NKPI

Interesting Informations

NOBEL MÜKAFATI LAUREATLARININ SEÇİLMƏ QAYDASI VƏ TƏQDİM OLUNMA MƏRASİMİ

Nobel mükafatı yalnız qalibləri tanıyır. Heç bir ikinci və üçüncü yer yoxdur. İctimaiyyət üçün naminantların adı və səsvermə necə keçdiyi gizli qalır. Yalnız kimin qalib gəldiyi bilinir. Hər bir qərar qətidir və yenidən baxıla bilməz. Hər bir kateqoriya üzrə mükafatçını təyin edən Nobel komitələri laureatları müəyyən edir. Alfred Nobel öz vəsiyyətində buna məsul olan konkret idarələri hətta onların özlərindən soruşmadan qeyd etmişdir.

İlk dəfə olaraq Nobel mükafatı 1901-ci ildə verildi:

  1. “γ-şüaları” kəsf etdiyinə görə alman Vilhelm Konrad Rentgenə (sonar bu şüalar onun adı ilə adlandırıldı);
  2. osmotic təzyiqin qanunauyğunluqlarını tapdığına görə holland Yakobus Vant-Hoffa;
  3. zərdab terapiyası üzrə işlərinə görə alman Emil Adolf fon Beringə;
  4. şair Syuli Pryudoma.

Birinci Nobel sülh mükafatı yarıya bölünməklə fransız Frederik Passiyə və Qırmızı Xaçın əsasını qoyan isveçrəli Anri Jan Dyunana verilmişdir.

Müxtəlif mükafatlar üzrə namizədlərin  irəli sürülmə qaydaları müxtəlifdir. Amma iki əsas qayda mükafatların hamısı üçün eynidir: birincisi, heç kim öz namizədliyini irəli sürə bilməz. İkincisi, komitə üzvləri və  əvvəlki laureatlar namizədləri təklif edə bilər.

Nobel komitəsi yalnız öz qərarını hazırlayır, amma, onu qəbul etmir. Nəhayət Nobel mükafatını Nobel cəmiyyəti verir, komitənin vəzifəsi yalnız oktyabrın əvvəlində olacaq iclasa qədər seçilmiş namizədlərin siyahısını təqdim etməkdir.

Miqdarı bir milyon avro olan Nobel mükafatı dünyada ən yüksək mükafatlardan biridir.

Praktikada isə, əsasən qoca kişilər laureat olurlar və çoxdan etdikləri kəşvlərə görə mükafatlandırılırlar. Artıq bir neçə on ildir ki, Nobel laureatının orta yaşı 62 ildir, onların arasında qadınlar 4 faizdir.

Nobel komitəsinin bir çox qərarları tənqid olunur, bəziləri tamamilə yanlış olur, amma, hər zaman bunlar asılı olmayan qərarlardır.

Məlum olduğu qədər laureatların seçilməsinə, nə rəsmi, nə diplomatik, təzyiqlər heç vaxt təsir etməmişdir.

Nobel komitəsi maraqlı dairələrin tərəfindən lobbiləşdirilməyə qarşı öz davamlılığına xüsusi əhəmiyyət verir.

Hamıya aydındır ki, əgər bircə dəfə iş Nobel mükafatını satın almağa çatarsa, onda bu, Nobel mükafatının sonu olar.

Belə deyirlər ki, İsveçdə ən gizli saxlanılan sirr Nobel ziyafətinin menyusudur.

Çoxlu sayda nümunə sınaqları və oktyabrda konfransdan sonra nəhayət, Nobel fondunun altı nümayəndəsinin iştirakı ilə çoxsaatlıq test süfrəsi baş verir və onun gedişində menyunun 4 variantı sınaqdan keçirilir. Bu komissiya son qərarı edir və onu məxvi saxlayır. Həmişə yalnız desert-dondurma məlumdur, hətta dekabrın 10, axşama qədər dondurmanın növü naməlum qalır.

Qeyd olunmalıdır ki, heç bir pul ilə müqəddəslərin müqəddəsi olan həqiqi Nobel ziyafətinə qatılmaq mümkün deyil. Bu ziyafət insan təxəyyülünün təsəvvür etdiyi ən eksklüziv ziyafətdir.

“Xyortorqet” konsert salonunda mükafatların təqdim olunma mərasimindən sonra Melarzedə yerləşən möhtəşəm bələdiyyə binasının 1923-cü ildə tikilmiş giriş qapısı məşəllərlə işıqlandırılır. Mükafatların laureatları, dəvət olunmuş qonaqların çoxu limuzində, amma qonaqların  heyli xissəsi piyada gəlir. Bütün baş verənlər kral dəbdəbəsi ilə qeyd olunur.

