliumun orta dərəcədə, xörək duzunun və mayenin çox məhdudlaşdırılması. Yemək duzsuz hazırlanır.

Kulinariya işləməsi: adi olub, mexaniki qıcıqlardan qorumanı nəzərdə tutur. Xörəklərin dadı ədviyyat, limon turşusu, souslarla yaxşılaşdırılır. Bütün xörəklər suda bişirilmiş şəkildə və ya suda bişirildikdən sonra qızartmaqdan ibarətdir.

Kimyəvi tərkibi və enerji dəyəri: zülallar – 60 q (75%-i heyvan mənşəli), yağlar – 100-110 q (30%-i bitki mənşəli), karbohidratlar

– 400-450 q (100 q şəkər), enerji dəyəri – 42800-2900 kkal, kalium – 2,5 q, xörək duzu – yalnız çiy məhsulların tərkibində, sərbəst maye – 0,7-0,8 l.

Qidalanma rejimi: gündə 5-6 dəfə, az-az.

 

Məsləhət görülən və qadağan edilən qida məhsulları və xörəklər:

Çörək – duzsuz buğda və çovdar çörəyi – 200 q. digər çörək və un məmulatı istisna edilir.

Şorbalar: müxtəlif tərəvəzlə ətsiz şorbalar, şi, borş, çuğundur şorbası. Yarma və südlü şorbalar məhdudlaşdırılır, ət və balıq bulyonları istisna edilir.

Ət, quş və balıq: tikə ilə və ya doğranmış şəkildə suda bişirilir, sonra duxovkada bişirmək və ya qızartmaq olar. Qalanlar istisna edilir.

Süd məhsulları: məhdudlaşdırılır, orta hesabla gündə 150 q süd, 40 q xama, 25 q kəsmik. Südün hesabına xamanı artırmaq olar (zülala görə hesablanır).

Yumurta: gündə 2-3 ədəd ilıq bişirilmiş, buğda bişirilmiş omlet şəklində və xörəkdə.

Yarmalar: məhdudlaşdırılır, düyüyə üstünlük verilir (meyvə ilə plov, zapekanka və s.).

Tərəvəz: orta hesabla 300 q kartof və 400 q müxtəlif tərəvəz, müxtəlif xörək və qarnirlər şəklində. Paxlalılar, turş və marinada qoyulmuş tərəvəz, ispanaq, turşəng, ravənd istisna edilir.

Qəlyanaltılar: yalnız şor və kəskin olmayan tərəvəz salatları və vineqretləri.

Meyvələr, şirin xörəklər, şirniyyat: çiy və bişmiş meyvə və giləmeyvə, kisel, muss, jele. Şəkər, bal, mürəbbə. Ərik, şaftalı, gilas, qara qarağat, əncir məhdudlaşdırılır. Şokolad, quru meyvələr, qənnadı məmulatı istisna edilir.

Souslar və ədviyyat: südlə, xama ilə, tomatla souslar. Şirin və turş tərəvəz və meyvəli xörək şirələri. Limon turşusu, vanilin. Kəskin xörək şirələri, göyərtilər – məhdud miqdarda tətbiq olunur.

İçkilər: açıq çay və kofe, itburnu dəmləməsi və buğda kəpəyi həlimi. Məsləhət görülən tərəvəzin, meyvə və giləmeyvələrin şirələri.

Yağlar: kərə yağı – 40 q, bitki yağı (günəbaxan, soya və ya qarğıdalı) – 35 q.

 

Məsləhət görülən Azərbaycan xörəkləri:

7a və 7b №-li pəhrizlərdə olduğu kimi.

7r №-li pəhrizin təxmini menyusu: 1-ci səhər yeməyi – ilıq bişirilmiş 2 yumurta, bitki yağı ilə birlikdə tərəvəz salatı; 2-ci səhər yeməyi – şəkərlə birlikdə bişmiş alma; nahar yeməyi – bozbaş (yarım porsiya), meyvə ilə plov; günorta yeməyi – meyvə kompotu; şam yeməyi – südlü sousla birlikdə kartofdan kotlet, xama – 100 q, kisel. Yatmazdan əvvəl – itburnu dəmləməsi.

7 №-li PƏHRİZ

Göstərişlər: kəskin qlomerulonefrit sağalma dövründə müalicənin 3-4-cü həftəsindən etibarən, xroniki qlomerulonefrit kəskinləşmədən kənar dövrdə və böyrək çatışmazlığı əlamətləri olmadıqda, hamiləliyin nefropatiya patologiyası ilə gedişində.

Məqsəd: böyrəklərin funksiyasını orta derəcədə qorumaq, hipertenziyanı və ödemləri azaltmaq, mübadilə məhsullarının orqanizmdən çıxarılmasını yaxşılaşdırmaq.

Ümumi xarakteristika: zülalın orta dərəcədə 80 q-a qədər məhdudlaşdırılması, yağlar və karbohidratlar – normal səviyyədə. Yemək duzsuz hazırlanır, duz həkimin göstərdiyi miqdarda (3-6 q və daha artıq) xəstənin özünə verilir. Sərbəst maye məhdudlaşdırılır, azotlu ekstraktiv maddələrin, oksalat turşusunun, efir yağlarının mənbələri məhdudlaşdırılır.

Kulinariya işlənməsi: mexaniki qıcıqlardan qorumaq, kimyəvi qıcıqlardan orta dərəcədə gözləmək nəzərdə tutulur. Xörəklər suda bişirilmiş şəkildə işlədilir. 2-ci ətli xörəklər tikələr şəklində suda bişirilir, ya da doğranmış şəkildə balıqları və əti suda bişirdikdən sonra qovururlar.

Kimyəvi tərkibi və enerji dəyəri: zülallar - 80 q (50- 60%-i heyvan mənşəli), yağlar – 80-100 q (25%-i bitki mənşəli), karbohidratlar – 400-450 q (80-90 q şəkər), enerji dəyəri – 2700-2900 kkal. Sərbəst maye - 0,8-1,1 1.

Qidalanma rejimi: az-az, gündə 4-5 dəfə.

Məsləhət görülən və istisna edilən qida məhsulları və xörəklər:

Duzsuz çörək, maya qatılmış duzsuz fəsəli və kökələr. Qalanlar istisna edilir.

şorbalar: kartofla, yarmalarla tərəvəz şorbaları, məhdud olaraq – südlü, kərə yağı, xama, göyərti, limon turşusu, sirkə, soğan suda bişirilmiş, qovrulmuş şəkildə işlədilir. Ət, balıq bulyonları paxlalılarla istisna edilir.

Ət, quş və balıq: suda, duxovkada bişirilmiş, sonra qızardılmış. Tikə ilə və doğranmış şəkildə. Balıq – içi doldurulmuş. Üstünə şirə tökülmüş.

Süd məhsulları: yağlı kəsmik və pendirdən başqa bu məhsulların bütün növləri təbii və xörək şəklində işlədilir.

Yumurta: sarısı xörəkdə, bütöv – günde 1-2 ədəd (əti və balığı azaltmaqla).

Yarmalar: müxtəlif; makaron məmulatı sıyıqlar və digər xörəklər şəklində. Paxlalılar istisna edilir.

Tərəvəz: soğan, sarımsaq, ağ və qırmızı turp, turşəng, ispanaq, şor, ma- rinada qoyulmuş və turş tərəvəz istisna olmaqla, müxtəlif tərəvəzlər hər hansı kulinariya üsulu ilə işlənməklə.

Qəlyanaltılar: duzlanmamış veneqretlər, təzə tərəvəz və meyvələrdən salatlar.

Meyvələr, şirin xörəklər, şirniyyat: müxtəlif çiy və bişmiş meyvə və giləmeyvələr, kompot, kisel, jele, bal, mürəbbə, konfet, meyvəli dondurma. Şokolad istisna edilir.

Souslar və ədviyyat: pomidor, süd, xama, meyvə və tərəvəzlə souslar. Şirin xörək şirələri, suda bişirilmiş və qızardılmış soğandan sous. Vanilin, darçın, limon turşusu, sirkə. Ət və balıq sousları, kəskin xörək ədviyyatı və xuruşlar istisna edilir.

İçkilər: çay, tünd olmayan kofe, tərəvəz, meyvə və giləmeyvə şirələri, itburnu dəmləməsi. Tünd kofe, kakао, natriumla zəngin mineral sular istisna edilir.

Yağlar: duzsuz kərə yağı, əridilmiş yağ, təmizlənmiş, rafınə, vinterizə və dezodorasiya olunmuş soya bitki yağı.

Məsləhət görülən Azərbaycan xörəkləri:

7a və 7b pəhrizlərdə olduğu kimi.

7 №-li pəhrizin təxmini menyusu: 1-ci səhər yeməyi - ilıq bişirilmiş yumurta, tez ovulan qarabaşaq sıyığı, çay; 2-ci səhər yeməyi - şorba (1/2 porsiya), kartof püresi ilə birlikdə bişirilmiş ət, meyvə kiseli; günorta yeməyi - itburnu dəmləməsi; şam yeməyi - duxovkada bişirilmiş yer kökü, alma küftələri və kotletləri, südlü düyü sıyığı. Yatmazdan əvvəl - kefir.

8 №-li PƏHRİZ

Göstərişlər: piylənmə - əsas xəstəlik və ya xüsusi pəhriz tələb etməyən digər xəstəliklərlə yanaşı gedən xəstəlik kimi.

Məqsəd: maddələr mübadiləsini yaxşılaşdırmaq, orqanizmdə bədən kütləsinin artmasına və piyin toplanmasına mane olmaq.

Ümumi xarakteristika: əsas karbohidratlar, birinci növbədə şəkər, daha az dərəcədə yağlar, xüsusən asanlıqla mənimsənilən yağların hesabına enerji dəyərin azaldılması. Sərbəst mayenin, xörək duzunun, iştahanı artıran ərzaq məhsullarının və xörəklərin məhdudlaşdırılması. Hüceyrə qişaları miqdarının artırılması. Qızardılmış xörəklərin məhdudlaşdırılması. Şəkərin qismən ksilit və sorbitlə əvəz edilməsi. Tərəvəz və meyvələrin hesabına yeməyin həcmi doyma hissi törətmək üçün kifayət qədər olmalıdır.

Kulinariya işlənməsi: xörəklər suda bişirilmiş şəkildə ədviyyatsız və duzsuz verilir.

Kimyəvi tərkibi və enerji dəyəri: zülallar – 90-110 q (60%-i heyvan mənşəli), yağlar – 80-85 q (30%-i bitki mənşəli), karbohidratlarlar - 150 q, enerji dəyəri – 1700-1800 kkal, xörək duzu – 5-6 q, sərbəst maye – 1-1,2 l.

Qidalanma rejimi: az-az gündə 5-6 dəfə.

Məsləhət görülən və istisna edilən qida məhsulları və xörəklər:

Çörək – narın üyüdülməmiş undan və ya zülal - kəpəkli çovdar və buğda unundan çörək – 150-200 q. Qalan çörəklər istisna ediIir.

Şorbalar: bir dəfəyə qəbul 250-300 q. Bir qədər yarma əlavə etməklə tərəvəz şorbalarının bütün növləri. Həftədə 2-3 dəfə ət və ya balıq bulyonunda, tərəvəz və frikadellə olan xörəklər. Kartof, paxlalılar, yarma, makaron məmulatı ilə olan yeməklər istisna edilir.

Ət və quş: suda, duxovkada bişirilmiş, pörtülmüş, suda bişirildikdən sonra qızardılmış - 150 qramadək. Mal əti həlməşiyi, sardelka. Kolbasa, sosiska, konservlər istisna edilir.

Balıq: suda, duxovkada bişirilmiş qızardılmış - gündə 150-200 q.

Süd məhsulları: əsasən yağlılığı az olan süd məhsullarından istifadə olunur. Təbii kəsmik və ondan xörəklər. Məhdud miqdarda yağsız pendir. Yağlı və şirin süd məhsulları və xörəkləri istisna ediIir.

Yumurta: gündə 1-2 ədəd istənilən şəkildə.

Yarmalar: tərəvəz şorbalarına əlavə etmək üçün məhdud miqdarda. Tez ovulan аrpa, darı, buğda (çörəyin hesabına) sıyıqları. Digər yarmalar, makaron məmulatı, paxlalılar istisna edilir.

Tərəvəz: müxtəlif tərəvəzlər çiy və bütün kulinariya üsulları vasitəsi ilə işlənmiş şəkildə geniş tətbiq edilir. Kartof, çuğundur, yerkökü (cəmi gündə 200 qramadək), şor və marinada qoyulmuş tərəvəz məhdudlaşdırılır.

Qəlyanaltılar: çiy və turş tərəvəzdən salat, suda bişirilmiş ət və balıqla vineqretlər, üstünə şirə tökülmüş balıq, yağsız vetçina. Yağlı və kəskin qəlyanaltılar istisna edilir.

Meyvələr, şirin xörəklər, şirniyyat: çiy və bişmiş turşaşirin meyvə və giləmeyvələr. Ksilitdə və sorbitdə jele və muss. Şirin olmayan kompot. Üzüm, xurma, əncir, digər meyvə və giləmeyvələrin çox şirin növləri, qənnadı məmulatı, mürəbbə, bal, dondurma, kisel istisna edilir.

Souslar və ədviyyat: tomat, tərəvəz sousları. Yağlı və kəskin souslar, bütün xörək şirələri istisna edilir. Göyərti məhdudlaşdırılır.

İçkilar: çay, suda və süddə hazırlanmış kofe. Şirinliyi az olan tərəvəz, meyvə, giləmeyvə şirələri. Üzüm və digər şirin şirələr, kakao istisna edilir.

Yağlar: məhdud miqdarda kərə yağı, xörəkdə bitki yağları.

Məsləhət görülən Azərbaycan xörəkləri:

Bozbaş, ətsiz dovğa, doğramac, düyü ilə toyuq şorbası, parçabozbaş, düşbərə, sulu xingəl, qovurma ilə şorba, toyuq şorbası, kəlləpaça və ya xaş, kartoflu küftəbozbaş, noxudlu şorba, piti, sulu dindili küftə, qovurma ilə şorba, bibər dolması, buğda bişirilmiş lülə kababı, yumurta ağı ilə tava kababı, firni, çığırtma.

