NKPI

Maraqlı Məlumatlar

Cəlbedici coğrafiya - Yer Günəş ətrafında hərəkət edir

 

Yerin Günəş ətrafında hərəkəti azca dartılmış ellips formalı orbit üzrə, saniyədə 30 kilometrə bərabərdir. Tam dövrəni yer 365,26 sutkaya başa çatdırır. Bu dövr ulduz ili adlanır. Yer oxu daima orbit müstəvisinə meyillidir və o, 66,5° bucaq altında Günəşə doğru əyilir. Yerin Günəş ətrafında hərəkəti zamanı ox öz vəziyyətini dəyişmir. Odur ki, yer səthi nöqtəsi günəş şüalarını il boyu dəyişən müxtəlif bucaqlar altında qarşılayır. Eyni vaxtda Yerin yarımkürələri eyni miqdarda olmayan Günəş istiliyi və işığı alır ki, bu da ilin zamanlarının dəyişməsinin səbəbidir.

Ekvatordan şimala və cənuba yer kürəsi səthində təsəvvür edilən paralel dairələr var ki, onlar da tropiklər (Şimal və ya Raka tropiki və Cənub və ya Oğlaq tropiki) adlanırlar və bu tropiklər də ildə bir dəfə günorta zenitdə olur. Bu – gündönümü günləri adlanır. Şimal tropikinə günəş şüası vertikal düşdükdə, şimal yarımkürəsində horizont üzərində Günəşin ən yüksək vəziyyəti müşahidə olunur. Onda şimal yarımkürəsi daha çox istilik və işıq alır, burada həmişə yaydır və ildə ən uzun gündür. Elə yer var ki, həmin vaxt Günəş horizont arxasında yox olmur. Bu, Şimal qütbü ilə Şimal qütb dairəsi arasındakı qütb sahəsidir – ekvatordan 66°31ʹ geri qalan paraleldir. Burada qütb günü 186 sutkaya qədər davam edir. Cənub yarımkürəsində həmin vaxt qışdır, qütb rayonlarında işə (Cənub qütb dairəsinin arxası) qütb gecəsidir. Dekabrın 22-də, qış gündönən günündə cənub yarımkürəsində Günəşin horizont üzərində ən yüksək vəziyyəti olur. Bu vaxt zenitdə Günəş Oğlaq tropiki üzərində olur, Cənub qütbü rayonunda horizont arxasına keçmir. Həmin vaxt cənub yarımkürəsində yay, şimal yarımkürəsində qışdır. Martın 21-də və sentyabrın 23-də Günəş ekvator üzərində zenitdə olur və onun şüaları şaquli düşür; şimal və cənub yarımkürələri qütblərə qədər yaxşı işıqlanır; bütün enliklərdə gündüz və gecə 12 saat davam edir, odur ki, həmin tarixlərə uyğun olaraq yaz və payız bərabərgünlülüyü düşür. Martın 21-də şimal yarımkürəsində astronomik yaz, cənub yarımkürəsində payız, sentyabrın 23-də isə əksinə, cənub yarımkürəsində yaz, şimal yarımkürəsində isə payızdır.

 

Mənbə: Маркин Вячеслав Алексеевич. Увлекательная география. / Москва: Издательство АСТ-2017, 222 с., с. 6-7.

2017-10-25   35930