NKPI

Maraqlı Məlumatlar

Nobel qızıl medalını satan Uotsona medal necə qaytarıldı

Bir müddət əvvəl zəmanəmizin canlı əfsanəsi, bizim sivilizasiyanın tarixinə adı əbədi yazılan və həyatın sirrini açmış dünya şöhrətli alim Ceyms Uotson Christies auksiyonunda Nobel qızıl medalını satmışdı. Satışdan əldə etdiyi vəsaiti elmi tədqiqatlara sərf emişdi.

Keçən əsrin 50-ci illərində Ceyms Uotson və Frensis Krik DNT-nin məhşur ikiqat spiralını kəşf etmiş və bununla da elmdə yeni eranı başlamışdılar. Bu gün bu kəşf molekulyar biologiyanın, müasir təbabətin əsasını təşkil edir və bir çox əhəmiyyətli sahələrdə istifdə olunur.

Nobel qızıl medalını özbək əsilli biznesmen Alişir Usmanov auksiyonda satın alaraq öz sahibinə-Ceyms Uotsona qaytarmışdır. Biznesmenin bu addımı böyük alqışa layiqdir, çünki bu addım elmə və alimə dəyər vermək nümunəsidir.

         Dahi alimin dediyi aşağıdakı fikirlər çox maraqlıdır:

“Heç vaxt auditoriyada ən ağıllı olmayın. Çünki siz yaxınlaşa biləcəyiniz insanlar ətrafınızda varsa, bu çox gözəldi. Sözsüz məndən ağıllı olanlardan qorxmuram, çünki məhz bizim dünyamız tərəqqiyə doğru belə hərəkət edir”.

“Dahi alimlər böyük məsələlərin həllini öz qarşılarına qoyurlar və beyin elə məsələlərdəndir ki, yenicə tədqiq ediməyə başlayıb”.

Sadəliyi nümunə olan dahi alim özü və Krik haqqında “Biz sadəcə uyğun zamanda doğulmuşuq” deməklə öz sadəliyini ifadə etmişdir.

2015-08-24   5336