NKPI

Maraqlı Məlumatlar

Artur Şlezinger: “Bu gün Tokvil Amerikaya gəlsəydi...”

(Artur M.Şlezinger ilə müsahibə)

Artur M. Şlezinger – oğul (1917-2007) – XX əsrin görkəmli amerikalı tarixçilərindən biridir. O, Endrü Cekson, Franklin D.Ruzvelt, Con F.Kennedi və Robert Kennedi kimi dövlət xadimlərinin siyasətlərinin dərin təhlilini vermişdir. Prezident Kennedinin xüsusi məsələlər üzrə məsləhətçisi olmuşdur. Onun atası görkəmli tarixçi idi.

1961-ci ildə Amerikanın Ədəbiyyat və İncəsənət Akademiyasının üzvü seçilmişdir. Artur M. Şlezinger siyasi həyatda aktiv iştirak edərək 1952 və 1956-cı illərdə Adlay Stivensonun, 1980-ci ildə isə Edvard M. Kennedinin seçkiqabağı kompaniyalarının çıxışlarının müəllifi idi. Hətta səksən yaşından sonra “The Haffington Post”un müxbiri kimi fəaliyyətini davam etdirirdi. Kennedi administrasiyası ilə əməkdaşlığı barəsində xatirələrinə həsr olunmuş kitablarına görə o, bir neçə mühüm mükafat və medallara layiq görülmüşdür.

Sual: Şərq və Qərb arasında ideoloji fərqlənmənin keçmişdə qaldığı zamanda biz etnik və dini münaqişələrin daha da artması ilə qarşılaşırıq. Bu proses yalnız ABŞ-da deyil, digər qitələrdə də baş verirmi?

Cavab: Müəyyən müddət ərzində soyuq müharibə dini, irqi və dil mənşəli antaqonizmı kölgədə qoymuşdu. Lakin o, bitdikdən sonra bu cür tendensiyalar həyacan doğuran həddə çatmışdır. Yuqoslaviyada baş verən müharibə bütöv bir ölkəni parçalamaqla fəlakətlərə gətirib çıxarmışdır. Dünyada insanlar bir sıra digər məsələlərdən daha çox dini məsələyə görə ölümə getməyə hazırdırlar. Bu ultimativ tipli təhdidlər, sanki Allahın əmrini yerinə yetirən fərdlər tərəfindən gəlir. Avraam Linkoln söylədiyi kimi, xristianlığın təkrarolunmaz xarakteri bütün ömürləri boyu bu cür zəif və səhv etməyə meylli insanları özlərinə cəlb etməkdən ibarət olmuşdur. Bu məqsədlərə çatmağa özlərini qadir hesab edən insanlar, məhz özlərini Allahın yerinə qoymaqla, ən böyük günah işlətmiş olurlar.

Sual: Hesab edirsinizmi, etnik və dini münaqişələr bu gün soyuq müharibə dövrlərindəki ideoloji müzakirələri əvəz edir?

Cavab: Sualı mən bu cür təsvir edirəm: ideoloji-siyasi səviyyədə -demokratiya, iqtisadi səviyyədə - bazar qalib gəlib və keçmiş kommunistlər müasir zamanda birgə müəssisələrdə pullar qazanmaq və və keçmiş kommunistlər müasir zamanda birgə müəssisələri totalitar rejimdən demokratik rejimə keçirməklə pullar qazanaraq öz korrupsiya ənənələrini davam etdirmişlər.

Sual: Necə olub ki, ABŞ yalnız iki yüz il ərzində özünün birləşmiş millətini, ümumi etnik əsası olmayan tarixini yarada bilmişdir?

