NKPI

Maraqlı Məlumatlar

ULU HEYDƏR, QALX AYAĞA, OYAN, DUR!

 
İnsanlığın şəxsiyyətlik zirvəsi,
Liderliyin ən əlçatmaz nöqtəsi,
Xalqımızın bu dünyaya haqq səsi,
Ulu Heydər, qalx ayağa, oyan, dur!
 
Xalqımızın mədəniyyət dünyası,
Xalqımızın daim parlaq ziyası,
Xalqımızın əbədiyyət arzusu,
Ulu Heydər, qalx ayağa, oyan, dur!
 
Bu dünyaya doğru baxan gözümüz,
Bu dünyada haqq danışan dilimiz,
Bu dünyada bölünməyən elimiz,
Ulu Heydər, qalx ayağa, oyan, dur!
 
Nəsimini öz xalqına tanıtdın,
Cəfərini ölməzliyə ucaltdın,
Cavidini Vətənində uyutdun,
Ulu Heydər, qalx ayağa, oyan, dur!
 
Sərkərdəsən, ölməzlikdən gəlmisən,
Peyğəmbərsən, göydən yerə enmisən,
Neçə dəfə sən ölümdən dönmüsən,
Ulu Heydər, qalx ayağa, oyan, dur!
 
Nizamisən, bu gün səni itirdik,
Xətaisən, bu gün səni itirdik,
Nəsimisən, səndən haqqı götürdük,
Ulu Heydər, qalx ayağa, oyan dur!
 
Bu Vətənə İlham kimi payın var,
Üstümüzdə sonsuz haqqı-sayın var,
Sənə qurban Vaqif kimi oğullar,
Ulu Heydər, qalx ayağa, oyan, dur!

Vaqif ABBASOV

2015-12-11   36419