NKPI

Maraqlı Məlumatlar

Kimyanın dili. Kimyəvi adların etimologiyası - Bəzi qeyri-üzvi birləşmələr

 

Qeyri-üzvi birləşmələrin əksər adları uyğun elementlərin adlarından yaranıb – rus dilində və latın dilində (natrium sulfat, kalium xlorid, maqnezium silisid və s.). Ammonium duzları müstəsnalıq təşkil edir, onlar adlarını ammoniakdan alır. Elə ondan da başlayaq. Ammoniak, ammonium, amidlər, aminlər, amidinlər, imidlər, iminlər, iminoksillər, oksimlər, hidroksam turşuları. Bütün bu terminlər ümumi və bir qədər gözlənilməz mənşəyə malikdir. Misir oazisi Sivada, Liviya ilə sərhəddin yaxınlığında yeni eradan 1500 il əvvəl çox böyük və daha qədim məbəd yerləşirdi, o, günəş allahı Amonun şərəfinə yaradılmışdır. Qədim yunanlar bu adı Aμμωv kimi yazırdılar, odur ki, xram və oazis Ammon adlanırdı. Ondan ticarət yolları keçirdi, orada dəvə düşərgəsi var idi. İsti iqlimdə onların sidiyi və peyini sürətlə parçalanırdı və olduqca xarakterik iyli ammoniak əmələ gətirirdi. Soyuq günlərdə isə Amon məbədi dəvə təzəyi ilə qızdırılırdı (səhrada başqa yanacaq yox idi). Təzəkdə azotlu birləşmələr var idi. Yandırdıqda onlar çox vaxt ammoniaka çevrilir və xloridlərin iştirakı ilə duz əmələ gətirirdi. Nəticədə məbədin divarlarında parlaq iynəvari ammonium xlorid kristallikləri  çökürdü. Ərəblər onu “nuşadir” adlandırırdılar (ammonium xloridin trivial adı – naşatır da buradandır). Latın dilində bu maddə sal ammoniac, başqa sözlə, ammon duzu adını almışdır. 1772-ci ildə ingilis kimyaçısı Cozef Pristli (1733-1804) bu duzdan ayırdığı qaza isveç kimyaçısı Torbern Ulaf Berqman (1735-1784) 1782-ci ildə ammonia sözünü düşünüb tapmışdır. Rus dilində “ammiak”a qədər azaldıblar, ukrayna dilində ammiakı “amoniak” (biz m hərfi ilə) adlandırırlar. Ammoniakda hidrogen atomlarını üzvi radikallarla əvəz etdikdə aminlər alınır. Ammonal sözü də “ammonium” və “alüminium” sözlərindən yaranıb (ammonal partlayıcı maddədir).

Ammoniak sözündən yaranan çox terminlər üzvi kimyaya aiddir. Bəzi adlar öz simasını o qədər güclü dəyişib ki, onlarda ilkin “ammonium” sözünü tanımaq çətindir. Belə ki, imid (ingiliscə imide) karbon turşularının – CO-NR-CO – qrupuna malik törəmələrini ifadə etmək üçün XIX əsrdə yaranıb. Bu misala əsasən nümayiş etdirmək olar ki, bir çox kimyəvi adlar necə düşünülüb. İmide sözü ingilis amide sözündən yaradılıb; bu termin də öz növbəsində, ammonia (ammoniak) sözündə, kimyada geniş yayılmış – ide şəkilçisindən istifadə edilməklə yaradılıb (bu şəkilçisi isə daha köhnə oxide sözündən götürülüb). Anoloji olaraq imin (sərbəst olaraq “amin” sözünü dəyişməklə) sözü, iminoksil (sərbəst radikal) amidin (eyni zamanda amid-imid) düşünülüb. Bəzi terminlər eyni zamanda iki kökə malikdir: “azo” (və onun törəmələri) və “imid” (və onun törəmələri). Məsələn, imidazol və azoimid. “Im” kökü oksim və onun törəmələrində (dimetilqlioksim və s.) iştirak edir. Məlum olduğu kimi oksimlərdə həm azot, həm də oksigen var. Hidroksam turşusu termini “hidroksil” və “amin” sözlərindən alınıb: bu turşuda – C(OH) = NOH qrupu var. Sonda qeyd edək ki, benzoin oksim C6H5C(OH)C(C6H5) = NOH analitik kimyada kupron adı altında geniş istifadə olunur, çünki mis ionları üçün reagentdir (onunla həll olmayan kompleks əmələ gətirir). Mis üçün müxtəlif quruluşlu digər üzvi reagentlər də mövcuddur, amma onlar oxşar adlandırılırlar: kupral, kuprizon, kuproin, kupferon. Son ad cuprum və ferrum sözlərindən yaranıb, çünki bu reagent həm də dəmirin təyini üçün istifadə olunur (həm də onlarca başqa elementlərin. Amma həmin elementlərin də adları əlavə olunsa termin çox uzun alınar).

