NKPI

Interesting Informations

Fizikanın 99 sirri - 2 hissə

Yer oxu və kompas

Höcət ox.

Nə üçün kompasın əqrəbi həmişə şimalı göstərir? Yer maqnitdir, uyğun olaraq onun maqnit sahəsi və maqnit qütbləri var. Əgər təsəvvür olunsa ki, bizim bütöv planet miqyasında dəmir yonqarlar ilə təcrübə aparmaq imkanımız var, onda yonqarlaq daha çox qütblər ətrafına yığılardı, planet özü isə gözəl ayrılan “yonqarlar” dairələri ilə əhatə olunardı.

Kompasın oxu da maqnitdir və onun da qütbləri var. Yerin maqnit sahəsinin təsiri altında o, mütləq onunla “sinxronlaşır” və göstərir ki, meridian xətti boyu şimal və cənub harada yerləşir. Amma, elə hallar olur ki, kompasa inanmaq olmaz.

Böyük maqnit filiz yataqları rayonunda (klassik nümunə “Kursk maqnit anomaliyası”) və ya nəhəng maqnitləşmiş əşyalar yaxınlığında ox “dəli olur”.

Unikal təbii mexanizm

Görmə

Əksər canlıların gözləri dairəvi formada olur (“göz alması” adı da buradandır). Göz almasının qeyri-şəffaf xarici qişasının ön hissəsində şəffaf buynuz təbəqəsi var. Birbaşa onun altında gözün əlvan qişası var və o, müxtəlif insanlarda müxtəlif rəngli ola bilər: qara, mavi, yaşıl... Əlvan qişanın mərkəzində bəbək var. Bu, həqiqətən də təbiətin ən böyük ixtirasıdır, çünki, işıqlanmadan asılı olaraq bəbək öz diametrini dəyişə bilir. Birbaşa bəbəyin arxasında daha bir qəribə şey – göz billuru var. O, linza rolunu oynayır. Əlvan qurşaq və buynuz təbəqəsi arasındakı boşluq maye ilə dolub. Göz büllurunun arxasında qeyri-şəffaf qişanın bütün boşluğu şüşəvari cisim adlanan maddə ilə dolur. Göz billuru kimi o da şəffafdır. Nəhayət, gözün şəffaf xarici qişasının arxa hissəsi görmə sinirləri ilə birbaşa birləşən incə liflərdən ibarət toz qişa ilə örtülür.

Gözə işıq düşdükdə o, buynuz təbəqəsində sınır və əşyaların təsvirini tozlu qişaya “verir”. Orada təsvir görmə sinirləri tərəfindən qəbul olunur (işıq əlavə olaraq onları qıcıqlandırır) və beyinə ötürülür. Biz siqnal alırıq və əşyanı bir gözün mürəkkəb mexanizminin təqdim etdiyi kimi qəbul edirik. Qəribədir, göz billuru bizim ehtiyaclarımıza uyğun olaraq “uyğunlaşmaq” qabiliyyətinə malikdir: biz uzaqda yerləşən əşyaya baxmaq istədikdə göz billuru onu əhatə edən əzələlərlə yüngülcə sıxılır, uyğun olaraq onun əyriliyi dəyişir və bu təbii linza daha güclü olur.

İki mühit sərhəddində işığın istiqamətinin dəyişməsi fizikada işığın sınması adlanır.

Nə üçün heyvanların gözləri işıq saçır?

Qorxuludur, hətta dəhşətlidir. 

Bu xüsusilik gecə həyat tərzi keçirən heyvanlar üçün xüsusilə aydın ifadə olunur. Onların gözləri bir xüsusiliyə malikdir: gözün xarici təbəqəsinin daxilində işığı əks etdirən əlavə toxuma təbəqəsi var. Amma çoxlarının düşündüyü kimi bu təbəqə işıq “yaratmır”. Əgər pişik tamamilə qaranlıq otağa yerləşdirilsə onun gözü işıqlanmayacaq, çünki bunun üçün hansısa kənar işıq mənbəyi lazımdır – hətta olduqca zəif. Təbiətdə bu rolu uğurla ulduzlar və ay oynayır. Heyvanın gözünə düşərək işıq əks etdirici təbəqəyə çatır və geriyə qayıdır. Bütün bu proses pişiyin və ya digər heyvanın gecə görməsini xeyli yaxşılaşdırır.

Bu effekt kəskin olmasa da qismən insanda da qalıb: olubmu ki, siz şəkildə qırmızı göz olduğunuzdan onu zay hesab edəsiniz? Ona görə belə olur ki, işıqlanma şüaları gözə düşür və qismən əks olunur.

