NKPI

Maraqlı Məlumatlar

AXUNDOV VƏLİ YUSİF OĞLU

(1916-1986)

Axundov Vəli Yusif oğlu 1916-ci ildə Bakı şəhərində anadan olmuşdur.

Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir [1941].

O, tibb üzrə fəlsəfə doktoru [1955] və elmlər doktorluğu [1964] disserta­siyaları müdafiə etmişdir. Azərbaycan EA-nın həqiqi üzvü [1969] seçilmişdir.

VAxundov institutu bitirdikdən sonra hərbi xidmətə çağırılmış, əvvəlcə hə­kim [1941-1942], sonra tibbi sanitar batalyonunun komandiri [1942-1946] olmuşdur. Azərbaycan Dövlət Tibb Universitetində assistent [1952-1953], ET Virusologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun direktoru [1953], Respub­likanın səhiyyə nazirinin birinci müavini, nazir [1953-1958], Azərbaycan KP Mərkəzi Komitəsinin katibi, Respublika Nazirlər Sovetinin sədri [1953-1959], Azərbaycan KP MK-nin birinci katibi [1959-1969], Azərbaycan SSR EA-nın vitse- prezidenti [1969-1972], ET Virusologiya, Epidemiologiya və Gigiyena İnstitutu­nun direktoru [1972-1986] vəzifələrində çalışmışdır.

Onun elmi fəaliyyətinin əsas istiqaməti müxtəlif şəhər və rayon mərkəzlərində sanitar-epidemioloji vəziyyətin tədqiqi, texnoloji, sosioloji tibbi və s. əsas xarakter və göstəricilərinin müəyyən edilməsi, mənfi xüsusiyyətlərin aradan qaldırılması tədbirlərindən ibarət olmuşdur. Onun bu sahədə Gəncə şəhərinin sanitar-gigiyenik vəziyyəti və Bakının əsasən neftlə çirklənmiş ərazilərində apardığı tədqiqatların metodikası SSRİ-nin çirklənmiş ərazilərində insanların yaşaması üçün nümunə sənədləri kimi əksər şəhər mərkəzləri üçün təsdiq edilmişdir. Alim SSRİ-də ilk Gigiyenik-epidemioloji kibemetik laboratoriya təşkil etmişdir.

V.Axundov Azərbaycanda su təchizatı sisteminin təşkili məsələsi ilə xüsusi maraqlanmışdır. 0, qeyd edirdi ki, içməli su təchizatı gigiyenik və epidemioloji əhəmiyyətli, vacib və çətin həll olunan problemdir. Keyfiyyətsiz içməli sudan istifadə əhali arasında bir sıra yoluxucu xəstəliklərin yayılmasına səbəb ola bilər. Bu baxımdan respublikamızda sututarlarının sanitar vəziyyətinin öyrənilməsi, su hövzələrinin sənaye müəssisələrinin tullantı suları ilə çirklənməsinin qarşısının alınması, eləcə də sututarlarının sanitar mühafizəsinin tələb olunan səviyyədə təşkili məqsədilə tədbirlərin həyata keçirilməsi istiqamətində akademik V.Axun­dovun rəhbərliyi altında çoxsaylı elmi tədqiqat işləri aparılmışdır.

Akademik V.Axundov 300-dən artıq elmi əsərin, o sıradan 6 monoqrafiya və 11 kitabçanın müəllifi olmuşdur. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 4 elmlər doktoru və 5 fəlsəfə doktoru dissertasiyası müdafiə edilmişdir.

Alimin elmi ictimai fəaliyyəti geniş diapazonlu idi. 0, SSRİ Tibb Elmləri Akade­miyasının "Yaşayış evlərinin gigiyenasının elmi əsaslan” Problem Komissiyasının üzvü [1974], Ümumittifaq Elmi-tibbi texnika idarəsinin büro üzvü, "Həyat və sağlamlıq şəraitinin öyrənilməsi üzrə Beynəlxalq Tibbi Assosiasiyası"nın SSRİ Milli Komitəsinin üzvü [1975], Azərbaycan Gigiyenistlər və sanitar həkimlər Cəmiyyə­tinin sədri və s. vəzifələri icra etmişdir.

Akademik V.Axundov çoxillik hərbi, elmi, elmi-təşkilati və ictimai fəaliyyə­tinə görə dövlət və ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmiş, "Lenin", "Vətən müharibəsi", "Qırmızı Ulduz” və bir sıra başqa orden və medallarla, Fəxri Fərmanlarla təltif olunmuşdur.

Akademik Vəli Axundov 22 avqust 1986-cı ildə vəfat etmişdir.

2017-05-11   35541