Qeyd: 8 №-li pəhriz I və II dərəcəli piylənməsi olan xəstələr üçün daha çox tətbiq edilə bilər ki, bunların da bədən kütləsi normadan 15-50% artıq olur. III dərəcəli piylənmə (bədən kütləsi normadan 50-100% artıq olur) zamanı 8 №-li pəhrizin variantı olan 8a №-li pəhriz tətbiq edilir ki, bunun da tərkibində 80 q zülal (70%-dək heyvan mənşəli), 60 q yağ (35%-i bitki yağı), 100 q karbohidratlar vardır və enerji dəyəri 1100-1200 kkal.-dir. III-IV dərəcəli piylənmə zamanı 8 və 8a №-li pəhrizlər kifayət qədər effektli olmadıqda 8b №-li pəhriz tətbiq edilir ki, bunun da tərkibində 40-50 q zülal, 30-40 q yağ, 50-70 q karbohidrat vardır və enerji dəyəri 600-800 kkal.-dir. 8b №-li pəhrizi yalnız xəstəxana şəraitində və bir aydan çox olmayaraq təyin etmək olar.

Məsləhət görülən və qadağan edilən xörəklər:

8 №-li pəhrizdə olduğu kimi qalır, xörəklərin kütləsi orta hesabla iki dəfə azaldılır.

8a və 8b №-li pəhrizlərin fonunda həftədə 2-3 dəfə ət-tərəvəz, kəsmik-kefir, meyvə-tərəvəz pəhriz günləri təyin etmək məqsədə uyğundur.

9 №-li PƏHRİZ

GöstərişIər: 1) insulinin təyin edilmədiyi və ya kiçik dozada təyin edildiyi yüngül və orta ağırlıqlı şəkərli diabet; 2) karbohidratlara qarşı davamlılığı müəyyən edib, insulinin və digər preparatların dozasını seçmək üçün.

Məqsəd: karbohidrat mübadiləsini normallaşdırmaq, yağ mübadiləsinin pozulmasının qarşısını almaq, karbohidratlara qarşı davamlılığı müəyyən etmək, su-duz və zülal mübadiləsini normallaşdırmaq üçün şərait yaratmaq.

Ümumi xarakteristika: asan mənimsənilən karbohidratlar hesabına enerji dəyərinin orta dərəcədə azaldılması, xörək duzunun, xolesterinin, ekstraktiv maddələrin məhdudlaşdırılması, lipotrop maddələrin, vitaminlərin, hüceyrə qişalarının miqdarının artırılması nəzərdə tutulur.

Kulinariya işIənməsi: adi qayda ilə aparılır. Şirin xörəklər hazırladıqda şəkər əvəz edicilərindən istifadə olunur.

Kimyəvi tərkibi və enerji dəyəri: zülallar – 90-100 q (55%-i heyvan mənşəli), yağlar – 75-80 q (30%-i bitki mənşəli), karbohidratlar – 300-350 q (əsasən nişasta) enerji dəyəri – 2300-2500 kkal, xörək duzu - 12 q, sərbəst maye - 1,5 litr.

Qidalanma rejimi: karbohidratlar bərabər paylanmaqla gündə 5-6 dəfə.

Məsləhət görülən və istisna edilən qida məhsulları və xörəklər:

II növ undan çovdar, buğda, zülal-kəpək çörəyi - orta hesabla gündə 300 q. yağlı olmayan xəmirdən bulka, çörəyin azaldılması hesabına peçenye.

Şorbalar: hər cür tərəvəz şorbaları, zəif ət və balıq bulyonunda, yarma, frikadellə ola bilər. Manna yarması, düyü, əriştə ilə südlü şorbalar istisna edilir.

Ət və quş: tikə ilə və ya doğranmış şəkildə, suda, duxovkada bişirilmiş, qızardılmış (suda bişirdikdən sonra), sosiska, pəhriz kolbasası, suda bişirilmiş dil, məhdud olaraq - qaraciyər.

Balıq: suda, duxovkada bişirilmiş, bəzən qızardılmış, doğranmış və tikə-tikə.

Süd məhsulları: süd, turş süd içkiləri məmulatı. Məhdud miqdarda xama. Duzsuz, yağsız pendir.

Yumurta: gündə 1,5 ədədədək, ilıq bişirilmiş və ya yumurta ağından omlet.

Yarmalar: qarabaşaq, аrpа, darı, yulaf yarmalarından, paxlalılardan sıyıq. Manna yarması, düyü, makaron məmulatı istisna edilir.

Tərəvəz: karbohidratların norması nəzərə alınmaqla kartof və digər tərəvəz; kələmə, boranıya, yunan qabağına, xiyara, pomidora, üstünlük verilir. Çiy, suda, duxovkada bişirilmiş, az hallarda qızardılmış tərəvəz təklif edilir. Duza və marinada qoyulmuş tərəvəz istisna edilir.

Qəlyanaltılar: təzə tərəvəzdən vineqretlər, salatlar, tərəvəz kürüsü. İs- ladılmış siyənək, suda bişirilib üstünə şirə tökülmüş ət və balıq, mal ətindən həlməşik.

Meyvələr, şirin xörəklər, şirniyyat: çiy və bişmiş şəkildə təzə turşaşirin meyvə və giləmeyvələr, sorbitdə və ya ksilitdə jele, muss, kompot, konfet. Məhdud miqdarda bal. Üzüm, mövüc, əncir, xurma, şəkərli konfet, dondurma istisna edilir.

Souslar və ədviyyat: zəif bulyonda, zəif tərəvəz, balıq, tomat sousları, kəskin xörək şirələri məhdudlaşdırılır. Yağlı, kəskin və şor souslar istisna edilir.

İçkilər: çay, südlü kofe, şirnisi az olan meyvə və giləmeyvələrin şirəsi, tərəvəz şirəsi. Şirin şirələr və şəkərli içkilər istisna edilir.

Yağlar: kərə yağı, əridilmiş yağ, bitki yağları.

Məsləhət görülən Azərbaycan xörəkləri:

Əriştəli kartof şorbası, bozbaş, doğramac, düyülü toyuq şorbası, kartoflu toyuq şorbası, noxudlu şorba, parçabozbaş, sulu dindili küftə, sulu xingəl, qovurma ilə şorba, toyuq şorbası, mal, qoyun, ətindən çığırtma, bozartma, balıq çığırtması, bibər dolması, kələm dolması, balıq kürüsü, buğda bişirilmiş lüləkabab, rizə küftə, pörtülmüş balıq, suda bişirilmiş balıq, qızardılmış və tava kababı, yumurta ağı ilə tavakababı, çığırtma.

Qeуd: intensiv terapiya aparılan orta ağırlıqlı və ağır şəkərli diabeti olan xəstələr üçün 9 №-li pəhriz çərçivəsində çörəyin, yarmaların və kartofun hesabına karbohidratların miqdarını 400-450 qramadək, zülalların miqdarını bir qədər (100-110 qramadək) və yağların miqdarını orta dərəcədə artırırlar.

9 №-Ii pəhrizin təxmini menyusu: 1-ci səhər yeməyi - südlə yağsız kəsmik, tez ovulan qarabaşaq sıyığı, çay; 2-ci səhər yeməyi - buğda kəpəyi həlimi; nahar yeməyi - noxudlu şorba, bibər dolması (1/2 porsiya), ksilitlə kisel; günorta yeməyi - təzə alma; şam yeməyi - suda bişmiş balıq, “Final” bitki yağı ilə vineqret, çay. Yatmazdan əvvəl - kefır.

9a №-li PƏHRİZ

Tədbiq etmək üçün göstərişlər: şəkərli diabetin yüngül formasında. Bədənin kütləsi artıq olduqda (II-III dərəcəli piylənmələrdə), insulindən istifadə edilmədikdə tətbiq edilir.

MəqsədIi təyinat: karbohidratların, yağların və zülalların mübadiləsinin pozulmasının qaydaya salınması, düzəldilməsi.

Ümumi xarakteristika: 9 №-li pəhrizə oxşardır, yalnız rasionda karbohidratların və yağların hesabına enerji dəyərini əhəmiyyətli dərəcədə azaltmaqdan ibarətdir.

Kulinariya işlənməsi: qidalanma rejimi məsləhət görülən qida məhsulları və hazırlanan xörəklər 9 №-li pəhrizə bənzəyir (oxşayır).

Kimyəvi tərkibi: zülallar 100 q; yağlar 50 q (25-30% - bitki yağları); karbohidratlar - 200 q; kaloriliyi - 1650 kkal; sərbəst maye - 1,5 litr; xörək duzu - 12 q.

9b №-li PƏHRİZ

Tədbiq etməyə göstərişIər: şəkərli diabet (orta və ağır vəziyyətdə) insulin terapiyası aparılan şəraitdə.

MəqsədIi təyinat: 9a №-li dietada olduğu kimi.

Ümumi xarakteristika: rasion zülalların, yağların və karbohidratların tərkibinə və enerji dəyərinə görə tam şəkildə olmalıdır.

Kulinariya işlənməsi: qidalanma rejimi və məsləhət görülən qida məhsullarının və onlardan hazırlanan xörəklərin siyahısı 15 №-li pəhrizə uyğundur. Ancaq tez həzm olunan karbohidratlar (şəkər, bal, mürəbbələr və s.) məhdudlaşdırılmalıdır. Şəkəri sutkada 30 qrama qədər işlətməyə icazə verilir.

Kimyəvi tərkibi: zülallar 120 q (heyvan mənşəli 60%); yağlar 80-100 q (25-30% -bitki yağları); karbohidratlar – 400-450 q; kaloriliyi – 2800-3000 kkal; sərbəst maye - 1,5 litr; xörək duzu – 15 q-a qədər.

10a №-li PƏHRİZ

Göstərişlər: kompensasiya mərhələsində II-III stadiyalı kəskin olmayan çatışmazlıqla ürək-damar sistemi xəstəlikləri.

Məqsəd: qan dövranını yaxşılaşdırmaq, bütün üzv və orqanlarda, toxumalarda bunun üçün yaxşı şəraiti təmin etmək, ürək-damar sisteminin, böyrəklərin, qaraciyərin funksiyalarının normallaşdırılmasına kömək etmək, orqanizmdən maddələr mübadiləsi nəticəsində məhsulların, hər şeydən əvvəl azot qalıqlarının çıxarılmasını yaxşılaşdırmaq, ürək-damar sisteminin, böyrəklərin, həzm orqanlarının qorunmasını və orqanizmin yarım yataq vəziyyətdə fızioloji tələbatını əsas qida maddələri ilə təmin etməkdən ibarətdir.

Ümumi xаrакteristiкa: enerji dəyəri başlıca olaraq yağların, daha az - zülal və karbohidratların hesabına orta vəziyyətdə məhdudlaşmalı və azalmalıdır. Xörək duzu və maye məhdudlaşdırılmalıdır. Ürək-damar və mərkəzi sinir sisteminin funksiyasını artıran, qaraciyəri, böyrəkləri qıcıqlandıran, mədə-bağırsaq yolunun işini artıran, meteorizmə səbəb olan xolesterin tərkibli qida məhsulları və xörəklər məhdudlaşdırılır. Pəhriz kalium, maqnium, kalsium, fosfor, vitaminlərdən A, B1, B2, C, PP və lipotrop maddələr, qələviləşdirici məhsullar (süd məhsulları, tərəvəz) kifayət qədər zənginləşdirilməlidir. Yeməklər, xüsusən ət və balıq sürtgəcdən keçirilir və suda və ya buğda bişirilir, ona turş və şirin tam verilir. Yağlı yeməklər, isti və soyuq xörəklər istisna edilir.

Kulinariya işlənməsi: bütün xörəklər suda bişirilir, sürtgəcdən keçirilir, duzsuz hazırlanır. İlıq şəkildə süfrəyə verilir.

Kimyəvi tərkibi və enerji dəуəri: zülallar – 60-80 q (65-70%-i heyvan mənşəli), yağlar – 65-70 q (25-30%-i bitki yağı), karbohidratlar – 300-350 q (70-80 q şəkər) enerji dəyəri – 1900-2000 kkal, xörək duzu - onlardan 2-3q çiy məhsulların hesabına, 6q xəstənin əlinə verilir, sərbest maye – 0,6-0,8 litr.

Qidalanma rejimi: az miqdarda, gündə 6 dəfə, şam yeməyi yatmazdan 3 saat qabaq verilməlidir.

Məsləhət görülən və istisna edilən yeyinti məhsulları və xörəklər:

I və II növ undan azca qurudulmuş buğda çörəyi, ondan hazırlanmış suxarı. Yağlı xəmirdən olmayan peçenye. Cəmi gündə 150 qram. Qalanlar istisna edilir.

Şorbalar: sürtgəcdən keçirilmiş yarma və tərəvəzlə tərəvəz həlimində və ya süddə 200 qramadək şorba. Paxlalılardan, yağlı ətlərdən, balıqdan, göbələkdən hazırlanmış şorbalar istisna edilir.

Ət və quş: aşığı və orta köklük (mal, dana, ev dovşanı, toyuq, hind toyuğu) sürtgəcdən keçirilmiş və ya doğranmış şəkildə suda bişirilir.

Balıq: tikə ilə və ya doğranmış şəkildə suda bişirilmiş, balığın yağsız növlərindən istifadə olunur (treska, gümüş xek, xam balığı, durna balığı və s.).

Süd məhsulları: süd (meteorizm törətmirsə), süd turş içkiləri, sürtgəcdən keçirilmiş kəsmik və ondan hazırlanmış xörəklər, xama - xörəkdə, duzsuz pendir, duzsuz təbii şəkildə və xörəklərin tərkibində kərə və ərinmiş yağ.

Yumurta: gündə 1 ədəd, ilıq bişirilmiş, buğda bişirilmiş omlet və ya xörəkdə.

Yarmalar: südlə suda sürtgəcdən keçirilmiş manna, arpa, “Herkules” sıyığı, suda bişirilmiş vermişel.

Tərəvəz: çiy və suda bişirilmiş və pörtülmüş sürtgəcdən keçirilmiş yerkökü, çuğundur, pomidor, salat, gül kələm, yunan qabağı, boranı (sufle, duxovkada bişirilmiş küftələr və s.). Məhdud şəkildə kartof, çiy pomidor, şüyüd, cəfəri, digər göyərti – xörəkdə.

