NKPI

Maraqlı Məlumatlar

Elmə məlum olmayan 8 məsələ - Ölü materiya necə diri olur?

 

Elm aləmində bioloji təkamül konsepsiyası üstünlük təşkil edir və bu nəzəriyyəyə görə həyat qeyri-üzvi komponentlərin fiziki və kimyəvi prosesləri nəticəsində öz-özünə yaranmışdır. Abiogenez nəzəriyyəsi cansız materiyadan canlıların əmələ gəlməsini izah edir.  Ancaq burada çoxlu problemlər mövcuddur.

Məlumdur ki, canlı aləmin əsas komponenti amin turşulardır. Ancaq müəyyən amin turşu-nukleotid ardıcıllığının təsadüfi yaranma ehtimalı minlərlə göydələn tavanından tökülən hərf  dəstlərinin tipoqrofik şriftlərlə Dostoyevski romanının müəyyən səhifələrində yığılması ehtimalına uyğun gəlir. Klassik halda abiogenez təxmin edir ki, belə lazımi “hərf ardıcıllığının” yaranması üçün atılma min dəfələrlə təkrarlanmalıdır. Lakin  müasir hesablamalara görə buna bəşəriyyətin varlığından daha çox vaxt sərf olunmalıdır. Laborator şəraitdə süni və canlı hüceyrə alınması bir dəfə də uğurla nəticələnməyib. Əvvəlki canlı hüceyrələr indi gördüklərimizdən fərqlənir. Alimlərin böyük əksəriyyəti ilk canlı hüceyrələrin bizim planetə meteoritlər, kometlər və digər qeyri-dünyəvi obyektlərlə düşə bilməsi hipotezini müdafiə edir.

 

Mənbə: http://i-fakt.ru

2017-06-01   7734