NKPI

Maraqlı Məlumatlar

Kimya üzrə səmərəli nümayiş təcrübələri - №1

“Bettqer vulkanı”

Reaktivlər və avadanlıqlar. Saxsı plitka, şpatel, ammonium bixromat (NH4)2Cr2O7, talaşa, etil spirti C2H5OH, pipetka.

Təcrübənin aparılması. Saxsı plitənin üzərinə ammonium bixromat tökülür, yuxarısında “krater” yaradılır, ehtiyatla bir neçə damcı etil spirti əlavə olunur. Etil spirti ehtiyatla yanar talaşa ilə ya da güclü qızdırılmış şüşə çubuq ilə alışdırılır. Ammonium bixromatın parçalanma reaksiyası alov və “kül” əmələ gəlmə ilə müşayiət olunur ki, bu da fəaliyyətdə olan vulkanı xatırladır. Ammonium bixromata bir qədər maqnezium tozu əlavə etmək olar, bu zaman isə “vulkan” daha da parlaq “püskürəcək”.

Şərh. Bu, molekuldaxili oksidləşmə-reduksiya reaksiyasına aiddir. Ammonium bixromat azot, su buxarı, həmçinin xrom (III) oksid əmələ gəlməsi ilə parçalanır:

(NH4)2Cr2O7 = Cr2O3 + N2 + 4H2O↑

“Vulkan tozu” xrom (III) oksidin boş hissəciklərindən ibarətdir – onlar “vulkan” ətrafında çökdüyü üçün təcrübə böyük sinidə aparılmalıdır.

2017-06-24   37981