Qəlyanaltılar: istisna edilir.

Meyvələr, şirin xörəklər və şirniyyat: yetişmiş təzə meyvələr çiy şəkildə, isladılmış quru meyvələr, onlardan kompot, bişirilmiş və ya sürtgəcdən keçirilmiş alma, kisel, muss, kompot. Südlü kisel və jele. Bal, mürəbbə, marmelad, zefir. Kobud sellülozası, bərk dərisi olan meyvə və gilemeyvələr, üzüm, şokolad, krem məmulatı istisna edilir.

Souslar və ədviyyat: zəif tərəvəz həlimində, süddə tomat, meyvə şirələri, limon turşusu əlavə etməklə şirin və turş meyvə və tərəvəz sousları, vanilin, darçın, dəfnə yarpağı, göyərti. İstisna ediIir: ət və balıq sousları, kəskin ədviyyatlar, ət və balıq konservləri, qurudulmuş və hisə verilmiş balıqlar, kürü, duzlu pendirlər, çiy yumurta; ət və kulinar piylər, noxud, paxlalılar, ispanaq, turp, soğan, sarımsaq, ağ turp, duza qoyulmuş tərəvəz turşuları, marinad olunmuş meyvələr, yetişməmiş meyvələr, kremli və tort məmulatı, xardal, qıtıqotu və s.

İçkilər: limonlu şirin çay, südlü çay, təzə hazırlanmış tərəvəz və meyvə şirələri, itburnu dəmləməsi. Təbii kofe, kakао, üzüm şirəsi, qazlı içkilər, kvas istisna edilir.

Yağlar: kərə yağı, təmizlənmiş, rafinə, vinterizə və dezodorasiya olunmuş bitki yağı - xörəkdə.

Məsləhət görülən Azərbaycan xörəkləri:

Ətli və ətsiz dovğa, göy noxudlu şorba, sulu xingəl, xəmiraşı, kişmiş və ya qaysı qurusu ilə plov, süzmə qatıqlı plov, şirin plov, şüyüd plov, Azərbaycan küftəsi.

10a №-li pəhrizin təxmini menyusu: 1-ci səhər yeməyi – sürtgəcdən keçirilmiş südlü düyü sıyığı, süd-100 q; 2-ci səhər yeməyi – şəkərlə bişmiş alma; nahar yeməyi – düşbərə (1/2 porsiya); günorta yeməyi – təzə meyvədən kisel; şam yeməyi – yerkökü püresi ilə suda bişirilmiş balıq, süd-100 q. Yatmazdan əvvəl - itburnu dəmləməsi.

10b №-li PƏHRİZ

GöstəгişIər: I və II dərəcəli qan dövranı çatışmazlığı ilə birlikdə kompensasiya olunmuş və ya qan dövranının kəskin pozulması ilə müşahidə edilən ürək-damar xəstəlikləri. Atereskleroz, hipertoniya xəstəliyi, böyrəklərin azot ifraz edici funksiyasının pozulması vaxtı xroniki və piolo qlomerulonefrit.

Məqsəd: qan dövranının yaxşılaşdırılmasına, ürək-damar sisteminin, böyrəklərin, qaraciyərin funksiyalarının, maddələr mübadiləsinin normallaşmasına kömək etmək, ürək-damar sistemini, həzm orqanlarını qorumaq. Orqanizmdən azot qalıqlarının və maddələr mübadiləsinin gedişi nəticəsində meydana gələn turşulaşmamış məhsulların ifrazatına səbəb olur, xəstələrin yarım yataq vəziyyətində orqanizmin fızioloji tələbatını təmin etməkdən ibarətdir.

Ümumi xarakteristika: yağların və karbohidratların hesabına kaloriliyin bir qədər azaldılması, xörək duzunun xeyli və mayenin orta dərəcədə məhdudlaşdırılması. Ürək-damar və sinir sisteminin fəaliyyətini artıran, qaraciyəri və böyrəkləri qıcıqlandıran, mədə-bağırsaq yolunun yükünü artıran, meteorizm törədən maddələr (ətin və balığın ekstraktiv maddələri, sellüloza, xolesterin) məhdudlaşdırılır. Kaliumun, kalsiumun, fosforun, maqneziumun, lipotrop maddələrin, vitaminlərin A, B1, B2, C, PP və s. qələviləşdirici təsirə malik məhsulların (süd məhsulları, tərəvəz, meyvələr) miqdarı artırılır.

Kulinariya işlənməsi: mexaniki qıcıqlardan orta dərəcədə qorunması nəzərdə tutulur. Bütün xörəklər (çörəkdən başqa) ət, balıq ya suda ya da buğda bişirilir, sonra qızardıla bilərlər, xörəklər əsas etibarilə sürtgəcdən keçirilməmiş, ancaq çox yaxşı bişmiş və xırdalanmış şəkildə hazırlanır.

Kimyəvi tərkibi və enerji dəyəri: zülallar – 90 q (55-60%-i heyvan mənşəli), yağlar – 70 q (25-30%-i bitki mənşəli), karbohidratlar – 350-400 q, enerji dəyəri   - 2500-2600 kkal, xörək duzu – 3-5 q (xəstənin özünə verilir), 2-3 q qida məhsullarında olur, sərbest maye – 0,8-1,5 litr.

Qidalanma rejimi: bərabər porsiyalarla gündə 5-6 dəfə az-az verilir, şam yeməyi yatmazdan 3 saat qabaq verilir.

Məsləhət görülən qida məhsulları və xörəklər:

I və II növ buğda unundan duzsuz boyat və ya azca qurudulmuş çörək, pəhriz çörəyi, yağlı xəmirdən olmayan quru peçenye və biskvit. Qalanlar istisna edilir.

Şorbalar: hər dəfə 250-400 qramadək, ətsiz, kartof, müxtəlif yarmalar, xırda doğranmış tərəvəzlə, südlü, meyvəli, soyuq çuğundur şorbası. Şorbalara xama, limon turşusu, göyərti qatılır.

Ət və quş: tikə ilə və ya doğranmış şəkildə suda və ya duxovkada bişirilmiş yaxud bişirildikdən sonra qızardılmış ətdən xörəklər. Suda bişirilib üstünə şirə tökülmüş ət. Orta miqdarda – doktor və ya pəhriz kolbasası. Ətdən və quşlardan hazırlanan xörəklər aşağı və orta köklükdə olmalıdırlar (mal əti, dana, ev dovşanı, toyuq, hind toyuğu).

Balıq: ət kimi, yəni balıqların aşağı yağlılıq çeşidində olan növləri tətbiq olunur.

Süd məhsulları: dözüldükdə - süd, turş süd içkiləri, təbii kəsmik və xörəklərdə tərəvəz, yarma, meyvələrlə birlikdə. Xama və qaymaq məhdud miqdarda, yalnız xörəkdə. Yağsız pendir. Üzsüz pendir, kərə yağı və ərinmiş təbii inək yağı xörəklərdə; xörəklərdə bitki yağları.

Yumurta: gündə 1 ədəd, ilıq bişirilmiş, buğda və ya duxovkada bişirilmiş yumurta ağından omlet şəklində və ya xörəkdə.

Yarmalar: müxtəlif yarmalardan suda və ya süddə hazırlanmış sıyıq, pudinq və digər xörəklər. Suda bişirilmiş makaron məmulatı. Paxlalılar istisna ediIir.

Tərəvəz: suda, duxovkada bişirilmiş, bəzən çiy; kartof, gül kələm, yerkökü, çuğundur, yunan qabağı, boranı, pomidor, salat, xiyar; ağ baş kələm və göy noxud – məhdud miqdarda; göy soğan və göyərti yalnız xörəkdə. Duza qoyulmuş marinada və turş tərəvəz, ispanaq, turşəng, ağ və qırmızı turp, sarımsaq, baş soğan istisna edilir.

Qəlyanaltılar: təzə tərəvəzdən (pomidor, xiyar, sürtgəcdən keçirilmiş yerkökü) salatlar, vineqretlər, tərəvəz kürüsü, meyvə salatı, suda bişirilib üstünə şirə tökülmüş balıq. Kəskin, duzlu və yağlı qəlyanaltılar istisna edilir.

Meyvələr, şirin xörəklər, şirniyyat: çiy yetişmiş yumşaq meyvələr, isladılmış quru meyvələr, qurudulmuş meyvələrdən və giləmeyvələrdən, təzə meyvələrdən kompot, kisel, muss, jele, südlü kisel, krem, bal, mürəbbə, konfet. Kobud sellülozası olan meyvələr, şokolad, pirojna istisna edilir.

Souslar və ədviyyat: tərəvəz həlimində xama, süd, soğan, (həll bişirilir və qovrulur), meyvə ilə xörək şirələri. Dəfnə yarpağı, vanilin, darçın, limon turşusu. Ət və balıq bulyonunda souslar, kəskin xörək şirələri istisna ediIir.

İçkilər: açıq çay, südlə kofe içkiləri, meyvə və tərəvəz şirələri, itburnu dəmləməsi. Məhdud miqdarda üzüm şirəsi. Təbii, kofe kаkаo istisnа edilir.

Yağlar: kərə yağı, əridilmiş yağ, təbii şəkildə bitki yağları.

Məsləhət görülən Azərbaycan xörəkləri:

Əriştəli kartof şorbası, ətli və ətsiz dovğa, düşbərə, küftəbozbaş, noxudlu şorba, piti, sulu xingal, xəmiraşı, qoyun və mal ətindən çığırtma, şorba, Azərbaycan küftəsi, kişmiş və ya qaysı qurusu ilə plov, südlü plov, sulu sıyıq, süzmə qatıqlı plov, yumurta ağı ilə bişirilmiş tava kababı, turşu qovurma plov, fırni, çığırtma, şirin plov, şüyüd plov. Qənnadı məmulatından Ordubad ruleti, Bakı qurabiyəsi, riştə halva. Paxlalılardan, ət, balıq və göbələklərdən hazırlanan xörəklər və bulyonlar qadağan olunur. Ət, balıq, quşların yağlı çeşiddə olanları, qurudulmuş və duza qoyulmuş balıqlar və ət, kürü, duzlu pendirlər, suda bişirilmiş yumurta, çiy yumurta, ət və kulinar piylər, noxud, yetişməmiş meyvələr, kobud lifli meyvələr, kremli və tort məmulatları istisna olunur.

10b №-li pəhrizin təxmini menyusu: 1-ci səhər yeməyi – ilıq bişirilmiş yumurta, südlü düyü sıyığı, çay; 2-ci səhər yeməyi – şəkərlə bişmiş alma; nahar yeməyi – piti (1/2 porsiya); quru meyvələrdən kompot; günorta yeməyi – itburnu dəmləməsi; şam yeməyi – suda bişirilmiş balıqla kartof, kəsmik pudinqi (1/2 porsiya), çay. Yatmazdan əvvəl – kefır.

10c №-li PƏHRİZ

Göstərişlər: 1) ürək, beyin və ya digər orqanların damarlarının zədələndiyi atereskleroz, 2) onunla əlaqədar ürəyin işemik xəstəliyi, çapıxlaşma mərhələsində miokardın infarktı, 3) ateroskleroz və hipertoniya xəstəliyinin II-III mərhələsi fonunda.

Məqsəd: aterosklerozun inkişafını ləngitmək, mübadilənin pozulmasını zəiflətmək, qan dövranını yaxşılaşdırmaq, bədən kütləsini (artıqdırsa) azaltmaq, ürək-damar sisteminin, mərkəzi sinir sisteminin, qaraciyərin, böyrəklərin qidalanması ilə əlaqədar olaraq həddən artıq yüklənməsinin qarşısını almaq.

Ümumi xarakteristika: tez həzm olunan heyvan mənşəli yağların və sadə karbohidratların miqdarının azaldılması (azaltma dərəcəsi bədən kütləsindən asılıdır). Xörək duzunun, sərbəst mayenin, ekstraktiv maddələrin, xolesterinin məhdudlaşdırılması. C, B qrupu vitaminlərinin, D vitaminindən başqa (kalsiferlər) lipotrop maddələrin, hüceyrə qişalarının, linol turşusunun (əvəz olunmaz yağ turşularının) mikroelementlərin (kalium, maqnium, dəniz qida məhsulların) hesabına rasionun zənginləşdirilməsi və artırılmasını təmin etmək. Yemək əsasən suda və ya duxovkada bişirilir.

Kimyəvi tərkibi və enerji dəуəri: zülallar – 90-100 q (50-55%-i heyvan mənşəli), yağlar – 80 q (40%-i bitki mənşəli), karbohidratlar – 350 q (50 q şəkər), enerji dəyəri – 2600-2700 kkal, xörək duzu – 8-10 q, о cümlədən bu miqdarın 3-5 qramı qida məhsullarında olur, sərbəst maye – 1,2 litr. Yanaşı gedən piylənmə zamanı zülallar – 90 q, yağlar – 70 q, karbohidratlar – 300 q, enerji dəyəri – 2200 kkal.

Kulinariya işlənməsi: xörəklər suda bişirilir, pörtülür və xırda-xırda şəkildə duzsuz hazırlanır.

Qidalanma rejimi: kiçik porsiyalarla gündə 5-6 dəfə.

Məsləhət görülən və istisna edilən qida məhsulları və xörəklər:

Çörək I-II növ buğda unundan, ələnmiş və ya kəpəksiz çovdar çörəyi, kəsmiklə hazırlanmış məmulatlar, suda bişirilmiş duzsuz balıq, ət məmulatı kəpək əlavə etməklə.

Şorbalar: ətsiz, tərəvəz, meyvə və yarma ilə, kartofla, südlü şorbalar, borş, şi (kələm şorbası) müxtəlif yarmalar, xırda doğranmış tərəvəzlər, südlü, meyvəli, soyuq çuğundur şorbası. Şorbalara xama, limon turşusu, göyərti qatılır.

Ət, quş.və balıq: suda və ya duxovkada bişirilmiş, sonra qızardılmış və tikə-tikə, xırda şəkildə doğranmış halda işlədilir.

Süd və süd məhsulları: süd, yağlılığı az olan turş süd içkiləri, yağsız kəsmik və ondan xörəklər, yağsız, duzsuz pendir, xama xörəkdə.

