NKPI

Maraqlı Məlumatlar

Elmin 99 sirri - Metanın qəribə xassələri

Su +20°C-də donur.

Hamı bilir ki, su 0ºC-də donur, amma bu fiziki qaydada kənara çıxma var. Su normal vəziyyətdə olduqda onun molekulları xaotik hərəkət edir – iri ticarət mərkəzində olan alıcılar kimi. Su buza çevrildikdə molekullar barmaqları üzərində yeriyən əsgərlər kimi sıra ilə gəzirlər, bu zaman onlar bir-birini məsafədən tutaraq yüksək sıxlıq yaradırlar.

Elə maddə var ki, onun molekulları arasındakı məsafə suda olduğundan çoxdur. Bu maddə metandır. Onlar boru kəmərlərində ola bilər və onda su +20ºC-də donur, ona görə ki, metanın molekulları sanki su molekullarını itələyərək, təzyiqi azaldaraq, sıxlığı artıraraq donma temperaturunu xeyli yüksəldir. Əgər torpaqda çoxlu zülal varsa orada su +4ºC-də dona bilir. Çünki zülal molekulları da metan molekuluna bənzər təsirə malik olur.

 

Mənbə: Сердцева Наталья Петровна. 99 секретов науки. Москва: Издательство “Э”, 2017, 224 с.

2017-07-24   37183