NKPI

Maraqlı Məlumatlar

Elmə məlum olmayan 8 məsələ - Şüşə nədir?

Elm insanların suallarına cavab tapmaq üçün yaranıb və demək olar ki, çox hissəsi öyrənilib,  az bir hissəsi qalıb – təbiətin qaranlıq materiyasını anlamaq, kvant qravitasiya problemi, fəza-zaman məsələsinin həlli, qara enerjinin nə olduğunu anlamaq və bir neçə buna bənzər suallar. Lakin alimlər bu günə kimi bir neçə sadə məsələlərin  həllini  də izah etmək iqtidarında deyillər.

 

Şüşə nədir?

Nobel mükafatçısı Uoren Anderson deyib: “Bərk hal nəzəriyyəsində ən dərin və maraqlı həll olunmayan problemlərdən biri şüşənin təbiətində gizlənir”. Şüşə bəşəriyyətə min illər ərzində tanış olsa da, onun unikal və mexaniki xassələrini alimlər dərk etmirlər. Məktəb illərindən şüşənin maye olmadığını xatırlayırıq. Bu belədirmi? Alimlər maye və bərk fazalar arasındaki keçidin, şüşə fazanın təbiətini və hansı proseslərin şüşənin əsas xüsusiyyətlərinə təsir etdiyini hələ də dəqiq bilmirlər. Şüşənin formalaşması prosesini bu günkü bərk maddə fizikası alətlərinin, çoxsaylı nəzəriyyələr və  ya maye nəzəriyyəsinin köməyi ilə izah etmək mümkün olmayıb. Əgər qısa izah etsək, mayeyədək əridilmiş şüşə soyudulduqda yavaş-yavaş qatılaşaraq, sonda bərkiyir. Eyni zamanda, kristal bərk maddələrin (məsələn, qrafit) formalaşmasında, atomlar bir anda özlərinə xas olan dövrü struktur əmələ gətirirlər. Molekulyar dinamikanın tətqiqatçısı Tarun Çitra müxtəlif maddələrdə  molekulların formalaşmasını rəqs misalında izah edir. İdeal bərk maddə həzin rəqsə bənzəyir, orada iki cütlük digər cütlüklərlə birgə öz başlanğıc vəziyyətlərindən rəqs meydanında hərəkət edirlər. İdeal maye tanışlıq gecəsi kimidir, hamı bir-biri ilə eyni otaqda oynamağa çalışır. Bu xassə erqodiklik adlanır. Burada hamının rəqs etdiyi orta sürət eynidir. Bu analogiya ilə böyük qruplar kiçik qruplara bölünür və hər biri öz ətrafında fırlanır. Siz öz partnerunuzu ətrafınızda olanlarla dəyişə bilərsiniz və bu rəqs sonsuzadək davam edir. Şüşənin özünü necə aparmasını tarazlıqlı statistik mexanika qanunları ilə təsvir etmək hələ ki, qeyri-mümkündür. O cümlədən, şüşənin subeksponensial avtokorrelyasiya və krosskorrelyasiya funksiyası sonsuz stoxastik proseslər nəticəsində alına bilər. Hər hansı müddətədək sistem az-çox aydın və izaholunan şəkildə işləyir, lakin uzun müddətli müşahidələrdə biz  görürük ki, bəzi xüsusiyyətlər nisbilik və stoxastik proseslər nəzəriyyəsi ilə daha yaxşı izah olunur.  

 

Mənbə: http://i-fakt.ru

2017-05-28   40461