NKPI

Maraqlı Məlumatlar

HÜSEYNOV İSMAYIL ABBAS OĞLU

(1910-1969)

İsmayıl Abbas oğlu Hüseynov 1910-cu il dekabrın 15-də anadan olmuşdur.

1928-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti] Şərq fakültəsinin hüquq şöbəsinə daxil olmuş və 1933-cü ildə təh­silini başa vurmuşdur. Həmin ildə Moskva şəhərində SSRİ MİK yanında Millət­lər İnstitutunun tarix ixtisası üzrə aspiranturasına daxil olmuşdur. 1941-ci ildə fəlsəfə doktoru, 1947-ci ildə isə M.Lomonosov adma Moskva Dövlət Univer­sitetində elmlər doktoru adını almışdır. O, tarix elmləri doktoru adını alan ilk azərbaycanlı alim olmuşdur.

İ.Hüseynov iki dəfə (1941-1944; 1958-1960) Azərbaycan Elmlər Akademi­yası Tarix İnstitutunun direktoru olmuş, 1960-1966-cı illərdə isə Azərbaycan Elmlər Akademiyasının İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsində çalışmışdır. O, 1949-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1958-ci ildə isə həqiqi üzvü seçilmişdir.

İ.Hüseynov yüzə yaxın elmi əsərin müəllifidir. Onun 1941-1945-ci illər Böyük Vətən müharibəsi dövründə çap etdirdiyi "Görkəmli dövlət xadimi Şirvanşah İbrahim” və "Şah İsmayıl Səfəvi” əsərləri həmin dövlət xadimlərinə Azərbaycan tarixşünaslığında obyektiv qiymət verilməsi baxımından mühüm hadisə idi.

Akademik Əlisöhbət Sumbatzadənin qeyd etdiyi kimi, Səfəvi dövlətinin erkən dövründə Azərbaycan dövləti olması haqqında tarixşünaslıqda ilk dəfə İ.Hüseynov fikir söyləmişdir. İ.Hüseynov 3 cildlik "Azərbaycan tarixi"nin nəşrə hazırlanması işinə rəhbərlik edənlərdən, onun müəlliflərindən və redaktorla­rından biri olmuşdur. 0,40-dan artıq namizədlik və doktorluq dissertasiyasının elmi rəhbəri və məsləhətçisi olmuşdur.

İ.Hüseynov 1944-1948-ci illərdə pedaqoji fəaliyyətlə məşğul olmuş və Azər­baycan Dövlət Universitetinin SSRİ tarixi kafedrasına rəhbərlik etmişdir.

İ.Hüseynov 1960-cı ildə İsveçdə, 1964-cü ildə Hindistanda, 1965-ci ildə isə Avstriyada tarixçilərin və şərqşünasların beynəlxalq konqreslərində məruzə­lərlə çıxış etmiş, Azərbaycan tarix elmini layiqincə təmsil etmişdir.

İ.Hüseynov Azərbaycan SSRAli Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuş və Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

Akademik İsmayıl Hüseynov 1969-cu ildə Bakıda vəfat etmişdir

2017-05-17   35384