NKPI

Maraqlı Məlumatlar

Elmə məlum olmayan 8 məsələ - Plasebo necə işləyir?

Plasebo və ya digər müalicə effekti olmayan, lakin orqanizmə müsbət təsir edən preparatlar çoxdan məlumdur. Plasebo effektinin əsasında psixoemosional təsir durur. Lakin araşdırmacılar bir neçə dəfə sübut ediblər ki, aktiv maddələri olmayan plasebo real fizioloji reaksiyaları, eyni zamanda ürək döyüntüsünün tezliyi və arterial təzyiqi, həmçinin baş beynin kimyəvi aktivliyini stimulyasiya edə bilir. Plasebo həmçinin ağrıların, depresiyanın, təşvişin, yorğunluğun, hətta Parkinson xəstəliyinin bəzi əlamətlərini yox etməyə kömək edir.

Bizim psixologiyamizın sağlamlığımıza necə təsir etməsi hələ də qeyri-müəyyəndir və alimlər hələ də plasebonun əsasında duran fizioloji reaksiyaları aça bilmirlər. Görünür ki, bu effekt müxtəlif aspektləri özündə birləşdirməsinə baxmayaraq, belə dərmanlar xəstəliyə və onun mənbəyinə təsir etmir.

Təcrübə əsasında müəyyən olunmuşdur ki, orqanizmin reaksiyası plasebin çatdırılmasına görə (həb qəbulu və ya iynə) fərqlidir. Həmçinin plasebo gözlənilən, yəni əvvəldən məlum olan terapevtik effekt verir. Gözlənilən müddət çox olanda, plasebonun effekti də yüksək olur. Bundan başqa, xəstədə bu effekti verbal təsir ilə gücləndirmək olar. Plasebo hər kəsə təsir göstərmir. Adətən plasebo xarici təsirə asan məruz qalan, özünə güvənməyən insanlarda effektə malikdir. 2013-cü ilin oktyabrında aparılan tədqiqatın nəticələrində bildirilir ki, plasebo-effekt baş beynin alfa-aktivliyinin fəaliyyətinin artımı ilə bağlıdır. Alfa-dalğalar ən çox trans halında və ya meditasiyada, yəni insan beyninə yeridilmə zamanı əmələ gəlir. Plasebo effekti ən çox onurğa beyninin sinir sisteminə təsir göstərir. Lakin bu təsirin mexanizmini hələlik heç kim ətraflı izah edə bilməyib.

 

Mənbə: http://i-fakt.ru

2017-05-30   7745