NKPI

Maraqlı Məlumatlar

HAŞIMOV HACI HƏSƏN OĞLU

(1907-1981) 

Hacı Həsən oğlu Haşımov 1907-ci il martın 12-də Bakı quberniyasının Saray kəndində anadan olmuşdur.

 1925-1927-ci illərdə Qafqaz Hərbi Məktəbində, 1930-1932-ci illərdə fəhlə fakül­təsində təhsil almışdır. 1938-ci ildə İ.Qubkin adına Moskva Neft İnstitutunun kimya-texnologiya fakultəsini bitirmişdir. 1942-ci ildə namizədlik dissertasiyasını müdafiə edib və kimya elmləri namizədi adını almışdır. Böyük Vətən Müharibəsi illərində (1942-1945) “Azərneftyağ”zavodunda par­tiya təşkilatına rəhbərlik etmişdir. 1945-1951-ci illərdə o, V.V.Kuybışev adına Azərbaycan Neft Emalı Elmi-Tədqiqat İnstitutunun direktoru işləmiş, 1951-1954-cü illərdə isə Andreyev adına (sonralar Ə.Qarayev) Bakı Neft Emalı Zavodunun direktoru olmuşdur. 1954-cü ildən ömrünün axırına kimi o, Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunda “Neftin tədqiqi və karbohidrogenlərin parçalanması” laboratoriyasının müdiri işləmişdir. H.H.Haşımov Azərbaycan neftinin kimyəvi tərkibini öyrənmiş, onlardan qiymətli əmtəə məhsulları alınmasını və istifadə yollarını göstərmişdir.

1959-cu ildə “Neft xammalının səmərəli istifadə edilməsi məqsədilə Azərbaycanın çeşidli neftlərinin tədqiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1961-ci ildə o, pro­fessor adına layiq gorülmüşdür. O, 6 monoqrafiyanın, 180-dən artıq elmi əsərin müəllifidir. 1966-cı ildə H.H.Haşımov, S.A.Eyvazova və başqaları “Azərbaycan neftlərinin kartotekası”nı tərtib et­mişlər. 1961-1971-ci illərdə aparılan tədqiqatların nəticələri H.H.Haşımov tərəfindən “SSRİ neftləri” məlumat kitabçasında toplanmışdır (III hıssə).

H.H.Haşımovun əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir və 1979-cu ildə o, Azərbaycanın “Əməkdar Elm Xadimi” adına layiq görülmüşdür, “Qırmızı Əmək Bayrağı” ordeni və bir çox medallarla da təltif olunmuşdur.

H.H.Haşımov 1981-ci il aprelin 30-da vəfat etmişdir. 

2015-12-19   39291