NKPI

Maraqlı Məlumatlar

Maraqlı təcrübə - Xlor və Faradey

 

Yəqin ki, Maykl Faradey adı sizə tanışdır. O, elektrotexnikanın yaradıcısıdır. O, “maqnetizmin elektrikə çevrilməsini”, başqa sözlə, maqnit sahəsində hərəkət edən keçiricidə cərəyanın yaranmasını kəşf edib. Bu, dinamo-maşının kəşfinə gətirib çıxarıb.

Dinamo-maşın və ya dinamo-generatorun köhnə adıdır. Generator mexaniki işdən sabit cərəyan yaradır. Dinamo-maşın ilk elektrik generatoru idi ki, sənayedə istifadə olunurdu. Sonralar dəyişən cərəyan generatorları sıxışdırıb çıxardı. Hazırda “dinamo” termini əsasən kiçik velosiped generatorunu adlandırmaq üçün istifadə olunur.

Heç də hamı bilmir ki, Faradey təkcə elektrik yox, həm də öz zamanının ən görkəmli kimyaçılarından biri olub. Xüsusi halda o, ilk olaraq sübut edib ki, xlor mayeyə çevrilə bilər.

Faradey xloru mayeləşdirmək üzərində işləyərkən laboratoriyaya girən alimlərdən birinin nəsihətini eşitməyə məcbur olur. “Cavan oğlan, kimyəvi qabları tez-tez yumaq lazımdır, sizdə borunun daxilində hansısa yağlı damcıları görürəm. Manqan peroksidi manqan – kalium duzu ilə əvəz etmək olar; onda heç qızdırmaq da lazım deyil”. Faradey heç nə demir, amma sonrakı gün öz tənqidçisinə bu yazını göndərir: “Sizin çirk hesab etdiyiniz maye xlor idi”. Alim isə heç şübhələnmirdi ki, xlor mayeyə çevrilə bilər.

2017-12-30   36115