Yumurta: həftədə 3 ədədədək, ilıq bişirilmiş, və ya yumurta ağından omlet şəklində.

Yarmalar: müxtəlif yarmalardan tez ovulan sıyıq, zapekanka, yarma şorbası. Düyü, manna yarması, makaron məmulatı məhdudlaşdırılır.

Tərəvəz: çiy şəkildə və xörəklərdə xırda doğranmış müxtəlif tərəvəz, göy noxud – püre şəklində. Göyərti – xörəkdə. Turşəng, ispanaq, ağ və qırmızı turplar, göbələklər istisna edilir.

Qəlyanaltılar: bitki yağı ilə vineqret və salatlar, üstünə şirə tökülmüş balıq və ət, isladılmış siyənək, yağsız, duzsuz pendir və doktor kolbasası.

Meyvələr, şirin xörəklər, şirniyyat: çiy meyvə və giləmeyvələr, ksilitdə və ya kəmşirin kisel, kompot, jele, muss. Üzüm, bal (yalnız şəkər əvəzinə), mürəbbə məhdudlaşdırılır. Şokolad, kremdən hazırlanan məmulat, dondurma istisna edilir.

Souslar və ədviyyat: tərəvəz həlimində xama qatılmış souslar, südlü, tomatlı, meyvə-giləmeyvəli xörək şirələri. Vanilin, darçın, limon turşusu. Ət və balıq sousları, kəskin xörək şirələri istisna edilir.

İçkilər: südlü və ya limonlu açıq çay, kofe içkiləri, tərəvəz, meyvə və giləmeyvə şirələri, itburnu dəmləməsi və kəpək həlimi. Tünd çay, təbii kofe, kakаo istisna edilir.

Yağlar: kərə yağı, adlı bitki yağları-yemək hazırlamaq üçün və xörəkdə.

Məsləhət görülən Azərbaycan xörəkləri:

10 №-li pəhrizin təsviri zamanı adları çəkilənlərə bozbaş, toyuq çığırtması əlavə edilir. Qənnadı məmulatından - badam borucuğu.

10c №-li pəhrizin təxmini menyusu: 1-ci səhər yeməyi - südlə yağsız kəsmik, kövrək düyü sıyığı, limonlu çay; 2-ci səhər yeməyi – təzə alma; nahar yeməyi - yarım pay bozbaş, yarım pay şüyüd plov, kompot; 2-ci günorta yeməyi – itburnu dəmləməsi; şam yeməyi - tərəvəzlə və göy noxudla salat, toyuq çığırtması, çay. Yatmazdan əvvəl – kefir.

10i №-li PƏHRİZ

Göstərişlər: miokard infarktı.

Məqsəd: ürək əzələsində bərpa proseslərinə, qan dövranının və maddələr mübadiləsinin yaxşılaşmasına, ürək-damar sisteminə düşən yükün azaldılmasına, bağırsağın funksiyasının normallaşmasına kömək etmək, ateresklerozun, tromboembolik fəsadların, bədən çəkisinin artmasının qarşısını almaq, inkişaf etməyə imkan verməmək.

Ümumi xarakteristika: enerji dəyərin, xüsusən yağların hesabına azaldılması, qidanın həcminin azaldılması, xörək duzunun məhdudlaşdırılması, çətin həzm olunan, qıcqırma və meteorizm törədən, xolesterin, heyvan mənşəli yağlar və şəkərlə, eləcə də ekstraktiv maddələrlə zəngin olan məhsulların istisna edilməsi. Bağırsağın hərəki funksiyasını yüngülcə stimulə edən lipotrop maddələr, kalium, C və P vitaminləri ilə zəngin məhsulların daxil edilməsi.

Pəhriz ardıcıl təyin edilən üç rasiondan ibarətdir: I – 1-ci həftədə (kəskin dövr), II – 2-3-cü həftələrdə (yarımkəskin dövr), III – 4-cü həftədə (çapıqlaşma dövrü). I rasionda xörəklər sürtgəcdən keçirilir, II rasionda xırdalanır, III rasionda xırdalanır və tikə-tikə də işlənir. Xörəklər-duzsuz hazırlanır.

Kimyəvi tərkibi və enerji dəyəri: I rasion: zülallar 50 q, yağlar 40 q, karbohidratlar 200 q, enerji dəyəri 1100-1200 kkal; sərbəst maye 0,7-0,8 litr, rasionun həcmi (kütləsi) 1,5-1,7 kq; II rasion: zülallar 60- 70 q, yağlar 50-60 q, karbohidratlar 230-300 q, enerji dəyəri 1700-1800 kkal; sərbəst maye 0,9-1,0 litr, rasionun həcmi 2 kq; III rasion: zülallar 85- 90 q, yağlar 70 q, karbohidratlar 300-350 q, enerji dəyəri 2200-2400 kkal, sərbəst maye 1,0-1,1 litr, rasionun kütləsi 2,2-2,3 kq. Xörəklərə xörək duzu qatılmır, yalnız ələ verilir: II rasionda 3 q, III rasionda 5-6 q.

Qidalanma rejimi: I rasion infarktın birinci 7-8 günlüyündə, kəskin dövrdə qida qəbulu gündə 6 dəfə, II rasion infarktın yarım kəskin dövründə xəstəliyin gedişinin 2-ci, 3-cü həftəsində qida qəbulu gündə 5 dəfə; III rasion - infarktın çapıqlaşma dövrünə təsadüf edir – xəstəliyin 4-cü həftəsindən başlayır. Qida qəbulu gündə 5 dəfə təklif olunur.

Məsləhət görülən ərzaq məhsulları və xörəklər:

I rasionda 50 q əla növ undan qurudulmuş çörək və ya suxarı. Çovdar çörəyi, yağlı və duzlu xəmirdən hazırlanmış piroqlar, blinçiklər, oladilər, tortlar, pirojnalar istisna olunur. II rasion – 150 q boyat çörək, dünən bişirilmiş və ya qurudulmuş, buğda unundan hazırlanan çörək; III rasion – 250 q buğda unundan çörək – о cümlədən 50 q çovdar unundan çörək.

Şorbalar: I rasion 150-200 q tərəvəz həlimi içində icazə verilən (aşağıya bax) tərəvəz və yarmalar olur; II-III rasionlarda yaxşı bişirilmiş yarmalar və tərəvəzlərlə. Yarmalardan, paxlalılardan, ətdən, balıqdan və göbələk bulyonundan hazırlanan şorbalar, şor şorbalar, borş, şi, kobud lifli meyvə və giləmeyvələr qadağan olunur.

Ət, quş və balıq: I rasion: yağsız mal, dana, toyuq əti suda bişirilmiş və sürtgəcdən keçirilmiş şəkildə. Yağsız balıq növləri (suf balığı, treska və s.), buğda bişirilmiş kotlet, knel, frikadelka, suda bişirilmiş tikə balıq. Yumurtadan buğda bişirilmiş zülallı omlet, xama, kəsmik, pendir istifadə olunur. İstisna olunur – ət və kulinar piylər; eyni zamanda II rasionda yağlı ət, qaz, ördək, çeşidli qida məhsulları, beyin, qaraciyər, qızardılmış böyrəklər, qurudulmuş və hisə verilmiş məhsullar (ət, balıq), konservlər, yağlı balıq növləri, qızardılmış, duzlu balıqlar, qara nərə balıq kürüsü, balıq konservləri. II-III rasionda istifadə olunur, ətdən hazırlanmış qiymədən, suda bişirilmiş ət və balıq tikələri, yağsız ət növləri (mal, dana, toyuq), yağsız balıq növlərindən istifadə olunur.

Süd məhsulları: süd xörəkdə və çayla. Turş süd məhsulları və yağsız südlü içkilər. Sürtgəcdən keçirilmiş kəsmik. I rasionda pasta və sufle, südlü souslar tərəvəz həlimində; istisna olunur – yağlı xamalar, kəsmik, pendir. II-III rasionlarda I rasionda təklif olunanlardan başqa yarmalarla köklə, pudinqlər. Şorbalara azca xama əlavə etmək. Yağsız və kəskin olmayan pendirlər, yalnız II-III rasionda durulaşdırılmış süd, xörəklərdə süd, süd turşu içkiləri, yağsız kəsmik, xörəklərdə xama, kəskin olmayan sürtgəcdən keçirilmiş pendir, kərə və bitki yağları tətbiq olunur.

Yumurta: I-II-III rasionların hamısında – yalnız zülallı omletlər, yumurta çalması şorbada. Qızardılmış, bərk bişirilmiş yumurta istisna olunur.

Yarmalar: I rasionda – 150 q manna kaşası, süddə bişirilmiş, sürtgəcdən keçirilmiş qarabaşaq və yulaf yarması (“Herkules”). Makaron və paxlalılar məmulatı istisna olunur. II rasionda 150-200 q sürtgəcdən keçirilməmiş, duru, qatı sıyıqlar, 100 q tez ovulan kövrək manna və ya manna zapekankası; qarabaşaqdan, çovdardan, manna qrupundan, düyüdən sıyıqlar, suda bişirilmiş əriştə; III rasion – 200 q sıyıq, kəsmiklə və ya alma ilə zapekanka, suda bişirilmiş vermişel, qarabaşaq – kəsmik pudinqi. Məsləhət görülən və istisna olunan 10c №-li pəhrizlərdə işlədilən qida məhsulları və xörəklərə uyğundur.

Tərəvəzlər: I rasion – 100 q kartofdan, kökdən, çuğundurdan püre sürtgəcdən keçirilmiş kök, kəsmikdən pudinq; gül kələm və çuğundur suda bişirilib onlardan püre hazırlanır, tərəvəz şorbaları sürtgəcdən keçirilir, tərəvəz bulyonuna yumurta çalması əlavə edilir, təzə meyyələrdən də püre, bişirilmiş, sürtgəcdən keçirilmiş kompotlar hazırlanır. Bir çox duza turşuya qoyulmuş və marinə edilmiş tərəvəzlər istisna olunur.

Qəlyanaltılar: I və II rasionlarda istisna оIunur; III rasionda suya qoyulmuş siyənək balığı, suda bişirilmiş ət və balıq qablara şirəsi ilə tökülür, yetişmiş pomidorlardan istifadə edilir.

Meyvələr, şirin xörəklər, şirniyyat: I rasion – alma püresi, jele, muss, isladılmış gavalı və ərik (qaysı) qurusu, xırdalanmış meyvələr, püre şəklində hazırlanmış meyvələr, 30 q şəkər və ya bal. Üzüm, şokolad, kremli məmulat; kişmiş, dondurma istisna olunur. II-III rasionlar təzə, yetişmiş, yumşaq meyvə və giləmeyvələrlə, yetişmiş almalarla, kompotla, südlü kisellə və jele, cem; şəkər (bir hissəsi ksilitlə əvəz olunur) 50 q-a qədər.

Sous və ədviyyatlar: I rasionda işlədilmir. II-III rasionlarda turşaşirin tərəvəz və meyvə şirələri, limonlu və tomat şirələri, tərəvəz həlimində sous və süddə hazırlanmış sous, bişirilmiş soğandan istifadə olunur.

İçkilər: I rasionda 100-150 q içkilər təyin olunur. Çay az rəngli, meyvə və tərəvəz şirələri, itburnu dəmləməsi. Rəngli çay, natural kofe, kakaо, üzüm şirəsi, qazlı içkilər istisna olunur. II-III rasionlarda 150-200 q az rəngli limonlu və ya südlü çay, südlə kofe içkisi; itburnu dəmləməsi, gavalı cövhəri, kök, çuğundur, meyvə şirələri.

Yağlar: I-II rasionlarda – kərə və bitki yağları yalnız xörəklərdə işlədilir; III rasionda – kərə yağı 10 q, eyni zamanda tikə ilə də vermək olar.

İstisna olunan qida məhsulları və xörəklər (üç rasionun hamısında):

Təzə çörək, undan bişirilmiş məmulatlar, yağlı və kobud növlü ətlər, quşlar, içalat, kolbasalar, konservlər, inək südü, qaymaq, yumurta sarısı, darı yarması, аrpа yarması, və arpa, paxlalılar, ağ baş kələm, xiyar, turp, soğan, sarımsaq, ədviyyatlar, şokolad, qənnadı məmulatları, natural kofe, kakaо, üzüm şirəsi.

Məsləhət görülən Azərbaycan xörəkləri:

I rasionda ətsiz dovğa, düşbərə, Azərbaycan küftəsi, firni, süzmə qatıqlı plov; II-IIl rasionlarda 10a №-li pəhrizə aid icazə verilən pəhrizlərə uyğun dietalar məsləhət görülür.

10 i №-li pəhrizin təxmini menyusu: 1-ci səhər yeməyi – 50 q südlə birlikdə yağsız kəsmik, 100 q südlə manna kaşası, südlə çay; 2-ci səhər yeməyi – alma püresi 100 q; nahar yeməyi – düşbərə 150 q, fırni 200 q, yerkökündən püre bitki yağı ilə 100 q; şam yeməyi – süzmə qatıq plov 150 q, düyü sıyığı tez ovulan 100 q, limonlu çay 150 q; gecə yeməyi – qara gavalı həlimi 100 q; II rasion; 1-ci səhər yeməyi – zülallı omlet 50 q, meyvə həlimində bişirilən sıyıq 200 q, südlə çay 180 q; 2-ci səhər yeməyi – xama ilə kəsmik 100 q, itburnu dəmləməsi 100q; günorta yeməyi – noxudlu şorba 250 q, şüyüd plov 200 q, təzə meyvələr 100 q; 2-ci nahar – bişirilmiş alma 100 q; şam yeməyi – suda bişirilmiş balıq kartof püresi ilə 50 q + 100 q; meyvə və jelesi 100 q; südlə çay. Gecə üçün kefir. III rasion; 1-ci səhər yeməyi – südlə kəsmik 150 q, kərə yağı 10 q, kəskin olmayan pendir 30 q; 2-ci səhər yeməyi – qarabaşaq yarmasından sıyıq 100 q, limonlu çay; nahar yeməyi –sulu xingəl 250 q. toyuq çığırtması 1/2 pay, meyvəli kisel 100 q; 2-ci nahar – təzə meyvələr; şam yeməyi – suda bişirilmiş ət kökdən hazırlanmış püre ilə - 150 q, limonlu çay - 180 q; gecə yeməyi - kefır.