Qaralma fiziki hadisə kimi

Hər şey şokoladdadır?

Qaralmanın faydası və ya zərərini müzakirə etməyəcəyik, yalnız onun fiziki tərkibi haqqında danışacağıq. XIX əsrin əvvəlində fizik İohann Ritter (1776-1810) spektrin öyrənilməsi ilə məşğul olub: bu termin hələ Nyuton tərəfindən, günəş şüası üçbucaqlı prizmadan keçdikdə alınan effekti ifadə etmək üçün təklif olunub. Siz artıq duydunuz ki, bu effekt vizual olaraq müxtəlif rəngli zolağı, göy qurşağına oxşar zolağı ifadə edir. On illər boyu alimlər işığı müxtəlif rəng komponentlərinə ayırmaq və onların xassələrini öyrənməklə məşğul olub.

XIX əsrin əvvəlinə qədər artıq infraqırmızı şüalanmanın xüsusiliyi tədqiq olunmuşdu, Ritter isə bənövşəyi rəngdən daha kiçik dalğa uzunluqlu şüalar ilə maraqlanırdı. Tezliklə o, müəyyən etdi ki, bu şüaların təsiri ilə bəzi kimyəvi reaksiyalar sürətlənir. Məsələn, gümüş xlorid sürətlə qaralır. Alim ultrabənövşəyi komponenti “reduksiya edici” adlandırmışdı. Bizim üçün ultrabənövşəyi şüaların başlıca “təminatçısı” Günəşdir (doğrudur, artıq çoxdan ultrabənövşəyi lampalar yaradıblar və aktiv istifadə olunur).

Məhz ultrabənövşəyi şüalanmanın aktivliyi, onun kimyəvi reaksiyaları yaratmaq və sürətləndirmək qabiliyyəti qaralma kimi hadisənin əsasında durur. Şüalar dəriyə keçir və xüsusi piqment – toxumaların rənginə cavabdeh olan melaninə təsir edir. O, aktiv toplanmağa başlayır və bu səbəbdən dəri qaralma çalarları əldə edir. Ağ dərili adamlarda o, qırmızımtıldır, qarabuğdayı cənublularda isə daha çox zeytunu rəngli olur.

Közərmə rəngləri

Qırmızıya və ya ağa qədər? 

“Məni cin atına mindirdilər” ifadəsini eşitmisinizmi? Bu, kifayət qədər elmi ifadədir. Fizikada və kimyada “közərmə rəngləri” o rənglər adlanır ki, metalı olduqca yüksək temperatura qədər qızdırdıqda əldə edilir. Həm də müəyyən temperatura müəyyən rəng uyğun gəlir: belə ki, “gilanarı” göstərir ki, polad 770°C-ə qədər qızdırılıb. Parlaq-qırmızı 900°C-ə, ağ rəng isə 1300°C-ə uyğun gəlir ki, bu rəng metallurqların istifadə etdikləri cədvəlin ən yuxarısında yerləşir. Beləliklə, əgər sizi “cin atına minmək” səviyyəsinə çatdırıblarsa, bu çox ciddidir. Onu da dəqiqləşdirək ki, indi metallarla yüksək temperaturlu iş zamanı müxtəlif kontaktsız aparatlar istifadə olunur.

Göy qurşağı

Göy qurşağı sən haradan yaranırsan? Yaranma sirləri

Qəribə mənzərə – göy qurşağı. Sanki yer və göyü birləşdirən nəhəng “çoxrəngli körpü”. Amma bu hadisə necə yaranır?

Yəqin ki, siz görmüsünüz ki, əksər hallarda göy qurşağı yağış vaxtı və ya yağışdan sonra, hava mikroskopik su damcıları ilə zəngin olduqda yaranır. Günəş şüası damcılarda sınır (damcılar prizma rolunu oynayır); kiçik su damcıları ağ günəş işığını onun tərkib hissələrinə, yəni müşahidə etdiyimiz spektrlərə ayırır. İşığın belə “ayrılması” fizikada dispersiya adlanır.

Nə üçün biz bəzən iki göy qurşağı görürük, məsələn biri digərinin üzərində? Bu, o vaxt baş verir ki, işıq su damcıları ilə iki dəfə əks olunur. Bu halda ikinci göy qurşağının rəngləri sanki birincinin güzgüdə əksi olacaq.

Radioaktiv parçalanma

Bəzən onlar parçalanır.

Ernest Rezerford öz təcrübələri zamanı ehtimal edirdi ki, radioaktivlik atomların parçalanması ilə – daha doğrusu atom nüvəsinin parçalanması ilə əlaqədardır. Bu proses zamanı şüalanmanın aktiv atılması baş verir.

