NKPI

Maraqlı Məlumatlar

Dişlər haqqında maraqlı faktlar

 

- Əfsanələrə görə Buddanın ağzında 40 dişi olmuşdur. İlk insan Adəmin isə 30 dişi olmuşdur. Bu rəqəmlərdən də ayın günlərinin sayı meydana gəlir.

- Məlum olduğu kimi, insanların bütün ömrü ərzində dişləri iki dəfə dəyişir: əvvəlcə 20 süd dişi, sonra isə 32 həqiqi dişlər çıxır. Yeri gəlmişkən, “süd dişləri” adını Hippokrat vermişdir. O əmin idi ki, uşaqların ilk dişləri süddən əmələ gəlir.

- Qəribə olsa da, alimlər şokoladın tərkibinə daxil olan toz kakaonun içərisində kariesin əmələ gəlməsinə səbəb olan maddə olduğunu sübut ediblər.

- İlk elektrikli diş fırçası İkinci Dünya Müharibəsindən sonra İsveçrədə patentləşdirilmişdir. O elektrik şəbəkəsinə qoşularaq işləyirdi. Bu ideya çoxlarına qəribə gəlsə də, elektrikli diş fırçası sürətlə məşhurluq qazandı. Hal-hazırda bütün dünyada 12% insan elektrikli diş fırçasından istifadə edir.

- Stomatologiyada müasir texnologiyanın tətbiqinin hesabına, rusların 46%-i stomatoloqlardan qətiyyən qorxmurlar. Qalan 54% vətəndaşlar qeyd ediblər ki, diş həkiminin qəbulu onlarda məcburiyyət hissi yaradır.   

- Dünyada ən qiymətli diş, 1816-cı ildə 3300 dollara satılan, İsaak Nyutonun dişi hesab olunur. Onu alan aristokrat, bu dişi öz üzüyünə qiymətli daş kimi yerləşdirmişdir.

- İlbizin təqribən 25 000 dişi vardır.

- Tarix belə bir hadisəni xatırlayır ki, yüngüləxlaqlı bir qadın dişlərin ağardılmasının sirrini Dumanın oğluna belə açıqlamışdır: “Çox yalan söyləmək lazımdır, bu dişləri möcüzəli şəkildə ağardır”

- Maya qəbiləsinin yerliləri dişlərini firuzə və nefritlə boyayır, dişlərinə qiymətli daşlar yerləşdirirmişlər. Karib dənizinin quldurlarının sevimli qadınları brilyantdan düzəldilmiş dişləri ilə öyünürdülər.

- Dişlərini gündə üç dəfə təmizləyən insanlar, nadir hallarda artıq çəkidən əziyyət çəkirlər. Belə bir nəticəyə yaponiyalı alimlər gəlmişlər. Verilən məlumata görə onlar 14 min insanın həyat tərzini öyrənmişlər.

- Dişlər üçün ən təhlükəli idman – xokkeydir. Professional xokkeyçilərin 68 faizi meydançada ən azı bir dişini itirmişdir.

- Tibbdə sübut olunmuşdur ki, möhkəm dişlər bilavasitə insanın yaddaşına təsir edir.

- Kalsiumun sümük toxumaları üçün vacib olmasına baxmayaraq, orqanizmdə onun 99%-i dişlərdə toplanır.

- Sizi nə vaxtsa belə bir sual düşündürübmü ki, diş fırçası neçə dəfə yenidən icad olunmuşdur? Təsəvvür edin ki, statistikaya görə keçən əsrin 60-cı illərindən etibarən 3000-dən çox diş fırçası modeli patentləşdirilmişdir.

- Ən ekzotik diş fırçaları variantları:

Müxtəlif polyarlıqlı yüklərin qarşılıqlı əlaqəsinə əsasən təsir göstərən ionlaşdırılmış fırça;

Dişləri bir dəfəyə üç tərəfdən də təmizləməyə imkan verən üç başlıqlı fırça

Avtomatik olaraq təmizləyici məhlul yeridən fırça;   

Taymerlə (zaman relesi) təchiz olunmuş elektrikli diş fırçası.

- Qədim Romada patrisilər dişlərini təmizlətdirmək üçün xüsusi qullar tuturdular.

- Məlum olub ki, diş həkimlərindən daha çox evdar qadınlar (72 %) və iş adamları (67%) qorxurlar. Stomatoloqun qarşısında ən az qorxu hissi keçirənlər isə hərbiçilərdir (72%-i qorxmur).

