NKPI

Maraqlı Məlumatlar

“Üç min ilin hikməti” kitabından - XOŞBƏXTLİK VƏ BƏDBƏXTLİK

 

Xoşbəxtliyin yolu zəhmət və cəsarətdən keçir.

O.Balzak

 

Bədbəxtlik özü gəlmir, onu mühit və şərait özü hazırlayır.

O.Balzak

 

Xoşbəxtliyi əldə etmək çox çətin, itirmək çox asandır.

S.Barneft

 

Ən böyük xoşbxtlik ruhun sağlamlığıdır.

Budda

 

Ağıllı insanlar başqalarının problem və çətinliklərindən ibrət alırlar, axmaqlar isə heç öz səhvlərindən də nəticə çıxarmaq istəmirlər.

B.Franklin

 

Bədbəxtliyin səbəbini başqa yerdə deyil, özümüzdə axtarmalıyıq.

A.Frans

 

Əriməyən buz omadığı kimi, əbədi xoşbəxtlik də yoxdur.

A.Gertsen

 

Ağıllı adam xoşbəxtliyi öz evində axtarar.

İ. Höte

 

Xoşbəxtliyin yolu sevgi və sayqılardan keçir .

V.Hüqo

 

Heç kimə və heç nəyə inanmayan adam bədbəxtdir.

V.Hüqo

 

Bizim şəxsi xoşbəxtliyimizin böyük bir hissəsini başqalarının xoşbəxtliyi təşkil edir.

C.Kabell

 

Susuz çiçək açılmaz, sevgisiz xoşbəxtlik olmaz.

M.Qorki

 

Ən böyük bədbəxtlik hər şeydən narazı olmaqdır.

Lao-Tszı

 

Bəxtim yoxdur, qismətim belədir” – deyə bədbinliyə qapılmayın, iradənizi toplayaraq, çətinliyin öhdəsindən gəlməyə çalışın.

M.Meterlinq

 

Xoşbəxtlik üç təməl üzərində qurula bilər: keçmişi unutmaq, bu günün dəqiq qiymətini bilmək və gələcəyə ümidlə baxmaq.

M.Meterlinq

 

Ağıllı adam xoşbəxtliyi özü ilə gəzdirir.

U.Şekspir

 

Xoşbəxt olmaq üçün xoşbəxtliyin mümkünlüyünə inanmaq lazımdır.

L.Tolstoy

2015-11-14   35884