XX əsrin əvvəlində Böyük Britaniyada bir neçə tədqiqat aparılıb ki, onlar bəşəriyyəti nüvə parçalanmasının nə olduğunu və bu hadisədə nə qədər dəhşətli gücün gizləndiyini (hansı ki, göz ilə görmək mümkün deyil) anlamağa yaxınlaşdırıb. Ernest Rezerford və Frederik Saddi (1877-1956) “Radioaktiv çevrilmələr nəzəriyyəsi” məqaləsində qeyd etmişlər: hətta radioaktiv element ilk baxışda sükunətdədirsə və heç bir təsirə məruz qalmasa da, o, özü-özünə parçalanma vəziyyətində ola bilər. Onlar öz ideyalarını radioaktivlik qanununda qeyd etmişlər. Bu qanun radioaktiv parçalanma intensivliyinin nümunədə olan radioaktiv atomların miqdarından və keçən zamandan asılılığını ifadə edir. Həm də bütün nəticələr təcrübi yolla əldə olunmuşdur və həmçinin “Radium və toriumun radioaktiv şüalanmasının müqayisəsi” və “Radioaktiv çevrilmələr” işlərinə də təqdim olunub. Tezliklə elmi dövriyyədə “atomun yaşama müddəti” və “yarımparçalanma dövrü anlayışları” meydana çıxdı.

Bu tədqiqatlar təkcə elmdə inqilab etmədi (axı o vaxt əksər alimlər atomun bölünməzliyinə şübhə etmirdilər, həm də növbəti tədqiqatlara – artıq nüvə fizikası sahəsində tədqiqatlara sövq etdi. Orada isə nüvə enerjisinin hərbi məqsəd üçün istifadəsinə az qalmışdı).

Nüvə reaksiyaları

Əhliləşdirilmiş vəhşi

Nüvə reaksiyası o vaxt gedir ki, atomun nüvəsi hansısa digər hissəcik ilə toqquşur. Artıq XX əsrin birinci dörddə birində alimlər təcrübələr qoyaraq nüvəni müxtəlif hissəciklərlə “bombarduman” edərək olduqca maraqlı nəticələr aldılar.

1938-ci ildə alman alimləri Otto Qan (1879-1968) Fris Ştrassman (1902-1980) və Liza Meytner (1878-1968) uran nüvəsinə neytronlarla təsir təcrübəsini apardılar. Onlar müşahidə etdilər ki, nəticədə uran nüvəsi iki yeni nüvəyə bölündü! Bu hadisə parçalanma adlandırıldı. Amma ən qəribəsi o idi ki, nüvənin bölünməsi gedişində həmçinin bir neçə yeni neytronlar ayrıldı. Alimlər bəyan etdilər ki, “zəncirvari nüvə reaksiyasını” aşkar ediblər. Onun mahiyyəti ondan ibarətdir ki, əvvəlcə neytronun təsiri ilə uran nüvəsi parçalanır və yeni neytronlar əmələ gəlir. Onlar da öz növbəsində daha iki nüvənin bölünməsinə səbəb olur... Və bu davam edir. Çox əhəmiyyətli o idi ki, belə reaksiyaların gedişində olduqca çox enerji ayrılırdı.

Praktiki olaraq dərhal aydın oldu ki, baş verən kəşf bəşəriyyəti yeni səviyyəyə qaldıra bilər, həm də onu məhvə yaxınlaşdıra bilər. Axı nüvə reaksiyasının enerjisini insana xidmətə yönəltmək olar və onun əsasında kütləvi qırğın silahı yaratmaq olar. Biz XXI əsr adamlarının mövqeyindən bilirik ki, təəssüf ki, şirniklənməni dayandırmaq mümkün olmadı və “dinc atom” ilə iş bitmədi. Bəşəriyyət nüvə enerjisinin aqressiv istifadəsi yolunda zamanında dayana bilərmi?

Cəmi 0,5 qram uran parçalandıqda alınan enerjini 150 litr neft yananda alınan enerji ilə müqayisə etmək olar.

Protonlar və neytronlar

Dərhal dəqiqləşdirmək lazımdır ki, “bölünmə – bölünməmə” anlayışı bu və ya digər element üçün şərtidir: atom da nə vaxtsa bölünməz hesab olunurdu, amma elm daima bizi yeni kəşflərlə zənginləşdirir.

Gəlin atom nüvəsinin tərkib hissələri ilə tanış olaq: protonlar və neytronlar.