Cavab: Birləşmiş Ştatların bir üstün cəhəti vardır: həqiqətdə bu millətin ümumi əsası etnik deyil, dinidir. Bu baxımdan amerika milləti öz məğzinə görə protestantdır və tam ağlardan ibarət deyildir. Amerika vətəndaşlığı etnik anlamlarla deyil, ölkənin konstitusiyası və qanunları ilə müəyyən olunur. Bəziləri, məsələn Robert N.Bellah onu “civil religion” (vətəndaş dini) adlandırır. Mənim fikrimcə bu düzgün istiqamətləndirmə deyil. Lakin bütün bunlara baxmayaraq, Amerika ümümdövlət, birlik hissləri olan, vətəndaş mədəniyyətinə malikdir və burada nəzəri olaraq hər bir vətəndaş arzuolunandır. Lakin təcrübədə bu birlik prinsiplərinə nail ola bilməmişik. Belə ki, uzun müddət katolik – irlandiyalılar, sonralar italiyalılar, sonra yenə Şərqi Avropa mənşəlilər, sonra Şərqi Avropa yəhudiləri və sonda Şərq mənşəlilər cəmiyyətdən kənar edilirdi. Bu ölkədəki qara irqə aid edilən azlıq uzun müddət amerika cəmiyyətinin həqiqi üzvlüyünə qəbul edilmirdi. Həmçinin bu qadınlara da aiddir. Qadınlar hakimiyyətə buraxılmayan yeganə azlıqdır ki, seçicilərin çoxluğunu təşkil edir. 1930-cu ildə ilk dəfə olaraq Ruzvelt öz kabinetinə işləməyə bir qadın dəvət etmişdir. Deməli biz düzgün istiqamətdə hərəkət edirik – cəmiyyətin idarə edilməsində istisna olunmadan assimilyasiyaya gedən yol – amerika tarixinin əsas cərəyanlarından biridir.

Sual: “Amerikalı olmaq nə deməkdir?” sualı artıq 200 ildir mövcuddur. Bu gün bu suala necə cavab verərdiniz?

Cavab:Amerikanın tarixi nöqteyi-nəzərindən ABŞ-ın dili ingilis əsaslı, dini isə protestantdır. Ölkəyə digər dillərdə danışan və digər dinlərə aid mədəniyyət nümayəndələri daxil olduqca, özül dəyişikliklərə uğramışdır. Yəni assimilyasiya – mədəniyyətlərin bir-birinə qarşılıqlı keçməsi prosesidir. İnsanlar gəlir, ingilis dilini öyrənir, İngiltərədən götürülmüş qanun sistemini mühitə uyğunlaşdırır, lakin bununla bərabər onları qəbul edən mədəniyyəti də modifikasiya edirlər. Böyük Britaniya və Birləşmiş Ştatlar arasındakı fərq aydın görünür və bu fərqlərin bir çoxu öz mənşəyini, yeni daxil olan vətəndaşlara və bütövlükdə amerika mədəniyyətinin təkamülünə borcludur.

Sosioloq O.Patterson qeyd edir ki, dünyanın heç bir ölkəsində aşağı sinif, hakim olan mədəniyyəti Qara Amerikada olduğu qədər bu miqyasda dəyişib, zənginləşdirməmişdir.

Sual: XXI əsrdə Amerika dünyada öz aparıcı vəziyyətini saxlaya biləcəkmi? Gələcək ümümdünya sivilizasiyasında onun rolu nədən ibarət olacaqdır?

Cavab: Ümüd edirəm ki, Birləşmiş Ştatlar gələcəkdə yalnız özünə güvənərək öz aparıcı rolunda böyük nailiyyətlər əldə edə bilsin. Axı ABŞ-ın iqtisadi və hərbi baxımdan superölkə olması daimi deyil. Qarşıda duran məqsədlərin çoxu, digər ölkələrlə əməkdaşlığı nəzərdə tutur.

Sual: Aleksis de Tokvil mənşəsinə görə zadəgan olub. O, Amerikaya yeni demokratiyanın və yeni əsrin yaranması zamanı gəlmişdir. O, amerikanın demokratiyasını müşahidə edib və siyasət, din, fəlsəfədəki və sosial həyatdakı bəzi hadisələrə görə amerikanın gələcək tarixinin bəzi əlamətlərini müəyyənləşdirməyə cəhd etmişdir. Onun müşahidələrinin hansıları doğrulmuşdur?

