NKPI

Maraqlı Məlumatlar

Xaçmaz şəhəri və rayonunun adı haqqında nə bilirsiniz?

 

Xaçmaz şəhəri eyni adlı rayonun mərkəzidir. Qudyal çayı sahilində, Samur-Dəvəçi ovalağındadır. Yaşayış məntəqəsi kimi 1718-ci ildən məlumdur.

İndiki Xaçmaz şəhəri XIX əsrin 80-ci illərində tikilmiş dəmir yolu stansiyası əsasında yaranmışdır. Stansiya isə yaxınlıqdakı Xaçmaz (hazırda Köhnə Xaçmaz adlanır) kəndinin adı ilə adlanmışdır. Hazırda şəhərə birləşmiş Xaçmaz kəndinin əhalisi isə tat dilində danışan xristianlar olmuşdur.

Toponimin Qafqaz Albaniyasının şimali şərqində yaşamış V əsrdə qeyd olunan xaçmatak (“xaçpərəst”, “xaçpərəst xalq” deməkdir) tayfasının adı ilə əlaqədar olması ehtimal edilir.

 

Mənbə: Azərbaycan toponimləri. Ensiklopedik lüğət. “Azərbaycan Ensiklopediyası”, 2000, 588 s.

2017-06-05   35642