NKPI

Maraqlı Məlumatlar

Elmə məlum olmayan 8 məsələ - Nəyə görə yatırıq?

Biz həyatımızın 36%-ni yatırıq, ancaq alimlər bunun təbiətini hələ də dəqiq araşdıra bilməyiblər. Yuxu insanlara xas olan bir şeydir, o bizim genlərimizdə kodlaşdırılıb. Lakin bunun təkamül prosesində belə olduğu tapmaca olaraq qalır. İstiqanlı heyvanlardan başqa (məməlilər və quşlar) heç bir canlıda bu tip yuxu yoxdur və hələ də yuxunun üstünlüyünün nədə olması məlum deyil. Alimlər araşdırıblar ki, yuxuda əzələlər tez böyüyür, yaralar tez sağalır, həmçinin proteinlərin sintezi sürətlənir, başqa halda yuxu ayıq olduğunuz zaman itirilənləri bərpa etməyə kömək edir. Son illərdəki tədqiqatlar sübut edir ki, yuxu zamanı beynimiz toksiki birləşmələrdən təmizlənir. Əgər insan bu prosesə maneə törədirsə (yatmırsa), onda psixi pozuntular baş verə bilər. Bundan başqa, istirahət zamanı beynimizdə hüceyrələr arasındakı əlaqə ya zəyifləyir, ya da ayrılma baş verır, beləliklə bizdə təzə informasiyanın qəbulu üçün “boş yer” yaranır, beynimizdə təzə sinapslar bərpa olunur. Buna görə yuxusuzluq bizə təzə informasiyanın qəbulunu, analizini və informasiyanın yada salınmasını çətinləşdirir.Yuxu zamanı beynimiz, adətən gün ərzində baş vermiş epizodları “canlandırır” və tədqiqatçıların fikrinə görə bu, bizim yaddaşımızı gücləndirməyə kömək edir. Yuxugörmə real proseslər əsasında olur. Bizim yuxudakı şüurumuz ayıq halda olduğundan fərqlidir. Yuxuda bizim dünyanı hiss etməyimiz daha rəngarəng və emosionaldır. Müxtəlif görüntülər olur və bu səbəbdən həyəcanlanırıq. Lakin tam olaraq bunu dərk edə bilmirik. Alimlər güman edirlər ki, yuxu beynində hakim sinxronlaşmış mexanizmlər bir çox halda ilk siqnal sistemi və emosional təbəqədən asılıdır. Lakin yuxunun nə anlama gəldiyi birmənalı olaraq bilinmir.

 

Mənbə: http://i-fakt.ru

2017-06-03   8061