NKPI

Maraqlı Məlumatlar

Elmin 99 sirri - Olduqca duzlu planet

İçməli su ehtiyatı haqqında

Bizim planeti sanki rassolda isladıblar. Onun səthinin çox hissəsini dənizlər və okeanlar təşkil edir və onların hamısı duzludur. Yerdə olan suyun cəmi 3%-i 0,1%-dən az suya malikdir, başqa sözlə, şirin sudur. Bu isə çox azdır – deyə bilərsiniz. Və siz haqlısınız. Dünyada içməli su həqiqətən də azdır.

İçməli suyu haradan tapmaq olar? Hər şeydən əvvəl buzlaqlarda. Aysberqlər, buz dağları və massivlər yüksək keyfiyyətli içməli su mənbələridir. Tonlarla içməli su səmada buludlar şəklində üzür. Burada su qaz halında saxlanılır, amma bu səbəbdən şirin və istifadəyə yararlı olmağını itirmir.

Ənənəvi içməli su mənbələri də var ki, biz daima istifadə edirik: çaylar, göllər, arxlar, yeraltı bulaqlar.

 

Mənbə: Сердцева Наталья Петровна. 99 секретов науки. Москва: Издательство “Э”, 2017, 224 с.

2017-07-05   36527