Qadınların əlləri öpülür, biri-birini baş əymə və təzimlə (kniksen) salamlayırlar.

Kral ailəsi, Nobel laureatları və digər tanınmış qonaqları ortada, digərləri də perpendikulyar yerləşmiş fəxri masa arxasında əyləşirlər və bu masalar digərlərinə  nəzərən bir qədər sərbəst bəzənir (tərtib olunur). Bu masa arxasında dəqiq 90 nəfər – kral ailəsinin üzvləri, mükafat laureatları, hökümətin və Nobel fondunun nümayəndələri əyləşir. Bu masanın  arxasında oturan hər bir adam üçün 70 sm yer ayrıldığı halda digər masaların arxasında oturanların hər biri üçün 60 sm enində yer ayrılır, əks halda 1300-dən 1400-ə qədər adamı yerləşdirmək çətin olar. Bu, dünyanın ən möhtərəm ziyafəti olsa da dəqiq olaraq ən rahat olan ziyafət deyil.

Mavi salon simmetrik olmadığından və bir tərəfə daraldığından masalar paralel olmalı olduqları halda paralel qoyula bilmir, digər tərəfdən möhtəşəm pilləkən dəqiq salonun ortasına aparmadığından masaların və oturacaqların yerləşdirilməsi mürəkkəb məsələdir. Nobel fondunun bir qadın əməkdaşı ziyafətdən əvvəlki bir həftə ərzində yalnız masaların və oturacaqların yerləşdirməsi qaydasını düşünür. Dəvət olunmuş qonaqlardan hər biri xüsusi blanklarda krala, onun xanımına və ya kolleqalara yaxşı oturmaq haqqında istəklərini qeyd edə bilər və bütün bu xahişlər imkan daxilində nəzərə alınır.

Masalar çox gözəl bəzənir. Masaların bəzənməsi isveçlərin əsirlərdən gələn adətidir. İkinci mərtəbədə uyğun Nordiska Museet bölməsi Stokholmun ən böyük görməli yerlərindən biri hesab olunur. İsveç televiziyası ziyafətə həsr olunmuş müfəssəl verlişlər həsr etdiyindən bu dekorasiyalar sonrakı həftə ərzində açıq müzakirə predmeti olur və əksər ailələrdə yeni il bayramı masasının tərtibatı stilinə təsir edir.

Burada, menyunun sirri də açılır. Menyu hər bir yerə qoyulmuş xəritə üzərində adi şriftlə yazılır və yalnız qızıl basma ilə Alfred Nobelin profili ilə bəzənir. Bununla belə ziyafətin iştirakçıların əksəriyyəti bu menyudan nəyisə oxuya bilir. Çünki bu menyu fransız dilində, həm də yüksək mətbəxin fransız dilində yazılmlşdır ki, hətta fransızlar çox vaxt yalnız acizənə olaraq əllərini yelləyirlər.

 Mətbəx nədənsə yeddinci mərtəbədə yerləşır. Yeməklər aşağıya ləng hərəkət edən lift ilə göndərilir, Qızıl Salonda boşqablara qoyulur və oradan ağ gödəkçədə olan ofisiantlar dəstəsi təxminən 4 saat ərzində böyük pilləkənlərlə aşağıya, Mavi Salona daşıyırlar (ofisiantlar təxminən saatda on kilometr sürətlə hərəkət edirlər). Yüz qırx ofisiant yeməyə, əlli ofisiant şəraba cavabdehdir. On ofisiant ehtiyatda olur, amma, onlar da fasiləsiz məşğuldurlar. Digər on ofisiant xüsusi istəkləri yerinə yetirmək qayğısına qalır.

Vegeterianlar və allerqiklər onlar üçün xüsusi hazırlanmış yeməklər alırlar. Təşkilatçılar əvvəlcədən hər şeyi bilir. Bütün istəklər yerinə  yetirilir. Mümkün olmayan heç nə yoxdur.

Dessertlərdən əvvəl 20 dəqiqəlik musiqi fasiləsi təklif olunur. Bu zaman mavi işıqla işıqlandırılan pilləkən səhnə rolunu oynayır.

Alqışlar kəsiləndən sonra salon qaranlığa qərq olur. Hamı bilir ki, indi Glace Nobel veriləcək.

Gecə saat birdə Qızıl Salonda rəqslər başa çatır.

2015-08-24   39079