10p №-li PƏHRİZ

GöstərişIər: kəskin revmatizm (aktiv faza – fəal mərhələ, III dərəcəli fəal dövr) revmokardit, poliartrit, poliserozit. infeksion - allerqik və revmatoitli poliartrit olduqda 10p №-li pəhriz təyin olunur.

Təyinatın məqsədi: hipererqiya əlamətlərini azaltmaq, eksudaktiv əmələ gəlmə prosesini zəiflətmək, desensibilizasiya effekti əldə etməkdən ibarətdir.

Ümumi xаrаkteristika: kaloriliyi bir qədər məhdudlaşdıran pəhriz, zülalların və yağların miqdarı fizioloji normanın aşağı sərhəddində olmalı, karbohidratları və purin maddələri rasionda kəskin surətdə məhdudlaşdırmaqdan ibarətdir. Xörək duzu, sərbəst maye də bir qədər məhdudlaşdırılır, əksinə rasion vitaminlərlə - (C, P, PP, B1, B2) zənginləşdirilir.

Kulinariуa işIənməsi: bütün xörəklər duzsuz hazırlanır. Ət və balıq suda bişirilmiş şəkildə hazırlanır, tərəvəzlər həll bişirilir.

Kimyəvi tərkibi və enerji dəyəri: zülallar – 70-80 q (bunlardan 2/3 hissəsi heyvani zülallardır), yağlar – 70-80 q (bunlardan 1/3 bitki yağlarıdır), karbohidratlar – 200-250 q; enerji dəyəri – 1800-2000 kkal; vitaminlər B1 və B2 4 mq, C – 150 mq, P – 0,5 mq, PP – 30 mq; xörək duzu – 3-4 q (xəstənin əlinə verilir); rasionun ümumi miqdarı 2 kq, sərbəst maye - (birinci xörəyi nəzərə almaqla) – 1litr.

Qidalanma rejimi: qida qəbulu gündə 6 dəfə.

Məsləhət görülən xörəklər və qida məhsulları:

Tərəvəz şorbaları, şi, veqeterianlı borşlar duzsuz; ətdən, balıqdan suda bişirilmiş və ya azca sürtgəcdən keçirilmiş xörəklər; yumurtadan hazırlanan xörəklər bütün hallarda; tərəvəz və göyərtilər, hansıların ki, tərkibində karbohidratlar azdır, bunlar çiy və yaxşı bişirilmiş şəkildə verilir, təzə və bişirilmiş meyvələr, itburnu dəmləmələri, meyvə, giləmeyvə və tərəvəz şirələri, kəpəkdən hazırlanmış içkilər, çörək bişirilən və pivə mayaları, kompotlar, almadan jele, meyvələr, süd, xama, kefir, qatıq, pendir, kəsmik, təbii şəkildə xama və bunlardan xörəklər, kərə və bitki yağları.

Məhdudlaşdırılır: şəkər, konfetlər, bal, mürəbbə, kremli və tort məmulatları, çörək-bulka məmulatları, yarmalardan xörəklər, kəskin yeməklər və souslar, konservlər, turşular, lobya, noxud, paxlalılar, ispanaq, turşəng (quzuqulağı), ətin, quşların, balığın yağlı növləri.

11 №-li PƏHRİZ

Göstərişlər: 1) ağciyərin, sümüklərin, oynaqların, limfatik vəzilərin vərəminin kəskinləşməyən dövründə və ya prosesin sönməsi vaxtında; 2) infeksion xəstəliklər və ya bütün cərrahi əməliyyatdan (həzm üzvlərinin zədələnməsindən başqa) sonra meydana gələn üzülmə, əldən düşmə, arıqlama vaxtı. Yanıqdan sonrakı təyinat.

Məqsədyönlü təyinat: orqanizmin qidalanma vəziyyətini yaxşılaşdırmaq, onun mühafızə gücünü, müqavimətini artırmaq, bərpa prosesini tezləşdirmək və immuniteti gücləndirməkdir.

Ümumi xarakteristika: xüsusən zülalların hesabına rasionda enerji dəyərini artırmaq, vitaminlərin, xüsusən A, C və B qrupu və mineral maddələrin (dəmir, kalsium, fosfor) tərkibini yüksəltməkdir.

Adi qayda ilə, müxtəlif şəkildə kulinar emal üzərində işləmə.

Kimyəvi tərkibi və enerji dəуəri: zülallar – 110-130 q (60%-i heyvan mənşəli), yağlar – 100-120 q (20-25%-i bitki mənşəli), karbohidratlar – 400-450 q, enerji dəyəri – 3400-3600 kkal, xörək duzu - 15 q, sərbəst maye - 1,5 litr. Geniş yanıqlarda xörəklərin kaloriliyi bir qədər azaldılır. Yanıqla olan xəstələrin qidalanması 11 №-Ii pəhriz əsasında qurulur.

Qidalanma rejimi: bir gündə 5 dəfə.

Məsləhət görülən və istisna olunan qida məhsulları və xörəklər:

Buğda və çovdar unundan qara və boz rəngli çörək, müxtəlif çörək məmulatı. Əgər bədənin kütləsi artıq olarsa ağ çörək və xəmir məmulatları məhdudlaşdırılmalıdır.

Ət, quş və balıq: müxtəlif növləri, müxtəlif emal etmə, konservləşdirmə, əlavə məhsullar (kəsilmiş heyvanın içalatı, başı, ayaqları və s.), çox yağlı olanlar istisna olunur.

Süd məhsulları: tam assortmentdə, pendiri də əlavə etməklə.

Yumurta: bütün növlərdə.

Yarmalar: müxtəlif yarmalar, müxtəlif makaron məmulatı hər hansı formada kulinar emal etmək.

Tərəvəzlər: meyvələr və giləmeyvələr, müxtəlif, hər hansı formada olursa-olsun kulinar emaldan keçirilir, bir hissəsi mütləq bişməmiş şəkildə.

Qəlyanaltılar: müxtəlif, meyvə və tərəvəzdən salatlar.

Souslar (xörək şirələri): ətdən, balıqdan, süddən, tərəvəzdən, xamadan, süd – yumurtanın qarışığından olur.

Ədviyyatlar: nə olursa olsun, ancaq məhdud şəkildə.

İçkilər: nə olursa olsun, mütləq tərəvəz və meyvədən alınan içkilər, şirələr itburnu dəmləməsi, kəpəkdən hazırlanmış həlim.

Yağlar: kərə, ərinmiş, bitki yağları.

Məsləhət görülən Azərbaycan xörəkləri:

Azərbaycan şorbası, əriştəli kartof şorbası, bozbaş, ətli və ətsiz dovğa, toyuq şorbası düyü ilə, düşbərə, kəlləpaça kartof supu, noxudlu şorba, ovdux, parçabozbaş, piti, sulu xingəl, qovurmalı şorba, toyuq şorbası, umac, mal, qoyun, toyuq ətindən çığırtma, Azərbaycan küftəsi, bozartma, balıq çığırtması, bibər dolması, quymaq, içi doldurulmuş balıq, kələm dolması, ətdən, göyərtidən, balqabaqdan hazırlanan qutablar, kükü, balıqdan hazırlanan kükü, gürzə, lüləkabab, kişmişlə lüləkabab, kişmiş və toyuqlu plov, pomidor dolması, südlü plov, süzmə qatıqlı plov, qızardılmış tava kababı, buğda bişirilmiş tavakababı, yumurta zülalı ilə hazırlanmış tava kabab, turşu qovurma, turşu qovurma plov, toyuqla fisincan plov, xəşil, quymaq, zəfəranlı çığırtma plov, şüyüd plov, qənnadı məmulatlarından: şəkər çörək, paxlava, şəkərbura, bəyim çörəyi, sadə qurabiyə, azərbaycan nanı, ordubad ruleti, bakı qurabiyəsi, nantari dərq, riştə halva, badam borud tutu.

11 №-li pəhrizin təxmini menyusu: 1-ci səhər yeməyi - təzə kələmdən, almadan xama ilə hazırlanmış salatlar, omlet-yumurta (1 ədəd) ilıq şəkildə, kəsmik, çovdar yarmasından südlü sıyıq, kövrək düyü sıyığı, limonlu çay; 2-ci səhər yeməyi – pendir, çay; günorta yeməyi – azərbaycan şorbası, bibər dolması, təzə meyvələr, almadan kompot; nahar yeməyi – itburnu dəmləməsi; şam yeməyi – turşu qovurma plov, kisel, şəkərbura, çay, bişirilmiş yerkökü, kəsmiklə əriştə küküsü, gecə - kefır. Bütün günü 200 q-a qədər ağ çörək, 150 q-a qədər kəpəkdən çörək, şəkər qatmaqla hazırlanır.

12 №-li PƏHRİZ

Göstərişlər: sinir sistemi xəstəlikləri.

Təyin etməkdə məqsəd: xəstəxana şəraitində fızioloji tam dəyərli qidalanma ilə təmin etmək.

Ümumi xarakteristika: kliniki göstərişlərə görə 15 №-li dietaya yaxındır:

- Enerji dəyəri və komponentlərin ümumi tərkibi fıziki işlə məşğul olmayan sağlam adamlarda olduğu kimi qida normasına demək olar ki, tam uyğun olur;

- Vitaminlər çoxlu miqdarda rasiona daxil edilir;

- Xörək hazırladıqda kulinar işlənmənin bütün üsullardan istifadə etməyə yol verilir;

- Ən çox çətin həzm olunan və kəsmik qida məhsulları istisna edilir.

Kimyəvi tərkibi və enerji dəyəri: zülallar 95-105q (55% heyvan mənşəli), yağlar 100q (25-30% bitki mənşəli), karbohidratlar 300-350q enerji dəyəri (2500-2700 kkal) natrium xlorid (xörək duzu) 15q sərbəst maye 1,5-2 litr.

Qidalanma rejimi: gündə 5 dəfə.

İndiki zamanda 12 №-li dieta praktiki olaraq tədbiq olunmur, beləki, sinir sistemi xəstəliklərində adətən 15 №-li dieta və ya yanaşı patologiyaları olan xəstəliklərində № 5, 8, 9, 10, 11 və onların variantları tətbiq edilir.

13 № PƏHRİZ

Göstərişlər: kəskin infeksion xəstəliklər keçirmiş adamlar; angina, xroniki pnevmoniya.

Təyin etməkdə məqsəd: orqanizmin müqavimətini artırmaq, mühafızə gücünü yüksəltmək, orqanizmdən toksinlərin ifraz olmasını gücləndirmək, intoksikasiyanı azaltmaq, həzm üzvlərini qorumaq. Kəskin qızdırmalı vəziyyətdə və ya cərrahi əməliyyatdan sonrakı dövrdə yataq rejimini gözlədikdə.

Ümumi xarakteristika: əsas etibarilə yağların və karbohidratların hesabına enerji dəyərini azaltmaq; zülalların tərkibini və mayeni çoxaltmaq; tez və yüngül həzm olunan meteorizmə və qəbizliyə imkan verməyən qida məhsulları nəzərdə tutulur. Bunlardan başqa vitaminlərin tərkibini çoxaltmaq, maye və duzu azaltmaqdan ibarətdir. Kobud birləşmiş toxumalar, yağlı, çətin həzm olunan ərzaq malları və xörəklər istisna olunur.

Kulinariya işlənməsi: xörək əsas etibari ilə ya suda - mayedə, ya da buxarda bişirilir, xırdalanmış və ya sürtgəcdən keçirilmiş olur. Xörək nə çox soyuq, nə də çox isti olur.

Kimyəvi tərkibi və enerji dəyəri: zülallar – 70-80 q (60-70%-i heyvani (başlıca olaraq süd zülalları), yağlar – 60-70 q (15%-i bitki yağları), karbohidratlar – 300-350 q (30% asan mənimsənilən), enerji dəyəri – 2200-2300 kkal, xörək duzu – 8-10 q (çox tərləyəndə, çox qusma halları olanda duzun miqdarını çoxaldırlar), sərbəst maye - 2 litr və daha çox.

Qidalanma rejimi: gündə 5-6 dəfə, az-az, isti şəkildə (600C-dən az olmayaraq).

Tövsiyə və istisna olunan qida məhsulları və xörəklər:

Çörək 1 növ buğda unundan qurudulmuş şəkildə; quru yağsız peçenyelər, suxarı, biskvit istisna olunur: çovdar çörəyi, təzə çörək, blin (fəsəli), şirin xəmirdən məmulat.

Şorbalar (suplar): qatı olmayan ət, balıq, yumurta ilə tərəvəz bulyonlarında, həlim bişirilmiş manna, yulaf yarması, düyü, vermişellə küftə, ət və ya icazə verilmiş tərəvəzdən püre şəklində. İstisna olunur: qatı yağlı bulyonlar, borş, şi, doğramac.

Ət və quş: yağsız, kiçik-kiçik doğranmış şəkildə ətdən istifadə olunur, buğda bişirilmiş sufle, bişmiş ətdən püre, buğda bişirilmiş kotletlər, frikadelkalar (xırda küftəyə oxşar). Qoyun əti, yağlı qaz və ördək əti, donuz əti, vetçina, kolbasa, konservlər istisna olunur.

Balıqlar: suda, buğda bişirilmiş, kotlet kütləsi, doğranmış və ya tikə şəklində yağsız işlədilir. İstisna olunur: yağlı növləri, hisdə qurudulmuş balıqlar, duzlu balıqlar, konservlər.

Süd məhsulları: turş süd içkilər, kəsmik və ondan hazırlanan məmulat, 20% yağlı xama, süd və xama yalnız xörəkdə, yağsız ovalanmış pendir. Qalanları – о cümlədən təzə süd istisna olunur.

Yumurta: ilıq şəkildə, buğda bişirilmiş omletlər (bərk bişirilmiş və qızardılmış yumurta istisna olunur).

Yarmalar: sürtgəcdən keçirilmiş sıyıqlar, yarımduru halda, yarım yapışqan (özlü maye) şəklində bunlara süd və ya bulyonlar yarı-yarı qatılır; buğda bişirilmiş pudinqlər, “Herkulesdən”, mannadan, düyüdən, yulafdan, qarabaşaqdan suflelər, suda bişirilmiş vermişel.