- Saqqıza şəkər ilk dəfə 1869-cu ildə məhz stomatoloq Uilyam Sempl tərəfindən əlavə edilmişdir. Yeri gəlmişkən, elektrik stulu da bir stomatoloq tərəfindən icad edilmişdir.

- Dişlər suyun, qələvinin təsirinə dözərək uzun müddət qorunub saxlanır və  1000 dərəcə temperatura qədər davam gətirir.

- Son zamanlara qədər diş protezləri Britaniya adalarında məhşur toy hədiyyəsi idi. İnsanlar, onsuz da tezliklə dişlərinin töküləcəyini bildikləri üçün özləri gənc yaşlarından onların tökülmə prosesini sürətləndirirdilər.

- Vermont ştatının (ABŞ) qanunlarına əsasən qadının ərinin yazılı icazəsi olmadan diş protezindən istifadə etməyə haqqı yoxdur.

- Hətta Çində belə bir bayram mövcuddur: “Dişlərə sevgi günü” - 20 sentyabrda qeyd olunur.

- 1999-cu ildə Finiks şəhərində (ABŞ) “Sağlam təbəssüm üçün” aksiyası keçirilmişdir. Diş fırçası formasında düzlənən 1300 amerikalı məktəbli eyni anda dişlərini 3 dəqiqə 3 saniyə ərzində fırçalamışlar.

 - Alman alimləri müəyyən etmişlər ki, gün ərzində iki qreyfrut yemək ağız boşluğu xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azaldır.

- Orta əsrlərdə stomatoloqlar laxlayan dişləri bərkitmək üçün çənəyə qurbağa bağlamağı məsləhət görürdülər.

- Diş emalı – insan orqanizmində ən bərk toxumadır.

- Diş məcunu təxminən 5000 il bundan əvvəl misirlilər tərəfindən icad olunmuş və şərabla süngərin qarışığından ibarət olmuşdur.

- İlk diş fırçaları, sadəcə 500 ilə yaxın bir müddət bundan əvvəl Çində meydana çıxmışdır. Onların materialı sərt donuz tükü, at və porsuq saçından ibarət olub.

- Statistikaya görə rus kişilər qadınlardan cəsarətlidirlər. 60% qadın stomatoloqun kabinetinə baş çəkməkdən qorxur. Kişilər arasında bu rəqəm cəmi 45%-ə bərabərdir.

- Almazın sərtliyi hesabına bu daşların böyük qismi stomatoloji borların hazırlanmasına sərf olunur.  Almazın yalnız 20%-i zərgərlər tərəfindən işlənilir.

- Amerikalı stomatoloqlar qızıl diş qapaqlarının hazırlanması üçün bir ildə 13 ton qızıl sərf edirlər.

- Qədim yapon stomatoloqlar dişi yalın əllə çıxarırdılar.

- Diş – insan orqanizminin yeganə hissəsidir ki, özünü bərpa edə bilmir. Fillərdə isə 6 dəfəyə qədər yeni dişlər çıxa bilir.

- Çinin Kulanq şəhərində istifadə olunmuş diş çöplərini toplayan 7 təşkilat mövcuddur. Bu şirkətlər hər 1 kiloqram diş çöpünə 1 dollar ödəyir.

- Rod-Aylend  ştatının (ABŞ) mağazalarında şənbə günləri diş fırçası satmaq qanunla qadağandır.

- Əgər siz sağ əllisinizsə yeməyin çox hissəsini çənənin sağ tərəfində, solaxaysınızsa əksinə, sol tərəfində çeynəyirsiniz.

 - Yeri gəlmişkən, çeynəmə əzələlərinin tam gücü 390 kq-a çata bilər. Əlbəttə, bu təzyiqə hər diş davam gətirə bilməz, bu səbəbdən adi çeynəmə təzyiqi 9-15 kq-a bərabərdir (əgər qoz yeyirsinizsə maksimum 100 kq).

- Əgər eyni yumurta əkizlərinin birində bu və ya digər diş əksikdirsə, bir qayda olaraq həmin diş o biri əkiz tayında da əksik olacaq.

- Belə hesab olunur ki, sərt və kəsici dişlər enerjili, cəngavər insanların əlamətidir. Xırda dişləri çürükçülük və xəsisliklə, iri dişləri isə xeyirxahlıq və açıqürəkliliklə əlaqələndirirlər.   

 

Mənbə: http://i-fakt.ru

2017-05-27   8486