Cavab: Demək olar ki, Tokvilin amerikanın demokratiya barədəki bütün müşahidələri bu gün də öz aktuallığını itirməyib. Bəzi proqnozlarda (məsələn, irqlərarası müharibələr baş verməməsi) o, yanılsa da, gələcəkdə irqi münaqişələrin gərginləşməsi tamamilə düzgündür. Tokvil bu ölkəyə 160 il bundan əvvəl gəlmişdir, o zamanlar ölkənin əhalisi 12-13 mln idi və hazırda 270 mln əhalini birləşdirən Amerika “eyniliyin” yaşamasını göstərir. Tokvil siyasət və dövri mətbuat sahələrində 50 il sonrakı dəyişiklikləri öncədən görməsə də, intizamdakı çatışmamazlığı əvvəlcədən qeyd edirdi. Məsələn, Tokvil deyirdi ki, amerikalı siyasətçilər öz partiyalarına nisbətən, öz seçiciləri ilə daha möhkəm əlaqədədirlər. Elə bu fakt fraksiya intizamına rəayət edən avropalıları təəcübləndirərək, bəzi aspektləri izah edir.

Sual: Sizin fikrinizcə, amerika kimliyinin dəqiq tərifi yoxdur, çünki o, çay kimi daim hərəkətdədir. Bu proses hansı istiqamətdə gedir?

Cavab: Əgər Tokvil hazırda Amerikaya qayıtsa idi, o, yenidən bu ölkəni, onun kitablarını və müəyyən adət-ənənələrini öyrənə bilərdi. Assimilyasiyaya tərəqqi yolu ilə keçidi amerika kimliyini irəliyə aparıb və onu dəyişərək, zənginləşdirmişdir.

Sual: Müasir Kütləvi İnformasiya Vasitələrinin (KİV) texnologiyası (göstərişli nümunəsi – Si-en-en telekanalı), məsələn, Ekvador və ya Kolumbiya sakinlərinə öz ölkələrinin siyasi hadisələri barədə informasiyanı yalnız bu teleradioşirkətin yerləşdiyi Atlantadan almağa və seyr etməyə imkan verir. Buna əks tədbir olaraq, dünyanın hər yerində bu tip mənbələrin artırılması məqsədilə informasiya mərkəzlərinin yaradılması məqsədəuyğun olmazdımı?

Cavab: Mənim fikrimcə, burada başqa təhlükə ola bilər. İnsanlar istədikləri şeyləri eşidirlər. Buna qarşı nə etmək olar? Əgər onlara Hollivud xoş gəlmirsə, mənim fikrimcə, onlar bu məhsuldan imtina etməlidir. Mən hesab edirəm ki, insanların seçim azadlığını məhdudlaşdırmaq lazım deyil.

Sual: Belə çıxır ki, Siz bazarı özbaşına tənzimləməyə və onu böhrandan çıxarmağa qadir olan bazar qüvvələrinə etibar edirsiniz?

Cavab: Mən hər bir insana xas bazar münasibətlərinə inanıram. Demokratiyanın gücü onun özünə müəyyən düzəlişlər etmək qabiliyyətindədir. Sağlam demokratik ölkənin cəmiyyətində hər-hansı bir hadisə çox fərqli, neqativ və ya destruktiv olduqda, adətən ona qarşı təsirli düzəlişlər inkişaf edir. Çox gür və ya anomal proseslərin inkişafı zamanı bu cür özünütənzimləyən proseslərin baş verməsi qaçılmazdır.

Sual: Yeni yüz illiyə hansı arzularınız var?

Cavab: Mən istərdim ki, kütləvi-qırğın və qanlı qarşıdurmalar bitsin. İstərdim ki, beynəlxalq müəssisələrin inkişafı sayəsində insanların bir-birləri ilə yaxınlaşması üçün imkanlar çoxalsın. Bu, həqiqətən insanları məqsədlərinə çatmaq üçün əməkdaşlıq etməyə imkan verərdi. Lakin mən ümümdünya hakimiyyətinin yaradılmasının əleyhinəyəm, çünki bu, onları uçuruma aparardı.

Nyu-York, 1999.

 

КНИГА ЗНАНИЙ. Беседы с выдающимися мыслителями нашего времени. Константин фон Барлевен, Галина Наумова, Москва, 2010, с.466

2017-06-12   35974