Tərəvəz: əzilmiş kartof, kök, çuğundur, gül kələm, əzilmiş erkən yetişən yunan qabağı və balqabaq püre şəklində sufle, buğda bişirilmiş pudinqlər. Yetişmiş pomidorlar. İstisna olunur: digər tərəvəzlər (ağ baş kələm, qırmızı turp, ağ turp, şalğam, xiyar, göbələklər və s.).

Qəlyanaltılar: sürtgəcdən keçirilmiş, döyülmüş ət və ya balıqdan hazırlanır, üstünə bulyon və ya şirə tökülür, tərəvəzdən hazırlanan ikra.

Meyvələr, şirin xörəklər, şirniyyat: yetişmiş, şirin və ya turşaşirin, yumşaq, bişməmiş meyvələr və giləmeyvələr, yaxşısı budur, əzilib, sürtülmüş olsunlar. Buxarda bişirilmiş almalar, quru meyvələrdən püre, kisel, muss, süzgəcdən keçirilmiş, kompot, jele, südlü krem və kisel. Şəkər, bal, mürəbbə, pastila (qəndlə meyvə horrasından hazırlanan), marmelad. Kobud toxumalarla zəngin meyvə və giləmeyvələr kobud qabığı olanlar, şokolad, pirojnalar istisna olunur.

Souslar və ədviyyatlar: ət bulyonunda və ya tərəvəz həlməşiyindən hazırlanmış ağ sous; südlü, xamalı, vegeterian turşaşirinli souslar; sous üçün unu qurudurlar. Kəskin və yağlı sous və ədviyyatlar istisna olunur.

İçkilər: lumulu çay, südlə açıq çay və kofe. Durulaşdırılmış tərəvəz, meyvə və giləmeyvə şirələri, itburnu dəmləməsi, kəpəkdən həlim, mors (meyvə şirəsi). Kakao, üzüm və kələm şirəsi istisna olunur.

Yağlar: kərə yağı təbii şəkildə və xörəklərdə. Rafınə olunmuş bitki yağları 10 qrama qədər xörəkdə işlədilir. İstisna olunur: digər yağlar.

Tövsiyə olunan Azərbaycan xörəkləri:

Ətlə dovğa, ətsiz dovğa, düşbərə, toyuqdan çığırtma, azərbaycan küftəsi, bibər dolması, südlü plov, süzmə qatıqlı plov, buğda bişirilmiş tavakabab, fırni. 13 №-li pəhrizin təxmini menyusu: 1-ci səhər yeməyi - südlü manna kaşası, lumulu çay; 2-ci səhər yeməyi - ilıq yumurta, itburnu dəmləməsi; günorta yeməyi - ətsiz dovğa, bibər dolması, kisel; nahar yeməyi – buğda bişirilmiş alma, peçenyelər; şam yeməyi - suda bişirilmiş balıq kartof püresi ilə bərabər, çay südlə. Gecə: kefır.

14 №-li PƏHRİZ

Göstərişlər: sidiyin qələvi reaksiyası və fosfor kalsium duzlarının çöküntüsü (fosfoturiya) ilə sidik daşı xəstəlikləri.

Pəhrizi təyin etməkdə məqsəd: sidiyin turş reaksiyasını bərpa etmək və çöküntünün əmələ gəlməsinin qarşısını almaq.

Ümumi xarakteristika: fizioloji dəyərli pəhrizdir, qələviləşdirici təsirə malik olan qida məhsullarını məhdudlaşdırmaq və kalsium ilə zəngin məhsullar təklif olunur (süd məhsulları, tərəvəz və meyvələrin əksəriyyəti), o qida məhsulları ki, sidiyin reaksiyasını turşuluğa doğru dəyişir (çörək, un məhsulları, ət, balıq), çoxlu maye qəbul etmək lazımdır.

Kulinariya işlənməsi: adi.

Kimyəvi tərkibi və enerji dəyəri: zülallar – 90 q, yağlar – 100 q, karbohidratlar – 380-400 q, enerji dəyəri 2800 kkal, xörək duzu – 10-12 q, sərbəst maye - 2,5 litr (əks göstəriş olmadıqda).

Qidalanma rejimi: gündə 4 dəfə, arada maye içmək.

Tövsiyə və istisna olunan qida məhsulları və xörəklər:

Çörək və un məmulatı: çörəyin bütün növləri, süd və yumurta sarısı məhdud olmaqla undan hazırlanan məmulatlar.

Suplar: cürbəcür. Balıq, ət bulyonu istisna olunur.

Ət, quş və balıq: bütün növləri. Duzlu və quru balıq istisna olunur.

Süd məhsulları: xörəklərdə az miqdarda xama. Qalanları istisna olunur.

Yumurta: gündə bir yumurtaya qədər, müxtəlif növdə.

Yarmalar: hər hansı şəkildə hazırlanırsa hazırlansın, ancaq südsüz.

Tərəvəzlər: göy noxud və balqabaq.

Qəlyanaltılar: müxtəlif olur, tərəvəz və pendir istisna olunur.

Meyvələr, şirin xörəklər, şirniyyat: quş üzümü, mərsin, kisel, kompot, almanın turş çeşiddə olması. Şəkər, bal, meyvəli dondurma istisna olunur.

Sous və ədviyyatlar: ət və ya balıq bulyonunda cürbəcür souslar.

Ədviyyatlı tərəvəzlər: çox məhdud şəkildə və miqdarda.

İçkilər: südsüz çay və kofe, itburnu dəmləməsi (minimal miqdarda).

Yağlar: kərə, ərinmiş, bitki yağları.

Məsləhət görülən Azərbaycan xörəkləri

Ətli və ətsiz dovğa, düşbərə, kəlləpaça və ya xaş, noxudlu şorba, umac, xəmiraşı, mal, qoyun, toyuq ətindən çığırtma, Azərbaycan küftəsi, balıq çığırtması, ət və balqabaqdan qutablar, qovrulmuş lüləkabab, buğda bişirilmiş lavaşla lüləkabab, pörtülmüş balıq, qızardılmış tavakabab, çığırtma, suda bişirilmiş balıq, südlü plov, süzmə qatıqlı plov, şirin plov, şilə plov.

14 №-li pəhrizin təxmini menyusu: 1-ci səhər yeməyi - pörtülmüş balıq, düyü sıyığı, çay; günorta yeməyi – düşbərə, boranı ilə qutab 1/2 pay, alçadan kisel; nahar yeməyi –  itburnu dəmləməsi; şam yeməyi - qızardılmış tavakababı, göy noxud, çay; gecə - itburnu dəmləməsi.

 

15 №-li PƏHRİZ

GöstərişIər: xüsusi pəhriz təyini tələb etməyən və həzm sistemi tərəfındən pozulmayan müxtəlif xəstəliklərdə; müxtəlif pəhrizlər qəbul etdikdən sonra sağalma dövründə adi qidalanmağa keçməkdə tətbiq olunur.

Təyin etməkdə məqsəd: fızioloji baxımdan tam dəyərli qida ilə təmin etməkdir, ürək-damar sistemi və qida həzmi üzvlərinin yükünü artırmamaqdır.

Ümumi xarakteristika: fiziki əməklə məşqul olmayan, sağlam adamın tələbatını fızioloji nöqtəyi-nəzərincə tam dəyərli pəhriz nəzərdə tutulur. Ən çox çətin bişən və kəskin qida məhsulları istisna olunur.

Kulinariya işlənməsi: xüsusi üsulla imkan verilir.

Kimyəvi tərkibi və enerji dəуəri: zülallar – 85-90 q (55%-i heyvan mənşəli), yağlar – 100-105 q (15-20%-i bitki mənşəli), sulu karbonlar 400 q, enerji dəyəri –2800-2900 kkal. Xörək duzu – 15 q, sərbəst maye – 1,5-2 litr.

Qidalanma rejimi: gündə 4 dəfə.

Təklif olunan və istisna edilən qida məhsulları və xörəklər:

Dietik qidalanmada tətbiq olunmayan qidalardan başqa bütün qida məhsulları və xörəkdən istifadə olunur; yağlı ət və balıq, yağlı kəsmik, xüsusi kəskin qəlyanaltı və souslar; ət və balıq konservləri, hisə verilmiş balıq, duzlu balıq bir qədər məhdudlaşdırılır. Tünd çay, kofe və kakао içkilərinə yol verməmək, gec əriyən yağlar (piy, iç yağı, quyruq yağı) və kulinar yağları, kəskin ədviyyatlara (xardal, istiot) da yol verilmir.

Qeуd: hipertoniya xəstəliyinin I-Il stadiyasında 15 №-li pəhrizin variantı (hipertoniya pəhrizi) işlədilir, belə pəhriz işlətdikdə xörək duzunun miqdarı bir gündə 5-7 qrama qədər məhdudlaşdırılır. Xörəyə duz tökülmür, xəstənin özünə duz verilir ki, xörək yedikdə özü öz xörəyini duzlasın.

Tövsiyə olunan Azərbaycan xörəkləri:

Pəhriz qidalanmasında tətbiq olunan bütün xörəklərdən istifadə olunur.

15 №-li pəhrizin təxmini menyusu: 1-ci səhər yeməyi - ilıq yumurta 2 ədəd, kövrək qarabaşaq sıyığı, şəkərçörək, çay; günorta yeməyi – ovdux, toyuq çığırtması, 1/2 pay fırni; nahar yeməyi - şəkərbura, çay; şam yeməyi – şirin plov, pendir.

 

Sıfır (cərrahi) PƏHRİZLƏR

Göstərişlər: 1) həzm üzvlərində aparılan cərrahi əməliyyatdan sonra; 2) yarımhuşsuz vəziyyətdə (kəllə-beyin travmalarından və s. sonra), bədənin yüksək hərarəti olduqda.

Təyin etməkdə məqsəd: həzm üzvlərinin kimyəvi və mexaniki qorunması, maksimal yüngülləşdirilməsidir, meteorizm (qarın köpünü) xəbərdarlıq etməkdir.

Ümumi xarakteristika: ardıcıllıqla üç pəhrizin təyini (№№ 0a, 0b, 0v); - xarakterizə olunur: birinci - kəskin, ikinci - əhəmiyyətli dərəcədə, üçüncü - mülayim (sadəcə) azaldılmış enerji qiymətləndirilməsi ilə olunur. Tez həzm olunan qida məhsulları və xörəklərdən istifadə etməkdir, maye miqdarının çoxalması, az-az porsiyalarla qidanı qəbul etməkdən ibarətdir.

 

0a №-li PƏHRİZ

Adətən 2-3 gün müddətinə təyin olunur. Zülallar 5 qr, yağlar 15-20 qr, karbohidratlar 150 qr, enerji dəyəri 750-800 kkal, xörək duzu 1 q, sərbəst maye 1,8-2 litr.

Qidalanma rejimi: bir gündə 7-8 dəfə. Pəhrizə daxil olur: zəif, yağsız bulyon, düyü həlimi xama və ya kərə yağı ilə, süzülmüş (süzgəcdən keçirilmiş) kompot, giləmeyvə duru kisel, itburnu dəmləməsi (həlimi) şəkərlə, meyvədən hazırlanmış jele, lumulu şirin çay, təzə meyvə və giləmeyvədən hazırlanmış şirələr, bunlar su ilə 2-3 dəfə durulaşdırılır və hər qəbulda 50 ml stəkana töküb içilir. Vəziyyət yaxşılaşdıqdan sonra 3-cü gün ilıq yumurta əlavə olunur.

 

0b №-li PƏHRİZ

0a №-li pəhrizdən 2-4 gün sonra təyin olunur. Zülallar 40-50 q, yağlar 40-50 q, sulu karbonlar 250 q, enerji dəyəri 1550-1650 kkal, xörək duzu 4-5 q, sərbəst maye 2 litrə kimi.

Qidalanma rejimi: gündə 6 dəfə qəbul olunur.

0a №-li pəhrizə əlavə olaraq düyüdən, qarabaşaq yarmasından, “Herkules”dən (yulaf yarması) duru sürtgəcdən keçirilmiş sıyıqlar tətbiq olunur. Bunlar zəif ət bulyonunda və ya suda 1/4 1/2 hissə südlə qarışdırıldıqdan sonra hazırlanır. Tərəvəz həlimində hazırlanmış selikli yarma supları, zəif ət bulyonu manna yarması ilə, buğda bişirilmiş zülallı omlet və ya ilıq yumurta, bişmiş ətdən və ya balıqdan buğda bişirilmiş sufle, 100 qrama qədər xama, turş olmayan giləmeyvədən souslar işlənir.

 

0v №-li PƏHRİZ

0b pəhrizindən 0v pəhrizinə, yəni tam dəyərli fızioloji qidalanmaya keçid kimi qiymətlənir. Zülallar 80-90 q, yağlar 65-70 q, sulu karbonlar 320-350 q, enerji dəyəri 2200-2300 kkal, xörək duzu 6-7 q, sərbəst maye 2 litrə qədər. Xörək gündə 6 dəfə verilir. 0a və 0b pəhrizlərinə verilən icazəyə püre və şorba, kremlər əlavə olunur, buğda bişirilmiş sürtgəcden keçirilmiş ət, toyuq və ya balıqdan hazırlanmış xörəklər, xama və ya südlə qarışdırıb qatı xama şəklinə salınır, sonra sürtülmüş təzə kəsmikdən yemək hazırlayırlar. Kəsmikdən buğda bişirilmiş xörəklər, turş süd içkiləri, peçenye. Sürtülmüş alma və tərəvəz püreləri, südlü sıyıq, tərəvəzdən püre, çay südlə.

Adı çəkilməyən qida məhsulları və xörəklər istisna olunur.

Sıfır pəhrizlərində azərbaycan xörəkləri tətbiq olunmur.

***

Yüngülləşdirici (kontrast) günlər (pəhrizlər).

Xəstənin xəstəliyinin xarakterinə müvafıq təyin olunan əsas pəhriz fonunda həftədə 3 dəfəyə qədər olan gündəlik pəhrizi belə adlandırırlar (eyni zamanda bu pəhriz xüsusi olaraq müalicə rasionu adlanır).

