NKPI

Maraqlı Məlumatlar

İsmayılov Etibar Hümmət oğlu

 

Etibar Hümmət oğlu İsmayılov 1951-ci il may ayının 4-də Bakıda hərbiçi ailəsində anadan olmuşdur. 1968-ci ildə Bakıda 176 saylı orta məktəbi, 1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya fakültəsini və M.F.Axundov adına Xarici Dillər İnstitutunun nəznində ingilis dili üzrə 2 illik kursu fərqlənmə diplomları ilə bitirmişdir.

1972-75-ci illər ərzində SSRİ Elmlər Akademiyasının Sibir bölməsinin Kataliz İnstitutunun aspirantı olmuş və 1976-cı ildə orada fizika kimya ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1981-82-ci illərdə SSRİ EA Sibir bölməsinin Kataliz (Novosibirsk), 1983-84-cü illərdə SSRİ EA Üzvi kimya (Moskva) İnstitutlarının doktorantı olmuşdur. 1988-ci ildə kimyəvi kinetika və kataliz ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. Fizika kimya ixtisası üzrə 1985-ci ildə baş elmi işçi və 1997-ci ildə professor elmi adlarını almışdır. Spektral tədqiqat metodlarının kimyanın müxtəlif, əsasən də səth kimyası və kataliz sahələrinə tədbiqi, kimyəvi reaksiyaların qeyri-stabil, aralıq birləşmələrinin quruluşunun, reaksiyaya girmə qabiliyyətinin, kenetika və termodinamikanın tədqiqi, ümumiyyətlə, fiziki-kimyəvi analiz üzrə tanınmış ixtisasçıdır.

1978-90-cı illər ərzində Bakı Dövlət Universitetinin kimya fakültəsində, 1998-2000-ci illərdə isə fizika fakültəsində baş müəllim və professor kimi fəaliyyət göstərmişdir.

E.H.İsmayılov fikizi tədqiqat metodlarının kimyaya tədqiqi, analitik kimya, radikal kimyası, neft fizikası, yüksək malekullu birləşmələr fizikası və elmi tədqiqatın əsasləarı kursları üzrə mühazirələr oxumuş, diplom işlərinə rəhbərlik etmişdir.

O, 1994-1998-ci illərdə Azərbaycan Prezidenti yanında Ali Attestasiya komisiyasının kimya şurasının üzvü və 1998-2000-ci illərdə elmi katibi olmuşdur, beynəlxalq maqnit rezonansı cəmiyyətinin üzvü Rusiya Petrov Elm və İncəsənət Akademiyasının müxbir üzvü, AMEA NKPİ-nin Elmi Şurasının üzvüdür.

1999-2001-ci illərdə E.H.İsmayılov Avropa Birliyinin Tempus Tasis Komitəsi tərəfindən maliyyələşdirilmiş ekalogiya magistri səviyyəsində ixtisasçıların hazırlanması layihəsinin müəlliflərindən biridir.

2002-2004-cü illərdə Tasis komitəsinin “Cənubi Qafqazın su hövzələri” üzrə beynəlxalq layihəsinin Azərbaycan tərəfdən analitik tədqiqatlar üzrə eksperti, 2005-ci ildə Kanadanın Universitetləri və kollecləri ilə əməkdaşlıq, 2008-ci ildə ANAS-ANSF-CRDF “From Idea to Market” Step Workshop proqramlarının iştirakçısı, 2010-2011-ci illərdə Azərbaycan Alman layihəsinin Azərbaycan tərəfindən koordinatoru olmuşdur.

200-ə qədər elmi əsərin o cümlədən 6 ixtiranın müəllifidir, bu sahələrdə keçirilmiş beynəlxalq, respublika səviyyəli simpozium konfrans qurultayların iştirakçısı, müfəqiyyətlə müdafiə edilmiş 10 namizədlik dissertasiyasının rəhbəri olmuşdur.

2017-12-03   35803