Ernest Rezerford atom nüvəsini kəşf etdikdə, praktiki olaraq alimlərin heç birində şübhə yaranmadı ki, o da atomun özü kimi çox güman ki, mürəkkəb struktura malikdir. Və 1919-cu ilə qədər Rezerford təcrübə yolu ilə sübut etdi ki, atomun nüvəsini də tərkib hissələrinə bölmək olar və onun tərkib hissələrindən biri protondur (yunanca “birinci”, “əsas” deməkdir). Həm də kimyəvi olaraq proton hidrogen atomunun nüvəsi ilə eynidir: alim müəyyən etdi ki, hidrogen atomunun nüvəsi çox sayda digər elementlərin nüvəsi parçalanarkən də müşahidə olunur. Rezerfordun tələbəsi Ceyms Çedvik (1891-1974) 1932-ci ildə elektrik yükünə malik olmayan yeni hissəciyi – neytronu kəşf etdi (onu məhz elektro neytral olduğu üçün belə adlandırdılar). Atom nüvəsinin yeni kəşf olunan “sakini” məhz ona görə diqqəti özünə cəlb etdi ki, elektromaqnit sahəsinə heç cür reaksiya vermədi. Bu kəşfə görə alim 1935-ci ildə Nobel mükafatına layiq görüldü.

Maraqlıdır ki, proton və neytron demək olar ki, eyni kütləyə malikdir və bu kütlə elektronun kütləsindən demək olar ki, 1800 dəfə böyükdür. Yeri gəlmişkən, nüvədə proton və neytronu əlaqələndirən qüvvəni ifadə etmək üçün xüsusi anlayış – “qüvvətli qarşılıqlı təsir” anlayışı qəbul olundu. Onun təsir radiusu böyük deyil, amma o, çox aydın ifadə olunur.

Bəzən protonlar və neytronları ümumi adla – nuklonlar adlandırırlar (latınca “nucleus” – “nüvə” deməkdir).

Kvarklar haqqında ehtimallar

Yeni “vəhşi”.

Mürəkkəb texnika inkişaf etdikcə insanda hissəciklərin strukturuna daha dərin nüfuz etmək imkanı yarandı. Aydın oldu ki, elektronlar, protonlar, neytronlar, “xırda hissəciklər” adlanan hadisələrin çox az bir hissəsidir. Və 1960-cı illərdə amerika fiziki Marri Qell - Mann (1929-cu ildə doğulub) yeni “hesablama nöqtəsi” – kvarkı daxil etdi və bütün subatomlar sistemini nizamladı (subatom hissəcikləri atomdan kiçik olub onun tərkibinə daxildir). O, ehtimal etdi ki, atom nüvəsini təşkil edən əksər hissəcikləri üç müxtəlif kvarkdan olan kombinasiyalarda yerləşdirmək olar. Alim buna görə 1969-cu ildə Nobel mükafatına layiq görülüb. Kvarklar haqqında nəzəriyyə onun həmkarlarının təcrübələri ilə təsdiq olundu (protonun makroşəklini çəkmək mümkün olduqda).

Səs yolu: nə üçün qar xışıldayır?

Qarın təşkil olunduğu qar dənələri müxtəlif formalı buz kristallarından ibarətdir. Qar dənələri yer səthini örtdükdə, onların quruluşu ilə əlaqədar olaraq aralarında boşluqlar yaranır. Biz qarın üstünə çıxdıqda, o sıxlaşır, boşluq yox olur, kristalcıqlar özləri isə qırılmağa başlayır. Məhz qırılan qar dənəciklərinin səsini biz eşidirik. Amma, nə üçün qar həmişə xışıldamır?

Səbəb odur ki, əgər şaxta güclü deyilsə, hər bir qar dənəciyi su təbəqəsi ilə “bürünür”. Əlbəttə, biz onu görmürük. Və hər halda əmələ gələn su təbəqəsi qırılan qar dənəciklərinin səsini batırır və ayaq altında qarın xışıldaması dayanır. Əgər hava şaxtalıdırsa, qar da yeni yağıbsa, biz xışıltını eşidə bilmərik, çünki “təzə” qar dənələrində kristallar möhkəm deyillər, olduqca zəifdirlər. Adi dildə deyilsə, orada eşitməyə heç nə yoxdur.

Daimi mühərrik: istəniləndir, amma ...

Cəlbedicidir, doğru deyilmi: daima, özü-özünə işləyən mühərrik yaratmaq? Axı belə ixtira olduqca çox problemləri həll edə bilərdi. Amma, təəssüf ki, daimi mühərrik yaradılması haqqında bütün bəyanat cəhdləri yoxlanıldıqda mistifikasiya olmuşdur. Nə üçün bu mümkün deyil?

