NKPI

Maraqlı Məlumatlar

Maraqlı təcrübə - Sudan süd

 

Povestlərinin birində Amerika yazıçısı F.Bret Qart belə yazıb:

“Naməlum şəxs şüşə qaba quru ot gövdəsi salır və ondan suya bir damcı düşür. Su əvvəlki kimi təmiz və şəffaf qalır.

– İndi də ora bir çimdik duz at.

Konqo deyiləni icra edir. Dərhal suyun səthində ağvari buxar əmələ gəlir və suyun hamısı süd rəngi alır.

– Konqo qışqırır: Bu sehrbazlıqdır!

– Bu gümüş xloriddir! Avam!

Romanist burada hansı reaksiyanı təsvir edib və o, doğru təsvir olunubmu? Aşağıdakı təcrübə sizə bu sualın cavabını verəcək.

Masa üzərində boş stəkan var. Ona baxa bilərsiniz, onda sehrli heç nə yoxdur; stəkan stəkandır. İki belə stəkan da yarısına qədər doldurulub və görünüşcə şəffaf təmiz su kimi görünür və onlardan biri sağ, digəri sol əlimdədir. Mən əlimdəki stəkanlardan mayeni eyni vaxtda masa üzərindəki stəkana tökürəm.

Möcüzə! Su tökdüm, amma stəkan süd ilə doldu.

Amma bir neçə dəqiqə gözlədikdə illuziya yox olur – qatı ağ şorabənzər çöküntü stəkanın dibinə enir, çöküntü üzərində qalan su isə yenə şəffaf olur.

Odur ki, bu təcrübəni təkrar edərək onun effektini pozmaq istəmirsinizsə, “südlü” stəkanı masada gizlədin və digər fokusa keçin. Mən isə sizə çevrilmənin sirrini açıram. Mənim əllərimdə tutduğum stəkanlarda su yox, şəffaf suda məhlullar var idi: birində adi xörək duzu (natrium xlorid), digərində lyapis (gümüş nitrat) var idi. Nəzərə alın ki, lyapis zəhərlidir, onunla xüsusi ehtiyat ilə davranın, əlinizə götürməyin, onu saxladığınız bankadan pinset ilə götürün; banka tünd şüşədən olmalıdır, çünki işıqda lyapis parçalanır. Gümüş nitratı distillə suyunda həll etmək lazımdır, çünki adi suda o, bulanıq verir.

Məhlulları qarışdırdıqda kimyəvi reaksiya gedir – duzlar onların tərkibinə daxil olan metalları mübadilə edir. Alınır: gümüş xlorid (suda həll olmur və tezliklə qar kimi ağ çöküntü şəklində çökür) və natrium nitrat (şora) əmələ gəlir, natrium nitrat məhlulda qalır. Məhlulda natrium nitratın qalmasını müəyyən etmək çətin deyil. Əgər maye ehtiyatla çöküntünün üzərindən tökülsə və farfor piyalədə spirt lampası üzərində buxarlandırılsa, piyalənin dibində şora kristalları qalar.

 

2018-01-03   36382