Təyin etmək üçün göstərişlər: həddindən artıq kökəlmə (piylənmə), şəkərli diabet, podaqra, sidik turşulu diatez, uraturiya, xroniki artrit, ateroskleroz, hipertoniya xəstəliyi, II-III dərəcəli qan dövranı çatışmazlığı, nefritlər, enterokolitlər, qəbizlik, qaraciyər və öd kisəsi xəstəlikləri və s.

MəqsədIi təуinat: zədələnmiş üzv və sistemlərin tam qorunmasını təmin etmək; mübadilə prosesinin normallaşmasına kömək etmək; bədənin kütləsini azaltmaq. Sağalma dövründə zədələnmiş üzv və sistemin məşq etdirilməsidir.

Müəyyən pəhrizlər fonunda yüngülləşdirici günləri rasiona salmaq bədənin çəkisinin azalmasına səbəb olur, orqanizmdə yağ deposu azalır və diurez güclənir, turşu-qələvi tarazlığı normallaşır, mineral mübadiləsi də normal vəziyyətə düşür, duzlar və azot qalıqlarının orqanizmdən xaric olması güclənir, ürək qan-damar sisteminin yükü maksimal yüngülləşir.

Ümumi xarakteristikası: yüngülləşdirici (kontrast) günlər (pəhrizlər) kimyəvi tərkibinə görə balanslaşmayan günlər, kaloriliyin kəskin azalması ilə xarakterizə olunur. Pəhrizdə qida maddələrinin üstünlüyünü nəzərə alaraq, yüngülləşdirici günlər bölünür: zülallı: - südlü, kəsmikli, ətli, ətli-tərəvəzli, karbohidratlı-şəkərli, giləmeyvəli, meyvəli günlərə; yağlı: - xama, qaymaq, kərə yağı günlərinə; kombinasiya olunmuş (birləşdirilmiş) günlər - müxtəlif qida məhsullarından təşkil olunur.

Yüngülləşdirici günlərin təyini xəstəliyin xarakterinə və qida məhsullarına tab gətirib dözülə bilməsinə görə nəzərə alınır. Kontrast pəhrizin effektli olması üçün, bir gün əvvəl, yəni bu dietanın təyin olunması ərəfəsində şam yeməyindən imtina olunur. Yüngülləşdirici günlər təyin edildikdə xəstəyə yataq rejimini və nisbi sakitliyi gözləməyi məsləhət görülür. Enerji dəyərinin aşağı səviyyədə olması; tərkibində olan bir növ qida maddələrinin çoxaldılması və digər növlərinin imtina edilməsi və ya kəskin şəkildə məhdudlaşdırılmasıdır. Fizioloji baxımdan az dəyərli yüngülləşdirilmiş və kontrast pəhrizlərin təyini 1-3 pəhrizdən artıq olmamalıdır.

Kulinariya işlənməsi: adi qaydada aparılır.

Qidalanma rejimi: kontrast günlər 7-10 gün müddətində həftədə bir dəfə tətbiq olunur. Əgər xəstə bu rejimə və pəhrizə yaxşı dözürsə, tab gətirirsə - həftədə 2 dəfə təyin etmək olar. Qida qəbulu az- az, gündə 5-8 dəfə.

Çay pəhrizi: bir gündə 7 dəfə 1 stəkan çay 10 q şəkərlə (kəskin və kəskinləşmiş qastrit və enterokolit ishalla, 4 №-li pəhriz stolu)

Şəkər pəhrizi: gündə 5 dəfə bir stəkan çay 30 q şəkərlə (kəskin nefrit, böyrəklərin və ya qaraciyərin çatışmazlığı 7a, 7b, 5a №-li pəhrizlər).

Düyü-kompot pəhrizi: 1,5 kq təzə və ya 240 q quru meyvələrdən hazırlanmış pəhriz; bundan ötrü götürülür: 50 q düyü. 120 q şəkər, gündə 6 dəfə bir stəkan şirin kompot, 2 dəfə isə düyü sıyığı ilə duzsuz (hipertonik xəstəliklərdə, böyrək çatışmazlığında. 7a, 7b, 10a, 10, 10c №-li pəhrizlər).

Alma pəhrizi: gündə 5 dəfə 300 q bişməmiş və ya bişmiş almadan hazırlanır (ateroskleroz, kökəlmə, hipertoniya xəstəliyi, qan dövranı və ya böyrək çatışmazlığı, kəskin nefrit, qaraciyərin və öd yollarının xəstəliyi 5, 5a, 7a, 7b, 7, 8, 8a, 8b, 10, 10a, 10c, №-li pəhrizlər). Nefrit xəstəliyində, qaraciyər və öd yolları xəstəliyində 50-100 q şəkər əlavə etmək olar. Almanın ümumi miqdarı 1,5 kq, 5-6 qəbulda. Zülallar 6,0, yağlar – 0, karbohidratlar - 268,0; 1410 kkal.

Quru meyvələrdən pəhriz: isladılmış qara gavalının, ərik qurusunun və ya qaynadılmış kişmişin hərəsindən 100 q götürülür və bir gündə 5 dəfə istifadə olunur (hipertoniya xəstəliyi, qan damar çatışmazlığı, qaraciyər və öd yolları xəstəlikləri və nefritlərdə 5, 5a, 7a, 7b, 7, 10, 10a, 10s №-li pəhrizlər işlədilir).

Qarpız pəhrizi: qarpızın qabıqsız yumşaq hissəsi 300-400 q, gündə 5 dəfə (nefritlərdə, podaqrada, fosfoturiyasız sidik daşı xəstəliklərində, hipertoniya xəstəliyində, qaraciyər və öd yolları xəstəliklərində piylənmədə, 5, 5a, 7a, 7b, 7, 10a, 10c №-li pəhrizlər işlənir). Qabıqsız qarpız 1,5 kq, 5-6 dəfə qəbul edilir. Zülallar 140,0, yağlar - 0, karbohidratlar. 4 84; 570 kkal.

Kartof pəhrizi: qabıqla suda bişirilmiş və ya buğda bişirilmiş kartof hərəsindən 300 q, gündə 5 dəfə I variantda (nefrit, hipertoniya xəstəliyində, qan dövranının xroniki çatışmazlığında - 7a, 7b, 7, 10, 10a №-li pəhrizlər təyin olunur). II variantda ürək-damar sistemi xəstəliklərinin dekompensasiya stadiyasında şiş sindromunda təyin olunur. 1-1,5 kq suda bişirilmiş (qabığında) kartof və ya susuz bişirilmiş kartof, 50 q xama, 20 q duzsuz kərə yağı, 5 dəfə qəbul edilir. Zülallar 22-30 q, yağlar 1,5-3,3, karbohidratlar 199,6, kalium 5,73 mq; 1126-1245 kkal.

Xiyar pəhrizi: təzə xiyar, duzsuz. Hər gün 5 dəfə, hərdən 300 qram - (piylənmə, həddindən artıq kökəlmə ilə şəkərli diabet, nefritlər, qaraciyər və öd yolları, podaqra, fosfoturiyasız sidik daşı xəstəliyində 5, 5a, 6, 7a, 7b, 8a, 8b, 8 №-li pəhrizlər təyin olunur).

Salat pəhrizi: təzə tərəvəz və meyvələrdən və ya onların qarışığından, duzsuz, bitki yağı və ya xama əlavə etdikdən sonra salat hazırlanır. Gündə 5 dəfə, hər dəfə də 250-300 q istifadə olunur (həddindən artıq kökəlmədə, aterosklerozda, hipertoniya xəstəliyində və şəkərli diabet piylənmə ilə, qaraciyər və öd yolları xəstəliyində, podaqra, fosfoturiyasız sidik daşı xəstəliyində - 5, 5a, 6, 7a, 7b, 7, 8, 9, 10a, 10b, 10c №-li pəhrizlər məsləhət görülür).

Süd (kefır) pəhrizi: yağsız süd, kefır, qatıq gündə 6 dəfə, hansından olur olsun hərdən 200-250 qram (piylənmə, hipertoniya xəstəliyi, ateroskleroz, şəkərli diabet piylənmə ilə, qan dövranının çatışmazlığı, nefritlər, qaraciyər və öd yollarının xəstəliyi, podaqra, fosfaturiyasız sidik daşı xəstəliyi, ürək qan-damar sistesi xəstəliklərinin subkompensasiya və ya dekompensasiya mərhələsində təyin olunur. 5, 5a, 6, 7a, 7b, 7, 8, 8a, 8b, 9, 10a, 10b, 10c №-li pəhrizlər təyin olunur). 1,5 litr süd - süd pəhrizində, 1,5 l kefır - kefır pəhrizində.

Kəsmik pəhrizi: kəsmik - çox dəyərli süd zülalıdır, kəsmikdən soyuq, şirin və isti xörəklər hazırlanır. Xörək hazırlamaq üçün onu sürtgəcdən, ya da ət maşınından keçirirlər. 9% yağlığında və ya yağsız kəsmik 100 qramadan hər gün 5 dəfə; əlavə edilir: 2 stəkan çay, 2 stəkan yağsız kefır, 1 stəkan itburnu həlimi. I-II variant südlü pəhrizdə - zülallar 17 q, yağlar 21; karbohidratlar 46 q, 450 kkal; kefır pəhrizində zülallar 45, yağlar 0,75, karbohidratlar 57,0 q; 450 kkal (həddindən artıq kök adamlarda, şəkərli diabetdə, hipertoniya xəstəliyində, ateroskleroz piylənmə ilə, qan dövranının çatışmazlığı, qaraciyər və öd yollarının xəstəlikləri zamanı - 5a, 5, 7a, 7b, 7, 8, 9, 10, 10a, 10u, 10c, 10p №-li pəhrizlərdən istifadə olunur). 600 q yağsız kəsmik, 50 q şəkər, 2 stəkan itburnu dəmləməsi 4-6 dəfə qəbula bölürlər. Zülallar 110 q, yağlar 3,6-21, karbohidratlar 11,0-59 q; 691-703 kkal.

Xama (yağlı) pəhrizi: 20-30% yağlığında gündə 5 dəfə, hər dəfə də 80 q istifadə olunur (piylənmə, şəkərli diabet həddindən artıq köklükdə, 8, 9 №-li pəhrizlər təyin olunur).

Ət (balıq) pəhrizi: suda bişmiş ət və ya balıq gündə 5 dəfə (hər dəfə 80 q), əlavə 100-150 q tərəvəz - kələm, kök, xiyar, pomidor (piylənmə, ateroskleroz, kökəlmə ilə şəkərli diabetdə 8, 9 №-li pəhrizlər tətbiq olunur). 400 q suda bişirilmiş (ət və ya balıq), 0,6-0,9 kq tərəvəz (kələm, kök, xiyar, pomidor), 2 stəkan çay şəkərsiz 5 dəfə qəbul olunur. Əgər ətdirsə - zülallar 86 q, yağlar 50 q, karbohidratlar 63 q; 1045 kkal. Əgər balıqdırsa - zülallar 77,0, yağlar 10,0, karbohidratlar 64,0; 641 kkal.

Yulaf pəhrizi: suda bişirilmiş yulaf sıyığı gündə 5 dəfə - hər dəfə 140 qram işlədilir (piylənmə asidoz əlamətləri ilə (sidiyin turş reaksiyası), aterosklerozda təyin olunur; 8, 9, 10c №-li pəhrizlərdən istifadə olunur). 750 q çovdardan sıyıq (200 q çovdar kəpəyi) suda bişirilir, 2 stəkan itburnu dəmləməsi 5 qəbula. Zülallar 24,0 q, yağlar 12,0 q, karbohidratlar 131 q; 690 kkal.

Şirələr pəhrizi: 600 q tərəvəz və ya meyvə şirəsi götürülür, bunu 200 q su ilə durulaşdırırlar, 4 dəfə qəbul üçün bölüşdürürlər (piylənmə, hipertoniya xəstəliyi, şəkərli diabet, ateroskleroz, kökəlmə ilə bir yerdə olduqda, böyrəklərin, qaraciyər və öd yollarının xəstəliyi, podaqra, fosfoturiyasız sidik daşı xəstəliyində məsləhət görülür; 5, 5a, 6, 7a, 7b, 7, 8, 9, 10, 10a, 10b, 10c №-li pəhrizlərdə tətbiq olunur). 600 q şirəyə (tərəvəz və meyvə) – 800 q itburnu dəmləməsi 4 dəfə qəbul etmək üçün, Zülallar 6,0 q, yağlar 0, karbohidratlar 20,0 (pomidor şirəsi); 108 kkal.

Zondla olan PƏHRİZLƏR

Zondla qidalanmaya təyinata göstərişlər (yəni zond vasitəsi ilə qidalanma (elastik borucuq):

a) üz-çənə cərrahi əməliyyatlarında və travmalarda; b) ağız boşluğunun, xirtdəyin, yemək borusunun xərçəng xəstəliyində; v) yemək borusunun çapıqlaşması ilə əlaqədar dəyişikliklər, yemək borusunun bir hissəsinin çıxarılmasında; q) sinir sisteminin zədələnməsi ilə əlaqədar çeynəmə və udma prosesinin pozulması; d) huşsuz və ya kəskin surətdə vəziyyətin zəifliyi; e) mədənin keçməməzliyi ilə əlaqədar, onun bəzi xəstəliklərində.

Zond vasitəsi ilə qidalanmanın məqsədli təyin edilməsi: о xəstələrdə ki, çeynəmə və udma aktının pozulması, həzm sisteminin yuxarı hissəsində keçməməzliyi, qeyri-şüuri və ya xəstənin səhhətinin dəyişilməsi vəziyyəti yaranıb, normal qida yolu ilə qidanı qəbul etmək mümkün olmur, xəstələrin qidalanmasını təmin etmək üçün zondla qidalanma, təyin olunur. Zond vasitəsi ilə bilavasitə mədəyə və bağırsaqlara keçən pəhriz maye və ya yarım maye şəkilində olmalıdır. Konsistensiyası isə 1-ci xörəklərdən, xamadan qatı olmamalıdır. Bunun üçün qalın və ya möhkəm xüsusiyyətdə olan ərzaqlar müxtəlif yollarla xırdalanır, hazır xörəyə bərk kütlə düşməsin deyə ət maşınında çəkilir, süzgəcdən keçirilir, süzülür, alınan mayeni su, süd, bulyon və başqa pəhrizin tələbinə görə həll edilir. İsti və soyuq xörəklər istisna olunur; belə xörəklərin temperaturu 45-500C olmalıdır. Xörəyi soyudulmuş şəkildə verdikdə, xörək yapışqan, suvaşqan olur və zonddan pis keçir. Adi halda əks göstəriş yoxdursa pəhriz aşağıdakı prinsiplə qurulur. 2 №-li və ya 3 №-li pəhriz (pəhriz № 23 və ya pəhriz 33). Bəzən 1 №-li pəhriz (13) yanaşı gedən xəstəliklər olmadıqda (qaraciyər, böyrəklər, qan dövranı xəstəlikləri və s.) ayrı-ayrı xəstəliklərdə, ayrı-ayrı pəhrizlərin (№ 5, 7, 10) prinsipindən istifadə edilir.

