NKPI

Maraqlı Məlumatlar

Kimyanın dili. Kimyəvi adların etimologiyası - Təklif olunmuş adlar

Azot. Elementin fransız dilində adını (azote) da Lavuaze təklif edib - yunan inkar ön şəkilçisi a və yunan zoo -canlı” sözündəndir. Başqa sözlə azote - “həyatsız” deməkdir. Ad tam uğurlu deyil: azot nəfəs alma üçün tam yararlı olmasa da həyat üçün olduqca əhəmiyyətlidir, çünki, istənilən zülalın və istənilən nuklein turşusunun tərkibinə daxildir. Azotun alman dilində adı da eyni mənşəlidir. Sticksotff, hərfi mənada - “boğucu maddə”. Yeri gəlmişkən, azotun bəsit maddə kimi  və kimyəvi element kimi müasir ukrayna dilində adları müxtəlifdir, həm də elementin adı və xassə arasında əkslik yaranmır: bəsit maddə, qaz (ukrayna dilində azot) nəfəs alma üçün yararlı deyil, element kimi isə azot (ukrayna dilində Hitporeh nitrogen) həyat üçün tamamilə vacibdir.

“Az (o)” kökü çox sayda  kimyəvi terminlərdə var: azid, azobirləşmə, azin, tetrazin, tetrazol, hidrazin, hidrazon, hidrazid, hidrazobenzol, azasiklo butadien, arizidin, oksazolon, izoksazolin (sonuncu iki maddə oksigen də iştirak edir və “oks” bunu göstərir) pirazolon və s. Elementin latınca adı Nitrogenium və ingiliscə nitrogen qədim yahudi neter və ya qədim misir niter sözündəndir. Sonra bu ad yunan (nitron) və latın (nitrum) dillərinə düşdü; qədimdə təbii qələvini - sodanı belə adlandırırdılar, sonralar şoranı da belə adlandırdılar. Nitr (o) kökü çoxlu sayda kimyəvi terminlərdə rast gəlinir: nitratlar, nitritlər, nitridlər, nitrozillər və nitrozidlər, nitrillər və nitroksillər (sərbəst radikallar), nitro- və nitrozobirləşmələr.

Bismut. Ehtimal ki, bu təhrif olunmuş alman Weiβe Masse – “ağ kütlə” sözüdür (orta əsrlər alman dilində “ağ” – wiss, matte – “boş suxur” demək idi). Qədimdən qırmızımtıl çalarları olan bismut külçəsi məlum idi, aydındır ki, o vaxt heç kimə lazım deyildi. Almanca bismut” – Wismut, isveç  norveç dilində – vismut, fransızca – vismutti. Əksər avropa dillərində isə elementin adı b hərfi ilə başlayır: ingilis, fransız, danimarka dillərində bismuth, ispan, italyan, portuqal dillərində bismuto, holland dilində bismut, macar və polyak dillərində bizmut, latış dilində bismuts və s.

 

Mənbə: Илья Леенсон. Язык химии. Этимология химических называний. Москва: Издательство АСТ: CORPUS, 2016,464 c.

2017-05-08   38066