NKPI

Maraqlı Məlumatlar

Maraqlı təcrübə - Tərəzi ilə “sirli” təcrübə

Qarşımızda sadə, amma kifayət qədər həssas tərəzi var. Onun bir gözündə boş stəkan, digər gözündə tərəzi daşı var və gözlər tarazlıqdadır. Karbon qazı alınan qurğudan digər stəkana karbon qazı “tökərək” oradan da tərəzidə olan stəkana axıdıram. Tərəzinin stəkan qoyulmuş gözü aşağı enir və gözlərin tarazlığı pozulur. Amma stəkan yenə də boş görünür.

Əlbəttə ki, o, əvvəl də boş deyildi, indi də boş deyil. Əvvəlcə o, hava ilə dolu idi, indi isə karbon qazı ilə dolub. Karbon qazı havadan daha ağırdır və bu səbəbdən də tərəzinin gözlərinin tarazlığı pozulub.

2017-12-27   36443