NKPI

Maraqlı Məlumatlar

AĞLA HEYDƏRİNİ, TURANIM, AĞLA!

 
Sərkərdəni - Attilanı itirdin,
Ağla Heydərini, Turanım, ağla.
Müdrikini - Cavidanı itirdin,
Ağla Heydərini, Turanım, ağla!
 
Vaxtsız qürub etdi Babəkin sənin,
Köç etdi dünyadan Nizamin sənin,
Haqqı deyib getdi Nəsimin sənin,
Ağla Heydərini, Turanım, ağla!
 
Nə Dədə Qorqud var, nə də ki, Manas,
Koroğlu köç etdi, bir də qayıtmaz,
Xətai kədərin cahan ovutmaz,
Ağla Heydərini, Turanım, ağla!
 
O, Yunis İmrəydi, həm də Ələsgər,
Sevirdi Turanı Cavidim qədər.
İndi kim bizləri tərənnüm edər,
Ağla Heydərini, Turanım, ağla!
 
Bu böyük cahana nur saçmışdı o,
İşiylə, sözüylə ucalmışdı o.
Turan tarixindən güc almışdı o,
Ağla Heydərini, Turanım, ağla!
 
Azəri torpağı onu yetirdi,
O da torpağına şərəf gətirdi.
Turanı həmişə bütöv görərdi,
Ağla Heydərini, Turanım, ağla!
 
Vaqif çox öyrəndi Turan tarixin,
Axtardı o tarixin uca zirvəsin,
Atatürk zirvəsi Heydərin sənin,
Ağla Heydərini, Turanım, ağla!

Vaqif ABBASOV

2015-12-11   35749