NKPI

Maraqlı Məlumatlar

Uşaqların fikirləşdiyi 9 icad

Benjamin Franklinin doğum günü ,dünyada uşaq kəşfiyyatçıları günü kimi qeyd olunur. İş orasındadır ki, Franklin 12 yaşında üzgüçülük üçün qanadcıqlar (lastlar) icad edir, sonra yellənən kreslonu patentləşdirir və elektrik yükləmə halları üçün “+” və “-” işarələrini icad edib.

Aşağıda bir neçə maraqlı uşaq icadlarını təqdim edirik:

1. Batut. Con Nissen, 16 yaş

Batutu icad etmək ideyası 16 yaşlı Con Nissene aiddir. Son 80 illik tarixinə görə batut heç bir dəyişikliyə məruz qalmayıb. Çünkü bütün dahiyanə fikirlər sadədir. Əvvəlki kimi bu konstruksiya prujinlərdən, polad çərçivə və parçadan ibarətdir.

2. Qar arabası. Jozef-Arman Bonbardye,15 yaş

Qar arabasını, gənc kanadalı Jozef-Arman Bonbardye fikirləşib. Hər şey atasının ona 15 yaşında hədiyyə etdiyi “ford T”-dən başladı. O, bir həftədən az müddətdə fordu hissələrə ayırıb, ondan qar arabası modeli icad etdi. O həm də təyyarə hazırlayan məşhur Bombardier şirkətinin  banisidir, lakin onlar  hələ də qar arabalarını  istehsal edirlər.

3. Zəyif eşidənlər üçün cihaz. Cona Kon, 14 yaş

14 yaşlı Cona Kon səs dalğalarını hissiyata döndərə bilən Good Vibrations cihazini ixtira elədi. Beləliklə zəyif eşidən insanlar da müsiqini hiss edə bildilər. Bu ideya Conanın ağlına dişlərini gitaraya toxundurduğu zaman gəldi. Və 2012-ci ildə o, Google Sciense Fair konkursunun qalibi oldu.

4. Akkumulyatorların yeni görünüşü. Eyşa Kxare, 18 yaş

Kaliforniyadaki məktəbli mobil telefonlar üçün akkumulyatorların yeni halını icad elədi. Enerji onların içində 20-30 san ərzində yığılır və uzun müddət saxlanılır. Öz ixtirasına görə qız İntel şirkətinin gənc alimlər üçün olan mükafatı ilə təltif olundu.

5. Ağrısız bintdən xilasolma vasitəsi. Alanna Mayers, 8 yaş

Florida ştatından olan 8 yaşlı Alanna Mayers ağrısız bintdən xilasolma vasitəsini icad etmişdir. Bunun tərkibinə  sabun, lavanda yağı və su daxildir. Bu fikir onun ağlına xəstəxanadan çıxarkən bintləri çıxardan zaman gəlib.

6. “Meyvəli buz” dondurması. Frenk Epperson, 11 yaş

Əfsanəyə görə axşam vaxtı bir oğlan içində çubuq olan soda məhlulunu  eyvanda unudub (bu hadisə qışda baş verib). 18 il sonra 1923-cü ildə böyümüş Epperson  öz tapıntısını biznesə çevirdi və dondurulmuş limonad ticarəti açdı.

7. Brayl şrifti. Lui Brayl, 15 yaş

15 yaşlı Lui Brayl 1824-cü ildə bu günə kimi istifadə olunan və görməyən insanların oxumağını yaxşılaşdıran şrift icad edib. Bunun əsasında, o dövrün hərbiçiləri tərəfindən qaranlıqda informasiyanın ötürülməsi üçün artileriya kapitanı Şarl Barbenin “gecə şrifti”  durur.

8. Məkanın ölçülməsi üçün robot. Maksim Lema, 12 yaş

Lvovdan olan 12 yaşlı Maksim Lema BTİ mühəndislərinin funksiyasını yerinə yetirən iş icad edib. Bu robot məkanı skan edir, həcmini ölçür, plan tərtib edir və radiosiqnalların köməyi ilə verilənləri kompyuterə ötürür.

9. Xərçəngin diaqnozunda yeni metod. Cek Andrak, 15 yaş

15 yaşlı məktəbli onkoloji xəstəliklərin diaqnozunda yeni metod fikirləşib. Bu test mədəaltı vəzin xənçəngini, yumurtalıqların xərçəngini və ağciyərlərin xərçəngini xəstəliyin  ilk mərhələsində diaqnoz edir. Və bu metod əvvəl istifadə olunan analoqlardan daha tez və daha ucuz başa gəlir. Nəticəni isə 5 dəqiqədən sonra bilmək olur.

 

Mənbə: http://i-fakt.ru

2017-05-24   39942