NKPI

Maraqlı Məlumatlar

Bədənimiz haqqında 10 heyrətamiz fakt

 

İnsanın bədənində beş hovuzu dezinfeksiya etməyə bəs edəcək qədər xlor; 20 min kibrit başlığı hazırlamağa bəs edəcək qədər fosfor; 10 parça sabun hazırlamağa bəs edəcək qədər yağ; iti birələrdən təmizləmək üçün kifayət qədər kükürd; artilleriya gülləsini partlatmaq üçün kifayət qədər qliserin var. Bu hələ hamısı deyil. Bu gün – bədənimiz haqqında maraqlı faktlar

10-cu yer: İnsan yalnız 32-43 Selsi dərəcə bədən temperaturu intervalında yaşaya bilər. Yeri gəlmişkən,  rusların istifadə etdiyi və o qədər də düzgün olmayan “Sən axmaqsan və qulaqların da soyuqdur” ifadəsi, elmi cəhətdən də doğru deyildir: bütün insanların tamamilə hamısında qulaqların temperaturu bədən temperaturundan 1,5-2 dərəcə aşağıdır.

9-cu yer: Bir sutka ərzində insan orqanizmində təqribən 1 litr tüpürcək, 3 litr mədə şirəsi, 2 litr mədəaltı şirə, 3,5 litr bağırsaq suyu və 1 litr öd ifraz olunur. Yeri gəlmişkən, Avropada avro dövriyyəyə daxil edilən zaman qəpiklərin zərərli olub olmaması dəqiqliklə araşdırılmışdır. Onu hətta mədə şirəsində həll etmişdilər. Qəpiyin onda qətiyyən həll olmadığı variantı təsdiq olunmuşdur (Münhen uşaq xəstəxanasında yeni avro qəpiklər ilə təcrübələr aparılmışdır. Uşaqlar tərəfindən udulan yad cisimlərin 80% - i qəpikdir).

8-ci yer: Tənhalığa dözməyin ən çətin vaxtı 20 ilə 22-ci saatlar arasındadır.

7-ci yer: Saçın və dırnaqların uzanması 16 ilə 18-ci saatlar arasında daha sürətli baş verir.

6-cı yer: Hər halda insanın altı əsas duyğu orqanı var: iybilmə, toxunma (dəri həssaslığı), görmə, eşitmə və tarazlıq orqanı. Dadbilmə, eşitmə və iybilmə 17 ilə 19-cu saatlar arasında daha kəskin olur.

5-ci yer: Dadın hiss olunma incəliyi yeməyin temperaturundan asılıdır. İstioutlu dad yeməyin temperaturu 24 dərəcə Selsi olduqda daha kəskin hiss olunur.

4-cü yer: Qaraciyər spirti nisbətən 18 ilə 20-ci saatlar arasında daha yaxşı süzür. Mərkəzi Afrikada Fur qəbiləsi də böyrəkləri yüksək qiymətləndirir. Belə ki, onlar ruhun məhz qaraciyərdə yerləşdiyini hesab edirlər. Odur ki, insan heyvanların qaraciyəri ilə qidalanmaqla öz ruhunu genişlədə bilər. Qadınlara isə qaraciyər yeməyə icazə vermirlər, çünki onlarda ruhun olmadığını hesab edirlər. 

3-cü yer:  Bədən kütləsinin 6-8 % ölçüsündə nəm itkisi insanda yarı bayqınlıq, 10% - hallüsinasiya və udma refleksinin pozulmasına səbəb olur. 12% nəm itkisi isə ürəyin dayanmasına gətirib çıxarır.  

2-ci yer: Qaş, kirpik və qolaltı tüklər 3-4 gün, saçlar isə 4-6 il yaşayır. Tibetdə lama-həkimlər haqqında əfsanələr dolaşırdı: yalnız o adam cərrah assistenti ola bilərdi ki, skalpellə insan saçını uğurla uzununa kəsə bilsin, cərrah olmaq üçün isə kəsilmiş saçı bir də uzununa kəsmək lazımıydı.

1-ci yer: Fransız nevropatoloqlarının tədqiqatlarına görə ağlayan insanın üzünün 43 əzələsi hərəkətdə olarkən,  gülən insanın cəmi 17 əzələsi hərəkət edir. Beləliklə, ağlamaqdansa gülmək energetik cəhətdən  daha əlverişlidir.

 

Mənbə: http://интересные-факты.com

2017-05-09   9032