NKPI

Maraqlı Məlumatlar

Elmə məlum olmayan 8 məsələ - İnsanlar nəyə görə sağ- və solaxaya ayrılır ?

Son 100 ildə insanların nəyə görə bir əlini digərindən dah çox istifadə etdiyini araşdırıblar. Lakin sağ- və solaxay insanların standart empirik testləşməsi yoxdur, çünki alimlər indiyə kimi bunun hansı mexanizm əsasında olduğunu öyrənə bilməyiblər. İnsanların neçə faizinin sağ və neçə faizinin solaxay olmasında alimlərin fikirləri üst-üstə düşmür, ümumiyyətlə böyük əksəriyyəti (70-95%) sağ, kiçik əksəriyyəti isə (5-30%) solaxaydır. Bəzi insanlarda isə dəqiq simmetriya var. Sübut olunub ki, sağ- və solaxaylığa genlər təsir edir, lakin dəqiq “solaxaylıq gen”i hələ məlum deyil. Belə bir sübut var ki, sağ- və solaxaylıq sosial və mədəni mexanizmlərdən də asılıdır. Buna ən bariz misal isə yazıda uşaqları sol əldən sağ ələ keçməyi öyrətməkdir. Bununla belə, indiki dövrdə liberal  cəmiyyətdə totalitar cəmiyyətə nisbətən daha çox solaxay vardır. Bəzi tədqiqatçılar doğuş zamanı beyin travması ilə doğulan “pataloji” solaxaylıqdan danışırlar. 1860-cı illərdə fransız cərrahı Pol Brok əllərin aktivliyi ilə beyin yarımkürəsinin əlaqəsini vurğuladı. Bu nəzəriyyəyə əsasən beyin yarımkürələri əllərlə tərs mütənasibdir, ancaq hazırda məlumdur ki, bu əlaqələr Brok dediyi kimi də sadə deyil.  1970-ci illərdə aparılan araşdırmalara görə solaxayların böyük əksəriyyətində sol yarımkürələr aktivdir. Bundan başqa solaxayların bir hissəsində fərqli xüsusiyyətlər var. Primatların sağ və ya solaxay olma probləmlərini araşdıranda alimlər  müxtəlif populyasiyalarda heyvanların ya sağ, ya da solaxay olması qərarına gəliblər. Bununla belə ayrı-ayrı meymunlar seçimi özləri edirlər. Sağaxaylığın səbəbi bizdə yalnız ümumi təsvirdir. Hələ ki, tədqiqatçılara onların formalaşma mexanizmlərini əsaslı şəkildə aydınlaşdırmaq qalır.

 

Mənbə: http://i-fakt.ru

2017-06-02   7755