 

Amalqama. Söz yunan sözü malassein – “yumşaltmaq”, malagma – “yumşalmaq” sözlərinə gedib çıxır. Həqiqətən də, civə ərinti – amalqamalar əmələ gətirdiyi metalları yumşaq edir.

Kalomel, sulema. Civə (I) xloridin – kalomelin yunan sözləri kalos – “gözəl” (“kalliqrafiya” da buradandır) və melas – “qara” əsasında yaranıb; yeri gəlmişkən, qaralmanı qara-qəhvəyi piqment melanin yaradır, melanxoliya isə hərfi tərcümədə “qara öd” deməkdir. Axı kalomel ağ rənglidir. Lakin, günəş işığında bu duz civə ayırmaqla parçalanır və qaralır. Əvvəllər kalomeli xırdalanmış civə ilə sulemanı – civə (II) xloridi birgə sublimə etməklə alırdılar, bu qarışıq da qara rəngə malikdir. Yeri gəlmişkən, “sulema” sözü də sublimasiya ilə əlaqədardır və latın sublimatum – “sublimasiya ilə əldə edilmiş” sözündən yaranıb; sulemanın köhnə ingilis adı corrosive sublimate (“yeyici sublimat”) idi.

Keçmişdə sulema  civəni qatı sulfat turşusunda qızdırmaq və sonra əmələ gələn sulfatı xörək duzu ilə birgə qızdırmaqla alınırdı:

HgSO4 + 2NaCl → HgCl2↑+ Na2 SO4. Sulema qeyri-üzvi duzlar üçün çox aşağı olan bir temperaturda qaynayır. Onun qaynama temperaturu 302oC-dir.

 

Karbonatlar. Karbonat turşusunun duzlarının və efirlərinin adı latın karboneum – “karbon” sözündəndir. Bu “latın” sözü, necə ki fransız carbone sözü kimi nisbətən yaxın keçmişdə (1780-cı illərdə), latın carbo – “kömür, qara boyaq” sözündən yaranıb. Bu kök karbid, karbonil, karbokation, karben, karbazol, karbamid və bir çox digər sözlərdə də var. Bu terminlərin çoxu hələ XIX əsrdə yaranıb, lakin onların arasında nisbətən yeniləri də var; məsələn, “karben” termini ilk dəfə olaraq Amerika kimyaçıları Uilyam fon Derinq (1917-2011) və Laurens Noks (1906-1966) tərəfindən 1956-cı ildə çap olunmuş məqalədə istifadə olunub.

Kaustik. Bu, natrium qələvisinin (kaustik sodanın) xeyli dərəcədə köhnəlmiş adıdır və yunan kaustikos – “yandırıcı, aşındırıcı” sözlərindən yaranıb.

 

Kuporos. Bu sözün mənşəyi dəqiq məlum deyil. O, rus dilinə XVII əsrdə keçib; 1704-cü ildə çap olunmuş Fedor Polikarpovun lüğətində digər ad da – “kopervas” verilib. Ola bilsin ki, bu, təhrif olunmuş köhnə alman Kupferwasser (hərfi mənada “mis suyu”) sözüdür. Digər versiyaya görə “kuporos” sözü latın cuprirosa  “mis çiçəyi” sözündən yaranıb. Bu versiyanın xeyrinə mis kuporosunun orta əsrlər ingilis adı coperose də şahidlik edir, bu söz sonralar copperas sözünə çevrilib. Ingiltərədə bu söz ilə həmçinin yaşıl, göy və ağ kuporosları – dəmir, mis və sinkin hidratlaşmış sulfatlarını da adlandırırdılar.

