NKPI

Maraqlı Məlumatlar

ƏN DADLI RESEPTLƏR - Alma və qoz mürəbbəsi

Hazırlıq:

Alma - 1 kq, təmizlənmiş qoz ləpəsi 100 qr., şəkər - 1 kq, su - 400 ml, limon turşusu - çay qaşığının üçdə biri, vanilin-bıçağın ucunda az miqdarda.

Hazırlanma üsulu:

Almanın qabığını soyun, toxumları kənarlaşdırın, böyük olmayan kubiklər formasında kəsin və minalı ləyənə tökün.

Almaya qozu əlavə edin. Su və şəkərdən sirop hazırlayın. Siropu bir neçə qat cunadan keçirin. Qaynar siropu alma və qoz üzərinə tökün, ləyəni od üzərinə qoyun və hazır olana qədər bişirin. Bişirilmənin sonunda vanilin və limon turşusunu əlavə edin.

Soyumuş mürəbbəni sterilləşdirilmiş, quru və həcmi 05 litr olan bankalara tökün və ağzını qapaq ilə bağlayın.

Hazır mürəbbəni quru və sərin yerdə saxlayın.

 

2015-12-29   35558