NKPI

Maraqlı Məlumatlar

Cavanlaşmanın xalq təbabəti vasitələri

  1. 400 qram sarımsaq təmizlənir, sürtkəcdən keçirilir, 24 limonun şirəsi sıxılır, sarımsaq ilə qarışdırılaraq bankaya tökülür. Bankanın ağzı cuna ilə bağlanır. Qəbul etməzdən qabaq çalxalanır. Gündə bir çay qaşığı götürülür və əvvəlcədən bir stəkan qaynadılmış suda həll edilərək içilir. Bir-iki həftədən sonra yuxululuq yox olur, ümumi əhvali-ruhiyə yaxşılaşır, iş qabiliyyəti artır.
  2. Hər gün ac qarına bir çay qaşığı azca qızdırılmış və ya maye bal və 1 yemək qaşığı bitki yağı qarışığı içilir.
  3. 300 qram təmizlənmiş qoz, 300 qram ərik qurusu, 300 qram kişmiş, 2 limon qabıqla birlikdə. Hamısını ət maşınından keçirtmək lazımdır. Sonra qarışığa 300 qram bal əlavə olunur və qarışdırılır. Soyuducuda saxlanılır. Gündə 1-2 çay qaşığı qəbul olunur.

 

Mənbə: Полная энциклопедия народной медицины. Том 2. М.: АНС, 1996, 800 с.

2015-11-26   38010