NKPI

Интересные Факты

Bizim orqanizm üçün öldürücü dozalar

Müasir həyatda hər şeyin ölçüsünü bilmək çox vacibdir. Müasir farmakologiyanın banisi Parasels bunu öz sitatında çox yaxşı göstərmişdir: “Hər şey zəhərdir, hər şey dərmandır, hər ikisini miqdar təyin edir”.

Dünyadakı istənilən maddənin öldürücü dozası vardır.

Alkoqolun öldürücü dozası

Əlbəttə, alkoqol həyati vacib məhsul deyil, lakin çoxları onu səbəbli, səbəbsiz, tez-tez istifadə edirlər. Öldürücü dozası insan üçün insan çəkisinin hər kiloqramına 6-12 qram təşkil edir.  Daha aydın olması üçün deyək ki , bu bir nəfərə üç litr  spirt deməkdir, lakin sizi zəhərləyici maddələrdən öz orqanizminiz xilas edə bilər (qaytarma, qarın pozuntusu və s.baş versə). Lakin məzəli hadisələr də olur. Məsələn, 2004-cü ildə Bolqarıstanın Plovdiv şəhərində bir kişini maşın vurmuşdur. Onun qanında 9,4 ppm (promil) etanol (öldürücü doza 6 promildir) aşkar edilmişdir. Belə bir paradoks: onu maşın vurub və  qanında öldürücü dozada alkoqol olmuşdur, lakin o, iki gündən sonra sağalmışdır. 

Vitaminlərin öldürücü dozası

Bütün vitaminlər insan üçün onları böyük miqdarda qəbul etdikdə öldürücü ola bilər. Vitaminlərin çatışmaması və ya çox qəbul edilməsi eyni dərəcədə orqanizm üçün zərərlidir. Məsələn, A vitaminin çatışmaması saçların çox tökülməsinə, çox qəbul edilməsi isə zəhərlənməyə səbəb ola bilər.

Hər hansı bir vitaminin gündəlik norması mütləq qaydada qablaşdırmalarda göstərilir.

Günəş şüaların öldürücü dozası

Artıq bir neçə illərdir ki, dünyada anomal istiliklər tendensiyası müşahidə olunur, hətta şimalda insanlara Günəşin nə qədər təhlükəli olması haqda xəbərdarlıq edilmişdir. Keçən əsrdə belə fikirləşirdilər ki, nə qədər Günəş altında çox vaxt keçirsən, bir o qədər yaxşıdır. Lakin indi sübut edilibdir ki, Günəş altında həddən artıq qalmaq dərinin zədələnməsinə, insanın cinsi fəaliyyətinin aşağı düşməsinə, onkolojı xəstəliklərin yaranmasına və ölümə səbəb olur. Günəş altında olmağın öldürücü dozası 8 saatdır. 

Nikotinin öldürücü dozası

Fikirləşirsizniz ki, nikotin yalnız tütündə olur, çox səhv edirsiniz, o, pomidorda, kartofda, bibərdə, badımcanda olur. Lakin bu məhsullarda onun miqdarı (qatılığı) insan üçün zərərli deyil. Nikotin çox güclü zəhərdir. Onun öldürücü dozası insan üçün hər kiloqram çəkiyə 0,5-1 mq-dır, aydın olsun deyə, 1 dəfəyə 100 siqaretdir.

Kofeinin öldürücü miqdarı

 Kofein kofe, çay, energetik içkilərdə və kolada olur.  Az miqdarda kofeinin orqanizmdə olması əhval-ruhiyyəni yaxşılaşdırır, güc verir, lakin 3 saatdan sonra bütün bunlar yorğunluq və əzginliklə əvəz olunur. Kofeinin öldürücü dozası 100 qramdır, bunu litrə çevirdikdə  ̶  4,5 litr kofe olur.

Xörək duzunun öldürücü dozası

Hər bir canlı duzsuz yaşaya bilməz. Gündəlik duz norması 1,5-4 qr-dır. Əgər duz istifadə edilməsə, mədə-bağırsaq və ürək sisteminin fəaliyyəti, eləcə də əqli pozğunluq baş verər, əzələlər qurumağa başlıyar.

İnsan qidasında duzun tamam olmaması 10 gün ərzində ölümə səbəb ola bilər. Duzun miqdarının çox olması da zərərlidir. İnsan üçün öldürücü doza 250 qramdır.Zəhərlənmə zaman ölüm çox əzablı olur, bədəndə çoxlu şişlər əmələ gəlir.

Suyun öldürücü dozası

Su  ̶  həyatdır. Bunu hamı bilir. Lakin o, bulaq suyu olsa da, ondan da zəhərlənmək olar. Suyun orqanizmdə çox olması hiperhidratasiyaya səbəb olur  ̶  orqanizmin bütün funksiyalarının pozulmasına gətirib çıxarır ki, bu da sonradan ölümlə nəticələnir. Bu hal sutkada 7 litrdən çox su içdikdə baş verir.  Əlbəttə, sudan zəhərlənmə çox nadir hallarda baş verir, lakin bu mümkündür. 

1995-ci ildə məktəbli Li Bett öz ad günündə “Ekstazi” içmiş, sonradən isə  7 litr su  işdikdə  4 saatdan sonra ölmüşdür.

2004-cü ildə ABŞ-da Sprinqvildda ana uşağını cəzalandırmaq məqsədilə ona 5 litr su içməyə məcbur edib. Nəticədə ana həbs olunmuş, uşaq isə ölmüşdür. 

2007-ci ilin yanvarında KDND radiostansiyasında ABŞ-ın Sakramento şəhərində “İslanma - oyun əlavəsini qazan” müsabiqəsi keçirilmişdir. Müsabiqənin bir iştirakçısı 7,5 litr su içmiş və 2,5 saatdan sonra ölmüşdür. Müsabiqənin qalibi olan qız ömürlük əlil olmuşdur. Radiostansiyaya qarşı məhkəməyə iddia qaldırılmışdır. 

 

Mənbə: http://интересные-факты.com

2017-05-11   41578