NKPI

Maraqlı Məlumatlar

Elmin 99 sirri - İstilikxana effekti

Ləkdə xiyarlar kimi. 

Xiyar və pomidor yetişdirmək üçün soyuq iqlimdə bağbanlar istilikxana (parnik) qururlar (şüşədən). İstilikxana şüşələri şüanı buraxır, amma istiliyi buraxmır. Belə istilikxananı Yer üzərində atmosfer yaradır: günəş şüaları ondan asanlıqla keçir, amma qızdırılmış obyektlərdən gələn ultrabənövşəyi şüalar onda “ilişib qalır”. Bu effekt olmasaydı bizim planetimizdə çox soyuq olardı (mənfi 20°C-ə yaxın) və çətin ki, nə vaxtsa həyat yaranardı.

Bəs nə üçün alimlər bu gün həyəcan təbili çalır? Ona görə ki, insanın sənaye fəaliyyəti səbəbindən istilikxana qazlarının miqdarı artıb. Bu qazlar istiliyi atmosferdə saxlayır. Bu, planetdə temperaturun bir neçə dərəcə artmasına və məhvedici nəticələrə səbəb ola bilər: buzlaqların əriməsi, dünya okeanında suyun səviyyəsinin qalxması, ekoloji balansın pozulması.

 

Mənbə: Сердцева Наталья Петровна. 99 секретов науки. Москва: Издательство “Э”, 2017, 224 с.

2017-07-06   36740