NKPI

Maraqlı Məlumatlar

Sizi təəcübləndirəcək 12 müxtəlif maraqlı fakt

1. Şüşənin istilikkeçirmə qabiliyyəti o qədər azdır ki, siz hətta ortası istidən qızarmış şüşə çubuğunun ucundan tutub götürsəniz, o zaman istiliyi hiss etməyəcəksiniz. Lakin maraqlıdır ki, ən yüksək istilikkeçirmə qabiliyyəti çoxlarının  düşündüyü kimi hər hansı bir metalda (gümüş və ya mis) deyil, şüşəyəbənzər material - almazdadır. Almazın istilikkeçirmə qabiliyyəti gümüş və misdən 6 dəfə çoxdur. Buna görə kimsə almazdan  çay qaşığı hazırlasa, ondan  istifadə edə bilməyəcək, çünki siz qaşığı isti çaya qoyan kimi barmaqlarınızı yandıracaqsınız.

2. Manxetten adası (ABŞ) yerli hindulardan 1626-cı ildə Piter Münit tərəfindən təxminən 25 dollara alınıb. İndiki zamanda adanın ümumi qiyməti milyon dollarla ölçülür.  Lakin Piter 25 dolları illik 7% gəlirlə banka qoysaydı, hal-hazırda adanın indiki qiymətindən dəfələrlə çox olan 3,6 trilyon dollar əldə edərdi. Bir dəfə səhv qəbul olunmuş qərar baxın nələrə gətirib çıxarır. Bunu nəzərə alın, ada alanda lazım ola bilər.

3. Avropa balıqçıları uzun müddət gənc ilanbalığına bənzər heç nə tuta bilmədiyi üçün bu məxluqun həyat tsikli uzun müddət sirr olaraq qalmış və bu, 1922-ci ilə qədər davam etmişdir. Danimarka professoru kəşf etdi ki, Avropada yaşayan ilanbalıqları əslində Sarqas dənizində doğulublar. Onlar uzun müddət Qolfstrim cərəyanı ilə  okean sularından keçərək 3 ildən sonra İngiltərəyə çatırlar. Daha bir fakt: ilanbalığının qanı toksikdir. Ancaq bişirildikdə toksiklik yox olur. Buna görə də siz heç vaxt çiy ilanbalığından hazırlanmış suşi tapa bilmərsiniz.

4. ABŞ-da Panama kanalının tikintisinə başlamazdan əvvəl, hazırlıq işlərində 2,5 milyon litrdən çox kerosin sərf olunmuşdu. Lakin bu kerosin avtomobillər üçün istifadə olunmamışdır. Onu gələcək tikinti sahələrindəki malyariya və sarı qızdırma daşıyıcısı olan ağcaqanadları zərərsizləşdirmək üçün bataqlıqlara səpirdilər. Sarı qızdırma və malyariya xəstəliyindən fransız ustalarının həyatlarını itirməsi kanalın tikintisində ilk cəhdin uğursuzluqla nəticələnməsinə səbəb oldu.

5. Bilirsinizmi göy qurşağında neçə rəng var? Sualın cavabı yaşadığınız ölkədən asılıdır. Çinlilər düşünür ki, göy qurşağında 5 rəng var, ABŞ vətəndaşlarının tipik cavabı 6 olacaq, Rusiya sakinləri isə bunu 7 hesab edir.

6. Dünyanın ən hündür nöqtəsi hər kəsin düşündüyü kimi Everest deyil. Əgər Yerdən hər hansı hündür nöqtəyə kimi ölçsək, onda Mauna-Kea dağı dünyada ən hündür zirvə olacaq. Onun yerdən  zirvəsinədək hündürlüyü 10 km-dən  artıqdır, ancaq yalnız 4245 m-i dəniz səviyyəsindən hündürdədir.

7. Biz tez-tez buynuzlu dəbilqəsi olan vikinqlər görürük. Ancaq bu səhvdir və buna səbəb 1811-ci ildə Stokholmda yaradılmış rəssamlıq məktəbi olub. Bu məktəbin məqsədi Skandinaviya mifologiyasını populyarlaşdırmaq idi. Məhz onlar vikinqləri buynuzlu dəbilqə ilə təsvir etdilər. Lakin qədim Skandinav hərbiçilərinin buna bənzər şlem taxmasının  heç bir tarixi sübutu yoxdur. Məzəli fakt kimi qeyd etmək olar ki, onlar hücumdan öncə cəsurlaşmaq üçün və ağrıkəsici kimi göbələk həlimi içirdilər. Bu, müharibədən sonra onlarda mədə-bağırsaq ağrıları olmasına gətirib çıxarırdı və bu həriflər sarışın və saqqalıydılar.

8. Şimal yarımkürəsində olan bütün  siklonlar saat əqrəbinin əks istiqamətində cənub yarımkürəsində isə saat əqrəbi istiqamətində  dövr edir. Bu Koriolis effektinin təsirindən əmələ gəlir. Bəs bu siklonlar ekvatorda kəsişəndə nə baş verir? Cavab: siklonlar heç vaxt ekvatorda kəsişmir, onlar ekvatora yaxın yaranır və öz qütblərinə doğru hərəkət edirlər.

9. Siz yəqin bilirsiniz ki, Günəş üfüqdə zenitə nisbətən daha yaxşı görünür. Bir çox insanlar düşünür ki, bu optiki atmosfer effektidir. Əslində Günəşin ölçüsü gün ərzində dəyişmir, bu xəyaldır və yalnız ona əsaslanır ki, hər hansısa bir obyekt düz xəttin yanında olanda boş sahəyə nisbətən daha böyük görünür.

10. Frenses Dreyk səhvən Magellan boğazından keçərkən Dreyk boğazını icad etmişdir.

11. XVII əsrin əvvəllərində qaşığın ölçüsü bir neçə dəfə uzadılmışdır. Dəblə ayaqlaşaraq qaşığın formasında müəyyən büzmələr yaradılmış, XVII əsrin sonunda isə ucluğu olan şorba qaşığı yaranmışdır: onun köməyilə   yemək zamanı saqqal kənara çəkilirdi.

12. İlk dəfə çəngəli XVII əsrin əvvəllərində Rusiyaya Polşadan I Yalançı Dimitri gətirmişdi. Onun Nar palatasında Marina Mnişek ilə toy mərasimi zamanı açıq-aşkar şəkildə  nümayiş etdirilməsi Boyarların təəccübünə və Şuyski sui-qəsdinə səbəb olmuşdur. Yalançı Dimitri qeyri-rus mənşəli olduğuna görə çəngəl sadə xalqın üsyan etməsində həlledici rol oynamışdı (rus aləti yalnız qaşıq hesab olunurdu).

 

Mənbə: http://i-fakt.ru

2017-05-23   40130