Gəlin enerjinin saxlanması qanununu, termodinamikanın qanunlarını xatırlayaq. Enerji heç hardan meydana çıxmır və heç hara getmir! Deməli, mühərriki nəyə üstünlük verməsindən asılı olaraq daima nə iləsə “qidalandırmaq” lazımdır. Odun, neft, benzin... İnsan daima və fasiləsiz işləyə bilməz. Ən pis halda isə sirli maşını hərəkətə gətirə bilər.

Vakuum

Olmayan. 

“Vakuum” sözü latın “vacuus” – “boşluq” sözündəndir. Görünə bilər ki, çox sadədir – bu, elə yerdir ki, orada heç nə yoxdur. Amma, belə vəziyyət nə qədər əldə olunandır? Axı “heç nə” sözü tam boşluğu ifadə edir; heç nə yoxdur, hətta molekullar və atomlar da! Amma mütləq boş otaqda da məsələn, oksigen molekulları və ya digər qazların hissəcikləri olacaq. Texniki vakuum adətən kəskin seyrəkləşmiş qaz adlanır – onun təzyiqi atmosfer təzyiqindən xeyli az olur. Gördüyünüz kimi alimlər müəyyənləşdirməkdə ehtiyatlıdırlar. Böyük həcmlərdə mütləq vakuum əldə etmək mümkün deyil. Kiçik həcmlərdə, laboratoriya şəraitlərində mütləq mümkündür.

Bəzən misal olaraq həddən artıq aşağı sıxlıqlı kosmik fəza göstərilsə də, hətta orada da ayrı-ayrı “sərsəri atomlar”a, xüsusi halda hidrogenə rast gəlinir.

Təbiətdə elektrik boşalmaları

Sivri quyruqlu, yastı bədənli iri yırtıcı balıq (skat) harada yüklənir? 

Elektrikli skatın bədənində elektrik haradan götürülür? Axı onlar həqiqətdə elektrik rozetkasından yüklənmirlər?

Gəlin əvvəllər dediklərimizi xatırlayaq. Cərəyan mənbəyi kimyəvi və bioloji reaksiyalar ola bilər, başqa sözlə, bizim hər birimiz bu və ya digər dərəcədə enerjini generasiya edirik. Amma, o qədər azdır ki, özünü göstərmir. Skatın xüsusiliyi ondadır ki, boşalmanı generasiya edən toxumalar onun bir-iki yerində cəmlənir və olduqca böyük “reaktivliyə” malikdir. Başqa sözlə desək, balıq onu idarə edə bilər. Məsələn, ov və ya özünü müdafiə zamanı. Nə üçün cərəyan balığın özünə zərər vermir? Bu suala dəqiq cavab yoxdur, amma alimlər ehtimal edirlər ki, izoləedici rolunu piy toxuması təbəqəsi oynaya bilər.

Milçək tavandan düşürmü?

Niyə yox?

Uzun illər boyu alimlər belə bir əhəmiyyətli məsələni müzakirə ediblər: milçəyə hamar tavanda qalmağa nə imkan verir?

Ən populyar versiya o idi ki, milçəyin hər bir pəncəsi əmici orqan kimidir. Pəncələr hamar səthə endikdə əmicinin aşağısından hava “ayrılır” və xarici atmosfer təzyiqinin təsiri altında o, hamar səth üzərində qalır. Amma, alimlərin ixtiyarına olduqca güclü mikroskoplar verildikdən sonra milçəyin pəncələrinə bütün təfərrüatı ilə baxmaq mümkün oldu, aydın oldu ki, orada əmici orqan yoxdur. Amma kiçik vəzlər var ki, yapışqana bənzər nəsə buraxır.

Milçək səthə eniş edən kimi onun pəncələri bu yapışqan substansiyanı buraxır və o, tavana “yapışqanlanır”. Amma, bu halda o necə qaçır? Gəlin belə təcrübə aparaq. Yəqin ki, hamı nəyisə yapışdırıcı (skotç) və ya izoleedici lentlə (izolent) yapışdırıb. Və siz bilirsiniz ki, onları səthdən vertikal olaraq qopartmaq praktiki olaraq mümkün deyil. Əgər izolentin kənarı səliqəli ilişdirilib və demək olar ki, səthə paralel çəkilsə (yuxarı perpendikulyar çəkilmədən) onda onu qoparmaq kifayət qədər asandır. Milçək də belə edir: o, döyüş atı kimi ayağını qəfildən qaldıraraq addımlamır. O, səthdən sürüşən hərəkətlə rəvan olaraq pəncərələrini səthdən ayırır. Bu da ona ən çətin yerlərdə sürətlə yer dəyişməsinə imkan verir.

