NKPI

Maraqlı Məlumatlar

İnsanın davranışına dair maraqlı faktlar

Son illərdə psixoloq, sosioloq və neyrofizioloqlar insan rəftarına aid çoxlu məlumatlar əldə etmişlər. Bəzən, əlbəttə ki tədqiqatların nəticələri təəccüblü deyil, ancaq indi onlar təcrübi olaraq da təsdiqlənmişdir. Biz bir sıra tədqiqatların nəticələrini toplayıb, mötərizədə təcrübələrin əks olunduğu məqalələri göstərmişik. Əlbəttə ki, heç də bütün insanlar özlərini məhz bu cür aparmırlar. Bununla yanaşı, digərləri ilə qarşılıqlı əlaqədə ümumi tendensiyanı nəzərə almağa dəyər.

  Əxlaq

1. İnsanlar qeyri-əxlaqi hərəkətlər etməyə və kiminsə kömək üçün xahişinə əməl etməməyə meyillidirlər.

2. Lakin, çox insanlar özlərini kiməsə göstərmək üçün əxlaqi qərar qəbul etməlidirlərsə, o zaman özlərini “necə lazımdırsa” elə aparırlar. Kömək etmək, qurban etmək və ya imza toplamaq kimi birbaşa istəklərə nadir hallarda yox deyirlər. (“Why do people behave badly”?)

3. İnsanların danışdıqları yalanların yarısı maddiyyatdan tutmuş diqqət, hörmət və ya daha yüksək statuslara qədər hansısa resursu əldə etmək üçündür.

4. Yalan böyük əqli səy göstərmək tələb edir. İnsan başında eyni vaxtda, həm yalanı söyləmək üçün, həm də həqiqəti  ört-basdır etmək üçün saxlamalıdır. Nəticədə, o daha bəsit cümlələr qurur və gözüaçıqlıqla bağlı tapşırıqların öhdəsindən pis gəlir. (“The evolution and psychology of self-deception”)

5. İnsanlara nəzarət etdikdə onlar özlərini yaxşı aparırlar. Bununla yanaşı, nəzarət illuziyası da yaxşı təsir göstərir. Özünə qulluq yeməkxanasında göz fotosunun asılması müştərilərin çoxunun öz qablarını yığışdırmağa başlaması üçün kifayət etmişdir. (“How the illusion of being observed can make you a better person”)

6. Bütün bunlarla yanaşı, rəftar əxlaqa təsir edir (bəli,bəli). Yalan danışan, kimisə aldadan və ya başqa bir qeyri-əxlaqi hərəkətləri olan adamlar bundan sonra nəyin yaxşı, nəyin pis olmasını başqa cür qiymətləndirirlər. (“The science of why we cheat”)

7. Əxlaqlı görünmək istəyi çox vaxt əxlaqlı davranışa deyil, qeyri-əxlaqi hərəkətlərə bəraət qazandırmaq üçün daha təkmilləşmiş üsullardan istifadəyə gətirib çıxarır. (“I read Playboy for the articles: Justifying and rationalizing questionable preferences”)

8. Əxlaqlı, xoşniyyətli hərəkətlər (hətta təbiətə zərər verilmədən hazırlanan məhsulların satın alınması kimi)  tez-tez indulgensiya (günahların kilsədə bağışlanması) kimi təsir göstərir. Bundan sonra mübahisəli vəziyyətlərdə insanlar daha az əxlaq nümayiş etdirir – sanki artıq bu gün üçün olan yaxşı əməl borclarını yerinə yetirmişlər. (“Behind the (leafy) curtain)” 

İnsanların anlayışları

9. Yad insanın şəxsi xüsusiyyətləri şəkildən, xüsusilə əgər həmin insan şəkildə təbii duruşda və ya mühitdədirsə, kifayət qədər dəqiqliklə təyin edilə bilər. Bu yolla kişilərin şəxsi xüsusiyyətlərini daha asan və dəqiq müəyyən edirlər. Qadınların xarici görünüşü sosial standartlara daha çox məruz qalmışdır. (“Personalities traits could be accurately judged by photo”)

10. Cazibədar, dürüst xarici görünüş insanı asanlıqla yanılda bilər. İnsanlar səmimiyyətdənsə, xarici görünüşə inanmağa daha çox meyillidirlər. Hətta, professionallar belə 86% hallarda, səmimi hərəkət tərzləri ilə yalan danışan adamları dürüst hesab etmişlər. (“Looks can kill – you better judgement”)

11. Xarici görünüş hətta səsvermə və siyasətçilərin seçilməsində də böyük rol oynayır. Seçicilər siyasətçilərin səlahiyyətləri haqda onların sima olğunluğu və fiziki cazibədarlıqlarına əsasən qərar verirlər.  Əlbəttə ki, bunlar qeyri-iradi baş verir.