Bir sıra metalların hidratlaşmış sulfatları kuporoslar əksər avropa dillərində XVII əsrdən vitriol adlanırdı. XV əsrdə isə yarıməfsanəvi əlkimyaçı Vasili Valentin ümumiyyətcə onu metalların yaxşı kristallaşan duzlarının hamsına aid etmişdir. Vitriol sözünün özü isə latın vitrum  “şüşə” sözündəndir.

Mis və dəmirin kuporoslarının kristalları həqiqətən də elə görünür ki, sanki rəngli şüşədən hazırlanıb (antik zamanlarda şüşələrin hamısı əlavələrlə rənglənmiş olurdu).

Qatı sulfat turşusunun köhnə adı “kuporos yağı” onun alınma üsulu ilə əlaqədardır, bu üsul XI əsrdən məlum idi və XVIII əsrə qədər saxlanmışdı. Bu üsula sulfat turşusunu dəmir kuporosunu və zəyləri gözərtməklə  və parçalanma məhsullarını suya buraxmaqla alırdılar; hər iki duz qızdırdıqda susuzlaşır, 6000C-dən yuxarı temperaturda isə parçalanır:

2FeSO4 → Fe2O3 + SO2 + SO3;

2KAl(SO4)2 → K2O4 + Al2O3 + 3SO3;

Qovulma məhsullarını suda duzlaşdıraraq arzu olunan qatılıqda turşu alırdılar:

SO3 + H2O → H2SO4.

Qlauber qatı sulfat turşusunu turş kuporos yağı adlandırmışdır (acidum oleum vitrioli). Duzu turşunu kuporos spirti adlandırırdılar (spiritus vitrioli).

 

Metal. Avropa dillərinin hamısında olan bu termin yunan metallon – “şaxta, mədən” sözündəndir.

Ozon. Bu sözü 1840-cı ildə İsveçrə kimyaçısı Kristian Şyonbeyn (1799-1868) düşünüb tapıb, baxmayaraq ki, ozon özü 1785-ci ildə  kəşf olunub. Ad yunan ozein – “qoxuyur” sözündəndir.

Oleum. Latın dilində oleum – “yağ” deməkdir. Sulfat anhidridinin SO3 susuz sulfat turşusunda məhlulu (bu isə oleumun özüdür) ağır, yağabənzər mayedir.

 

Rodanidlər. Ad yunan rhodon – “qızıl gül” sözündən yaranıb. Baxmayaraq ki, rodanidlər özləri, başqa sözlə, tiosianatlar, tiosian turşusunun HNCS duzları rəngsizdir, onlar hətta ən az miqdarda dəmir (III) duzları ilə qızılgül rəngi verir. Bu turşunun üzvi törəmələri də məlumdur. Onlardan biri, izotiosianatasetat SCNCH2 COOH rodan adlanır. Tiazolidinin törəməsi olan digər maddə rodanin adlanır.

Farfor, fayans, saxsı. “Farfor” sözü yaxın şərq mənşəlidir. Farsca fagfur – çin sözü “səma oğlu”nun təqlididir. Çin imperatorunun bu rəsmi titulu Çin farforunun firma işarəsi kimi istifadə olunub. Yeri gəlmişkən, ingiliscə “farfor” və “Çin” sözləri eyni yazılır və oxunur: china və China. “Fayans” sözü İtaliya şəhəri Faensın (Boloniyanın yaxınlığında) adından gəlir. Faens saxsı sənayesinin mərkəzidir. Bu söz həmçinin ingilis (faience), fransız (faience), alman (Fayence), çex (fajans) və digər avropa dillərində də var. “Keramika” (saxsı) sözü yunan keramos – “gil” sözündəndir.

 

 

Mənbə: Илья Леенсон. Язык химии. Этимология химических называний. Москва: Издательство АСТ: CORPUS, 2016,464 c.

2017-06-19   39393