Və nəhayət milçəyin çəkisi o qədər azdır ki, səthdə onun qaçmasına xüsusi problem yoxdur.

Dəmir yonqarları nə haqda danışdı?

Maqnit xassəsi

Siz artıq bilirsiniz ki, maqnetizm və elektrik möhkəm əlaqəlidir. Başqa sözlə, elektrik sahəsinin köməyi ilə maqnit sahəsi yaratmaq olar. Maqnit xassəsinə malik olmayan cismi maqnitləşdirmək olar. Amma heç də həmişə “kənardan güc” tələb olunmur: planetimizdə cisimlər çoxdur ki, öz güclü maqnit sahəsinə malikdir. Hə, Yer özü də əslində böyük maqnitdir.

Maqnitləşmiş əşya ətrafında onun xüsusi xassələrini göstərən oblast maqnit sahəsi adlanır. Həm də hər bir maqnit qütbə malikdir ki, onlar da S və N (“Cənub” və “Şimal”) ilə işarə olunur. Maraqlıdır, amma maqniti yarıya böldükdə iki kiçik maqnit alınır ki, onların da hər birində iki qütb olur. Bir maqniti demək olar ki, molekullar qrupuna qədər xırdalamaq olar (yeri gəlmişkən, hər bir belə qrup domen adlanır) və hər bir qrupda yenidən iki qütb – eyni S və N yaranır. Maqnit sahəsini göz ilə görmək olmaz – bütün dərsliklər belə iddia edir. Amma, hər halda biz onu “aydınlaşdırmağa” çalışaq. Bir qədər dəmir yonqarı götürün və onları kağız üzərinə bərabər səpin. Sonra onun altına maqnit yerləşdirin. Kağız üzərində yonqarlar çox maraqlı formada “toplanacaq”; onların çox hissəsi qütblərin ətrafında, qalan hissəsi isə ya səhrada barxan (küləyin qumdan yaratdığı təpə) kimi, ya da suda konsentrik çevrələr kimi yerləşəcək. Başqa sözlə, maqnit sahəsi ən azı sizin görmə təsəvvürünüzdə forma alacaq. Əgər siz iki maqnit götürüb onları eyni qütblərdə yerləşdirməyə çalışsanız siz aydın müqavimət hiss edəcəksiniz.

Maqnitləşmiş əşyanı güclü qızdırmaqla maqnitsizləşdirmək olar. Qızdırma domenləri qaydasız hərəkətə məcbur edir və nəticədə onlar öz xassələrini itirirlər.

Baş mənim başımdır!

“Meteoasılılıq nədir”?

Adətən biz meteoasılılıq altında hava şəraitlərinin təsiri ilə əhvali-ruhiyəni başa düşürük. Deməli, bizim sağlamlıq vəziyyətimiz həmçinin atmosferdə və hətta Yerin daxilində gedən fiziki proseslərlə sıx əlaqədardır.

Problemlər sırasında daha çox populyar olan baş ağrısıdır ki, bu da əsasən atmosfer təzyiqi dəyişmələri zamanı baş verir. Onlar çox vaxt hipoksiyaya yəni, orqanizmin toxumlarının oksigen ilə doymuşluğunun azalmasına səbəb olur. Odur ki, “qızmış baş” ilə yanaşı əksəriyyət – nəfəs alma, ürək döyüntüsü, əhvali-ruhiyənin dəyişməsi, öyümə kimi əlamətlərin də olmasından şikayət edir. Meteoasılı adamlarda xroniki xəstəliklər çox vaxt kəskinləşir, yuxu pozulur... Xoşagəlməzdir, deyilmi? Demək lazımdır ki, çox vaxt meteoasılılıq öz-özlüyündə xəstəlik deyil – bu yalnız simptomdur. Məsələn, yuxarıda sadalananların hamısı damarların xəstələnməsi haqqında siqnal verə bilər ki, öz vəziyyətindən asılı olaraq atmosferdə dəyişmələrə aktiv reaksiya verir.

Odur ki, əgər bu növ asılılıqdan əziyyət çəkirsinizsə, həkimə müraciət etmək və orqanizmi yoxlatmaq artıq olmazdı.

O adamlar ciddi səhv edir ki, meteoasılılığı, az hərəkət və əzgin həyat tərzini özünə məxsus icazə kimi qəbul edir. Əksinə, divanda uzanmaq, gəzintilərin olmaması və özünə yüksək dərəcədə yazığı gəlmək heç kimə fayda verməyib. Əlbəttə, əgər sizdə güclü baş arğısı pristupu varsa, və ya ürəkdə problem varsa, bütün işləri kənara qoyub öz sağlamlığınız ilə məşğul olmalısınız. Amma əgər həkim ilə birgə narahatlığın səbəbini aydınlaşdırsanız və müalicə təyin olunsa, onda hər şeydən əvvəl o, sizə məsləhət görəcək ki, təmiz havada gəzəsiniz və idmanla məşğul olasınız.