12. Eyni zamanda şəxsi xüsusiyyətlər xarici görünüşün cazibədarlığını qəbul etməyə təsir edir. İnsanlar yaraşıqlı hesab etdikləri şəxs haqqında mənfi məlumat aldıqdan sonra onun haqqında fikirləri dəyişmişdir. (“Personality traits influence perceived attractiveness ”)

13. İyerarxiya (zəiflər güclülərə tabe olmalıdır qaydası) insanlar üçün o qədər vacibdir ki, bu anlayışın bünövrəsi körpəlikdən qoyulur. Körpə uşaq anlayır ki, güclü olanlar daha zəif olanlara qalib gəlir və bunun əksini gördükdə təəccüblənirlər. (“Babies understand that bigger beasts usually top the pecking order”)

14. Ən müvəffəqiyyətli və zəngin adamları daha ağıllı, müdrik və s. hesab edirlər. Ümumiyyətlə isə insanlar uğura nail olanlarla, bəxtinə əziyyət çəkmək düşənlərin buna layiq olduqlarını düşünməyə meyillidirlər. («Несовершенная случайность», Млодинов)   

 

Başqaları ilə münasibətlər

15. İnsanlar özlərinə əmin olmadıqda başqalarını alçaltmağa çalışırlar. Sınananlar arasında, İQ testinden pis keçdikləri söylənilənlər, yüksək nəticə göstərdikləri söylənilənlərlə müqayisədə daha çox milli və dini ön mühakimələr yürütmüşlər.

16. Buna baxmayaraq, insanlar qəlbən əmindirlər ki, onların başqaları haqqındakı mənfi fikirləri tam səmimidir və özlərinin aşağı özünü qiymətləndirmələri ilə heç bir əlaqəsi yoxdur. Başqalarını alçaltmaq özünüqiymətləndirmənin bərpa olunmasına kömək edir. (“The evolution and psychology of self-deception”)

17. Başqa insanlara kömək etməyin dolayısıyla şəxsi maraqlarla əlaqədar olduğu istisna edilmir. Alimlər bunu “birbaşa olmayan qarşılıq” adlandırırlar. İnsanlar, “yaxşı insan” hesab edilən, başqalarına kömək edən adamların özünə köməklik göstərməsinə meyillidirlər. Buna görə də,  yaxşı insan kimi nüfuz qazanmaq – gələcəkdə dəstəklənməyin təminatçısıdır. (“Using mathematic stoidentify good guys”)

18. Pulu çox olan daha xoşbəxt deyil, pulu qonşusundan çox olan xoşbəxtdir. Bu, qismən pulun çoxluğu ilə kifayətlənməməyə də əsaslanır.  İnsanlar daima özlərini qonşuları ilə müqayisə edirlər. Onlar varlandıqca daha çox pulu olan yeni çevrələrdə dolaşmağa başlayırlar və belə çevrələrdə seçilərək fərqlənmək asan deyil. («В плену наивной корысти») 

Qəzəb və aqressiya

19. Testosteron səviyyəsi yüksək olan insanlar başqalarının qəzəblənməsindən zövq alırlar. (“Hight testosterone people feel rewarded by others’ anger”)

20. Qəzəb insanlarda sahiblənmə  arzusunu artırır. İnsanlar özləri ilə əsəbləşdikləri simaları birləşdirən obyektləri əldə etmək üçün daha çox güc sərf edirlər. Əvvəllər bu, yalnız müsbət emosiyaların xüsusiyyəti hesab edilirdi. (“Anger makes people want things more”)

21. Əsəbi qadınlar kişi kimi qəbul olunur. Şüuraltı olaraq qəzəb kişilərlə, xoşbəxtlik isə qadınlarla çox güclü əlaqələndirilir. O qədər güclü ki, bu insanın cinsinin müəyyənləşdirilməsinə təsir edir - əlbəttə ki, ilk baxışda. (“Are angry women more like men?”)

22. Bir qaşıq şəkər aqressiyanı azaldır. Aqressiv impulsların qarşısını almaq üçün özünü idarə tələb olunur, özünü idarə isə enerji tələb edir. Qlükoza bu enerjini beyinə çatdırır. Limonadı şəkərlə içən insanlar, şəkərin əvəzedicisi ilə içən insanlarla müqayisədə bir neçə dəqiqədən sonra narahat yad adama daha az aqressiv reaksiya vermişlər. (“A spoonfull of sugar helps the rage go down”)

İnformasiyanın toplanması və qərar qəbulu

23. Adətən insanlar arzuolunan informasiyanı axtararaq, arzuolunmazları buraxır. Əlbəttə, nəyə harada rast gələcəyini əvvəlcədən söyləmək mümkün deyil. Bununla yanaşı, əsasən insanın qəbul etməyə hazır olduğu informasiyaları daşıyan bu və ya digər qəzetləri, müəllifləri və digər mənbələri seçmək olar. (“Thehappinesshypothesis” byJonathanHeidt)

24. Bununla belə, insanlar özlərini əmin və sakit hiss edərlərsə, arzuolunmaz informasiyanı da qəbul edə bilərlər. (“The evolution and psychology of self-deception”)

25. Qəbul edilməsi vacib olan qərar nə qədər çox çətin olarsa, insanlar hər şeyi olduğu kimi yadda saxlamağa o qədər çox meyilli olarlar. (“Exploring status quobiasin human brain”)

26. Mağazada həddən artıq seçim olarsa, insanlar hansı malın daha yaxşı olduğunu dərhal təyin edə bilməz və oradan alış-veriş etmədən çıxarlar. (“Consumers stop buying as number of options increases”)

27. İnsanlar baş verənləri idarə edə bilmədiklərini hiss etdikləri zaman, bir-birləri ilə əlaqəsi olmayan şəkillərdə mövcud olmayan qanunauyğunluqlar görməyə və sözləşmə nəzəriyyəsinə inanmağa meyl edirlər.

