NKPI

Maraqlı Məlumatlar

Elmin 99 sirri - Termodinamikanın ikinci qanunu

Qayda uduzur, qaydasızlıq qalib gəlir

Termodinamikanın ikinci qanunu həyat proseslərinin dönməzliyini təsvir edir. O, belədir: təcrid olunmuş, sistemin entropiyası qaçılmaz olaraq artır. Mütəxəssis olmayan üçün bu ifadə anlaşılmaz görünür, amma, əslində biz dönməzliklə hər gün rastlaşırıq. Əgər siz yumurtanı qırırsınızsa və ondan qayqanaq bişirirsinizsə, siz heç vaxt bu yumurtanı əvvəlki vəziyyətinə qaytara bilməzsiniz. Tübikdən sıxışdırılıb çıxarılmış diş pastası geri qayıtmaz. Minlərlə belə misallar göstərmək olar.

Elə bir vəziyyət mümkün deyil ki, buz kəsiyi otaq temperaturunda havadan soyuğu alaraq və onu qızdıraraq getdikcə soyuq olsun. Termodinamikanın ikinci qanunu fiziki proseslərin məhz istiqamətli olduğunu göstərir. İstilik daha soyuq sahəyə doğru istiqamətlənir, entropiya (və ya xaos) qapalı sistemdə artır.

 

Mənbə: Сердцева Наталья Петровна. 99 секретов науки. Москва: Издательство “Э”, 2017, 224 с.

2017-08-06   36659