Reallıq və fantastika

Biorobotlar

Fantastik filimlərdə və ədəbiyyatlarda biorobot obrazı tez-tez istifadə olunur. Biorobot insanın maşın ilə hibrididir. Biorobotların “kateqoriyaları” və onların təyinatları süjetdən asılı olaraq fərqlənə bilər. Amma əksər hallarda onları o birləşdirir ki, beyin əvəzinə kompyüter prosessoruna bənzər nəsə var. Bütövlükdə isə o, xarici görnüşü ilə adi insanlardan heç nə ilə fərqlənmir. Biorobot emosiya hissedə bilərmi, ağrını hiss edə bilərmi, o nə qədər dözümlüdür və müxtəlif enerji mənbələrindən asılı deyil? Bu sualların cavabı mütləq olaraq kitabların və ya filimlərin müəlliflərinin fantaziyalarından asılıdır.

Amma real həyatda oxşar texnalogiyalar da mövcuddur. Doğrudur beyni prosessor ilə əvəz etməyə iş hələ gəlib çatmayıb, amma, məsələn, süni (bionik) ətraflar artıq dünyada geniş istifadə olunur.

Primitiv protezlər əl və ya ayaq itkisini əvəz etmək üçün istifadə olunur və çoxdan mövcuddur, amma əlbəttə ki, onları müasir protezlərlə müqayisə etmək olmaz.

Bionik protezlər çoxlu sensorlarla (datçiklərlə) təhciz olunub ki, onlar insan bədəninin göndərdiyi impulsları tutur. Beləliklə “ağıllı” ətraf əslində yüksək texnalogiyalı robortdur, öz sahibinə təkcə içərisində su olan stəkanı tutmağa və ya futbol topuna zərbə vurmaqda kömək etmir, o, tamamilə orqanizmin fəaliyyət sisteminə uyğunlaşır.

Hazırda alimlər artıq hətta belə mükəmməl protezlərdən tam imtina etməyi və laboratoriyalarda itirilmiş orqanların əvəzinə orqanların bərpasına keçidi müzakirə edir. Alınacaqmı? Görərik. 

Əsrin qorxuducusu

“İstilikxana effekti” nə ilə təhlükəlidir?

Son bir neçə ildə “istilikxana effekti” haqqında bütün dünyada alimlər, siyasətçilər, ekoloqlar danışırlar. Bu nədir və bu effekt nə qədər təhlükəlidir?

Yer üzərində minlərlə zavodlar və fabriklər işləyir, şəhərlərin küçələrində milyonlarla avtomobil hərəkət edir, insan fəaliyyəti nəticəsində tullantıların miqdarı həndəsi silsilə ilə artır. Bütün bunlar ona gətirib çıxarır ki, yer atmosferində istilikxana qazları adlanan qazlar toplanır. Onlar özünəməxsus təbəqə əmələ gətirir ki, Yerdən qayıdan istilik şüalanmasını ləngidir və qapıçının atdığı top kimi onun özünə qayıdır. İqlim disbalansı yaranır, çöküntülərin və atmosferdə zərərli maddələrin miqdarı artır. İstilikxana effektinin ən təhlükəli nəticələrinin sırasına qlobal istiləşmə daxildir. Doğrudur, heç də alimlərin hamısı razı deyil ki, yerin iqliminin dəyişməsi məhz atmosferdə istilikxana qazlarının olması ilə əlaqədardır. Amma, əgər hesab olunsa ki, iqlimin dəyişməsi hansısa başqa səbəbdəndir, istilikxana effektinin təsiri bütövlükdə kəskin neqativdir. Məsələn, bir çox növ heyvanların və bitkilərin məhvi, xəstəliklərin artması, suların, torpağın və havanın çirklənməsi. Uzun müddət saymaq olar. Biz nə etməliyik?

Görüləcək tədbirlər sırasına alimlər yeni növ yanacağa keçməyi məsləhət görürlər. Hazırda aktiv istifadə olunan karbonlu yanacaqlar xüsusən təhlükəlidir. Tüstü qazlarının miqdarını azaltmaq, filtrlərdən istifadə etmək, alternativ enerji mənbələri axtarmaq, meşələrin qırılmasını azaltmaq, əhalinin “ekaloji şüurluluğunu” artırmaq lazımdır.... Amma, biz bunu bacara biləcəyikmi?

