NKPI

Maraqlı Məlumatlar

Vaqif Abbasov - MƏN YARIŞDIM ZAMAN İLƏ...

 
Mən vuruşdum zaman ilə,
Zaman məni əyməz oldu.
Mən yarışdım zaman ilə,
Zaman məni ötməz oldu.
 
Mən zamanı qabaqladım,
Mən zamandan öndə oldum,
Zaman qədri bilən oldum,
Zaman mənə həyan oldu.
 
Anlarım var illər qədər,
Mən olmuşam anlar sevər.
Anları vermədim hədər,
Zaman məni sevən oldu.
 
Dəqiqələr yol yoldaşım,
Uğurlarda silahdaşım,
Dəqiqələrlə ucaldım,
Saatlarım gələn oldu.
 
Saatlarla öyrəndim mən,
Saatlar aldım tarixdən,
Saatlar günlər yaradan,
Onlardan günlərim oldu.
 
Ömrümün hər günü əziz,
İllər olmaz o günlərsiz,
Yaşadım itən günlərsiz,
Hər günüm qiymətli oldu.
 
Aylarıma aylar çatmaz,
Aylarsız tarix yaranmaz,
Bu ilməsiz il toxunmaz,
İlmələr sevilən oldu.
 
Ömür illərlə ölçülər,
İllərə siz verin dəyər,
Belə yaşadı müdriklər,
Zəfər də onların oldu.

2015-11-26   35732