NKPI

Maraqlı Məlumatlar

İnsan orqanizminə aid məlumatlar - 2

 

- Sinir sistemi üzrə siqnalın ötürülmə sürəti saniyədə 120 metrdir.

- Aksonların uzunluğu 1 mm-dən 1 metrə qədər olur.

- Baş beyində 10 milyarddan çox neyron var və onların hər biri 25000-dən az olmayan digər neyronlarla əlaqəli olur.

- Yumurta hüceyrələri ayrıldıqdan 12-24 saat sonra döllənmə baş verə bilər.

- Dördüncü həftə başa çatdıqda kiçik embrion ölçüsünə görə düyü dənəsindən böyük olmur. Döl sürətlə böyüyür: 20-ci həftəyə qədər o, 25 sm uzunluq əldə edir.

- Böyrəklər orqanizmin su və duz balansını, eyni zamanda qanın turşu-qələvi tarazlığını tənzimləyir. Böyrəklər dəqiqədə 1,2 litr qanı filtrləyir.

- Bizim qida həzmi traktımızın uzunluğu 10 metrə yaxındır.

- Qidanın bütün qida həzmi traktından keçməsi üçün təxminən 24 saat tələb olunur.

 

© Bütün hüquqlar qorunur.  Materialdan istifadə edərkən  www.nkpi.az  saytına istinad olunmalıdır.

2018-01-10   35581