Kulinariya işlənməsi: xörəklər maye halında, sürtgəcdən keçirilmiş vəziyyətdə verilir.

13, 23 və 33 №-li pəhrizlərin kimyəvi tərkibi və enerji dəуəri: zülallar - 100 -110 q (65%-i heyvan mənşəli), yağlar - 100- 110 q (25-30%-i bitki mənşəli), karbohidratlar - 350-450 q, enerji dəyəri 2500-3100 kkal, xörək duzu - 10-12 q 13 №-li pəhrizə və ya 15 q xörək duzu - 23 və 33 №-li pəhrizlərə, sərbəst maye - 2,5 litr.

Qidalanma rejimi: gündə 5-6 dəfə. Pəhrizlərə müvafiq və verilən təbii ərzaq məhsullarından başqa, zondla qidalanmaqda qida konservlərindən, konsentratlardan və preservlərdən də quru süd, kisel, kompot, kremlər və s. əlavə etmək olar. Bunlardan başqa uşaqlar üçün istifadə olunan dietik qidaları mayelərlə durulaşdırıb istifadə etmək məsləhətdir.

Qəlyanaltı konservlərdən istifadə etmək olmaz.

Zondla qidalanma pəhrizi üçün pəhrizlərin gündəlik ərzaq yığımı:

Quru üzlü süd 150 q, yumurta 2 ədəd, quru süd qarışığı “malış” 400 qr, ət maşınından çəkilmiş cücə ətindən qiymə 400 q, kökdən hazırlanmış püre 200 q, göy noxud - 100 q, qaysı - 100 q; şirələr: alma şirəsi 400 q, üzüm şirəsi 200 q; bitki yağı - 50 q, şəkər tozu 100 q, sərbəst maye 2,5 litr.

Əgər zondla pəhriz qısa müddətə təyin olunursa – məsləhət görülür bir günə sadələşdirilmiş qida qarışığının tərkibi: süd 1,5 l, kərə yağı 40 q, bitki yağı 10 q, şəkər tozu 150 q. yumurta 4 ədəd.

Zondla qidalanmanın rejimi: gündə 5-6 dəfə, təxminən bir bərabərdə, hissələrlə.

Zond vasitəsi ilə xörəyin orqanizmə daxil etmə üsulu: a) adi və ya dərəcələrə bölünmüş uzun lüləkli qab; b) qıf vasitəsi ilə; v) Jane şprisi ilə.

Xüsusi pəhrizlər

Bir neçə yayılmış xəstəliklərin müalicəsində (qan dövranının çatışmazlığında, hipertoniya xəstəliyində, aterosklerozda) müalicə həkiminin fıkrinə görə müəyyən vaxtda xüsusi pəhriz adlanan pəhriz təyin edilir. Bu pəhrizlərdə yuxarıda qeyd olunan prinsiplə pəhriz nömrələrinə görə təşkil olunur, ancaq enerji dəyərə görə, bu pəhrizlərin tərkibində ayrı-ayrı qida maddələrinə və qida yığımına görə fərqlənir. Bunlara aşağıdakı pəhrizlər aiddir. Karelya pəhrizi – II-III dərəcəli qan dövranı çatışmazlığında təyin olunur. Bu pəhriz ardıcıllıqla dəyişilən dörd rasiondan ibarətdir: I-II rasionlar hərəsi 2-3 gün, III-IV rasionlar hərəsi 3-4 gün. Onların кimуəvi tərkibi: aşağıdakı kimi xarakterizə edilir: I rasionda zülalın miqdarı - 20 q, II rasionda 40 q, III rasionda - 60 q, IV rasionda - 80 q. Yağlar müvafıq qaydada 20, 25, 50 və 60 q; karbohidratlar – 45, 135, 160, 180 q; enerji dəyəri - 450, 1000, 1250, 1550 kkal. Bütün rasionlarda ən asan həzm olunan qida məhsulları və xörəklərdən istifadə etmək nəzərdə tutulur (10 №-li pəhriz ətrafında), qida qəbulu az-az porsiyalarla həyata keçirilir (gündə 7 dəfə), Xörək duzu çox ciddi məhdudlaşır (bütün xörəklər duzsuz hazırlanır), sərbəst maye məhdud şəkildə istifadə olunur. Maqnium pəhrizi – qan dövranı çatışmazlığından başqa, aterosklerozda, öd kisəsi daşları xəstəliyinin kəskinləşməyən dövründə, qəbizlikdə - xüsusən qəbizlik kökəlmə ilə yanaşı və əlaqəli olursa. Bu pəhriz 10 №-li pəhrizin əsasında qurulur, ancaq rasionu elə qida məhsulları ilə zənginləşdirmək lazımdır ki, maqniumla zəngin olsun (yulaf, qarabaşaq, arpa kəpəkləri, darı yarması, II növ undan çörək, qaysı, gavalı, şüyüd, cəfəri, salat) dieta ardıcıllıqla 3 rasiondan ibarətdir. Hər rasion 3-4 gün təyin olunur. Rasiоnun kimуəvi tərkibi, kalоriliуi: zülallar müvafiq qaydada 40, 65 və 85 q; yağlar 50, 55 və 60 q; sulu karbonlar 150, 250 vo 350 q; enerji dəyəri - 1200, 1700 və 2500 kkal; maqnium - 0,8-1,2 q. Bütün rasionlarda ekstraktiv maddələr və sərbəst maye kəskin şəkildə məhdudlaşdırılır. Kalium pəhrizi - hipertoniya xəstəliyində və qan dövranı çatışmazlığında tətbiq olunur. Yüksək miqdarda kalium mənbəyi olan qida məhsulları rasionlarda nəzərə alınır (qaysı, gavalı, kişmiş, mal əti, yağsız donuz əti, yulaf yarması, göy noxud, pomidor, çuğundur, turp, qara və qırmızı qarağat, üzüm, ərik, şaftalı), ekstraktiv maddələr və xörək duzu istisna olunur; ət və balıq, sərbəst maye məhdudlaşır. Dörd rasion ardıcıllıqla təyin olunur. I və II hərəsi 1-2 gün, III və IV hərəsi 2-3 gün. Kimyəvi tərkibi və enerji dəyəri: zülallar müvafıq qaydada 20, 30, 50 və 80 q, yağlar 20, 30, 45 və 70 q, sulu karbonlar 200, 250, 350 və 400 q, enerji dəyəri 1000, 1300, 1900 və 2500 kkal; kalium 6- 7q. Nəzərə almaq lazımdır ki, indiki zamanda bütün dünyada universal rasionlar işlənib hazırlanır, bu rasionlar bir tərəfdən müalicə effektini gücləndirməyə və möhkəmlətməyə, digər tərəfdən profılaktik təsir göstərməyə səbəb olacaqdır. Bu universal pəhrizlər Ümumdunya Səhiyyə Təşkilatının aşağıdakı təkliflərinin yerinə yetirilməsini nəzərdə tutur: 1) Yağların hesabına ümumi kalorilik 30% azaldılır, həm də yağ turşularının miqdarı 10%-dən çox olmamalıdır. 2) Ümumi kaloriliyin 10%-ə qədəri sadə karbohidratların hesabına olmalıdır. 3) Xolesterinin miqdarı 300 mq-a qədər azaldılır. 4) Xörək duzunun miqdarı 5 mq-a qədər azaldılır. Bu ümumi vəziyyət imkan verir ki, ürək qan-damar sisteminin, onkoloji, mədə-bağırsaq xəstəliklərinin, şəkərli diabetin, piylənmənin (kökəlmənin ) və s. baş verməsində risk faktorlarının hamısı nəzərə alınsın. Hərəsi 3 variantda 3 rasion təklif olunur: Adi, sürtgəcdən keçirilmiş, eyni zamanda xəstələrə xəstəliyin kəskin fazasında, cərrahi əməliyyatdan sonra və s. azaldılmış qoruyucu rasion təyin edilir. Bu üç rasionun üçündə də eyni kalorilik - 2500 kkal olur, hansıların ki, 30%-ni yağlar təşkil edir. Yağlar mono doymuş və yarım doymamış yağ turşuları öz aralarında bərabər bölüşdürülməli və belə halda xolesterinin səviyyəsi 300 mq olmalıdır. Pəhrizlərdə ümumi kaloriliyin miqdarı 8% sadə şəkərlərin hesabına azaldılır, xörək duzu da 5 q-a qədər azaldılır, yəni xörəklər şəkər və duz əlavə etmədən hazırlanır. Xörəyin tərkibində olan şəkər və duzun miqdarı xörək üçün ayrılan qida məhsullarının tərkibində olan şəkər və duzdur. İlk dəfədir ki, pəhrizlərdə ballast maddələrin miqdarı barədə qeyd edilir: toxumalar və pektinlər – hansılar ki, mədə bağırsaq traktının peristaltikasını yaxşılaşdırır və orqanizmdən xolesterinin, zəhərli maddələrin radio nukleidlərin və i.a. çıxarılmasına səbəb olurlar. Məlumdur ki, yeməkdə (qidalanmada) zülal çatışmazlığı ağır zülal - distrofik xəstəliklərə gətirib çıxarır, zülalların artıqlığı isə orqanizmin qocalma prosesini tezləşdirir, osteoxandroza, podaqra, sidik və öd kisəsi və s. xəstəliklərinin meydana gəlməsinə səbəb olur. Məhz buna görə də 3 universal pəhrizin bir-birindən əsas fərqi zülalların tərkibinə görə keyfiyyət və kəmiyyət göstəriciləridir. Hələ 1988-ci ildə keçmiş SSRİ Tibb Akademiyasının Qida İnstitutu yeni pəhrizin təsnifatını təsdiq etmişdir. Bu yeni təsnifat, köhnə çox iri təsnifatdan, yəni qəbul edilmiş 50-dən çox pəhrizdən (hər xəstəliyin öz pəhrizi var) fərqlidir.

ÜÇ PƏHRİZİN KİMYƏVİ TƏRKİBİ

 

Pəhrizin №-si

Koloriliyi

Zülallar, q

Heyvani zülallar, q

Yağlar, q

Bitki yağları, q

Karbo­hidratlar

1.

2500

70

15-20

80

40

400

2.

2500

90

50

80

30

360

3.

2500

120

60

80

30

320

 

 

1 №-li PƏHRİZ – veqeterianlıq, yəni zülalların orta dərəcədə gündə 70 qrama qədər məhdudlaşdırılması, bunun da 85%-i bitki məhsullarının hesabına təmin olunur, qalan 15%-i isə süd-yumurta zülalı hesabına tərtib edilir.

Xroniki böyrək çatışmazlığında, podaqra, sidik turşu diatezdə, böyrək daşı xəstəliyində, fosfoturiyada, allergiyada, xəstəliyin kəskin və kəskinləşmə (şiddətlənmə) dövründə; miokardın infarktında, kəskin qlomerulonefritdə, ağ ciyərlərin kəskin iltihabında (pnevmoniya), revmatizmdə (fəal dövründə) və digər yataq rejimi tələb edən xəstəliklərdə məsləhət görülür.

Azaldılmış variant (təmiz maye) xəstəliyin kəskin dövründə ağır vəziyyəti olduqda təyin olunur.

2 №-li PƏHRIZ – ən geniş yayılmış pəhriz olub, gün ərzində 90 q zülalların istifadəsinə ehtimal olunur. Veqeterianların təsdiqləmələri ilə heyvan mənşəli (ət, balıq) qida məhsullarının çıxardılması zəruriliyi indiki zamanda öz tutarlı dəlilliyini tapmadı. Bir çox tədqiqatçılar hesab edirlər ki, sutka ərzində 90 q zülal orqanizmi lazımi və əvəzolunmayan amin turşuları ilə tamamilə təmin edir.

Bu pəhriz - xroniki qlomerulonefrit, xroniki hepatit, xroniki pnevmoniya, xroniki kolit, revmatizm (fəal olmayan dövründə), öd ifrazedici yolların xəstəliklərində, ürəyin xroniki işemik xəstəliyində və hipertoniya xəstəliyində məsləhət görülür.

3 №-li PƏHRİZ – zülalların yüksək tərkibdə (gündə 120 q) olması ilə fərqlənir.

Şəkərli diabetdə xroniki enterokolitdə, xroniki pankreatitdə, tireotoksikozda, qipotireozda, vərəmdə, nefrotik sindromda, amiloidozda, anemiyalarda, ağ ciyərlərin irinli xəstəliklərində, süst gedən revmatizmdə və i.a.

Pəhrizin düzgün seçilməsi ürəyin işemik xəstəliyinin, şəkərli diabetin, onkoloji xəstəliklərin müalicəsi və profılaktikasına kömək etmişdir. Xüsusilə bu pəhrizlər çox əhəmiyyətlidir, ona görə ki, yeni pəhrizlər xəstəliklərin gedişinin xarakterini nəzərə almağa imkan verir (cərrahi əməliyyatdan sonra, xəstəliyin kəskin və ya xəstəlikdən sonrakı dövründə).

Yuxarıda qeyd olunan pəhrizlər milli xörəklərdən geniş istifadə etməyə də imkan yaradır, düzdür, bu pəhrizlərin təsdiq olunmuş kimyəvi tərkibi nəzərə alınmaq şərti ilə tətbiq edilir.

Belə vəziyyət isə müalicə müəssisələrində həkim dietoloqların və mətbəx blokları işçilərinin işini xeyli asanlaşdırır.

Mənbə: M.S.Qasımov, K.C.Qasımova. Azərbaycan mətbəxində pəhriz. Bakı, “Qismət”, 2004, 392 s.

2017-05-01   39601