Bəzi hesablamalara görə son yüz əlli ildə havada karbon qazının miqdarı 25% artıb.

Tozdan azad olacağıqmı?

Ev xanımının arzusu: Fizika tozdan azad olmağa kömək edəcəkmi?

Mənzilimizdə olan mebellərdən sildiyimiz və poldan süpürdüyümüz şeylər öz tərkibinə görə olduqca müxtəlifdir. Küçədən gələn qurum və kül. Öz ayaqqabımız ilə gətirdiyimiz qum məsafəyə yayıla bilir. Ev tozunun tərkibinə ayrılmış ayrı-ayrı “kiçik tozlar” havada asılı qalır, bir-biri ilə birləşərək ağırlaşır, mebel və döşəmə üzərinə çökür ki, biz də müntəzəm olaraq oradan onları silməli oluruq. Toz allergiya yaradır, statik elektrik yüklərini toplayır və nəhayət qeyri estetik görünür. Əlbəttə, yaxşı ev xanımı müntəzəm olaraq evi yığışdırır. Amma evi tozdan həmişəlik azad etmək olarmı? Bu, necə yaxşı olar. Təəssüf, tozdan tam azad olmaq xəyal olaraq qalır. Axı onların olmaması üçün toz hissəciklərini bizi əhatə edən havadan ayırmalıyıq (məişət şəraitində bu mümkün deyil) və səthi elə hamar etmək lazımdır ki, toz hissəcikləri ona yapışmasın. Bu isə real deyil: axı hətta cilalanmış səth də mikroskopik toz hissəcikləri üçün şumlanmış sahəyə bənzəyir.

Odur ki, yeganə çıxış yolu tez-tez nəm yığışdırma (xüsusən də meqapolis şəraitində) aparmaq, ventilyasiya setkasında filtirlər qoymaq, antistatiklərdən (imkan daxilində ekaloji neytral) istifadə etmək lazımdır.

Biz böyük olmayan iki otaqlı mənzildən bir il ərzində 20 kiloqrama qədər toz atırıq. İri zibil məişət tullantıları nəzərə alınmadan bu belədir.

Mənim Günəşim... 

Heliobiologiyanın əsasları

XX əsrin sonu – XXI əsrin əvvəlində fizikanın digər elmlərlə əlaqəsi getdikcə daha mökəmləşir. Çoxlu elmi problemlərin və məsələlərin həllinə biofizika – biosistemlərdə fiziki prosesləri öyrənən elm kömək etmişdir və bu istiqamət hazırda olduqca populyardır, xüsusən də çoxlu ekaloji problemlər fonunda.

Biofizikada heliobialogiya xüsusi bölmədir. O, Günəş aktivliyinin dəyişməsinin müxtəlif orqanizmlərə təsirini öyrənir. Bu elmin banisi Aleksandr Leonidoviç Çijevski (1897-1964) hesab olunur. Onun xidmətlərinin hamısını hətta sadalamaq çətindir. Çijevski günəş aktivliyi və canlı orqanizmlərin reaksiyaları arasında asıllığı müəyyən edib. O, “Z-faktoru” anlayışını elmə gətirib. Bu faktor fiziki təcrübələrlə müəyyən olunmasa da, Günəş və Yerin əlaqəsi üçün müəyyən edici əhəmiyyət kəsb edir. Doğrudur, bir sıra alimlər hesab edir ki, bu sirli faktor Yerin maqnit sahəsindən başqa bir şey deyil və onun günəş aktivliyi ilə əlaqəsini artıq demək olar ki, heç kim şübhə altına almır.

Məhz heliobioloqlar günəş aktivliyinin bitkilərin böyüməsinə və heyvanların miqrasiya prosesinə, xroniki xəstəliklərin kəskinləşməsinə və bakteriyaların çoxalma sürətinə təsirini sübut etmişlər. Doğrudur, bu əlaqələrin mexanizmi hələ sona qədər öyrənilməyib, amma, axı məhz açılmamış sirlərin olması istənilən elmi cəlbedici edir. Heliobiologiya kifayət qədər cavandır, amma, biliklərin bu sahəsi digərləri – tibb, astranomiya, hətta psixalogiya ilə sıx “əməkdaşlıq edir”.

A.L.Çijevski təkcə fizik, bialoq və  kimyaçı olmayıb: o, şerlər yazıb, təsviri sənətlə məşğul olub, fəlsəfə ilə maraqlanıb. Onu bəzən “XX əsrin Leonardo da Vinçi”si adlandırırlar.

Mənbə: Валерия Черепенчук. 99 секретов физики / Москва: Издательство “Э”, 2017, 224 с.

2017-07-09   43326