NKPI

Maraqlı Məlumatlar

Elmin 99 sirri - Altıncı hiss

Vestibulyar aparat

Vestibulyar aparat elə sistemdir ki, biz onun köməyi ilə fəzaya nəzərən öz mövqeyimizi müəyyən edə bilirik. Başqa sözlə, biz batutda tullana, “tarzankada” yellənə, karuseldə fırlana bilərik. Amma bu bizim yuxarı, aşağı, sağ və sol tərəfin harada olmağını bilməyimizə mane olmur. Bundan başqa, onsuz insan heç nə edə bilməzdi, bunun üçün tarazlığı saxlamağı bacarmaq lazımdır.

“Sistem” kimi böyük ada baxmayaraq ölçüsünə görə vestibulyar aparat olduqca kiçikdir və qulaqda yerləşir – daha dəqiq desək hər iki qulaqda. Onun mürəkkəb strukturunun təsvirini istənilən anatomiya dərsliyində tapmaq olar, lakin onun xassələri hələ də tam öyrənilməyib. Çoxlu qəribə hadisələr bu sistem ilə əlaqədardır. Məsələn, vestibulyar aparatı məşq etdirmək, bəzən də onu aldatmaq olar – cismin fəzada mövqeyi haqqında düzgün olmayan təsəvvür yaradan adi karuselin və invertoskopun köməyi ilə.

Vestobulyar aparatın xoşagəlməz xassələrindən biri tutmalardır. Onun səbəbi hələ də dəqiq aydınlaşmayıb, amma ona vestibulyar aparatın reseptorları və onlardan, eləcə də görmə orqanlarından alınan məlumatın fərqi təsir edir. Tutma, həmçinin, insanın digər orqanlarının, məsələn, əsəb və ya həzm sisteminin xəstələnməsinə səbəb olur. Vestibulyar aparatı məşq etdirərək müəyyən müddətdən sonra bu bəladan qurtarmaq olar. Amma, onun hiyləgərliyi ondan ibarətdir ki, o hətta təcrübəli dənizçiləri də tuta bilər. Odur ki, tarazlıq orqanı yeni tədqiqatlar üçün sonsuz sahədir.

 

Mənbə: Сердцева Наталья Петровна. 99 секретов науки. Москва: Издательство “Э”, 2017, 224 с.

2017-07-30   36753