Maraqlı Məlumatlar
Böyüklər və kiçiklərin sevimli qidası - qarğıdalı
Dünyanın hər yerində becərilən bu taxıl bitkisi insanlar arasında əsas və sevimli qidalardan biri sayılır. Yağda şəkər tozu, duz və ya acı bibər ilə bişirilmiş qarğıdalı isti yay havalarının sevilən qidalarındandır. Görəsən, qarğıdalı çörəyini acı bibər və ya salsalı tortilla çipsiləri ilə sevməyən var? Həmçinin,. Venesuelada yumru, nəmli arepaları, Cənubi Afrikada kremli papirotu və İtaliyada polentaları da bu sevimli qidalar siyahısına daxil etmək olar. Qarğıdalı və ya qarğıdalı yağından bir çox qidaların və şirin içkilərin hazırlanmasında istifadə olunur.
Beləliklə, insanlar daha çox qarğıdalı yeyirlər. Dünyanın iki ən böyük qarğıdalı istehsalçıları ABŞ və Çin hesab olunur.
Son zamanlar Çində qarğıdalı ölkənin əsas qida məhsulu sayılan düyüdən daha çox istehsal olunur. Lakin, məhsulun əksəriyyəti heyvan yemi üçün istifadə olunur. Qarğıdalının yalnız 10% -i orada insan istehlakı üçün yetişdirilir və təqribən 10% -i isə ABŞ-da ərzaq və içki məhsulları üçün istifadə olunur. Məhsulun qalan hissəsi heyvan yemi üçün istifadə edilir (40 faizdən az), etanol üçün (30 faiz) və ya ixrac edilir.
İnsanlar qarğıdalının bütün növlərini - təzə, dondurulmuş və ya konserva olunmuş növünü çox sevirlər. Çində və ABŞ-da yetişdirilən qarğıdalıların çoxu daha bərk və nişastalı qarğıdalılardır. Tarla qarğıdalısı – həm qarğıdalı unu, ədviyyat və spirt kimi müxtəlif emal olunmuş qida məhsullarında, həm də mal-qara və donuz yeməklərində də istifadə olunur.
Mənbə: http://www.nationalgeographic.com
2017-09-14 36116
Ətraflı
Son Xəbərlər
Neft-Kimya Prosesləri İnstitutu 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu 2024-cü il üçün elmlər və
2024-04-15
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır.
2024-04-09
Neft-Kimya Prosesləri İnstitutunun gənc alimləri Beynəlxalq konfransda uğur qazanıblar
3-4 aprel 2024-cü il tarixində Rusiya Federasiyası Xanti-Mansisk şəhərində 15 ölkənin iştirakı ilə keçirilən VII Beynəlxalq «Neftyanaya
2024-04-05