28. Buna əsasən, ölkədə inanan insanların faizi etibarlı bir şəkildə yaşama təhlükəsizliyinin (səhiyyə, həyat təminatı, qazanc imkanı və s.) səviyyəsinə görə proqnozlaşdırılır. (“The evolution and psychology of self-deception”)

29. İnsanlar, nəticəsi onları qane etmiş olsa belə, tez qəbul edilmiş qərarlara görə peşman olurlar. Belə olan halda, qərar üçün ayrılmış faktiki zaman vacib deyil. Vacib olan insanın həmin zamanın kifayət etmiş olduğunu hiss edib etməməsidir.  (“Quick decisions creature gret”)   

30. Onsuz da, əllərin yuyulması qəbul edilən qərarın doğru olub-olmaması barədə şübhələri kifayət qədər azaldır. (“Washing Away Postdecisional Dissonance”)

Beynimizin qəribəlikləri

31. İnsanların özlərini aparmalarına onların cismani duyğuları təsir göstərir. Məsələn, ağırlıq hissi ilə “vaciblik”, “ciddilik”, “ağıryanalıq” arasında möhkəm bağlılıq vardır. İnsanlar hər hansı bir adamı, əgər tərcümeyi-halı ağır bir qovluqda təqdim edilərsə daha ciddi, daha stabil hesab edirlər və əksinə.

32. Eynilə bu qaydada, sərtlik və bərklik hissi insanları mətanətli edir. Sərt stulda əyləşənlər danışıqlarda daha inadkar olmuşlar.

33. Kobud səth hissi insanlarda digər insanlarla münasibətlərdə çətinlik təəssüratı yaradır. Soyuq isə tənhalıq hissi ilə sıx bağlıdır. (İncidental haptic sensations influence social judgments and decisions)

34. Xəritələrdə müəyyən edilmiş inzibati sərhədlər insanlarda psixoloji cəhətdən təhlükəsizlik hissi yaradır. Əgər təbii fəlakətlər (qasırğa, meşə yanğınları və s.) başqa rayonda, xüsusən də başqa ölkədə baş verirsə insanlar buna, hətta rayon tamamilə yaxınlıqda yerləşsə belə, daha az ciddi yanaşırlar. (“Borderbias: mapping risk and safety”)

Digərləri

35. Alış-veriş etmək və sərvət toplamaq arzusu – çox zaman xoşbəxt keçməyən uşaqlığın nəticəsidir. (“Consumeris man dits discontents”)

36. Bütün risklər eyni cür qəbul olunmur. Eyni adam qorxmadan paraşütlə tullana bilər, ancaq müdirinə etiraz edə bilməz. Və yaxud pələngləri əhlilləşdirməyi bacarar, ancaq yaraşıqlı bir qadınla tanış olmağa utanar. (“Notallriskis create dequal”)

37. Yaş keçdikcə sağlam insanlar istənilən hadisələrə daha pozitiv yanaşırlar. Ola bilsin ki, bu ahılların daha zəif immun sistemlərinin mənfi emosiyaların nəticələrinin öhdəsindən gəlməkdə çətinlik çəkməsi ilə bağlıdır. (“Wisdom comes with age at least when it comes to emotions”)

38. Primatlar informasiyanı, əgər dişilərdən gəlirsə, daha yaxşı mənimsəyirlər. Bu ola bilsin ki, təkamülün üstünləşməsini təmin edir. Belə ki, erkəklər yeni cütünü tapdıqda öyrəndiyi bacarıqları götürərək qrupu tərk etdiyi halda dişilər balaları ilə qalırlar. Dişilər qrupun sosial nüvəsini təşkil edirlər və erkəklərlə müqayisədə daha yüksək sosial statusa malik olurlar. Eyni zamanda onlar qrupun qidalanma ərazisindəki qida resurslarına dair daha geniş məlumata sahibdirlər. (“Dominant dişi - ən yaxşı müəllimdir”)

39. Yüksək bilik səviyyəsinə (İQ) malik uşaqlar daha liberal, daha geniş dünyagörüşlü insanların hər hansı rəftarlarına qarşı daha səbrli böyüyür. (“Does smart equal liberal?”)

40. Cansıxıcılığın işıqlı bir tərəfi də vardır. Darıxan insanlar tez-tez yaxşı işlər görmək üçün fürsətlər axtarır. Çünki, artıq əyləncələr onları bezdirib və həyatlarına heç bir məna qatmır. (“Boredom is good for you”)

 

Mənbə: http://i-fakt.ru

2017-05-19   39419