NKPI

Maraqlı Məlumatlar

Kimya üzrə səmərəli nümayiş təcrübələri - №5

Metalların su ilə qarşılıqlı təsiri

Reaktivlər və cihazlar. İçərisində qələvi metal – natrium və ya kalium kerosinin altında olan şüşə qab, pinsetlər, bıçaq, böyük kristallaşdırıcı, fenolftalein, distillə suyu.

Təcrübənin aparılması. Diqqət: təcrübə yalnız müəllimin iştirakı ilə aparılır. Kiçik metallik natrium və ya kalium kəsiyi (buğda dənəsi boyda) böyük kəsikdən kəsilir, filtr kağızları arasında kerosindən silinir içərisində əvvəlcədən fenolftalein həll olunmuş şəffaf distillə suyu olan kristallizatora salınır.

Natrium su ilə enerji ayrılmaqla qarşılıqlı təsirdə olur, əriyir (Təri = 97,83oC) və sürətlə su səthində qaçır, fenolftalein məhlulu isə bu zaman moruğu rəngə boyanır. Daha iri natrium kəsiyi istifadə etmək təhlükəlidir, çünki, metalın közərmiş kürəciyi kiçik hissəciklər əmələ gətirməklə partlaya bilər və kristallizator olan kənara tullantı atıla bilər. Bu səbəbdən də litium istifadə etmək lazım deyil, belə ki, su ilə o, partlayış təhlükəli ola bilər.

 Analoji olaraq kiçik kalium kəsiyi də istifadə etmək olar (Təri = 63,55oC, ρ = 0,863 q/sm3). O, dərhal bənövşəyi alovla yanır, su səthində “qaçır”, qələvi məhlulu əmələ gətirir.

Qələvi metallarla təcrübə zamanı kristallizatora yaxın durmaq, xüsusən də onun üzərinə əyilmək olmaz. Kristallizator soda ilə yaxşı-yaxşı yuyulmalıdır ki, metal kəsiyi divara yapışmasın.

Şərh. Qələvi metallar su ilə aktiv qarşılıqlı təsirdə olur və qaz halında hidrogen və qələvi əmələ gətirir.

2Na + 2H2O → 2NaOH + H2

2017-08-04   35339