NKPI

Maraqlı Məlumatlar

Elmə məlum olmayan 8 məsələ - Velosipedin yan tərəfə aşması

Nəyə görə velosiped yan tərəfə aşır?

Velosipedin konstruksiyası çox sadədir və belə görünür ki, ikitəkərli vasitənin tarazlığı necə yaxşı saxladığı hamıya çoxdan məlumdur. Hər zaman hesab olunurdu ki, velosipedin balans saxlamağında iki mexanizmin rolu böyükdür. Birincisi, avtomatik idarəolunma və yaxud kastor effekti: velosiped hansı tərəfə dönürsə, ön təkəri də o istiqamətə dönür və bundan sonra mərkəzəqaçma qüvvəsi təkəri əvvəlki halına geri qaytarır. İkinci mexanizm isə dönən təkərlərin hiroskopik momenti ilə əlaqələndirilir.

Amerika mühəndisi Endi Ruina həmkarları ilə birgə bu mülahizələri təkzib etmək qərarına gəldi. Onlar qabaq təkəri ön haça oxunun kəsişmə nöqtəsi qarşısında dayağa toxunan, özühərəkətedənə oxşar velosiped kəşf etmişlər, bu da kastorun təsirini “ləğv” edir. Bundan əlavə, ön və arxa təkərləri əks tərəfə firlanan iki digər təkərlə birləşdirməklə, hiroskopik  effekti də sıfra endirmişlər. Buna baxmayaraq həmin velosiped yana o qədər də tez aşmır. Faktiki olaraq o, adi velosipeddən tarazlığı pis saxlamır, hətta avtomatik idarəetmənin oxşar olduğunu nümayiş etdirir. Təcrübənin nəticələrinə görə müəlliflər belə nəticəyə gəldi ki, hər iki effekt - həm kastor, həm də hiroskopik - hərəkət edən velosipedin tarazlığının saxlanmasında böyük rol oynayır. Amma hər ikisi bunun üçün həlledici səbəb deyil. Velosipedin nəyə görə aşmadığı dəqiq məlum deyil. Mühəndislərin son ehtimallarına görə, burada ağırlığın paylanması böyük rol oynayır.

 

Mənbə: http://i-fakt.ru

2017-05-29   7949